Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
37
Yoxsa nə olardı bu qızın halı? 
Səbəbsiz atılmaq asan iş deyil. 
Çətindir gəzdirmək ürəkdə xalı, 
Allahdan ümid də kəsilmiş deyil. 
Arturun sözünü salır yadına: 
“İnsan dərk etdikcə kədəri artır”. 
Bu söz birtərəfli görünür ona: 
“Nədənsə sevinci unudur Artur”. 
Axşam sallamışdı qaş-qabağını, 
Ay körpə uşaq tək dodaq büzmüşdü. 
Evdə unutmuşdu tək olmağını, 
Süfrəyə hər nə var qoşa düzmüşdü. 
Sanki gələcəkdi Artur indicə
Onunla süfrəyə əyləşəcəkdi. 
Ötüb keçəcəkdi xəbərsiz gecə, 
Qəlyan tüstülədib, çay içəcəkdi. 
Amma çox gözlədi, Artur gəlmədi, 
Süfrədən götürdü çayı, tütünü.  
Bu anlar nə çəkir Artur, bilmədi, 
Onun şərfi ilə örtüb üstünü. 
Günah olmasaydı əgər intihar, 
Artursuz, bəlkə də, yaşamazdı qız. 
Bir gün başlananın bir gün sonu var,  
Eşq əzabsız olmaz, könül sevdasız. 
İlk vaxtlar ürəyi azdırmaq olar, 
Sevdinsə, ayrılıq dərddir bir ömür. 
Qəlbi şüşədən də tez qırmaq olar, 
Ürək sevə-sevə aldana bilmir. 
Artur söz mülkünün sultanı idi, 
Aqillər içində öz yeri vardı. 
Artur INSAN-dan da insani idi
Ona inanmamaq günah olardı. 


Эюйярчин 
 
 
38
Ürəyində qaldı qızın muradı, 
Eşqinin gəncliyi nağılsız bitdi. 
Mədəni bir xalqın müdrik övladı, 
Nədən evliliyə etiraz etdi? 
Hər anın öz hökmü olur sevgidə, 
Ürək ağıl kimi düşünə bilir. 
İdrak görünəndə susur sevgi də, 
Ağıl dərs verməkdən ayrı nə bilir?... 
Ağıl nəyə gərək ürək olmasa? 
Ürəyin ağıldan ağırdır yükü. 
Ürək nəyə gərək eşqdən solmasa, 
Düşüb ayaqlara sınmasın təki. 
Sevgi həyəcandır, sevgi qorxudur, 
Gündə neçə dəfə ölməkdir sevgi. 
Sevgi imtahandır, sevgi sorğudur, 
Sevinci ikiyə bölməkdir sevgi. 
Sevəndə sürətlə döyünür ürək 
Ayların, illərin üstündən keçir. 
Məğrur sevgisiylə öyünür ürək, 
Bəzən ölənədək bir ünvan seçir. 
Sevgi hər insana iki qanaddır, 
Uçub gəlməyi var, köçüb getməyi. 
Sevgi yaşamağa bir istinaddır, 
Gül tək açmağı var, gün tək bitməyi. 
Həsrəti görünməz, sirri bilinməz, 
Mənası dərindir, hicranı ağır. 
Ürəkdə qaldıqca böyüyər az-az, 
Sanki qar üstünə hər gün qar yağır. 
Məhəbbət xoşbəxtlik, məhəbbət əzab, 
Amma ağrının da dərmanı odur. 
Hər ürək gətirməz məhəbbətə tab, 
Sədaqətin əsil ünvanı odur. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
39
Məhəbbət ucadır, məhəbbət ulu
Şəmi də özüdür, pərvanəsi də. 
Məhəbbət mənəvi inkişaf yolu, 
Həmişə yaşayar xatirələrdə. 
Hər “sevdim” deyənə aşiq deyilməz, 
Məcnunlar tək-təkdir, Leylilər tək-tək. 
Sevgi nə çəkdirər, sevməyən bilməz, 
Öldürər, köməyə gəlməsə idrak. 
Məhəbbət doğmadır, məhəbbət yaddır, 
Yad kimi yaşayar, dost kimi ölər. 
Dəmir qəfəsdə də sevgi azaddır, 
Aşiqlər zamanı sevgiylə ölçər. 
Məhəbbət həyatın özü deməkdir
Hisslərdir səbəbi çalxalanmağın. 
Sevginin əlacı yenə sevməkdir, 
Unutmaq növüdür azad olmağın. 
Məhəbbət həyadır, məhəbbət ismət, 
Ürəkdən ürəyə ən yaxın yoldur. 
Hicran başı üstə, vüsal... ya qismət, 
Nostalji hissləri, nağılı boldur. 
Gəlişi xəbərsiz, gedişi üsyan, 
Sevənə düşmən də doğma kimidir. 
Sevgi sahilini itirmiş liman, 
İlk dəfə oxunan nəğmə kimidir. 
Başlamaq asandır, bitirmək çətin,  
Bir hissdir yaşayar iki ürəkdə. 
Qəmi öldürsə də, itirmək çətin, 
Sağaldar mənəvi ölmüşləri də. 
... Asılmış şəklindən gözünü çəkir, 
Unutmaq istəyir “Artur” adını. 
Ağıl süngər kimi özünə çəkir, 
Ürək ayrı səmtə çağırır onu. 


Эюйярчин 
 
 
40
Yumub gözlərini saymaq istəyir, 
Rəqəmlər dağılır qum dənəsi tək. 
Axı rahatlıq da təmkin üstədi, 
Ritmi azalsın ki, dincəlsin ürək. 
Bir az yata bildi səhərə yaxın, 
Oyanıb işinə yolland


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
41
Hamburqda nə qədər xatirə qalıb 
Ona keçmişindən nağıl deyirdi. 
Gələn günlərindən hədiyyə alıb 
Burda keçmişinə borc ödəyirdi. 
Uşaqlar hələ də sürüşürdülər
Əlcəklər islanır, şərflər düşürdü. 
Qış qarlı keçirdi burda son illər, 
Son vaxtlar bahar da geri düşürdü. 
Ətrafı gecənin zəhmi basmışdı, 
Təpələr memarlıq türbəsi idi. 
Şinkel əsərini göydən asmışdı, 
Ağaclar “Yeni vaxt”
11
 qübbəsi idi. 
Reqina əlini açmışdı göyə, 
Dünyaya sakitlik istəyirdi o. 
Kişi də deyildi qurşansın meyə, 
Meyi, tütünü də pisləyirdi o.  
Xəstə orqanları həkim sağaldır, 
Dərdsiz yaşamağa can atır insan. 
Bəzən qara üzü ölüm ağardır, 
Bəzən də yoxluğa alışır insan. 
Məhəbbət acısı zamana möhtac, 
İnsanın əlində olmaz çarəsi. 
Eşqə bir ayrı eşq olsa da əlac, 
Ürəkdə həmişə qalar yarəsı. 
Əgər sağ olsaydı ata-anası, 
Berlindən Hamburqa heç dönməzdi qız. 
Qayğıyla dolmazdı ömrün mənası, 
Sevgi qatarından heç enməzdi qız. 
“Sevgi gözdə olur” deyirlər, amma, 
Sevginin ünvanı məsafəsizdir. 
                                                 
11
 K.F. Şinkelin(1816-1818) yaratdığı qübbənin adı 


Эюйярчин 
 
 
42
Məhəbbət bir olur qəlbdə daima, 
Bir şəkil çəkir ki, adı əzizdir. 
Fərəhdə tək idi, qəmdə tək idi
Reqina sevgidə şərqliydi tamam. 
Cəmiyyət içində həm də tək idi, 
Həyata baxışı fərqliydi tamam. 
Dünyaya sığmayan sevinci vardı, 
Şopenhaueri sevirdi deyə. 
Sevgini yaşadan xatirələrdir, 
İsrarlıdır tez-tez təzələnməyə. 
Məhəbbətin gücü ayrılıqdadır, 
Uzaqda özünü tanıdır sevgi. 
Sonsuz mərhəmətdə, xoş qılıqdadır, 
Hərdən də insanı yanıldır sevgi. 
Könüllər ayrıdır, fikirlər ayrı, 
Birində nələr var, o biri bilmir. 
Sevgidən başlayır dünyanın seyri, 
Yaradan təbiət özü sevilmir. 
Məhəbbət gözəllik mücəssəməsi, 
Bəlkə də, taleyin hədiyyəsidir. 
Məhəbbət həyatın üzə gülməsi, 
Sədaqət sevilmək tərbiyəsidir. 
Reqina işinə gedib-gəlsə də, 
Məktub gözləyirdi Arturdan üçkünc. 
Məktub gəlməyəcək, bunu bilsə də
Yolunu poçtadan salırdı hər gün. 
Sevgi dərk olunmur, ona görə ki, 
Əlacı əlacsız olmağındadır. 
Həyatın mənası buludlar kimi 
Boşalmağındadır, dolmağındadır. 
Reqina ayrı bir Reqina idi, 
Arturdan elə bil küsməmişdi heç. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə