Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

34 




  Bütün insanlarla bərabər  şəkildə  təhsil almaq və tam 

olaraq öz şəxsiyyətini, istedadını, yaradıcılığını, intellektual və 

fiziki potensialını reallaşdırmaq imkanın yaradılması. 



  Açıq  əmək bazarı  şəraitində  əlilliyi olan şəxslərin 

məşğulluğunun dəstəkləmək, peşə hazırlığı proqramları  həyata 

keçirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və qarşıya 

çıxan maneələrin aradan qaldırılması. 



  Mövcud infrastrukturun müəssərliyinin təmin olunması 



  Bütün səhiyyə xidmətlərindən bərabər istifadə 

imkanlarının yaradılması. 



  Sosial müdafiə sisteminə  bərabər çıxış imkanlarının 

yaradılması, sosial xidmətlərin hər bir şəxsin ehtiyaclarının düzgün 

qiymətləndirilməsinin təmin edilməsi. 



  Əlilliyi olan şəxslərin  yerli, regional, milli və beynəlxalq 

səviyyələrdə siyasi həyatda iştirak  edə bilməsini təmin edən və 

dəstəkləyən mühitin yaradılması. 



  Əlilliyi olan şəxslərlə bağlı etibarlı  və müqayisəli tədqiqat 

məlumatlarının əldə edilməsi. 



  Əlilliyi olan şəxslərin potensialının təbliğ olunması  və bu 

barədə məlumatlılığın artırılması. 



II.  Gözlənilən nəticələr: 



  Əlillərlə bağlı dövlət siyasətini müəyyən edən  

qanunvericilik aktlarının 

əlilliyi olan şəxslər üçün 

müyəssərliyinin təmin edilməsi. 



  Cəmiyyətin bütün sahələrində  əlilliyi olan şəxslərə 

bərabər imkanların yaradılması. 



  Əlilliyi olan şəxslərin azad seçim imkanlarının 

yaradılması və cəmiyyətdə effektiv iştirakının təmin edilməsi. 



  Əlilliyi olan şəxslər üçün informasiya mühitinin 

genişləndirilməsi. 



  Əlilliyi olan şəxslərlə bağlı  mənfi stereotiplərin, yalnış 

fikir və zərərli hərəkətlərin  aradan qaldırılması. 



  Cəmiyyətdə  əlilliyi olan şəxslər haqqında pozitiv 

təsəvvürlərin formalaşdırılması 



 

35



  Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin 

aşılanması. 



  Əlilliyi olan  şəxslərin  əmək bazarına verdiyi töhfələrin 

etiraf olunması. 



  Əhalinin yararlandığı digər imkanlara və xidmətlərə 

çatımın təmin edilməsi. 

 

III. 

Proqramının maliyyələşdirilməsi: 

“2012-2015-ci illərdə  əlilliyi olan şəxslərin sosial 

hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın  

reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 

dövlət büdcəsi və digər qanunvericiliyə zidd olmayan 

vəsaitlər hesabına həyata keçirilir.   

 

Bu proqramın icrası olaraq əlilliyi olan şəxslərin  əmək 

bazarına çıxışının asanlaşdırılması üçün aşağıdakı 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutlmuşdur. 

(Tədbirlər Planının 5-ci bəndi) 

 

5.  Əlilliyi olan şəxslərin və  15 yaşı tamam olmuş 

sağlamlıq imkanları məhdud uşaqların 

 məşğulluğunun təmin edilməsi. 

Əlilliyi olan şəxslərin və 15 yaşı 

tamam olmuş sağlamlıq 

imkanları  məhdud uşaqların 

məşğulluğunun təmin edilməsi 

sahəsində müvafiq dövlət 

orqanları, həmkarlar ittifaqları, 

işəgötürənlər və qeyri – hökumət 

təşkilatları arasında koordina-

siyaişinin təkmilləşdirilməsi 

Azərbaycan Respublikasının 

Prezidenti yanında 

Qeyri - 


Hökumət Təşkilatlarına Dövlət 

Dəstəyi Şurası, 

Əmək və 

Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, İqtisadi 

İnkişaf Nazirliyi, yerli icra 

hakimiyyəti orqanları 

 

Müəssisə  və  təşkilatlarda  əlilliyi 



olan  şəxslər və 15 yaşı tamam 

olmuş sağlamlıq imkanları  məh-

dud uşaqlar üçün qanunve-

Əmək və 


Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Dövlət Sosial 

Müdafiə Fondu və  aidiyyəti 

orqanlar  




 

36 


riciliklə müəyyən olunmuş 

kvotaya 


əməl edilməsinə 

nəzarətin gücləndirilməs. 

“Əlilliyi olan şəxs xidmətləri” və 

“Əlilliyi olan şəxslərə   icma 

dəstək” layihələrinin həyata 

keçirilməsi. 

Əmək və 

Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Qeyri-

hökumət təşkilatlarına Dövlət 

Dəstəyi şurası  

Əlilliyi olan şəxslər və 15 yaşı 

tamam olmuş sağlamlıq imkan-

ları  məhdud uşaqlar üçün əmək 

yarmarkalarının keçirilməsinin 

təşkil edilməsi 

Əmək və 

Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi   

Əlilliyi olan şəxslər və sağlamlıq 

imkanları  məhdud uşaqlar üçün 

peşə hazırlığı proqramlarının  ha-

zırlanması və həyata keçirilməsi 

Nazirlər Kabineti,  

Əmək və 

Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Təhsil 

Nazirliyi 

Regionlarda 

əlilliyi olan 

şəxslərin və 15 yaşı tamam 

olmuş sağlamlıq imkanları 

məhdud uşaqların xüsusi 

proqramlara  əsasən müvəqqəti 

işlə təmin olunması işinin təşkili 

Əmək və 


Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, 

Dövlət Sosial Müdafiə Fondu, 

Yerli icra hakimiyyəti orqanları 

Əlilliyi olan şəxslərin və 15 yaşı 

tamam olmuş sağlamlıq 

imkanları  məhdud uşaqların 

haqqı ödənilən ictimai işlərə cəlb 

edilməsi üçün müvafiq 

tədbirlərin həyata keçirilməsi 

Əmək və 

Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Yerli icra 

hakimiyyəti orqanları 

Əlilliyi olan şəxslərin və 

sağlamlıq imkanları  məhdud 

uşaqlar üçün psixoloji və 

peşəyönümü  testlərinin, 

metodiki vəsaitlərin hazırlanması 

Əmək və 


Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Təhsil 

Nazirliyi, Səhiyyə Nazirliyi 

 

Fərdi tələbatı  nəzərə almaqla və 



metodiki vəsaitlərlə  təmin et-

məklə effektiv tədrisin yüngül-

Təhsil Nazirliyi, Əmək və 

Əhalinin Sosial Müdafiəsi 

Nazirliyi 



 

37

ləşdirilməsi, 



əlilliyi olan 

şəxslərin elmi və sosial inkişafı 

üçün müvafiq dəstəyin 

göstərilməsi 

Sağlamlığında problemləri olan 

uşaqlar üçün fərdi inkişaf 

proqramlarının tərtib olunaraq 

həyata keçirilməsi 

Təhsil Nazirliyi, Əmək və 

Əhalinin Sosial Müdafiəsi 

Nazirliyi 

Görməyən, eşitməyən  sağlamlıq 

imkanları məhdud uşaqların peşə 

təhsilinə  dəstək üçün yardım 

mərkəzlərinin yaradılması 

 

Təhsil Nazirliyi, 



 

Məktəbəqədər tərbiyə 

müəssisələrində  və ümumtəhsil 

məktəblərində erkən yaşlardan 

başlayaraq bütün uşaqlarda 

əlilliyi olan şəxslərin və sağlamlıq 

imkanları 

məhdud uşaqların 

hüquqlarına hörmət hisslərinin 

təbliğ edilməsi məqsədilə 

tədbirlərin görülməsi, dərsliklərə 

bu barədə mövzu salınması.    

Təhsil Nazirliyi 

aidiyyətı qeyri-hökumət 

təşkilatlarının iştirakı ilə 

 

Müasir dünya təcrübəsində effektiv sosial, peşə reabilitasiya 



mexanizmləri mövcuddur və belə  təcrübələr ölkəyə  gətirilməsi 

istiqamətində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq 

şəraitində layihələr və proqramlar həyata keçirilir.  

Məhz Fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərinin 

ardıcıllığı, tamlığı  və fasiləsizliyi gözlənilməklə effektiv 

aparılması üçün dinamik müşayiət və  nəzarətin  təmin edilməsi 

məqsədilə hazırlanmışdır. 



 

38 


Layihə 

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları  məhdud 

uşaqların fərdi reabilitasiya proqramının hazırlanması  və 

onun həyata keçirilməsi Qaydaları  

 

I.  Ümumi müddəalar 

 

1.1. Fərdi reabilitasiya proqramı orqanizmin itirilmiş  və ya 

davamlı pozulmuş funksiyalarının, bunun nəticəsi olaraq 

məhdudlaşmış  həyat fəaliyyətin kompensasiyasına və  bərpasına 

yönəlmiş, tibbi-sosial ekspert komissiyaları  tərəfindən hər bir 

şəxs üçün uyğun seçilmiş tibbi, sosial, psixoloji, pedaqoji, 

gigiyenik, idman, ekoloji kompleks tədbirlər sistemidir. 

1.2.  Əlilliyi olan şəxslər və sağlamlıq imkanları  məhdud 

uşaqlar  üçün hazırlanan fərdi reabilitasiya proqramı tibbi-sosial 

ekspert komissiyaları  tərəfindən müəyyən edilən orqanizmin 

funksional pozğunluğuna və reabilitasiya potensialına uyğun 

olaraq  əlilliyi olan şəxslərin və ya onların qanuni 

nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və digər zəruri 

qurumların mütəxəssislərinin iştirakı ilə tərtib edilir. 

1.3. Reabilitasiya potensialı orqanizmin funksional 

pozğunluğu və yaxud şəxsin həyat fəaliyyətinin məhdudluq 

dərəcəsi, məhdudluğun strukturunun dəqiqləşdirilməsi və 

qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyalarının 

ekspertləri tərəfindən müəyyən edilir. 

1.4. Fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərinin 

ardıcıllığı, tamlığı  və fasiləsizliyi gözlənilməklə effektiv 

aparılması üçün dinamik müşayiət və  nəzarətin  təmin edilməsi 

məqsədilə həyata keçirilir. 

1.5. Fərdi reabilitasiya proqramının icrası qanunvericiliklə 

müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət 

və  təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, 

müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır.  

1.6.  Əlillərin və sağlamlığı  məhdud uşaqların fərdi 

reabilitasiya proqramı dövlət və yerli büdcələrdən, o cümlədən 



 

39

qanunvericiliyə zidd olmayan digər vəsaitlər hesabına 



maliyyələşdirilir. 

 

II. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 



uşaqların fərdi reabilitasiya proqramının hazırlanması 

qaydaları 

 

2.1 Fərdi reabilitasiya proqramı  əlilliyi olan şəxsin və 

sağlamlıq imkanları  məhdud uşağın, yaxud bu qəbildən olan 

uşağın nümayəndəsinin  ərizəsi və  qeydiyyatda olduğu tibb 

müəssisəsində tibbi-sosial ekspert komissiyasına göndəriş 

əsasında hazırlanır. 

2.2. Fərdi reabilitasiya proqramı  əlilliyi olan şəxsin və 

sağlamlıq imkanları  məhdud uşağın, yaxud bu qəbildən olan 

uşağın nümayəndəsinin  ərizə verdiyi tarixdən 1 aydan gec 

olmayaraq hazırlanır. 

2.3.Fərdi reabilitasiya proqramının hazırlanması  vətəndaşın 

tibbi-sosial              ekspertizası zamanı onun həyat fəaliyyətinin 

məhdudlaşmasına, kliniki funksional müayinələrinə uyğun 

reabilitasiya potensialının, sosial-məişət, peşə-əmək və psixoloji 

məlumatların kompleks qiymətləndirilməsinə  əsaslanır və tibbi-

sosial ekspert komissiyasının sədri tərəfindən təsdiq  edilir.  

2.4. Tibbi-sosial ekspert komissiyasının ekspert həkimləri 

əlilliyi olan şəxsə  və  sağlamlıq imkanları  məhdud uşağa 

reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi,  proqnozlaşdırılan 

nəticə  və sosial-hüquqi səmərəsi barədə  məlumat verməyə 

borcludur və bu barədə aparılan söhbətlər  şəhadətləndirmə 

aktında qeyd edilir. 

2.5. Fərdi reabilitasiya proqramının hazırlanması  aşağıdakı 

mərhələlərdə 

həyata keçirilir: Reabilitasiya-ekspertiza 

 

diaqnostikasının hazırlanması, reabilitasiya potensialının 



qiymətləndirilməsi, reabilitasiya proqnozunun müəyyən edilməsi 

və  əlilliyi olan şəxsin və sağlamlıq imkanları  məhdud uşağın 

itirmiş qabiliyyətinin bərpası  və ya kompensasiyasına yönələn 

texniki vasitə  və xidmət tədbirlərinin müəyyən edilməsi. Bu 




 

40 


zaman əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın 

məişəti, ictimai peşə  fəaliyyəti, maraq dairəsi, sosial statusu və 

real imkanları nəzərə alınır. 

2.6.Fərdi reabilitasiya proqramı hazırlanarkən tibbi-sosial 

ekspert             komissiyasının sədri zərurət yaranarsa, səhiyyə 

müəssisələri, məşğulluq orqanları, işəgötürənlər, ailələr,  sosial 

işçilər, pedaqoqlar və digər  ekspertləri cəlb edə bilər. 

2.7 I qrup əlilliyi olan şəxslər və hərəkəti tam  məhdud olan 

uşaqlar üçün fərdi reabilitasiya proqramı hazırlanarkən tibbi-

sosial ekspert komissiyasının sədri adıçəkilən ekspertləri həmin 

şəxslərin yaşadığı ünvanlara cəlb edir.  

2.8. Fərdi reabilitasiya proqramı bir il, iki il və yaxud 

ömürlük tərtib oluna bilər. Hazırlanan fərdi reabilitasiya 

proqramına əlavə və ya dəyişikliyə zərurət yaranarsa, tibbi-sosial 

ekspert komissiyalarına yeni göndəriş tərtib olunur və yeni fərdi 

reabilitasiya proqramı  hazırlanır. 

2.9.Tibbi-sosial ekspert komissiyalarının ekspert həkimləri 

tərəfindən hazırlanmış fərdi reabilitasiya proqramı komissiyanın 

sədri tərəfindən imzalanır, möhürlənir,  əlilliyi olan şəxs, 

sağlamlıq imkanları  məhdud uşaq və ya onun nümayəndəsinə 

(qanuni nümayəndəsinə) şəxsən verilir. 

2.10. Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq, 

yaxud bu qəbildən olan uşağın nümayəndəsi fərdi reabilitasiya 

proqramını imzalamaqdan imtina etdikdə və onu imzalamadıqda 

fərdi reabilitasiya proqramı tibbi-sosial ekspertiza aktına daxil 

edilir və əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 

verilmir. 

2.11. Fərdi reabilitasiya proqramı üç nüsxədə hazırlanır, bir 

nüsxəsi əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa, 

yaxud onların  nümayəndəsinə, digər nüsxəsi reabilitasiya 

tədbirlərinin səmərəsini müşahidə etmək üçün şəhadətləndirmə 

aktına daxil edilir, üçüncü nüsxə isə icrasına nəzarəti təmin 

etmək məqsədilə Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə  

göndərilir. 




 

41

2.12. Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq, 



yaxud onların nümayəndəsi tibbi-sosial ekspert komissiyasının 

qərarının icrası ilə bağlı. Respublika Tibbi Sosial Ekspertiza 

Mərkəzinə,  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkilinə 

(Ombudsmana) və  məhkəməyə müraciət etmək hüququna 

malikdir. 



 

III. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 

uşaqların fərdi reabilitasiya proqramının həyata keçirilmə 

qaydaları 

 

3.1.Fərdi reabilitasiya proqramında nəzərdə tutulan 

tədbirlərinin koordinasiyası  və bu məqsədlə onlara kömək üçün 

müvafiq təşkilatlarla  əlaqələndirilməsinə  nəzarət Respublika 

Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. 

3.2.Aparılan tibbi-sosial, psixoloji-pedaqoji və peşə 

reabilitasiyasının nəticələrinin qiymətləndirilməsi  əlilliyi olan 

şəxsin və sağlamlıq imkanları  məhdud uşağın növbəti 

şəhadətləndirilməsi zamanı tibbi-sosial ekspertiza 

komissiyalarının ekspert həkimləri tərəfindən həyata keçirilir. 

3.3.  Fərdi reabilitasiya proqramı  ağır dərəcəli xroniki 

xəstəlikləri, bədxassəli  şişləri, geniş trofiki yaraları, irinli və ya 

çürümə ilə müşayiət olunan xəstəliklərin terminal mərhələsində, 

həmçinin narkoloji dispanser uçotunda olan, ağır infeksion və 

zöhrəvi xəstəliklərin daşıyıcısı olan əlil  şəxslər və sağlamlıq 

imkanları  məhdud uşaqlar üçün  uyğun vəziyyətə dair 

qısamüddətli reabilitasiya proqramları hazırlanır . 

3.4.  Əlilliyi olan şəxsin və sağlamlıq imkanları  məhdud 

uşağın təhsili və peşə hazırlığı, məşğulluğu və mövcud 

infrastrukturun müyəssərliyi fərdi reabilitasiya proqramına uyğun 

olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir. 

3.5. Əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 

zəruri texniki və ya başqa reabilitasiya vasitələrinin hər hansı 

səbəbdən verilməsini təmin etmək mümkün olmadıqda onlara 




 

42 


qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vasitələri 

almaları üçün ağlabatan məbləğdə kompensasiya ödənilir.  



 

Əlilliyi olan şəxslərə  və sağlamlıq imkanları  məhdud 

uşaqlara tibbi-sosial ekspertiza komissiyaları  tərəfindən 

verilən fərdi reabilitasiya proqramı  

(1 saylı forma) 

 

_________________________________________________________ 

Tibbi-sosial ekspert komissiyasının adı 

 

“    “___________“ tarixli şəhadətləndirmə aktına uyğun ____ №-li 

qeydiyyat vərəqəsi 

 

1.  Adı, soyadı, atasının adı  ________________________________ 

2.  Doğum tarixi __________________________________________ 

3.  Yaşayış yeri və ya faktiki məskunlaşdığı inzibati ərazi _______ 

4.  Əlillik dərəcəsi  ________________________________________ 

5.  Əlillik səbəbi __________________________________________ 

6.  Əmək fəaliyyəti qabiliyyətinin məhdudlaşması dərəcəsi ______ 

7.  Reabilitasiya tədbirlərinin aparılmasına dair göstəriş ________ 

 

Həyat fəaliyyətinin əsas 

kateqoriyalarının 

məhdudlaşması 

Məhdudlaşma dərəcəsi 

( Tam, orta ağır, 

qismən) 

Özünəxidmət qabiliyyəti

Hərəkət qabiliyyəti, 

Səmtlənmək qabiliyyəti, 

Ünsiyyət qabiliyyəti, 

Tədris qabiliyyəti, 

Öz davranışına nəzarət qabiliyyəti 

 

 

8.      Fərdi reabilitasiya proqramı  tərtib olunub ilk dəfə, təkrar 

(lazım olanı  qeyd etmək) ___ ___   müddətə 

9.   Növbəti şəhadətləndirmə tarixi ___________________________ 

10. Fərdi reabilitasiya proqramının verilmə tarixi ______________ 



 

43

 



Peşə reabilitasiya tədbirləri 

 

Peşə reabilitasiya 

tədbirlərinin adı 

Tədbirlərin 

həyata 

keçirilmə 

müddəti 

İcraçı

Yerinə yetirilmə 

və ya yetirilməmə 

barədə qeyd 

(səbəb 

göstərilməklə) 

Peşəyönümü  

Peşə 

təlimi və 



yenidən hazırlanması 

Məşğulluğuna nail 

olma 

İstehsalata yğunlaşma 



(adaptasiya) 

 

 

 

 

Proqnozlaşdırılan nəticə:  köhnə  iş yerinə uyğunlaşdırma; 

əmək şəraitini dəyişməklə köhnə iş yerinə uyğunlaşma; yeni peşə 

(ixtisas) alması; uyğun iş yerinin seçimi; xüsusi iş yerinin 

yaradılması (lazım olanı göstərmək). 

         

 Fərdi reabilitasiya proqramının yerinə yetirilməsi barədə 



               

   II.  Peşə reabilitasiya tədbirlərinin nəticələrinin 

qiymətləndirilməsi 

Köhnə  iş yerinə uyğunlaşdırma;  əmək  şəraitini dəyişməklə 

köhnə iş yerinə uyğunlaşma; yeni peşə (ixtisas) alması; uyğun iş 

yerinin seçimi; xüsusi iş yerinin yaradılması; müsbət nəticələr 

müşahidə olunmur (lazım olanı qeyd etmək). 

Verilmə tarixi “__” _______ 20__ il 

Tibbi-sosial ekspert komissiyasının sədri    ____________ 

                                             

 

 

  imza 



 

44 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



NAT-Co MMC tərəfindən ofset üsulu ilə çap olunmuşdur.  

Kağız formatı 60x84, 1/16, Həcmi 3 ç.v. 

Tiraj: 1000 

Kitab pulsuz yayılır 



Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə