Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
27
Təfəkkür başlayır dünya seyrinə
Sonra bir daş üstə bir ad ucalır. 
Həyat sahibinin üzünə baxır, 
Kirpiyi nəmlənir günahkar kimi. 
Ağıl məngənə tək ürəyi sıxır, 
Ürək söz dinləmir inadkar kimi. 
Hansını söyləyim, hansını yazım,  
Dərd birmi, ikimi açıb deyəsən?! 
Çoxum bada gedib, az qalıb azım, 
Ömrümdə bir xoş gün görməmişəm mən. 
... Artur bu qarışıq xəyallar içrə 
Bir yol seçirdi ki, hələ bakirdi. 
Məkan üçölçülü, fəsillər üç rəng, 
Üç yol ayrıcında fikir çəkirdi. 
Götür-qoy edirdi hər bir baxışı, 
İnci sevdasıydı dərdi dəryada. 
Tarixi fəlsəfə Volterin işi, 
Hukku, Nyutonu salırdı yada. 
Hərdən Reqinanı düşünürdü o, 
Qəlbi kül altdakı közə dönürdü. 
İlk eşqin oduna isinirdi o
Ruhən alışırdı, fikrən sönürdü. 
Hərdən anasının uzaq xəyalı, 
Təsəlli olurdu incik ruhuna. 
Soyuq əllərini əlinə alır, 
Qayğı göstərirdi “kiçik” oğluna. 
... Dərslər başlamışdı universitetdə, 
Hamı qayıtmışdı qış tətilindən. 
Təkrar sınaq üçün kimi gəl-getdə, 
Kimi öndə idi öz təhsilindən. 
Reqina hissinə üstün gəlsə də, 
Dərslərə marağı zəifləmişdi. 


Эюйярчин 
 
 
28
Arturdan inciyib uzaq gəzsə də,  
Düz qərar verməyin vaxtı gəlmişdi. 
Təzəcə şumlanmış torpaq kimiydi, 
Bəhər verəcəkdi yağışdan sonra. 
Budaqdan sallanan yarpaq kimiydi, 
Bəxtindən asılıb qalmışdı o da. 
Reqina bilmirdi təqsiri nədir, 
Niyə həyat ondan intiqam alır? 
Ürəyin əmrinə ağıl kölədir, 
Düşünə bildikcə sevgi azalır... 
Dərslərdə yanaşı əyləşsələr də, 
Ayrı yaşamağın zamanı gəldi. 
Məhəbbət – sevənlər arası pərdə, 
Ayrılıq – pərdəni qaldıran əldir. 
Reqina bilmirdi, Artur nə çəkir, 
Canından, qanından ayrılır niyə? 
Fikrindən daima anası keçir, 
İnamı qalmayıb daha sevgiyə... 
Arturun qəlbində mərhəmət hissi, 
Qıza göz qoyurdu ondan xəbərsiz. 
Diqqət hədəfindən yayınırdı ki, 
Könlünü nigaran etməsin yersiz. 
Ümid həyatını başa vururdu, 
Sevgi yol gəlirdi xatirələrə. 
Artur təsəvvürdən dünya qururdu, 
İmzası düz idi özünə görə. 
Əbədi sevgiyə üzünü tutub  
İlham bayrağını ucaltmışdı o. 
Sevdiyi gözəli guya unudub, 
Özünü fəlsəfi qocaltmışdı o, 
Artur gələcəyin üstünə gedir
Hələ neçə əsri qabaqlayası... 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
29
Həssas bir qadının ürəyindədir, 
Bəşərə sevginin nəcib yuvası. 
Artur sevilirdi, Artur sevirdi, 
Onun sevgilisi “iradə” idi. 
Dünyanın altını üstə çevirdi, 
Həqiqi dünyası kirayə idi. 
Tibbdən fəlsəfəyə yönəldi Artur, 
Dəyişdi ixtisas fakultəsini. 
Reqina gördü ki, qərarı tutmur, 
Hicran hasarlayır əhatəsini. 
O da tərk eləyib universiteti
Hamburqa yollandı feldşer kimi. 
Təhsildən ayrılmaq deyildi qəsdi, 
Sadəcə, Berlindən uzaqlaşdı ki, 
Dərdini unutsun qız yavaş-yavaş. 
Ürəyi Arturdan bir yolluq küssün. 
Payız yarpağı tək saralsın yaddaş, 
Bir az xışıldayıb küləkdə, sussun. 
... Qadın mərhəmətdir, qadın qayğıdır, 
Bağışlar, barışmaq istəməsə də. 
Zərif düşünülmüş zehni duyğudur, 
Ədalət sahibi odur bölgüdə. 
Nə var incitməyə sevən qadını?! 
Ürəyi o qədər kövrək olur ki... 
Hörmətlə çəksinlər gərək adını, 
Bütün analığa anadır çünki. 
Bəzən köməksizdir yetim uşaq tək, 
Nə qədər böyüsə böyüyə möhtac. 
Qocadır, cavandır – hesab verəcək, 
Sakit olmaq üçün tapmayıb əlac. 
Kim var təbiətdə qadından gözəl?! 
Gözəllik qadının xislətindədir. 


Эюйярчин 
 
 
30
Kim var böyüklükdə Tanrıdan əzəl? 
Böyüklük Tanrının xilqətindədir. 
Qadına günahmı qadın olmağı? 
Hərdən bu mənada çox əzab çəkər. 
Ağlasa açılmaz Ayın qabağı, 
Gülsə dodağından gül gülab çəkər. 
Qadın fərəh deyil, ləzzət umula, 
Qadın kədər deyil, hər kəs unuda. 
Bütün ömrü boyu istər gənc qala, 
Dahi olmasa da, müdrikdir o da. 
Qadın əmanətdir, qorunsun gərək,  
Hər kəsin bir ana borcu var deyə. 
Qadın Günəş kimi görünsün gərək
Yaşasın etibar, düz ilqar!, deyə. 
Qadın ailədə böyük qüvvədir, 
Mənəvi dayaqdır oğula, ərə. 
Zirvənin özünə qadın zirvədir, 
Ehtiyac hiss edər əl çatmaz yerə. 
Artur düşünürdü, düşünürdü ki
Bəli, Reqinasız çətin olacaq... 
Bəlkə də, hicrana tuş gəlib sevgi, 
Böyüyüb bir az da mətin olacaq. 
Ağlı qəlbi ilə bir söz demirdi
Ağlına üstünlük verirdi amma. 
Şikayət etməyi Artur sevmirdi, 
Fikirli gəzirdi, lakin daima: 
– Həyat üzə gülür, güldürmür üzü, 
Xoşbəxt olmaq üçün ömür qısadır. 
Vaxtın girdabında fırladır bizi, 
Sonra da yaşamaq qoyulur adı.  
Həyat bir sevgidən qalır hamilə, 
Doğur, yaşatmaqdan imtina edir. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
31
Bu vecsiz ananı çox sevsək belə, 
Sükansız gəmi tək məqsədsiz gedir. 
Artur düşünürdü, düşünürdü ki, 
Bəli, Reqinasız çətin olacaq. 
İdrak artıracaq fəlsəfi eşqi, 
Əzab çoxaldıqca ürək solacaq... 
Solacaq dünyanın bər-bəzəkləri, 
Susdura bilməsək top-tüfəngləri. 
Artur düşünürdü, düşünürdü ki, 
Nədir bu dünyada ən böyük itki?.. 
 
 
    
Qar gecəsi 
 
Bir şəhər işığa batmışdı gecə, 
Göylər ətək-ətək qar ələmişdi. 
Ağ örpək altında yatmışdı gecə, 
Küknarlar qar altda gecələmişdi. 
Evlər bir-birini görmürmüş kimi, 
İşıqlar evlərə keşik çəkirdi. 
Sınmışdı göylərin ulduz tilsimi
Evlərin üstündə qar ev tikirdi. 
Qar altda ilk yazın nəfəsi vardı, 
Dağlar meşə-meşə tala tökmüşdü. 
Göylərdə yaşamaq həvəsi vardı, 
Boşaldıb qəlbini Yerə tökmüşdü. 
Çökəklər dolmuşdu, cığırlar hamar, 
Bu saf mənzərədən quşlar bezirdi. 
Torpağın altında zoğ damar-damar, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə