Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

11

Müdafiə olunan məşğulluq 



 

Hamılıqla qəbul olunur ki, açıq və rəqabətli əmək bazarı heç  

də bütün əlilliyi olan şəxslər üçün əlverişli deyildir.  Əlilliyi olan 

şəxslərin  işə düzəldilməsi imkanlarını genişləndirməyə çağırış 

edən BƏT-in 168 saylı göstərir ki, bütün tədbirlər həmçinin 

“hökumətlər tərəfindən ixtisaslaşmamış müəssisələrdə  işləmək 

imkanı olmayan əlilliyi olan şəxslər üçün müxtəlif növ 

ixtisaslaşdırılmış müəssisələrin yaradılmasına dəstək 

verilməlidir”. BMT-nin əlilliyi olan insanlar üçün bərabər 

imkanların yaradılması üzrə standart qaydalarda göstərilir ki,  

bütün hallarda qarşıya məqsəd kimi əlilliyi olan şəxslərin açıq 

əmək bazarında işlə  təmin olunması  məqsəd kimi qarşıya 

qoyulsa da, “ açıq  əmək bazarında işləmək imkanı olmayan 

əlilliyi olan şəxslər üçün  məşğulluğun təmin edilməsi üçün 

müvafiq işə düzəltmə vasitələri təqdim etməklə böyük olmayan 

təsərrüfat vahidlərinin yaradılması  məqsədəuyğundur” BƏT 

168-ci Konvensiyasında  göstərilir ki, ixtisaslaşmış 

müəssisələrdə müdafiə olunan məşğulluğun təmin olunması 

üçün müxtəlif məşğulluq növlər ola bilər.

6

 



Müdafiə olunan məşğulluqla bağlı geniş anlayışı Avropa 

Şurası vermişdir. 

“Müdafiə olunan məşğulluq dəstəklənən və ya 

dəstəklənməyən adi iş  əldə edə  və saxlaya bilməyə imkanı 

olmayan  əlilliyi olan hər bir şəxs üçün əlçatan olmalıdır. 

Müdafiə olunan məşğulluq anlayışı  müxtəlif fərqli şəraitləri, o 

cümlədən  əmək mərkəzləri və ixtisaslaşmış emalatxanaları 

nəzərdə tuta bilər. Müdafiə olunan əmək təyinatı olan 

müəssisənin qarşısında iki məqsəd olmalıdır:  əlilliyi olan 

şəxslərə faydalı əməklə məşğul olmağa imkan  vermək və imkan 

                                                 

6

 



Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 

Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 



 

12 


daxilində onları  adi şəraitdə işləməyə hazırlamaq. Bunun üçün 

dəstəklənən məşğulluqdan adi məşğulluğa keçmək üçün  bütün 

mümkün üsullardan, məsələn  əmək mərkəzlərində olan 

istehsalat sahələrinin və ya ixtisaslaşmış emalatxanalarda əmək 

mərkəzlərinin, adi müəssisələrdə ixtisaslaşmış istehsalat 

sahələrinin və ya əmək mərkəzlərinin  yaradılması üsullarından. 

habelə ixtisaslaşmış emalatxanaların və ya əmək mərkəzlərində 

işləyənlərin fərdi və ya kollektiv şəkildə adi müəssisələrə ezam 

olunması üsulundan   istifadə olunmalıdır” 

Bununla belə müxtəlif ölkələrdə müdafiə olunan məşğulluğa 

müxtəlif anlayışlar verilir. Məsələn İrlandiyada müdafiə olunan 

məşğulluq üçün əlilliyi olan  şəxslərin əməyinin təşkili məqsədi 

ilə yaradılan xüsusi komitə  aşağıdakı anlayışlardan istifadə 

edirlər: 

Bu və ya digər formada mükafatlandırmanı  nəzərdə tutan, 

lakin məşğulluq və sosial sığorta haqqında qaydaların təsiri 

altına düşməyən tapşırıqları yerinə yetirmək üçün təşkil olunan-

əmək; 

Haqqı ödənilən iş olmaqla məşğulluğum müdafiəsinə dair 

qanunun və sosial siğorta ödəmələri və  gəlir vergisi haqqında 

qaydaların təsiri altına düşən-Məşğulluq; 



 

Müdafiə olunan əmək-  Əlilliyi olan insanlar tərəfindən 

onlar üçün xüsusi olaraq yaradılmış emalatxanalarda yerinə 

yetirilən iş. Belə yerlərdə işləyaənlər sosil sığorta üzrə müavinəti 

almaqda davam edirlər. Onlar bir qayda olaraq işəgötürəndən də 

həftəlik mükafat alırlar.  Əlilliyi olan insanlar üçün nəzərdə 

tutulan emalatxanalarda yerinə yetirilən iş muzdlu əmək hesab 

olunmur və məşğulluğun mudafiəsinə dair qanunun təsiri altına 

duşmür. 


 

Müdafiə olunan məşğulluq-Xüsusi dövlət fondları 

tərəfindən maliyyələşən və  əlilliyi olan insanların işə 

düzəlməsinə xidmət edən müəssisələrdə məşğulluq. 



 

13

Bir çox ölkələrdə də buna oxşar müdafiə olunan məşğulluq 



formaları mövcud olsa da son dövrlərdə  əlilliyi olan şəxslərin 

məşğulluğunun təmin olunmasına yönələn yeni formalar 

fonunda bu məşğulluq növü bir qədər əhəmiyyətini itirməkdədir. 

Bu məşğulluq növünun formalaşması  və inkişafı  könüllü 

fondların və yardımların hesabına olur. 

 

Dəstək verilən məşğulluq 

 

Dəstək verilən məşğulluq və ya dəstəklənən məşğulluq 



əsasən ağır formada  əlilliyi olan şəxlərin məşğulluğunun təmin 

olunmasına yönələn və bu qəbildən olan digər məşğulluq 

növlərinə bir növ, alternativ olan bir məşğulluq növüdür. 

Müxtəlif ölkələrin təcrübəsinə  nəzər saldıqda görmək 

mümkündür ki, dəstəklənən məşğulluq növlərinə müxtəlif növ 

məşğulluq aiddir. Buraya fərdi işədüzəltmə, anklavlarda iş, 

mobil fəhlə briqadalarda iş, kiçik müəssisələrin təşkili və s. 

Anklav-əsasən adi müəssisələrdə  təşkil olunan əlilliyi olan 

şəxslərin peşə  vərdişlərinə yiyələnməsi və  əmək fəaliyyəti ilə 

məşğul olmaları üçün təlim qruplarıdır. Belə qruplarda bir və ya 

bir neçə  rəhbər ola bilir. Belə qruplar əsasən  əhaliyə müxtəlif 

xidmət növləri təklif edirlər. 

Lakin, elə ölkələr var ki, əlilliyi olan şəxslərin briqada (qrup) 

halında deyil, fərdi qaydada işə düzəlmələri üçün proqramlar 

hazırlayır və həyata keçirirlər. Bu formaya əsasən ABŞ da daha 

çox üstünlük verilir. 

Bu növ məşğulluq  əsasən intelektual geriliyi və ya psixi 

problemləri olan şəxslərin cəlb olunmasına daha çox təsadüf 

edilir. 

 

Sosial müəssisələrdə məşğulluq 

 

Sosial iqtisadiyyat adlandırılan müəssisələrin də olduqca 



çoxsaylı forma və növləri vardır. Bunlar sosial firmalar, sosial 

kompaniyalar, sosial müəssisələr, ictimai müəssisələr, yerli 




Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə