Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
231
Saçlarımı sığalla. 
Son dəfə sıx köksünə məni dəlilər kimi
Amma daha ayrılaq, əbədi sevgi üçün. 
Görüşdük, bəlkə, bir gün... 
... Reqinanın əlini əlinə alıb Artur, 
Sevginin ən əzablı anlarını yaşadı. 
Reqina idi, vur-tut, 
Heç kəsi qalmamışdı. 
Yaş yormamışdı onu, 
Fəlsəfəyə həsr etmişdi ömrünü. 
Bu anlarda xoşbəxt idi, bədbəxt idi, bilinmirdi, 
Xəyalından əski günlər silinmirdi.    
Arxasına baxmadan yoluna davam etdi, 
Reqina onu incitdi. 
Özü necə incidimi? 
İncimədi, keyimişdi hissləri. 
Bükülüb yumaq kimi döşəmənin üstə düşdü: 
– Aaaah! Bir anlığa dönsəydi Artur geri, 
Bir anlığa... 
Bu nə əzab, bu nə zülüm?  
“Get” deməyə axı necə gəldi dilim?  
Sən ən şirin yuxumsan, özündən oyat məni, 
Sənsiz bir an yaşasam, yaşatmır həyat məni. 
Biz birlikdə ancaq bizik, sən kim, mən kim? 
Getmə! 
Getmə, ey ruhumun sahibi, 
Bir tək səni sevdim
Bir tək səni sevdim, 
Bir tək səni sevdim... 
 
  


Эюйярчин 
 
 
232
      Ömrün son yarpaqları 
 
Yenə köhnə şəhər, köhnə pəncərə, 
Yenə al Günəşin boyunu sevdiyi sarmaşıq, 
Yenə də iki aşiq. 
Yenə böyük məsafə – Hamburqdan Frankfurta  
məktublar axıb gedir, 
Yenə iki sevən qəlb bir-birini tərk edir.  
Reqina fikirdədir: 
“Arxada nələr qaldı, qarşıda nə gözləyir?” 
Bu anlarda Artur da Reqinanı düşünür: 
 
“Bir canda iki ürək, 
Biri sərt, biri kövrək. 
Bir-birindən ayrılmır, 
Amma ikisi də tək. 
 
Qalib gəldim özümə, 
Bənzəmədim heç kimə. 
Həyat eşqim tükəndi, 
Şükürlər, taleyimə. 
 
Qəribədir bu payız, 
Yaşanır, saxlamır iz. 
Ömrün son yarpaqları 
Nəm torpağa qoyur üz”.  
 
Axır vaxtlar fleytada Şopenhauer az çalırdı, 
Keçdiyi həyat yolundan zövq alırdı. 
Arada duruxub qalırdı: 
– Bu qədər kitabları mən yazmışam, görəsən?  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
233
Öz kitabımı niyə bəs yaza bilməmişəm? 
Dörd divar arasında, səbəb nədir ki, təkəm? 
Bu nə sözdür deyirəm, heç zaman tək olmadım,  
Dünyanı yığdım başıma. 
Dünyanı yıxdım başıma, 
Həmişə yalnız oldum. 
Reqina burda olsa, mən xoşbəxt olmazdımmı? 
Bütün ömrünü mənə məktublar yazmadımı? 
Bəs nədəndir gəlmədi? 
O zaman ki, evlənmək təklifi eləmədim
Yük üstündən çiynimə yük qaldıra bilmədim. 
Ömrüm fəlsəfəyə həsr olunmuşdu, 
Gerçəklik görünən pərdəsini soyunmuşdu, 
Vaxt itirə bilməzdim. 
Həm də çox istəyirdim xoşbəxt olsun Reqina, 
Lazım olan diqqəti verə bilməzdim ona. 
Yeni dünya yaratdım “İradə” fəlsəfəmdə, 
Sakinləri artdıqca xoşbəxt oluram mən də. 
Bilmirəm, xoşbəxtliyin mənası omu, bumu? 
Əbədi xoşbəxtliyə məhkum etdim ruhumu. 
Yaşayacaq fəlsəfəm, nə qədər dünya durur, 
Dünyamın təməlini, sanmasınlar uçurur 
İrsimə laqeydlik. 
Oxucularım yalnız, seçilmiş olacaqlar. 
Fəlsəfə gerçək olsa, şərhə nə ehtiyac var?! 
“Meyvəli ağaca çox daş atarlar”... 
Nə qədər işlətsələr, bir gün tükənən deyil, 
Mənli – mənsiz nəzəriyyəm itən deyil. 
Reqinam da qayıdacaq hiss edirəm
Yoxsa dünyadan gedirəm? 
Eeeeeh, Artur, səni kim başa düşdü? 


Эюйярчин 
 
 
234
İllər nə tez ötüşdü, 
Yollarımız bitişdi, 
İndi tək bir yol qalır... 
Kirayə mənzillərdə yaşadım, 
Eşikdə yedim naharı, şamı. 
Zahirdə qəribə təsir bağışladım, 
Düşüncələrimdə itirdikcə limanı. 
Heç kim ilə özü kimi davranmadım, 
Mən təzədən yaranmadım, yaratdım! 
Xəyallar arada nostalji hisslər də oyatdı – 
Anam yadıma düşdü. 
Adel son məktubundan bir neçə saat sonra ölmüşdü. 
Yetmiş iki il nə tez keçdi? 
Həyatını kölgələdim Reqinanın sevgim ilə, 
Daim düşünüb onu. 
O da həssas qız idi, hiss elədikcə bunu 
Unutmaq istəyirkən daha çox sevdi məni. 
Ayrı-ayrı yaşadıq, 
Məhəbbət oldu adı. 
“Keçmişdən qalan bir gün” bir gün unudulmadı. 
Yaman gözüm yol çəkir... 
İki mələyimdən hansısa gəlir,  
Ya elə ikisi də – Ölüm və Reqina! 
Fərd nəslə qurban gedir, 
İndi sıra məndədir.  
Fərd.... 
Fərd olmamaq böyük dərd! 
Nəsil də kütləvidir, 
Yaxşını yamandan ayıra bilmir. 
Yetmiş iki ildir ki, mənimlədir inadım, 
İdrakım iradəmi tərk etmədi bir addım. 
Pulum çox olsa belə, qənaətlə yaşadım. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
235
Anladığım bir gündən öz həddimi tanıdım, 
Şairlər arasında şair çəkildi adım, 
Şərhimi dünyaya ismarladım. 
Məktublarım boş qayıtmır üstümə, 
Göyərçinlər yorulmadan daşıyır. 
İkinci gəncliyim başlayır. 
Açmağa icazə verdiyi qədər  
açdım dünyanın qapılarını. 
Çoxunu dərk etdim azı qaldı, 
Öyrənmək istəyim azalmadı, 
Varlığımın mahiyyəti tükəndi, 
Oxuduqlarımdan savayı mənə heç nə qalmadı: 
“Dünya dəyişməyəcək, hər kim onu tərk edə
Onda iz qoya bilməz fərd kimi gəlib gedən. 
Heç nəyi kəm deyildi biz yox ikən həyatda, 
Biz getsək, korluğu da olmayacaq heç nədən
71
”. 
Mənim Vətənim dünya, sevdiyim bəşəriyyət, 
Yaşadıqlarım röya, məkanım əbədiyyət. 
Axtardığım həqiqət, 
Vaxta çox verdim qiymət. 
O böyük gün gələr, əlbət, 
Fatehlər cərgəsində ön sırada duraram. 
Doğrudur, mənə qismət olmayacaq bu sevinc, 
Tarixən belə olmuş. 
Az-az müdrik tapılar sağlığında dərk olunmuş:  
“İnsan yaşayır, bir gün ölür... 
Hər kəsin yaşamı, ölümü özünə görə. 
Dünyaya gələndən döyüşür 
Gedənə kimi. 
Şan-şöhrət, var-dövlət, xoşbəxt ömür sürmək üçün, 
                                                 
71
 Ömər Xəyyamdan 


Эюйярчин 
 
 
236
Əzabları dəf etmək, bir parça çörək üçün. 
Döyüşə-döyüşə dəyişir də... 
Sona kimi islah ola bilir şöhrət bəlası olmasa. 
Şöhrətdən xilas sonuncu mərhələ
İslah olunmada ən çətin məsələ. 
Hər kəsə əməyinin qarşılığı ödənir də, 
ödənmir də. 
Bərabərlik olmur qazancda, itkidə. 
Həyat zəhmətsiz də ram edilir... 
Hissi dünyanın qarşılıqsız əməyi hamıya bəllidir. 
Yarı əzab olsa da, yarısı təsəllidir. 
Mənəvi dünyanın yaşantılarını anlayan həmişə varmı? 
Ölümsüz həyat sağ ikən fəth olunur, 
Dərk olunmuş dünyanın fatehlərini sağlığında  
tanıyan həmişə varmı? 
Ölümdən sonrakı qiymət daha çox kimə faydalı? 
Həyat iradəsi daima ödənilməyə sevdalı... 
Olduğundan fərqli təqdim insanı küsdürür, 
Özünütəsdiq gecikirsə, ölüm qorxudur. 
Bəlkə, bu qorxuya səbəb elə şöhrətpərəstlik hissidir?.. 
                         -=*=- 
Oyanıb səhər-səhər nəsə fikir edirdi, 
Yuxusunda Reqina qan görmüşdü bu gecə. 
Gecə qatarı ilə Frankfurta gedirdi, 
Hamburqu gəldiyi tək tərk etmişdi gizlicə. 
 
Əqli yenə olmuşdu ürəyinin əsiri, 
Təbiət müdrikliyi paylamır səxavətlə.  
Gecənin özünə də sirr imiş kimi sirri, 
Qaranlıq seyr edirdi hər tərəfi diqqətlə. 
 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
237
Ürəyinə dammışdı onun xəstə olmağı, 
Ola bilsin, son dəfə görəcəkdi Arturu. 
İstəyərdi, yanında izn versə, qalmağı, 
Ümid söndükcə həyat təsəllini artırır. 
 
“Həyatın keçmişi yox, hər nəyi var – indidir”.
72
 
Fikri olduğu kimi çatsın deyə hədəfə   
Reqina cümlələri quraşdırırdı bir-bir. 
Öz məktubunu özü aparırdı bu dəfə: 
 
“Sən ağlama, dəli könlüm, 
Dünya dəymir göz yaşına. 
Nəyin pis, nəyin yaxşı, nəyin düz olduğuna 
necə inana bilim? 
Mən yaxşıdır deyirəm, bir ayrısı pis deyir, 
Həqiqət ayağına dəmir çarıq, əyninə zireh geyir, 
Təsdiq olunmaq üçün. 
Həyatın karvanı tərsinə gedir, 
Öndən dolur sırası, sondan qırılır bir-bir... 
Yenə Ay işığında... 
Yenə iki dünyanın qarışığında, 
Yenə Görünməyənlərin qarşılığında 
Görünən aciz. 
Göz yaşları yağışdan ucuz...  
Bir dünyada zamanı tanımayan əbədi xoşbəxtlik, 
Birində zamana məhkum edilmiş bəşəriyyət və təklik. 
Birincidə dahilik, 
İkincidə dəlilik. 
Birincidə azadlıq, 
İkincidə doğmalıq və yadlıq. 
                                                 
72
 Fikir A. Şopenhauerə məxsusdur. 


Эюйярчин 
 
 
238
Yenə Ay işığında... 
Yenə iradənin idrakla barışığında  
ən yaxın məsafə – bir an. 
Dərk olunmamaq qorxusu, 
Yaşanmayan gecənin yuxusu – 
Həsrət qovuşan...  
Gəncliyi sovuşan ayrılıq, 
Xəyallar dənizində keçmişi və gələcəyi  
gəzdirən sükansız qayıq  
Dincəlmək istəmir. 
Həyat eşqi biz deyəni demir. 
Nə fərqi, zaman gözləyir, ya gözləmir?! 
Nə qədər yaşana, ayyy, İşığında 
bitməz bir ömür... 
                      -=*=- 
O, süfrəyə əyləşdi, səhər yeməyi üçün 
Fikrində xatirələr, əfsanələr dolaşdı. 
Otağın havasını dəyişirdilər hər gün, 
Qulluqçu pəncərəni taybatay yenə açdı. 
 
Günəşlə salamlaşdı, əhvalı yaxşı idi, 
Son vaxtlar ikisi də az-az dəyirdi gözə. 
Yarpaqlardan süzülən sübhün göz yaşı idi, 
Soluxmuş otlar içib, yenə qalxmışdı dizə. 
 
Qulluqçu bir saatdan sonra döndü geriyə, 
Əyləşdiyi kürsüdən qalxa bilməmişdi, yox. 
Asta-asta səslədi səksəndirməsin deyə, 
Amma onun səsini eşitmədi filosof. 
 
Üzündə iztirabın yox idi əlaməti
Əksinə, heç ölümə bənzəmirdi bu yuxu. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
239
Axırıncı sözünü həyat demişdi qəti, 
Cismindən ayrılmışdı ustadın böyük ruhu. 
 
Reqina da gəlmişdi, şaxta vurmuş gül kimi, 
Hissiyyatı donmuşdu, ürəyi döyünsə də.  
Bilinmirdi bu onun unudulmuş əslimi,   
Ya şəklimi asılıb mərhumun başı üstə?.. 
 
 
Kim qalxar vә susar? 
                                       
                                                Alp dağlarına qalxan səyahətçilər  
                                                üçün nəzərdə tutulmuş kitabda  
                                                Arturun saxlanılan yazısı 
 
Müdrik alman xalqının sadə oğlu mən –  
Artur Şopenhauer:  – Bütün ciddiliyimlə 
Zəhmətimin əsası saydığım bu kitabı: 
“Dünya iradə və təsəvvür kimi” 
Dünyaya yollayıram. 
Ümid edirəm kitab tez, ya gec o kəslərin  
Əlinə düşəcək ki,  
Yalnız
 
və əvvəlcədən təyin edilib onlar. 
Mən sonsuz rahatlıqla qürur hissi duyuram: 
– Ən dolğun mənada anlaşılaraq   
Ona elə tale bəxş olacaq ki,   
Bu bəxt 
Hәqiqәtin
 payına düşür. 
Anlaşılmayan kimi vaxt axını boyunca  
Çoxlu mübahisələrə səbəblər doğuracaq, 
Bayağı adlanacaq sayğısızlıq üzündən. 
Ancaq uzun illərin arasında çox az-az 


Эюйярчин 
 
 
240
Qələbələri bayram etmələr də olacaq. 
Ömür qısadır, amma Həqiqətin təsiri  
Uzaqlara yayılır və o, uzun yaşayır. 
Buna görə Həqiqəti söyləməyə borcluyuq. 
Xidmətsiz şöhrət var, şöhrətsiz xidmət, 
Mən öz dövrüm ilə deyiləm uyğun. 
Bəs ümumi xarakter daşıyırsa köləlik, 
dayaq nöqtəsini harada axtarmalı? 
Hanı çıxış yolu? 
Cavab, sufi pietizmisubyekt fəlsəfəsi və buddizm  
ruhunda qısaca şərh olunur: 
– Transendent immanentlik var, 
Yerüstü yüksəklik var – səmasız, 
İdrakın səmimi vəcdi var. 
O vaxt ki iradә özünün əksinə çevrilir və  
özünü tamamilə məhv edir , 
O, daha yoxdur. 
Ondan qalan var olmanın şəklidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
241
 
                      KİTABIN İÇİNDƏKİLƏR: 
 
Begeisterung hat keine Heimat ....................... 3
 
İlhamın vətəni yoxdur ............................................... 5 
Giriş........................................................................... 7 
İlk görüş. ................................................................... 14 
Müharibədən görüntülər............................................ 20 
Qar gecəsi.................................................................. 31 
Fəlsəfə bizimlə qocalacaqmı? ................................... 43 
Reqina balda.............................................................. 54 
Alp dağlarında ........................................................... 67 
Təbiət dilə gəlməz ..................................................... 78 
Şopenhauer və Hegel................................................. 91 
Pəncərə həyatı ........................................................... 102 
Ağrısı bizə qalır......................................................... 117 
Əli qoynunda bir qız.................................................. 131 
Essenin qonaqları ...................................................... 151 
Toy günü ................................................................... 176 
Bu gecə il dönümü yaxud qaibanə məktub ............... 191 
Məzara götürülür ana-oğul yanaşı............................. 202 
İtaliya səfəri............................................................... 207 
Gecə qapı döyülür ..................................................... 220 
Ömrün son yarpaqları................................................ 232 
Kim qalxar və susar? ................................................. 239 
 
 
 
 
 


 
 
242
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
...
,
Ondan ötrü bütün dünya heç n
Ya əbə
əqqəti,

ənbəyi iradədir. 
Kim iradə
ə qəti
ədir.
di olsun ya müv
sini öldürs
yatın m
 


 
 
 
Ağaca bәnzәyir filosof 
ömrü, 
Yolun başındakı tәnha 
ağaca. 
Hәr tәrәfdәn baxsan, o 
görünür ki, 
Hәr tәrәf görünsün baxanda 
o da. 
 
 
 
 
 
 
 


 
 
GÖYƏRÇİN 
(Kərimi Göyərçin) 
 
 
Die Welt als Wille und Vorstellung 
 
DÜNYA İRADƏ 
VƏ TƏSƏVVÜR KİMİ 
 
 
 
 
 
 
 
Nəşriyyatın direktoru                     E.A.Əliyev 
Mətbəənin direktoru 
 
      S.O.Mustafayev 
Texniki redaktoru 
 
      M.H.Xanbabayeva 
Kompyuter dizaynı 
 
      Y.M.Qədirova
 
 
 
 
 
 
Çapa imzalanıb: 12.12.2012. Formatı 60x90 
1
/
16
.  
F.ç.v. 15,25. Tirajı 500 nüsxə.  
 
Çaşıoğlu” mətbəəsi.  
Bakı, M. Müşfiq küç., 2E. Tel: 447-49-71
 

Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə