Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
17
Səninki idraki eşqdir, qadası. 
Bunun nə dəxli var mənim sevgimə? 
Maneə gördükcə məhəbbət artır. 
Sirr deyil bu duyğu indi heç kimə, 
Sevgisiz yaşamaq ölməkdir, Artur. 
Gəl indi bunları unudaq getsin, 
Elbanı dinləyək, görək, nə deyir. 
Nə sən sor, nə məni suallar didsin, 
Baxaq bu sevdaya ürək nə deyir...  
... Ocaq çıtır-çıtır alovlanırdı, 
Ocaqda gecənin bağrı yanırdı. 
Kədər damarını kəsirdi qızın, 
Ayrılıq qanını yalayacaqdı. 
İztirab çəkirdi Arturdan gizlin, 
Bir sözə bənd idi, ağlayacaqdı. 
Yağmur pəncərəyə inci düzürdü. 
Külək oynadırdı son yarpaqları. 
Ətrafda incimiş ruhlar gəzirdi,        
Həsrət yol gəlirdi bu evə sarı. 
Artur düşünürdü: “Axı bu dünya, 
Nə heçdən yaranıb, nə heç olandır. 
Röya da həyatdır, həyat da röya, 
Dünya nə gəncləşən, nə qocalandır. 
Görən, bu dünyaya nə verə billəm? 
Və yaxud dünyadan istədiyim nə?! 
Fəqət fəlsəfəsiz yaşasam ölləm, 
“Sus”, demək mümkünmü həyat eşqinə? 
Reqina gözəldir, həm də ağıllı, 
Mehriban söhbəti, nəvazişi var. 
Bütün varlığıyla o mənə bağlı, 
Eşqin yoxuşundan çox enişi var”... 
...  Soba alışırdı, soba yanırdı, 


Эюйярчин 
 
 
18
Bir gül qönçəsinə əl uzanırdı. 
Dodaqlar istidən sayıqlayırdı, 
Bəyaz yaxasını gül bağlayırdı. 
Üstdən yanaqlara tər süzülürdü
Tellərə sığaldan zər düzülürdü. 
Baxışlar sevgidən şölə saçırdı, 
O buna, bu ona könül açırdı. 
Barmaqlar dolaşıb pıçıldaşırdı, 
Dırnaqlar sədəf tək işıldaşırdı. 
Sinələr təmasdan xal-xal olmuşdu, 
Başları üstündə ruh oturmuşdu. 
İsrar qədəm-qədəm mübarək idi, 
İkisi o gecə evdə tək idi. 
Sübhün görüşünə getmişdi axşam, 
Hələ də ardınca ağlayırdı şam. 
Küknar ayaq üstə mürgüləyirdi, 
Ardıclar başını yerə əyirdi. 
Xəyala dalmışdı evdə künc-bucaq, 
Yanmaq həvəsindən düşmüşdü ocaq. 
Tamaşa səhnəsi qurmuşdu sevgi, 
Hərə öz rolunu oynayırdı ki, 
Anlar əbədiyyət kəsb edə bilsin
Kim kimi istəsə ömründən silsin. 
Sevənlər işığa tutsun qəlbini, 
Ayrılıq ürəyə salmasın kini. 
Əlbəttə, ayrılmaq eşqin xətası, 
Olmaz olsun o eşq, yoxsa vəfası... 
...  Çıraq öləziyir, soba sönürdü, 
Dolanıb gecəni səhər dönürdü. 
Təşəbbüs, intizar arxada idi, 
Vaxt yubanar deyə qorxuda idi. 
Artur yan otaqda qəlyan çəkirdi


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
19
Reqina hələ də yuxuda idi. 
Üzündə azacıq yorğunluq izi,  
Birgünlük həsrəti bitmişdi qızın. 
Vücudu süstlükdən sızıldayırdı, 
Ürəyi körpə tək qığıldayırdı. 
Gözünə üfüqün rəngi çökmüşdü, 
Nazını sübhədək Artur çəkmişdi. 
Şəhərə dönməli idilər bu gün, 
Qərar qanun idi Reqina üçün. 
Yalvarıb “getməyək” demək istədi, 
Onun ayağına düşmək istədi: 
– Artura əziyyət etmək düz deyil, 
Ona yalvarmaram, görməsəm yüz il. 
Məgər görüş üçün sevdim Arturu?  
Onun həyatdakı kiçik uğuru, 
Mənə həyatımda ən böyük qazanc. 
Məhəbbət ilhamdır, sədaqət inanc. 
... Oxunmuş hekayə arxada qaldı, 
Qayıq başqa yana səmtini aldı. 
Eşqin başı üstə duman gəzirdi, 
Ayrılıq rüzgarı əsib-kəsirdi... 
Artur çəkilmişdi öz dünyasına, 
Dünya yol vermirdi Reqinasına. 
Neyləsin, ürəkdən üstündür ağıl, 
Ağılsız ürəyin zəhməti ağır. 
Hərgah ötən gecə çox gözəl idi
Bunu Artur belə fərq edə bildi. 
Eşqin pərvanəsi çıraqdan uzaq, 
Tutulsa, o eşqə zülm olar ancaq. 
İdrakın dünyaya yolu açıqsa, 
Məhv olar yoluna maneə çıxsa. 
İndi iki yoldan biri qalırdı, 


Эюйярчин 
 
 
20
Dünya Reqinanı ondan alırdı. 
Gözəldir hicrandan sonrakı vüsal, 
Vüsaldan sonrakı hicran özgə hal. 
Bunu izah etmək mümkündən çətin, 
Bənzəri çox olur hər həqiqətin. 
Reqina düşünür, Reqina sevir,  
Fikrində canlanır olanlar bir-bir. 
Oğlanın qəlbində bir özgə aləm,  
Gah zövq bəxş eləyir ona, gah ələm. 
Artur fəlsəfəni üstün tuturdu, 
Bir qız məhəbbəti unudulurdu...  
 
 
  Müharibədən  
             Görüntülər
       
 
Dərslər başlamışdı universitetdə, 
Hamı qayıtmışdı qış tətilindən. 
Təkrar sınaq üçün kimi gəl-getdə, 
Kimi öndə idi öz təhsilindən. 
Hərdən bir araya yığışırdılar, 
Dindən, fəlsəfədən bəhs etmək üçün. 
Hərdən söz üstündə yarışırdılar, 
Hər kəs ilk sırada yer tutmaq üçün. 
Fikirlər haçalı, təxəyyül dərin, 
Tənqid olunurdu dövrün siması. 
Baxıb söz mülkünə əvvəlkilərin, 
Heyrət doğururdu Kantın “zəkası”. 
O vaxt Napoleonun azğın ordusu, 
Bütün Avropanı iflic etmişdi. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
21
Haqqın, ədalətin mahir oğrusu, 
Dünyanı dağıtmaq fikrinə düşdü. 
Artur fəlakətə son qoymaq üçün
Sülhə çağırırdı bəşəriyyəti. 
Döyüşə yollanmaq istədi bir gün, 
Vətəni qorumaq oldu niyyəti. 
Lakin ağlı ona imkan vermədi, 
Gücünü təhsilə yönəltdi Artur. 
Əsərlər oxudu elmi, bədii, 
İdrakın yolunu genəltdi Artur. 
Həyat Avropadan küsmüşdü sanki, 
İnsan yaşamağa etmirdi həvəs. 
Tarix təkərini tərs fırlatdı ki, 
Keçmişə ikrahla baxmasın heç kəs. 
İnsana görk olur hər bir əməli, 
Qəsrdə yaşayır, amma ölü tək. 
Kasıba, yoxsula uzanmır əli, 
Dərinliyi olmur yağış gölü tək. 
Aşağı dikmişdi evlər başını, 
Kəndlər kasıblıqdan əzab çəkirdi. 
Qardaş unutmuşdu öz qardaşını, 
Ruzigar şumlayır, zaman əkirdi. 
İnqilab sonadək məhv edilmişdi
Ümid gələcəyə qalmışdı ancaq. 
Həyat öz rəsmini yerdən silmişdi, 
Təbiət olmuşdu bir az utancaq. 
Dövran iç üzünə pərdə tutmuşdu, 
Saxlaya bilmirdi göz yaşlarını. 
Ümid toranlaşmış, inam bitmişdi,   
Gülüş itirmişdi sirdaşlarını. 
Torpaqda tapdanmaq xiffəti vardı, 
Şırım-şırım idi dərddən sinəsi. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə