Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
7
 
          Giriş 
            
                       Oyanıb dünyanı qaranlıq gördü,
 
                       Sınmışdı zamanın qələbə əzmi. 
                      Ona ideyanı Təbiət
1
 verdi: 
                     “Dünya iradə və  təsəvvür kimi”. 
 
Dansiqdə bir uşaq doğuldu o gün, 
Atası, anası “Artur” çağırdı. 
Doğuldu dünyanı dərk etmək üçün,  
Olumun ölümdən yükü ağırdı. 
                
Alnını örtmüşdü qıvrım telləri, 
Zehni gələcəkdən xəbər verirdi. 
Sığal istəyirdi körpə əlləri,   
Sevgidən sonrakı səadət idi. 
                
Həyata baxışı Artursayağı, 
Rəftarı, ədası özünəməxsus. 
Bir az xoş keçsə də uşaqlıq çağı, 
Atasız - anasız böyüdü, əfsus. 
                
Ana sevgisindən gen düşmək olar
Ana nifrətini həzm etmək necə?! 
Övladın anaya daim borcu var, 
Bunu unutmadı Artur, zənnimcə. 
               
Artur böyüdükcə dünya dəyişir, 
Yeni mənzərələr bəxş edir ona. 
                                                 
1
 Zat, yaranış 


Эюйярчин 
 
 
8
İdrakdan fəlsəfi yarpaqlar düşür, 
İnanmaq  istəyir “uydurduğuna”. 
                
Uşaqlıq illəri Hamburqda keçdi
Biznes mühitində böyüdü Artur. 
Dünyanı özünə müəllim seçdi, 
Dinlədi sənətkar öyüdü Artur. 
    
Bir gün hamı kimi məktəbə getdi, 
Hamı keçən yoldan keçmədi Artur. 
İdrakın özünə səyahət etdi, 
O qəlbdən bu qəlbə köçmədi Artur. 
     
Fikirli gedərdi məktəbə sarı, 
Xəyalı rəsmini çəkərdi ruhun. 
Sevilərdi yarı, sevərdi yarı, 
İsbatı başlardı “var” ilə “yox”un. 
    
Öndə tələbəlik illəri vardı, 
İxtisas seçməli, yol keçməliydi. 
Onda Leonardo hünəri vardı, 
Dünyanın rəsmini çəkməli idi. 
    
Dünya Cokondaya bənzəmirdi heç, 
Rəngləri qarışıq xəritə idi. 
Fikir doğururdu suallar köç-köç, 
“Var” “ yox”dan, “yox”  “var”dan gəlib keçirdi. 
    
Uşaqkən gənc oldu, gənc ikən qoca, 
Dövrü qabaqladı, zamanı ötdü. 
Heyrəti məqsəddən, məsləkdən uca, 
Ümidi doğrultdu, gümanı ötdü.  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
9
Bütün fənnlər üzrə əlaçı idi, 
Bəzi dərsliklərə irad tutardı. 
Çox dərdin fəlsəfi əlacı idi, 
Arturda sağaltmaq qüdrəti vardı. 
    
Şahmat da oynadı arada bəzən,  
Soyunda bərkiyib oyunda uddu. 
Səthi yanaşmadı, keçmədi üzdən, 
Dünyanı dərk etmək yolunu tutdu. 
 
Kantı mütaliə olurdı işi, 
Unuda bilmirdi kiçik Buddanı. 
Yandırdı canını gənclik atəşi, 
Əqlin buz nəfəsi üşütdü onu. 
 
Qəlbində bir ana xiffəti vardı, 
Ömür kitabının müəllifiydi. 
Fikrində fəlsəfi yollar qurardı, 
“İstək”  bu yolların ilk hərifiydi. 
 
Lirik bir musiqi kövrəldər onu, 
Zildə yaşanardı ömrün mənası. 
Uşaq gəncliyinin bitməmiş sonu, 
Ayrılıb Veymara köçdü anası. 
 
Böyüyüb dünyanı qaranlıq gördü, 
Hamıdan çox yandı ümumi dərdə. 
Onun sevgisini sevgi öldürdü
Elə üfüqündən doğulan yerdə. 
 
Dodaqdan düşməyən ağılar kimi,  
Artur o illəri unutmadı heç. 


Эюйярчин 
 
 
10
Unutsa dünyası dağılar kimi, 
Dağılan ruhuna yas tutmadı heç. 
     
Artur gənc olmadı, uşaq olmadı, 
Dərk etmək istəyi böyütdü onu. 
Sevməzdi hay-küylə çəkilsin adı, 
Xidmətsiz şöhrəti bəyənməzdi o. 
 
Dünya “iradə və dünya şər kimi”, 
Artur zəkasının təsəvvürüdür. 
Fəlsəfə şərh edər, açar tilsimi, 
Açar filosofun təfəkkürüdür. 
                
Fikir tablosunun rəssamı özü, 
Həyat lövhəsinin şah əsəridir. 
Azad fəlsəfənin bəzəksiz üzü, 
Təsəvvür dünyanın ilk əsgəridir. 
 
O, nə həqiqətdir, nə də ki yalan, 
Yalandan yalandır, doğrudan doğru. 
Fikir doğulsa da, azalmaz bir an
Fəlsəfi söz üstə çəkilən ağrı. 
 
Həyat güldü ona, dünya baş əydi, 
Hər yeni gün yeni Artur doğuldu. 
“Vətənsiz” dedilər xətrinə dəydi, 
 Vətənli, vətənsiz oğul, oğuldu. 
 
Sözü şair kimi düzdü ilməyə, 
Vəsf edən təxəyyül, yazan əl oldu. 
Azadlıq, ixtiyar verdi cümləyə, 
Hər iki qütbündə iradənin o. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
11
Həyat düşünənin komik səhnəsi, 
Amma hiss edənin faciəsidir. 
Olmaz bu dünyanın təzə, köhnəsi, 
Əvvəli, indisi, axırı birdir. 
 
Bəzən iradə də yorula bilir. 
Həyat süqut edir, hiss ödənilmir. 
Bir gün məhvərindən qırıla bilir, 
Dünya əvvəlindən sonunadək sirr. 
 
İradə – yaşamaq iradəsidir, 
Bizim filosofun fəlsəfəsində. 
O, Artur eşqinin ifadəsidir, 
Dünyanın fəlsəfi səhifəsində. 
 
Dünya filosofu, Artur dünyanı, 
Heyrətə gətirir fəlsəfəsiylə. 
Fəlsəfi terminlər yaradır yeni, 
Ən gözəl deyilmiş söz həvəsiylə. 
 
Onun timsalında yaralı bir ruh, 
Sanki öz dərdini anladır bizə. 
Buzda od xisləti, odda soyuqluq, 
Olmasa, məntiqin qələbəsi nə?! 
 
İradə hökmündə saxlar dünyanı, 
Şüura bütövlük, vəhdət gətirər. 
Özünə qul edər bəzən insanı, 
Bəzən də idraka şöhrət gətirər. 
 
Təfəkkür yolunu göstərdi Artur, 
Ürək sirrimizi faş etdi bizə. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə