Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   2   3   4   5   6   7   8   9   ...   33

__________________Milli Kitabxana__________________ 

 
rilən cəhətlərini birləşdirməyə aiddir. Göründüyü kimi, bunların hər 
ikisi də elə fənlərarası əlaqə deməkdir. 
Hər bir tədris fənnindəki inteqrasiya elmin məntiqinə uyğun 
gəlməli və  şagirdlərin təfəkkürünün inkişafına kömək etməlidir. 
Inteqrasiya, ümumi mənada elmi anlayışları  və  təlim üsulları  əlaqəli 
olan fənləri bir yerə  yığışdırır. Bu çox müsbət haldır. Ona görə  də 
ibtidai məktəbdə inteqrasiyaya daha geniş yer verilir. Lakin, təəssüf 
ki, təbiətşünaslıq fənninin məzmununda bu hələ öz əksini tapa 
bilməmişdir. Təbiətşünaslıq kursuna daxil edilmiş ayrı-ayrı hissələr 
arasında daxili əlaqə yoxdur. Belə geniş inteqrasiyalı kursda 
məzmunun dağınıqlığı şagirdləriv biliyinin səthiliyinə gətirib çıxarır. 
Təbiət elmləriiin tədrisində inteqrasnyanı inkişaf etdirmək üçün 
hər cür imkan vardır. Burada inteqrasiya aşağıdakı şəkildə aparılır: hər 
bir tədris fənninin məzmununa qonşu elmlərin elementləri və  tətbiqi 
biliklər  əlavə edilir. Beləliklə,  şagirdlərdə  fəndaxili və  fənlərarası 
əlaqələr haqqında təsəvvürlər genişlənir. Məsələn, biologiyada fiziki 
və kimyəvi anlayışların tətbiqi üçün imkanlar yaranır, şagirdlərin elmi 
düiyakörüşü formalaşır. Fənlərarası 
əlaqənin axıra qədər 
aydınlaşdırılması  şagirdlərin təlim-tərbiyəsi və inkişafı üçün optimal 
şərait yaradır. Buna görə də fənlərarası əlaqəyə təlimin tərkib hissəsi 
kimi baxılır. Fənnin strukturasının təyin edilməsi də, elmin əsasları 
haqqında  şagirdlərin sistematik və möhkəm biliklər alması da bu 
problemin həlli ilə əlaqədardır. 
Fizika, kimya və biologiya elmləri arasındakı əlaqənin öyrənilməsi 
xüsusilə vacibdir. Çünki, bu elmlərin əsas məzmununu təşkil edən bir 
sıra qabaqcıl elmi fikirlər, məsələn, molekulyar-kinetik nəzəriyyə, 
elektron nəzəriyyəsi, elektroliz və bir sıra başqa anlayışlar təbiət 
elmlərində özünə möhkəm mövqe tutmuşdur. Onların bir sıra  əsas 
məsələləri həmin anlayışlar əsasında izah edilir. 
İstehsal proseslarinin avtomatlaşdırılması  və mexanikləşdirilməsi, 
canlı mexanizmlərin iş prinsipindən texnikanın gələcək tərəqqisi üçün 
geniş istifadə edilməsi və sair, yeni texnikanın idarə edə bi- 
  


__________________Milli Kitabxana__________________ 

 
ləcək yüksəg ixtisaslı kadrlar yetişdirməyi tələb edir. Ona görə  də 
ümumtəhsil məktəbləri  şagirdlərinin texnika ilə ayaqlaşa bilən geniş 
biliklər, bacarıqlar və  vərdişlər qazanması  ən vacib məsələdir. Bunu 
nəzərə alaraq tədris materialının  şagirdlər tərəfindən yaxşı 
mənimsənilməsinə və təlim metodlarının fəallaşdırılmasına nail olmaq 
məqsədilə, fizika, kimya, biologiya və digər təbiət elmləri 
müəllimlərinin bir-birilə  sıx  əlaqə saxlamasını, məsləhətləşməsini, 
öyrədilməsi nəzərdə tutulan nəzəri biliklərin tətbiq dairəsiiin 
müəyyənləşdirilməsini təmin etmək lazımdır. 
Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, fizika dərsi o zaman 
daha çox səmərəli olur ki, həmin dərsdə öyrədilən material ətraf 
mühitdəki hadisələrlə  əlaqələndirilir, canlı  təbiətə aid faktlarla 
bağlanır, müvafiq texniki qurğuların nəzəri  əsası kimi nəzərdən 
keçirilir.  Şagirdlər öyrəndikləri biliklərə  əsasən müxtəlif fiziki 
hadisələri dinamik şəkildə təsvir edən qurğular, modellər hazırladıqda 
buna çox fərəhlənirlər. Bütün bu cəhətləri nəzərə alaraq, müəllim 
təlimin keyfiyyətini artırmaq məqsədilə  bəzən yeni dərsin  əvvəlində 
və ya müəyyən bir hadisəni izah edərkən təlim prosesinin ortasında 
onun tətbiqlərini imkan daxilində nəzərdən keçirməli, yaxud da dərsi 
bununla tamamlamalıdır. 
Müəllim elmdə olan yeniliklərdən xəbərdar olmalı, onun əsas 
inkişaf ənənələri haqqında geniş təsəvvürə malik olmalıdır. 
Müəllimin ən böyük xidməti tədris etdiyi fənn vasitəsilə şagirdləri 
özünə  cəlb etməyi bacarması  və  Uşinskinin göstərdiyi kimi, bilikləri 
təkcə onların  şüuruna doğru deyil, həm də hisslərinə doğru 
yönəltməsidir. 
 
 
§ 2. FƏNLƏRARASI ƏLAQƏNİN İNKİŞAF YOLLARI 
 
 
Hər bir prosses və ya hadisənin inkişafının  əsasını ziddiyyətlərin 
vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətşünaslığa da aiddir. Çünki onda da bir-birinə zidd olan və eyni 
zamanda vəhdət təşkil edən iki istiqamət səciyyəvidir.    Bu 
 


__________________Milli Kitabxana__________________ 

 
istiqamətlərdən biri inkişaf prossesindəki analitikliyi, digəri isə 
sintetikliyi təmsil edir. Analitik istiqamətdə yeni elm    sahələri,   yeni    
qanunauyğunluqlar kəşf olunur. Müəyyən  şəklə düşmüş elədə 
diferensiasiya gedir. Bir sıra yeni elm sahələri yaranır. Bunların 
tədqiqat obyekti məhdudlaşır və xüsusi    elmi metodlardan istifadə 
olunur. Məktəb   təcrübəsində   bu, fənlər üzrə təlimdə özünü göstərir. 
Hər bir fənnin öz öyrənmə dairəsi var. Bu ənənə    sonrakı    inkişafını  
fənnin özünün yenidən hissələrə bölünməsində   davam etdirir. 
Məsələn, fizika: mexanika, molekulyar fizika və istilik, elektrik, 
maqnetizm, optika, atom; biologiya: botanika, zoologiya, insanın 
anatomiyası və fiziologiyası, darvinizm və sair. Sonra bu bölmələr   də 
yenidən mövzulara bölünür. Yeri gəlmişkən qeyd   edək ki, maddi 
obyektin bu cür hissələrə bölünməsi    ancaq pedaqoji məqsəd güdür. 
Burada tədris fənninin pedaqoji məntiqinin ön plana keçməsində əsas 
məqsəd sistematik öyrənmə prosesi üçün əlverişli şərait yaratmaqdan 
ibarətdir. Elmlərin bir-birinə qarşılıqlı  təsirini və  əlaqəsini tədris   
prosesində   həmişə   izləmək  şərtilə bu cür   bölünmə   heç də təbiətin   
bütövlüyünə mane olmur. Çünki müasir   təbiətşünaslığın ən səciyyəvi 
cəhətlərindən biri də elmlərin qarşılıqlı  təsirini göstərən faktların və 
hadisələrin kifayət qədər çox olmasıdır.  Elə buna görə  də indi 
təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir. 
Müxtəlif elmlərin  əldə etdiyi  nailiyyətlərdən bir obyektin 
öyrənilməsində istifadə edilməsinə   (inteqrasiya) indi həmişəkindən 
daha çox fikir verilir. 
Sintetik  ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin 
müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdə elmi 
ixtira və kəşflərin əksəriyyətinin sintetik elmlərə aid olması bunu bir 
daha sübut edir. 
Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin 
təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş  əlaqələri 
haqqında bitkin və püxtləşmiş  nəzəriyyələr yaranır. Minerallarla 
canlılar arasındakı  əlaqələr açılır. Canlı  və cansız aləm arasındakı 
sərhədin  şərti olduğu daha çox nəzərə çarpır. Hər bir maddi obyekt 
haqqında tam məlumat  əldə etmək və  təbiətin ümumi inkişaf 
mənzərəsini   yaxşı  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə