Microsoft Word politologiya cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix05.02.2018
ölçüsü0,53 Mb.
#24485
  1   2   3   4   5   6   7   8   9   ...   21


 

Sıra 



 



Suallar 



Politologiyanın metodoloji əsasları.  

 

Politologiyanın  tədqiqat  obyektinin  genişliyi  və  mürəkkəbliyi  burada 



istifadə  olunan  metodların  və  tədqiqat  üsüllarının  rəngarəngliyini 

şə

rtləndirir. 



Politologiyada  digər  ictimai    elmlərin  istifadə  etdikləri  bir  sıra 

metodlardan,  habelə  riyazi  metodlardan  istifadə  edilir.  Bunlar 

aşağıdakılardır: 

1.

  Ümumməntiqi  metodlar:  analiz  və  sintez,  abstraktlaşdırma, 



ümumiləşdirmə, 

induksiya, 

deduksiya, 

analogiya 

və 

modelləşdirmə; 



2.

  Nəzəri  metodlar:  fikri  eksperiment,  riyazi  formalaşdırma, 

aksiomatik  metod,  abstraktdan  konkretə  keçid,  hipotez-

deduktiv metod, tarixi təsvir metodu və s. 

Politologiyada  sistem  metodu  geniş  istifadə  olunur.  Kibernetika  və 

informasiya  nəzəriyyəsindən  əxz  olunan  bu  metodun  köməyi  ilə  tədqiqat 

obyekti bütöv bir tam  kimi  qavranılır və  onun  ayrı-ayrı  hissələri  hərtərəfli 

öyrənilir. 

Sistem təhlili aşağıdakı ünsürləri əhatə edir: 

1.

  Sistem. Siyasi həyat davranış sistemi kimi qavranılır. 



2.

  Mühit. Sistem mühitə daxildir və onun  təsirinə məruz qalır. 

3.

  Cavab  reaksiyası.  Sistemdə  baş  verən  proseslər    və  dəyişikliklər 



sistem üzvlərinin bu və ya digər təsirlərə cavabı, alternativ davranışı 

nəticəsində ortaya çıxır. 

Politologiyada sistem metodu üç səviyyədə tətbiq olunur: 

-        bütöv  bir  tam  kimi  siyasi  sistemlər  (dünya      təsərrüfat  sistemi, 

ayrıca bir ölkənin siyasi sistemi və s.); 

-

   ayrı  –  ayrı  qlobal  sistemlərin  hissələri  -  yarımsistemlər  (partiya 



sistemləri, yerli hakimiyyət sistemi və s.); 

-

   siyasi sistem elementləri (siyasi partiyalar, hökumət, vətəndaş və s.). 



Biheviorçu metod siyasi hadisələri ayrı-ayrı insanların, yaxud qrupların 

fəaliyyətində  (davranışında)  təcəssüm  etmiş  halda  öyrənir.  Şəxsiyyətin 

siyasi davranışının müşahidə edilməsi ya bilavasitə müşahidə, ya da dolayı 

yolla  məlumat  toplamaqla  (eksperiment,  anket  və  s.)  empirik  informasiya 

ə

ldə etmək məqsədini güdür. Bu zaman üç başlıca üsuldan istifadə olunur; 



siyasi  fəallığın  statik  tədqiqi,  anket  tədqiqatı  və  müsahibə,  laboratoriya 

eksperimenti. 

Müqayisəli təhlil metodu. Onun mahiyyəti siyasi proseslər və təsisatlar 

arasında  oxşar  və  fərqli  cəhətləri  aşkara  çıxartmaqdır.  Müqayisə  metodu 

müəyyən  şərtlər  daxilində  tətbiq  edilə  bilər:  a)  müqayisə  eyni  cins  siyasi 

sistemlər arasında aparılmalıdır, məsələn, prezident  idarə üsulu qərarlaşmış 

ölkənin  siyasi  sistemini  bu  cür  idarə  üsulu  mövcud  olan  ölkənin  siyasi 



sistemi  ilə  müqayisə  etmək  olar;  b)  müqayisə  seçilmiş  obyektlərin  yalnız 

təsviri  ilə  kifayətlənməməli,  onların  daha  geniş  perspektivli  və  əhatəli 

müqayisəli təhlilinə əsaslanmalıdır. 

Ə

n  mühüm  metodlardan  biri  qərarın  qəbul  edilməsi  metodudur.  Buna 



aiddir:  qərarın  qəbul  edildiyi  mərkəz  (siyasi  fəaliyyət  subyekti);  qərarın 

qəbul edilməsi prosesi; siyasi qərar; siyasi qərarın reallaşdırılması. 



 



Politologiya elminin predmeti, kateqoriyaları və funksiyaları 

 

Politologiyanın bir tədris fənni kimi meydana gəlməsi Frensis Leyberin 



adı  ilə  bağlıdır.  Onun  1857-ci  ildə  ABŞ-ın  Kolumbiya  universitetində 

siyasət  nəzəriyyəsi  üzrə  oxuduğu  mühazirələr  burada  1880-ci  ildə  Con 

Bercess tərəfindən ali siyasi məktəb yaradılması üçün zəmin hazırladı. 

1949-cu  ildə  YUNESKO-nun  nəzdində  Beynəlxalq  siyasi  elmlər 

assosiyasiyası yaradılmışdır. 

Müstəqil elm sahəsi və tədris fənni kimi politologiya respublikamızda 

90-cı illərdən öyrənilir. 

Müasir  elmi  ədəbiyyatda  «Politologiya»  termini  bir  neçə  mənada 

işlədilir.  Geniş  mənada  politologiya  siyasət  haqqında  bütün  bilikləri  əhatə 

edən  elm  sahəsi  kimi  nəzərdən  keçirilir.  Bu  halda  politologiya  siyasəti 

öyrənən  bütün konkret elm sahələrini-siyasi fəlsəfəni, siyasi sosiologiyanı, 

siyasi psixologiyanı, siyasi təsisatları, o cümlədən dövlət nəzəriyyəsini və s. 

özündə birləşdirir. Politologiyanın belə izahı bu barədə tarixən qərarlaşmış 

ə

nənəvi baxışlarla əlaqədardır. 



Bir  qədər  məhdud  mənada  politologiya  siyasəti,  siyasi  prosesləri, 

təsisatları,  bir  sözlə,  siyasi  elmin  obyektini  və  predmetini  təşkil  edən 

problemləri öyrənən  elm sahəsi kimi qəbul edilir. Bu mənada politologiya 

siyasətin  ümumi  nəzəriyyəsi  rolunda  çıxış  edir  və  siyasəti  öyrənən  digər 

elm  sahələrindən  fərqlənir.  Onun  predmetini  siyasət,  siyasətin  təsisatları 

vasitəsi ilə cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibətləri təşkil edir.  

Politologiyada elmi anlayışlar sistemi çox mühüm rol oynayır. Onların 

arasında  «siyasi  hakimiyyət»  anlayışı  əsas  anlayış  hesab  edilir. 

Politologiyanın  anlayış və  kateqoriyalarının spesifikliyi  ondan  ibarətdir ki, 

onlar siyasi hakimiyyətin müxtəlif tərəfləri və münasibətlərini aşkara çıxarır 

və ifadə edir. 

Hər  bir  elm  kimi,  politologiyanın  da  öz  kateqoriyaları  vardır. 

Kateqoriyalar  hər  bir  elmin  predmetinin  ən  ümumi,  fundamental 

anlayışlarıdır. 

Politologiyada 

hər 

ş

eydən 



ə

vvəl 


digər 

sosial 


elmlərin 

kateqoriyalarından  (hüquq,  cəmiyyət,  sinif,  etnos,  qrup  və  s.)  istifadə 

olunur.  Bundan  əlavə,  ictimai  fikir  tarixindən    gələn  bir  çox  kateqoriyalar 

(ailə, təbiət, insan və s.) politoloji tədqiqatlarda geniş istifadə olunur. 

Deyilənlərdən  əlavə,  hər  hansı  başqa  bir  elmdə  olduğu  kimi, 

politologiyanın  da  bilavasitə  tədqiqat  predmetini  əks  etdirən  kateqoriyalar 

sistemi  vardır.  Bura  daxildir:  siyasət,  siyasi  həyat,  siyasi  sistem,  siyasi 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə