Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

__________________Milli Kitabxana__________________ 
42 
 
yatı qoruyub saxlayır. Biosferdəki sərbəst oksigen ancaq biokimyəvi 
yolla  əmələ  gəlir. Yerdə  həyat məhv olsa, bu cür sərbəst oksigen də 
olmaz. Ozon təbəqəsi atmosferin 20-40 km yüksəkliklərində yaranır. 
Yer səthi yaxınlığında ozonu əmələ  gətirən səbəb atmosferdəki 
elektrik hadisələri, qığılcım boşalmalarıdır. Ozonun olduğu atmosfer 
qatında hava çox seyrəkdir. Ozon molekulları çox dayanıqsızdır və 
asanlıqla parçalanaraq adi oksigen molekulları  əmələ  gətirir. Buna 
baxmayaraq ozonun atmosferdəki miqdarı demək olar ki, heç 
dəyişmir. Bunun səbəbi atmosferdə yaranan dinamik tarazlıqdır. 
Atmosferin yuxarı qatlarında bir-birinin əks istiqamətində gedən iki 
proses baş verir. Bir tərəfdən, Günəş şüalarının təsiri altında fasiləsiz 
olaraq ozon molekulları  əmələ  gəlir, digər tərəfdən də onlar 
parçalanır. Gündüzlər ozonlaşma, keçələr isə ozon molekullarının 
dissosiasiyası üstünlük təşkil edir. Nəticədə orta hesabla, ozonun 
konsentrasiyası demək olar ki, dəyişmir. 
Texnikanın son dövrdəki inkişafı  nəticəsində atmosferin yuxarı 
qatları da çirklənməyə başlamışdır. Hər bir güclü ballistik raket, 
kosmik gəmi və ya reaktiv təyyarə uçuş zamanı havaya külli miqdarda 
yanma məhsulları buraxır, bunlar atmosferin yuxarı qatlarının 
tərkibini və fiziki təbiətini kökündən dəyişir. Raket texnikası  və 
kosmonavtikanın sonrakı inkişaf mərhələsində bu daha çox nəzərə 
çarpacaqdır. Məhz həmin yuxarı qatlar atmosferdəki sirkulyasiya 
proseslərində, iqlim şəraitinin təyin edilməsində mühüm rol oynayır. 
Atmosferin yuxarı qatlarında vaxtilə aparılan atom partlayışları da 
təhlükəli çirklənmənin güclənməsinə səbəb olmuşdur. 
İnsan özü də  təbiətin bir hissəsidir. Lakin o öz fəaliyyəti ilə 
təbiətdəki müvazinəti poza bilər, beləliklə, özünü və gələcək nəsilləri 
həyat üçün zəruri olan bir çox şeylərdən məhrum edə bilər. Təbiətə 
düşünülmüş müdaxilə etmək üçün isə onu dərindən öyrənmək, indiki 
hadisələrin 15-20 il bundan sonra verə biləcəyi nəticələr haqqında bu 
başdan fikirləşmək lazımdır. Bu cəhətdən də  məktəb kursunun təbiət 
fənlərinin qarşılıqlı əlaqədə öyrənilməsi təbiət hadisələri haqqında tam 
təsəvvür  əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Hadisələrin 
qarşılıqlı   əlaqəsi və 
 
  


__________________Milli Kitabxana__________________ 
43 
 
qədər dərindən tədqiq edilərsə, insan üçün bir o qədər əlverişli şərait, 
normal vəziyyət yaranar. Lap gündəlik həyatda və məişətdə də insan 
özünün Yer şəraitinə uyğunlaşmış  zərif bir indikator olduğunu 
unutmamalıdır. Mühit bərk isti və ya ifrat soyuq olduqda orqanizm 
özünün tənzimedici funksiyaları ilə müdafia olunmağa çalışır. Qan 
damarlarının daralması  və ya genəlməsi daimi olaraq dərinin qanla 
təchiz edilməsini və orqanizmin istilikkeçirməsini nizama salır. Soyuq 
hiss etdikdə  bədən titrəyir, maddələr mübadiləsi güclənir və ayrılan 
istilik miqdarı artır. Bərk isti olduqda tər vəziləri fəaliyyət göstərir. 
Bədən səthində gedən buxarlanma hesabına soyuyur. Lakin təəssüf ki
təbiətdə baş verən həqiqi proseslər bu qədər də sadə deyil. Dəridəki 
nəmlik buxarlanırsa bu molekulların bir qismi paltarda toplanaraq 
istilik balansına mənfi təsir göstərir. Orqanizmin əhatəsində su 
buxarının təzyiqi çox böyük olduqda, su diffuziya yolu ilə  dəridən 
keçərək yenidən orqanizmə daxil ola bilər. Insanın dərisi tərlədikdə 
suyun dəri vasitəsilə diffuziyası hər iki istiqamətdə baş verə bilər. Su 
molekullarının hərəkətinin hansı istiqamətdə üstünlük təşkil etməsi 
dəri üzərində yığılan duzların konsentrasiyasından asılıdır. Dəri təmiz 
su ilə örtülmüşdürsə onda orqanizmin hər kvadrat metr səthi saatda 50 
q qədər su qəbul edir; dəridə xörək duzunun 20 %-li məhlulu olduqda, 
başqa  şərtlər dəyişmədikdə orqanizm 200 q su ayırır. Dərini örtən 
duzların konsentrasiyası 5% - dən çox olmadıqda da tər dəri ilə 
orqanizmə daxil ola bilər. 
Bu vəziyyət, don vurmaqdan qorunmaq məqsədi ilə geyilən 
corabın fiziki xassələrinin dəyişməsinin qarşısını alır. Ayaq tərləsə də 
bu yenidən orqanizmə qayıdır, o quru qalır və corabın istiliyi izoletmə 
xassələri dəyişmir. Nəm havada tərlədikdə  də buna oxşar hadisə baş 
verir. Dəridə toplanan tərdə duzların konsentrasiyası  əhəmiyyətsiz 
dərəcədə az olduqda həmin tər dəridən keçərək diffuziya yolu ilə 
orqanizmə daxil olur. Güclü buxarlanma şəraiti yaradan quru hava və 
külək olduqda isə  dəridəki tərdə duzların kopsentrasiyası artır və bu 
halda torləməklə itən suyun üzərinə diffuziya ilə itən su da əlavə 
olunur. Bu cür əlavə itki qızmar istidə, səhra şəraitində müşahidə 
 
  


__________________Milli Kitabxana__________________ 
44 
 
edilir. Deməli, mühitin nisbi rütubəti orqanizmin normal fəaliyyətdə 
olmasını  təmin edən  şərtlərdən biridir. Insan orqanizmi üçün nisbi 
rütubətin optimal qiyməti 30-70% arasında olur. Uzun müddət nisbi 
rütubəti 15-20% olan mühitdə qalan adamın tənəffüs yollarında, göz, 
burun və  ağızın selikli qişalarında xoşa gəlməyən qıcıqlanmalar 
yaranır, burun boşluğu quruyur, qabıqlanır və nəhayət zədələnir. Nisbi 
rütubət 70%-dən çox olduqda isə orqanizm yüksək temperaturlarda 
istilik mübadiləsini tənzim edə bilmir. Tənzimedici funksiyaların 
fəaliyyətində pozulmalar baş verir. Nisbi rütubət çox yüksək olduqda 
orqanizm ifrat qızır. Bədənin bərk qızması isə öz növbəsində maddələr 
mübadiləsini gücləndirir. Bunları nəzərə alaraq ifrat soyuq və ifrat isti 
temperaturlarda müvafiq istilik tutumuna malik paltardan istifadə 
olunur. Paltarın qalınlığı iki dəfə artdıqda onun orqanizmi isti və 
soyuğun zərərli təsirlərindən qoruma qabiliyyəti dörd dəfə artır. 
Paltarın altında nəm toplanıb qaldıqda isə qeyd etdiyimiz 
qanunauyğunluq pozulur, bədənin səthində baş verən buxarlanma 
çətinləşir, toplanan su buxarı paltarın istiliyi izoləetmə xassəsini 
dəyişdirir. Bu cəhətdən neylon paltar çox pisdir. Çünki bir tərəfdən o 
istiliyi pis keçirir, digər tərəfdən də buxarlanmanın normal şəkildə 
getməsinə mane olur, çünki onun suburaxma qabiliyyəti zəifdir. Ona 
görə də neylon paltar orqanizmi soyuqdan çox pis qoruyur, bərk istidə 
isə bədənə yapışaraq adamı narahat edir. 
Bizim toxunduğumuz məsələlər saysız-hesabsız təbiət 
hadisələrinin, canlı orqanizmlərdə baş verən proseslərin çox cüzi bir 
hissəsinin biofiziki baxımdan nəzərdən keçirilən nümunələridir. Belə 
nümunələrin tədris proqramı mövzuları ilə uzlaşdırılması  şagirdlərin 
dünyagörüşünə, öyrəndikləri qanunları  həyatda görməyə, təbiət 
elmlərinin vəhdətini daha dərin dərk etməyə müsbət təsir edən yeni 
imkanlar yaradır,  şagirdlərə  məlum olan bir sıra köhnə faktlar və 
biliklər yeni ahənglə  səslənir.  Şagirdlər öyrənməyin nə üçün lazım 
olduğunu daha yaxşı hiss edirlər və onların bilik əldə etmək arzusu 
getdikcə artır. 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə