Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

30 


  Müəssisələrdə  əlilliyi olan şəxslər üçün tələb olunan 

infrastrukturun yaradılması  və saxlanılması üçün tələb olunan 

xərclərin ödənilməsi üçün xüsusi fond(lar) yaradılması; 

  Əlilliyi olan şəxslərin özünü məşğulluğunun 

stimullaşdırılmasına yönələn coxşaxəli tədbirlərin və 

fəaliyyətlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər özünü 

məşğul əlilliyi olan şəxslərin vergilərdən azad edilməsi (istehsal 

etdiyi məhsula, gördüyü işə  və ya göstərdiyi xidmətə görə), 

özünü məşğulluğun təmin edilməsi üçün bacarıqların və 

biliklərin artırılmasına yönələn tədbirlərin həyata keçirilməsi, 

belə şəxslərə əmək alətlərinin və iş yerlərinin yaradılması üçün 

əvəzsiz maliyə  dəstəyinin verilməsi, onların istehsal etdiyi 

məhsullar üçün müvafiq satış  şəbəkələrinin yaradılması  və s. 

kompleks tədbirlərin həyata keçirilməsi zərurəti vardır; 

  Əlillərin  əmək bazarına çıxışının asanlasdırılmasında 

vətəndaş  cəmiyyəti ilə dövlət və yerli özünüidarə orqanlarının 

birgə  səyləri müsbət nəticələr verə bilər. Bu baxımdan  əlillərin 

əmək bazarına çıxışının təmin edilməsinə yönələn bütün 

fəaliyyətlərə  vətəndaş  cəmiyyəti qurumların cəlb olunması 

zəruridir; 

  Əlilliyi olan şəxslərlə bağlı olan qeyri hökumət 

təşkilatlarının sosial xidmətlərin göstərilməsinə  cəlb edilməsi 

üçün zəruri olan hüquqi, təşkilati tədbirlər görülməlidir

  Əlilliyi olan şəxslərin əmək qabiliyyətli hissəsinin əmək 

bazarına, o cümlədən açıq (rəqabətli)  əmək bazarına çıxışını 

əngəlləyən hüquqi baryerlər aradan qaldırılmalı, imperativ 

normalar tövsiyyə xarakterli normalara çevrilməlidir; 

  Əlilliyi olan insanların məşğulluğu üzrə stimullaşdırıcı 

tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericilikdə 

əlavə və  dəyişikliklərin edilməsi zərurəti vardır; 

 

Bunlardan  əlavə  aşağıda göstərilən tədbirlər və 

fəaliyyətlər də nəzərdə tutula bilər:     



 

31

  Əlilliyi olan şəxslər üçün peşə reabilitasiyası 



imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırıl-

ması; 


  Əlilliyi olan insanlar üçün təşkil ediləcək təlimlərin və 

fiziki infrastrukturun onların tələblərinə uyğunlaşdırılması; 

  Kvotanın tətbiq olunması qaydalarının təkmilləş-

dirilməsi; 

  Kvotanın tətbiqinə dair dövlət nəzarətinin 

gücləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi; 

  Əlilliyi olan insanların məşğulluğunun təmin edilməsi ilə 

bağlı keçirilən tədbirlərə maddi dəstək verilməsi mexanizminin 

yaradılması; 

  Titlotexniki avadanlıqların (Brayl yazı lövhəsi, Brayl 

yazı  qələmi, böyüdücü lupalar, əl ayarları, dərs ləvazimatları 

(xətkeş, müxtəlif həndəsi fiqurlar, ölçü cihazları  və s.) və 

informasiya və kommunikasiya sistemi sahəsində münasib 

yardımçı texnologiyaların hazırlanması, istehsalı 

və 

paylanmasının stimullaşdırılması; 



  Məşğulluğun bütün mərhələlərində o cümlədən seçmə 

işə  cəlb etmə  və  vəzifələrin artırılması üzrə  əlilliyi olan 

insanların məruz qala biləcəyi mümkün diskriminasiyaya qarşı 

etibarlı müdafiənin təmin edilməsi. 

 



 

32 


ƏLAVƏ 

 

 

Əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsinə 

dair Milli Fəaliyyət Proqramı (2013-2018-ci illər) Layihəsı 

ilə bağlı 

 

Son illər ölkəmizdə aparılan  siyasət, iqtisadi həyatımızda  

inkişaf və  həyata keçirilən köklü dəyişikliklər, iqtisadi 

quruculuq sahəsində davamlı makroiqtisadi sabitlik və iqtisadi 

artımın təmin edilməsi ölkə vətəndaşlarının, xüsusilə aztəminatlı 

insanların və  əlilliyi olan şəxslərin sosial iqtisadi vəziyyətinin 

yaxşılaşdırmaq üçün  zəmin yaratmışdır. 

     Bir  tərəfdən həmin insanların sosial hüquqları ilə bağlı 

qanunvericilik bazası günümüzün tələblərinə uyğun 

təkmilləşdirilir, digər tərəfdən beynəlxalq təcrübədə  əlil 

vətəndaşların sosial statusunun daha effektli yollarla bərpasına, 

onların mövcud potensiallarının dürüst qiymətləndirilməsi və öz 

potensial imkanları müqabilində maddi və  mənəvi tələbatlarını 

ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmələri üçün yeni sosial

peşə reabilitasiyası modelləri tətbiq edilir. 

Ölkəmiz MDB məkanında BMT- nin “Əlillərin hüquqları 

haqqında” Konvensiyasına və onun Fakultativ Protokoluna ilk 

qoşulan ölkə kimi üzərinə götürdüyü öhdəliklərin yerinə 

yetirilməsi istiqamətində işlərini davam etdirir. 

Son illərdə  əlilliyi olan şəxslərlə bağlı sosial bərpa 

yönümlü layihələrin QHT təşkilatların, ixtisaslaşmış  vətəndaş 

cəmiyyətləri ilə əməkdaşlıq şəraitində həyata keçirilməsi kimi 

müsbət təcrübə formalaşmışdır. 

     Bu  istiqamətdə  işlər çərçivəsində  Əmək və  Əhalinin 

Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti 

şöbəsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə o, cümlədən 

Vətəndaşların  Əmək Hüquqlarının Müdafiəsi  Liqası ilə  

əməkdaşlığı  çərçivəsində “2013–2018–ci illərdə  Əlillərin   

hüquqlarının qorunması ilə bağlı Milli Fəaliyyət Planı”,  



 

33

“Əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının  



hazırlanması  və  həyata keçirilməsi qaydaları” layihə  sənədləri 

hazırlanmışdır.  

      Cəmiyyət inkişaf etdikcə yeni tələblər, yeni 

texnologiyalar meydana çıxır və bunlara adaptasiya müəyyən 

vaxt tələb edir. Ümid etmək olar ki, hazırlanan layihə 

sənədlərinin yaxın perspektivdə  qəbul olunması  əlilliyi olan 

şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsinə və onların 

həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhvə sayıla 

bilər.   

Qəbul olunacaq sənədin  ictimai əhəmiyyətini nəzərə alaraq 

mətni aşağıda təqdim edirik. 

                                                                                                                    

 

 

Layihə 

 

Əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsinə 

dair Milli Fəaliyyət Proqramı (2013-2018-ci illər) 

 

I . Proqramının məqsədi 

 

  Əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və 



bərabər üzvləri olaraq qəbul olunması, onlara hörmət və 

ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiə olunması. 



  Əlilliyi olan şəxslərlə bağlı hüquqi bazanın 

təkmilləşdirilməsi. 



  Əlilliyi olan şəxslərin maksimum müstəqil olmasının, 

eləcə  də  əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə 

faydalanmasının təmin edilməsi. 



  Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə 

bərabər şəkildə informasiya axtara, qəbul edə və ötürə bilməsini 

təmin edən şəraitin yaradılması. 




Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə