Microsoft Word pedaqogika tarixi proqram esas son doc



Yüklə 376,87 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix23.08.2018
ölçüsü376,87 Kb.
#63822
1   ...   4   5   6   7   8   9   10   11   12

__________Milli Kitabxana__________ 

27 


 

27

SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ VƏ SONRAKI MÜSTƏQİLLİK 



DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏKTƏB VƏ PEDAQOJİ FİKRİN 

İNKİŞAFI. 

 

Azərbaycanda Sovet məktəbinin təşkili və pedaqoji elmin təşəkkülü (1920-



1930-cu illər). Azərbaycanda 1940-1950-ci illərdə məktəb və pedaqogika elminin 

inkişafına dair. 1960-1970-ci illərdə Sovet hakimiyyətinin süqutuna qədər olan 

dövrdə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı. Sovet hakimiyyəti 

illərində tanınmış pedaqoq və mütəfəkkirlərin Azərbaycanda məktəb və pedaqoji 

fikrin inkişafına təsiri. 

Sovet hakimiyyəti dağıldıqdan sonra Müstəqil Azərbaycan 

Respublikasında təhsilin və pedaqoji elmin inkişafı.  

 

 



AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNDƏ 

HEYDƏR ƏLİYEV  MƏRHƏLƏSİ. 

 

Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin həyat 



və  fəaliyyəti (1923-2003) gənc nəslə örnəkdir. Azərbaycanda Heydər  Əliyevlə 

başlayan təhsil islahatları. Heydər Əliyevin təhsilə,  elmə, ana dilinə, mədəni irsə 

münasibəti. Azərbaycan təhsilinin, maarif və  mədəniyyətinin inkişafında Heydər 

Əliyevin xidmətləri. Heydər Əliyev gənc nəslin mənəvi tərbiyəsi haqqında. Heydər 

Əliyevin Respublika Gənclərinin Birinci Ümumrespublika Forumunda nitqi və 

gənclərin qarşısında duran vəzifələr.  Heydər Əliyev müəllimlik peşəsi haqqında.    

  

 

 

 



__________Milli Kitabxana__________ 

28 


 

28

“PEDAQOGİKA TARİXİ” FƏNNİNƏ DAİR TƏLƏBƏLƏRİN “SƏRBƏST  



İŞ” MÖVZULARININ YAZILMASINA DAİR METODİK MƏSLƏHƏT 

 

Tələbələrin “Sərbəst iş” mövzuları üzərində işləməsi  fənnin daha dərindən 

mənimsənilməsinə kömək etdiyi kimi, onların tədqiqatçılıq bacarığını da inkişaf 

etdirir, elmə həvəsini artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir. 

Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin kredit sisteminə 

keçidi tələbələrin daha çox müstəqil çalışmasını tələb edir. Müstəqil  çalışan, əməli 

fəaliyyət göstərən tələbə  daha çox bilik qazanır və öyrənir.  

Psixologiyadan məlumdur ki, insan bilik üzərində nə qədər hərtərəfli işləsə

ona müxtəlif cəhətlərdən yanaşsa, o hafizədə daha möhkəm yer tutur. Çünki, tələbə 

material üzərində müstəqil  işləyərkən onu hərtərəfli təhlil edir, şüurunda eyni bir 

məsələyə bir neçə  dəfə qayıtmalı olur. Bütün bunlar həmin materialın hafizədə 

uzun müddət qalmasına, praktik əhəmiyyət kəsb etməsinə səbəb olur.    

Müasir gənc mütəxəssis yüksək bilik və  dünyagörüşə malik olmaqla 

bərabər, həm də tədqiqatçılıq   qabiliyyətlərinə malik olmalı,  müstəqil  düşünməyi,  

müstəqil qərarlar  çıxarmağı  bacarmalıdır. Bunun üçün də indiki şəraitdə - təhsilin 

qlobal  xarakter aldığı bir dövrdə  tələbənin proqram materialına sahib olması 

minimum tələb hesab edilə bilər,  geniş nəzəri bilik və  dünyagörüşə  sahib olmaq 

üçün isə daha çox oxumalı,  əlavə  və ilk mənbələrdən istifadə etməli və bilikləri 

genişləndirmək və tətbiq etmək lazımdır.  

Bu baxımdan fənni tədris edən müəllim tələbələrə müstəqil  çalışmağı, daha 

çox düşünməyi  məsləhət görməli, onların tənqidi və yaradıcı təfəkkürünü inkişaf 

etdirməlidir.  

Təcrübələrdən məlum olur ki, tədris işi  yüksək təşkil edilən ali məktəblərdə 

tələbələr elmi-tədqiqat işlərinə  də böyük həvəs göstərir, “Sərbəst iş” üzərində  də 

fəallıqla çalışırlar.         

“Sərbəst iş” mövzuları  tələbələr tərəfindən  sərbəst  şəkildə seçilir. Fənn 

müəlliminin təklifi ilə də tələbə mövzu götürüb üzərində işləyə bilər. “Sərbəst iş” 

tələbənin kiçik elmi tədqiqat işi hesab edilə bilər. Tələbə mühazirədən eşitdiklərini, 




__________Milli Kitabxana__________ 

29 


 

29

seminar məşğələlərindən öyrəndiklərini, əlavə materiallardan mənimsədiklərindən 



istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı, elmi fəaliyyət göstərir. 

Tələbənin sərbəst, müstəqil şəkildə çalışması  bir tərəfdən proqram materialının nə 

dərəcədə  mənimsədiyinin,  o biri tərəfdən isə öz biliyini təcrübədə  tətbiq etmək 

bacarığına malik olub-olmadığının bariz  göstəricisidir.   

Ali məktəblərdə  fənlərin tədrisi prosesində, tələbələr müstəqil işləməyi, ilk 

mənbələrdən baş açmağı bacarmalıdırlar. Aparılan elmi-pedaqoji tədqiqatlardan 

məlum olur ki, ali məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə  məşğul 

olmalı, mütaliə etməli, elmlə məşğul olmalıdır. 

Tələbə kitab və ya başqa material üzərində  sərbəst  çalışan vaxt oradakı  

faktlar,  həqiqətlər artıq onun  malı olur; o əldə etdiyi biliklərə möhkəm inanır. 

Belə bilik isə tədricən əqidə və inama  çevrilir. Buradan belə nəticə çıxarmaq  olar 

ki, biz ali məktəb tələbələrini  biliklər üzərində  dərindən,  sərbəst, müstəqil 

işləməyə sövq etməklə, eyni zamanda onlarda elmi dünyagörüş  də formalaşdırmış 

oluruq.  Yalnız məsələdən müstəqil surətdə baş    çıxararkən adam öz qüvvəsinə 

inanır və bunu başqalarının qarşısında müvəffəqiyyətlə müdafiə edir. Tələbə kitab 

üzərində bu və ya digər material üzərində  sərbəst çalışan vaxt oradakı  həqiqətlər 

onun bilik və əqidəsinə çevrilir və onda biliyə möhkəm inam yaranır. Tələbələrin 

öz üzərində müntəzəm və müstəqil işləmələri onlarda geniş dünyagörüş  

formalaşdırmaqla bərabər, həm də  faydalı vərdişlər yaradır.  

Tələbələrə bir deyil, bir neçə mənbədən istifadə etməyi  öyrətmək lazımdır. 

Çünki təcrübə göstərir ki, orta məktəbi qurtaran şagirdlərin  heç də hamısı sərbəst 

şəkildə elmi mənbələr üzərində, müxtəlif kitablar  üzərində    işləməyi bilmirlər. 

Ona görə də birinci kurs tələbələrinə fənn müəllimi tələbələrə müstəqil  çalışmaq 

üçün, elmi mənbələrdən istifadə etmək üçün lazımi məsləhətlər verməli, tədris 

etdiyi mövzularla bağlı ədəbiyyat siyahısı   verməli və onlardan istifadə yollarını 

da göstərməlidir. 

Təcrübələrdən aydın olur ki, birinci kurs tələbələrinin ilk mənbələr üzərində 

işləmələri və onların çıxardıqları  nəticələr zəif olur, bəzən səthi və  bəzən də 

kitabın, jurnalın üzü köçürülür. Lakin, doğru, düzgün məsləhətlər, tövsiyələr 



Yüklə 376,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə