Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   ...   50

Эюйярчин 
 
 
12
Demək, insanlığın axırı çatır 
Əgər təslim olsaq iradəmizə. 
 
Dünya nə bizimdir, nə bizə qarşı, 
O, Artur demişkən, bir ideyadır. 
Dünya başdan-başa nağıl yarışı, 
Nə zülmə məhkumdur, nə hökmə qadir... 
 
Artur zəkasından qopan hər cümlə, 
Ömür yolumuzu işıqlandırır. 
Üz-üzə qoyulur həyat ölümlə, 
Fəqət ölüm soyuq, həyat yandırır... 
    
İradə insanın mahiyyətidir, 
Amma gözü kordur məhəbbət kimi. 
Arturun tənhalıq fikri qətidir, 
Tənhalıq Tanrıya məxsus deyilmi? 
    
Dansiqdən Veymara... ordan Berlinə,  
Filosof illərlə səyahət etdi.  
Özünü hər kəsin qoydu yerinə, 
Əqli iradəyə nəhayət etdi
2

    
O vaxtlar taqətdən düşmüş dünyanın 
Qəlbi səfalətdən qan ağlayırdı. 
Özü öz bəxtindən küsmüş dünyanın 
Surəti Arturu qabaqlayırdı. 
    
 
                                                 
2
 Şopenhauerə görə əzablardan azad olmaq üçün iradə idraka tabe 
edilməlidir. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
13
İşdən yorulanda fleyta çalar, 
Musiqi dinləyər, şeir yazardı. 
Dilsiz təbiətə meylini salar,  
Kirayə eləyib atla gəzərdi. 
  
O, bəhər gətirdi çiçək açmadan, 
Gənclik yaşındaydı əsər yazanda. 
Sonadək məst idi şərab içmədən,  
Dözmürdü haqqına əl uzananda. 
 
Həyat ehtirası! İradə budur! 
Onun inkarıdr həqiqi xilas. 
Ölüm fərd olmağın bir yuxusudur, 
İradəyə  deyil, “olum-ölum” xas. 
 
Tükənməz dünyanın Artur sevinci, 
Onsuz fəlsəfənin çəkilməz adı. 
Filosof ömrünün yetmiş ikinci 
Payızına kimi gümrah yaşadı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Эюйярчин 
 
 
14
        İlk görüş 
 
Elba hövzəsində, göyrüş meşədə, 
Memarlıq üslubu bir az qədimi 
Evdə dincəlirdi Reqina ilə. 
Artur mühazirə deyirmiş kimi 
mənzildə gəzirdi irəli, geri. 
Məchul bir nöqtənin dalınca düşüb 
Gözdən yayınırdı dalğın gözləri. 
Sevgi qoxuyurdu evin havası, 
Cavanlar özünü xoşbəxt sanırdı. 
Daşdan yonulmuşdu divar sobası, 
Küncdə çıtır-çıtır alovlanırdı. 
Ocağa düşdükcə təzə çırpılar, 
Şöləsi qıvrılır, ya uzanırdı. 
Ocağın yaşamaq eşqi yanırdı... 
Artur düşünürdü: – Nədir bu həyat? 
Ondan müəllim tək dərs alır hamı. 
Hanı təbiətin əzəl rəssamı?! 
Varlığı, yoxluğu bilinmir, heyhat... 
Unudub səhərdən yağan yağışı, 
Qərq olub Elbanın şır-şır səsinə, 
Bir qız sevgisinin ürkək baxışı 
Min dəfə təşəkkür edib bu günə, 
Onu öz fikrindən ayırır yenə. 
Artur Reqinanın üzünə baxır, 
Az qala tarimar olur dünyası. 
Bir az da zövq verir qızın həyası. 
Fərəhdən Elbanın gözləri axır... 
– Ah! Ənbər qoxuyan bu siyah tellər
Mənalı baxışlar, sürahi əllər,  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
15
Mübarək çöhrədə mübhəm lalələr... 
Çarpaz qollar altda süddən ağ sinə, 
Mənim qolum üstə gərək isinə. 
Nədir içimdəki bu təlaş, bu kin, 
İstəyim bu anlar deyildimi bəs? 
Bura Reqinanı nahaq gətirdim, 
Ona qadın kimi etmirəm həvəs. 
... Arturu içindən bir hiss oyurdu, 
Səmum küləyi tək uğuldayırdı. 
Qızla bir qrupda oxuyurdular
Məhəbbət çəkmişdi xəlvətə onu. 
Bəlkə də, boşuna xəyal qurdular... 
Artur anlamışdı gec olduğunu. 
Bəlkə, o, sadəcə əylənməliydi? 
Yox, yox, Reqinayla evlənməliydi! 
... Toran qovuşduqca qanı qaralır, 
Qızın söz tutmurdu dili sevgidən. 
Artur Reqinaya fleyta çalır, 
Deyir: “Bu gördüyün dünya, bil ki, sən, 
Düşündüyün kimi əbədi deyil. 
Təzədən yaşayır, təzədən ölür. 
Dünya azadlığın məbədi deyil,  
İnsanlar bölünür, insanlar bölür. 
Hər işin başında iradə durur, 
Ağıla baş əymir, söz başa düşmür. 
İdrakı olanlar şövqü susdurur, 
Amma sevgisiz də ötüşmür ömür. 
Əxlaqın yaxşısı, pisi bilinmir, 
Mənə yaxşı olan birinə pisdir. 
Məna, həqiqət və zaman bölünmür
Qoruyan dərrakə, qorunan hissdir. 
Dünyanın təqsiri bilinmir nədir? 


Эюйярчин 
 
 
16
Hər kəs günahına bəhanə tapır. 
Fəzilət hər kəsi dərk etməkdədir, 
Məsələn, küsürsən, ürəyim qopur. 
Sevincdən qüruru qanayır qızın, 
Bu kiçik eyhamdan özünə gəlmir. 
Nağıllar uydurur yaşından uzun, 
Bu onda dühamı, sevgimi, bilmir. 
– Səni Tanrım kimi sevirəm, Artur, 
Gözün kölgələnsə həyatım solar. 
Səndə bu əzəmət, bu ülfət ki var, 
Sevgim gündən-günə böyüyüb artır. 
Səni dünlədikcə ruhum yüksəlir, 
Min alqış, dünyaya gəldiyin günə! 
Səbr etmək... Əlimdən özgə nə gəlir? 
İnan, aşiqdən də aşiqəm sənə. 
Nədən düşündürür bu dünya səni?      
Gəl quraq, ikili dünyamız olsun. 
–  Reqina, Tanrıya tay tutma məni,  
Günahdır, isminə sayqımız olsun. 
–  Fəlsəfə nə dindir, nə də siyasət, 
Varlığın əbədi mahiyyətidir. 
– Amma açılmayıb hələ həqiqət, 
Onu axtarmaqda fikrim qətidir. 
– Yaxşı da... Neylərdi sənsiz bu ölkə, 
Dünyanın sirrini sən açdın, bəlkə? 
–  Reqina, sən nədən qorxursan belə, 
Qorxursan, kafər tək adım çəkilə?        
Ya tək sənə məxsus olmalıyam mən? 
Dörd divar içində qalmalıyam mən? 
–  Artur, ya mənim ol, ya mənim olma, 
Sevgidə bunların olmaz mənası. 
Söz gəlişi dedim, könlünə alma, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə