Microsoft Word pedaqogika tarixi proqram esas son doc



Yüklə 376,87 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix23.08.2018
ölçüsü376,87 Kb.
#63822
1   2   3   4   5   6   7   8   9   ...   12

__________Milli Kitabxana__________ 

 



5

Qeyd edək ki, “Pedaqogika tarixi” kursunun ali məktəblərimizdə  tədrisi 

yarım əsrdən artıqdır ki,  pedaqoji elmlər sistemində əsas fənlərdən biri kimi uğurla 

davam edir. Bu kurs keçən  əsrin  50-ci illərində ali pedaqoji məktəblərin və 

pedaqoji təmayüllü bütün tip ali və orta ixtisas məktəblərində    tədris edilməyə 

başlandı. O dövrdə və bir qədər daha sonrakı dövrlərdə də “Azərbaycan məktəb və 

pedaqoji fikir tarixi” fənni ayrıca bir fənn kimi tədris edilmədiyindən “Pedaqogika 

tarixi” kursunun  içində Azərbaycan məktəb və pedaqoji fikri tarixi də  tədris  

olunurdu. “Pedaqogika tarixi” fənninin  proqramlarında da bu hal özünü göstərirdi. 

Prof.  Əhməd Seyidovun “Pedaqogika tarixi” dərsliyində  də Avropa, Qərb,  Şərq, 

Rusiya pedaqoji fikir tarixi verilməklə  bərabər, həm də genişliyi ilə Azərbaycan 

məktəb və pedaqoji fikir  tarixi də verilmişdir. Bu halı tamamilə düzgün, doğru və 

təbii hesab etmək olar ki, bu da fənnin məzmununa uyğun bir tərtibat, bir 

quruluşdur. Əlbəttə, ölkəmizdə hər hansı bir fənnin, elmin tarixi öyrənilirsə bunun  

Azərbaycanla, öz doğma yerinlə bağlılığını təmin etmək daha düzgün hesab edilə 

bilər. Xüsusilə “Pedaqogika tarixi”  kursu  dedikdə -  bu hər bir ölkənin, xalqın – 

dünyanın pedaqoji fikir tarixini  nəzərdə tutur ki, Azərbaycan da  bu dünyanın 

içindədir və ümumi  pedaqoji fikir tarixi ailəsinə daxildir. 

Türkiyədə, Rusiyada nəşr edilmiş  pedaqogika  tarixi  dərs kitablarında 

xarici ölkələrin pedaqoji fikir tarixi öyrənilməklə yanaşı  öz ölkələrinin də 

pedaqogika tarixi həmin kitablarda  öz əksini  tapmışdır.      

Keçən əsrin 70 –ci illərində akademik Hüseyn Əhmədovun təşəbbüsü ilə çox 

dəyərli,  əhəmiyyətli, tədrisi bütün ali pedaqoji məktəblərdə vacib hesab edilən 

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” fənni tədris planlarına daxil edildi. 

İlk proqramın müəllifi də və bu sahədə  ilk dərsliyin və dərs vəsaitinin müəllifi də 

akademik Hüseyn Əhmədov oldu. 

Belə bir yeni fənnin  tədrisi meydana gəldikdən sonra “Pedaqogika tarixi” 

fənninin tədrisində Azərbaycan pedaqoji fikir tarixinə dair mövzular  xeyli 

dərəcədə  azaldı, bəzən də  tamamilə çıxarıldı.  

Son dövrlərdə  tədris planlarının tərtibində Ali məktəblərə müəyyən qədər 

sərbəstlik verildiyindən  bir çox  ali pedaqoji  məktəblərdə    yalnız “Pedaqogika 



__________Milli Kitabxana__________ 

 



6

tarixi” fənninin tədrisi nəzərdə tutulmuşdur. Bəzilərində isə  fənn “Məktəb və 

pedaqoji fikir tarixi”  adı ilə  tədris planlarına daxil edilmişdir. Belə olan halda bu 

fənlərin tədrisində  həm Avropa, Rusiya pedaqoji fikri, həm də Azərbaycan 

pedaqoji fikir tarixi tədris olunmalıdır. Bizim hazırladığımız  “Pedaqogika tarixi” 

tədris proqramı da məhz bu zərurətdən meydana gəlmiş, burada baş verən boşluğu 

doldurmağa xidmətdən irəli gəlmişdir.        

         “Pedaqogika tarixi” kursunun tədrisi bir fənni kimi pedaqoji universitet və 

institutlarda tədrisi gələcək müəllim kadrlarının hazırlığında,  onların peşəkar  

pedaqoqlar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. “Pedaqogika tarixi” 

kursu tələbələrin ümumdünya pedaqoji fikri haqqında  biliyini artırır,   

ümumpedaqoji dünyagörüşünü genişləndirir, onlar istər xarici, istərsə  də öz 

ölkəsinin keçmiş pedaqoji irsini öyrənərək ona hörmətlə yanaşır və milli  iftixar  

hissi keçirirlər. 

       Proqramın  hazırlanmasında  tarixi keçmişə, xüsusilə    həm Avropa, həm 

Rusiya, həm də digər ölkələrin pedaqoji fikir tarixinə, o cümlədən Azərbaycan 

pedaqoji fikir tarixinə müstəqillik dövrümüzün prizmasından, yeni pedaqoji 

təfəkkür baxışından yanaşılmışdır. 

Proqramda bir çox tədris mövzuları yeniləşmiş, təkmilləşmiş, bir sıra yeni 

mövzular,  daxil edilmiş, bəzi mövzular isə redaktə edilmişdir.  

Proqramda ilk dəfə olaraq  kredit sisteminin tələblərindən irəli gələn 

tələbələr üçün  “Sərbəst işlər”in mövzuları,  ədəbiyyat siyahısı    və yazılma 

qaydaları, işin əvvəlindən sonunadək hazırlanma metodikası   verilmişdir.  

       Bu kursun tədrisində tələbələr həm Avropa, həm Rusiya, həm də Azərbaycan 

pedaqoji fikir tarixinin keçən  əsrin görkəmli nümayəndələrinin pedaqoji irsini 

öyrənir, həmçinin pedaqogika müəlliminin rəhbərliyi altında  müаsir təhsil 

prоblеmləri ilə, dövrümüzün pedaqoq alimlərilə  tanış olur, müqayisələr aparır və 

gələсəyə düzgün prоqnоzlаr vеrmək imkаnı  qаzаnır. Necə ki, yaxşı demişlər,  

keçmişi  bilmədən  bu günü və    gələcəyi dəyərləndirmək olmaz. Tarix həqiqətin 

anasıdır.   




__________Milli Kitabxana__________ 

 



7

         Tələbələr bu kursun öyrənilməsində həmçinin proqramda  göstərilən “Sərbəst 

iş”  mövzularından seçərək müstəqil elmi iş  yazaraq biliklərini daha da 

genişləndirir və bu da öz növbəsində mövzunun daha da yaxşı mənimsənilməsinə 

kömək edir. 

 

                      



Müxtəlif Ali Pedaqoji Məktəblərimizin tədris planlarında müxtəlif 

ixtisaslar üzrə “Pedaqogika tarixi” fənninə müxtəlif saatlar ayrıldığından 

proqramda tədris olunacaq mövzuların  konkret saatları göstərilməmişdir. 

Tədris planında ixtisaslar üzrə  fənnə ayrılmış ümumi saata müqabil olaraq 

konkret bir mövzuya və ya böyük bir mövzunu ehtiyac olarsa bir və ya iki 

yerə bölərək ona müəyyən saatlar ayırmaq, mühazirə  və seminar saatlarını 

müəyyənləşdirmək olar ki,  bu işdə  müvafiq kafedralara sərbəstlik verilir. 

 

Proqram Azərbaycan Müəllimlər  İnstitutunun pedaqoji fakültəsinin 

Fakültə Elmi Şurasının 09.10.2009-cu il tarixli iclasında (prot. №01), 

Azərbaycan Müəllimlər  İnstitutunun Elmi-Metodik Şurasının 01.04.2010-cu il 

tarixli iclasında (prot. № 01) və Azərbaycan Respublikası Təhsil Nazirliyi  Elmi-

Metodik  Şurasının “Pedaqogika və psixologiya” bölməsinin 16.06.2010-cu  il 

tarixli  iclasında (prot.№08) müzakirə edilərək bəyənilmişdir. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 376,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə