Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
43
Sanki bu qız üçün eşq sınaq idi, 
Gənclik həvəsindən düşməmişdi heç. 
Hər gün işdən sonra bağı dolanır,  
Qalmaq istəmirdi evdə kimsəsiz. 
Kədər yağışında qəlbi islanır, 
Nəğmə oxuyurdu kirpiyi səssiz. 
 “Gizli muradım var qəlbimdə”, deyə, 
İstixarə edib, kitab açırdı. 
Pis gəlsə, baxışı millənir göyə, 
Düz gəlsə, gözləri işıq saçırdı. 
Fikrini sorurdu gəlib gedənin
“Gizli muradım var qəlbimdə” deyə. 
Sahibi torpaqdır ruhsuz bədənin,   
Ruh bədəndən ayrı yaşayır, niyə? 
 
 
Fəlsəfə bizimlə  
            qocalacaqmı? 
 
Payız fəsli idi, hava mülayim, 
Bir bulud gəzirdi göylərdə dəli. 
Günəş ara-sıra, yağışlar daim, 
Təqib eləyirdi çəməni, çölü. 
Dağlar dizinədək şehə batmışdı, 
Bitmək üzrə idi yarpaq tökümü. 
Yazadək güllərin bəxti yatmışdı, 
Bağlarda xatirə çələngi kimi. 
Meşənin azacıq rəngi solmuşdu, 
Üfüq tünd-qırmızı boyaqda idi. 
Sobalar evlərə çoxdan dolmuşdu
İndi yeni fəsil ayaqda idi. 


Эюйярчин 
 
 
44
Yollara tökülən ilk yarpaqları 
Oynadıb öyürdü yellər özünü. 
Gün gendən baxırdı Berlinə sarı, 
Açmağa qoymurdu bulud gözünü. 
Cüt-cüt hörük idi cığırlar sanki, 
Budaqlar ağacda korbucaq kimi. 
Bir himə bənd idi burda qar sanki, 
Dağlar zirvələrə oturacaq kimi. 
Təhsil binasının geniş dəhlizi, 
Tələbələr ilə dolmuşdu yenə. 
Yığmışdı qoynuna oğlanı, qızı, 
“Fateh”lər  məskəni olmuşdu yenə. 
Dağların əhvalı qarışmış idi, 
İsti yer gəzirdi, qoysun canını. 
Meşələr dağlara darışmış idi, 
Sorurdu zəli tək kol-kos qanını. 
Yolu uzanırdı gecənin hələ, 
Gündüz qayıdırdı səyahətindən. 
Şəlalə çırpınıb axırdı gölə, 
Dağ-daş yarılırdı cəsarətindən. 
Yarğanlar köksünü qat-qat açmışdı, 
Sular qayaları yarıb keçirdi. 
Bir sevda mələyi göydə azmışdı, 
Könlündən hamburqlu bir qız keçirdi. 
Dağlardan aşağı köhnə qəbristan, 
Bəzi qəbirlərdə abidə vardı. 
Hər qəbir yazısı tarixi dastan, 
Dindirsən, hər daşdan bir səs çıxardı. 
Qoynunda qalmışdı üşüyən əli, 
Qıvrım tellərinə dən salmışdı dağ. 
Dörd yandan çəpərə alsa da gölü, 
Adəti deyildi dustaq saxlamaq. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
45
Göl dağın bətnində ağrı çəkirdi, 
Oyanırdı səssiz, yatırdı səssiz. 
Dağ dağı özünə doğru çəkirdi, 
Gölün həyəcanı artırdı səssiz. 
Səthi kələ-kötür, bənizi qonur
Quş qonmaz zirvəsi həmişə ağdır.  
Könlü nə enişə, nə dikə qonur, 
Bayağı nəşədən, qəmdən uzaqdır. 
Meylini Berlinə salmışdı bu dağ, 
Onu mətanətli, məğrur etmişdi. 
Şəhəri gözündən qoymurdu  iraq, 
Amma qız qonağı küsüb getmişdi.  
Sevgi özü tora düşmüşdü burda, 
Sevən sevilənə naz eləyirdi. 
Berlində havada, suda, quruda 
Hər məkan Artura az eləyirdi. 
Ağaclar kədəri duymuşdu sanki, 
Ağ ləkə basmışdı gövdələrini. 
Təbiət gözünü yummuşdu sanki, 
Açmışdı şikayət, söz dəftərini. 
Novlardan hər səhər şeh süzülürdü, 
Damlar ağlayırdı evlərin üstə. 
Pəncərə açılır, göz süzülürdü, 
Otaqlar boş idi, əvvəl də, üst də. 
İnciyib getmişdi hamburqlu gözəl, 
Ürək qırılıbsa, düzələn deyil. 
Əntiq əşya deyil, gəzəsən əl-əl, 
Sevgi ayrılmaqla azalan deyil. 
Evdə yol çəkirdi güllərin gözü
Solub yarpaqları düşürdü bir-bir. 
Qorxurdu silinər qızın əl izi, 
Güllərin tozunu silmirdi Artur. 


Эюйярчин 
 
 
46
Onlara Reqina qulluq edərdi, 
Güllər sirdaşına dönmüşdü qızın. 
Açıb pəncərəni hava verərdi, 
Diqqət göstərərdi olub-olmazın. 
Artur bu səbəbdən dəymirdi gülə, 
Reqina yoxdursa, gül nəyə lazım? 
Deyirdi: “Necə var, qoy, qalsın elə, 
Mənim bir gülüm var olub-olmazım. 
Ətri uzaqlardan məst edir hələ
Həsrəti dərdimin üstünə qalxır. 
Hicranı ömrümə qəsd edir hələ, 
Fikrim ulduz kimi yanına axır”. 
... Örtüyü kirəmit, həyəti daşlı, 
Bacası tüstüsüz, ocağı gurdu. 
Ayrılıb getsə də, gözləri yaşlı, 
Artura ev qızı unutdurmurdu. 
Sübhdən tez oyanır, axşamdan sonra 
Bu evə həvəssiz dönürdü Artur. 
Təklik istəyirdi, tək idi sonda, 
Qadını maneə sanırdı Artur.  
Qızı çıxarmışdı başından guya, 
Fəlsəfi çəkirdi öz cəzasını. 
Yazmağa başladı dissertasiya, 
Dördlü kökü haqqda kafi əsasın.
12
 
Yazdıqca zehninə qüvvət gəlirdi
Gün-gündən artırdı yazmaq həvəsi. 
Hərdən də kiçicik xiffət gəlirdi, 
Onu qınayırdı qəlbinin səsi. 
Qənaət eləyib cibində hər gün, 
                                                 
12
 A.Şopenhauerin 1813-cü ildə nəşr olunan “Kafi əsas qanununun 
dördlü kökü haqqında” doktorluq dissertasiyası nəzərdə tutulur. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
47
Əlavə bir sikkə pul gəzdirərdi. 
Qutuya salardı kasıblar üçün, 
Bu hal varlıları lap bezdirərdi. 
Eşikdə yeyərdi naharı, şamı, 
Evdən daşınmışdı mehmanxanaya.  
Artur heç sevməzdi yersiz eyhamı, 
Amma eyhamı da gəlməzdi saya. 
Üzdə təkəbbürlü, məğrur idi çox, 
Amma ürəyində ağrı çəkirdi. 
Arturun xeyrinə işləyirdi vaxt
Zehnin torpağına fikir əkirdi. 
İnsan xoşbəxtliyin hər zərrəsini, 
Əzab ödəməklə qazanır, söz yox. 
Həyatın ümumi mənzərəsini 
Deyirdi: – Seyr etmək ağrılıdır çox. 
Xoşbəxtlik arzuya çatmaqda deyil, 
Bəlkə də, arzuya gedən yoldadır. 
Zövqün təməlidir arzu elə bil, 
Ürəklə birləşib ağlı aldadır. 
Arzu qurtarmırsa, səadət hanı? 
Dalğalar olmasa, durulmur dəniz. 
İradə dünyanın arzu sultanı, 
O hər nə əmr etsə, baş əyirik biz. 
Əlindən düşmürdü Kantın kitabı, 
O, çox fərqlənirdi əvvəlkilərdən. 
Aliydi Kantın
13
 bu yeni icadı: 
 – Təzahür ayrıdır “özündə şey”dən. 
İlk dəfə Platon
14
 mif libasında, 
Doğrudur, bunları demişdi bir vaxt. 
                                                 
13
İmmanuel Kant –  alman filosofu 
14
 Qədim yunan filosofu 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə