Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

27

anlayışlar və izahatlardan istifadə edəcəyik. AB-nin ilkin 



sənədlərində KSM-ə “KSM - Şirkətlərin sosial və ətraf mühitlə 

bağlı narahatlıqlarını biznes fəaliyyətlərinə və digər tərəfdaşları 

ilə qarşılıqlı münasibətlərinə könüllü şəkildə inteqrasiya 

etdikləri konsepsiyadır  (Avropa Birliyi)” kimi izahat verilmiş, 

“sosial məsuliyyət tələblərinə tam cavab vermək məqsədilə 

şirkətlər digər maraqlı  tərəflərlə yaxından  əməkdaşlıq edərək 

sosial,  ətraf mühit və insan haqqları ilə bağlı narahatlıqlarını öz 

biznes fəaliyyətləri və strategiyalarında nəzərə almalıdırlar” 

kimi tələb qoymuşdur. 

Bu baxımdan Azərbaycanda  əlilliyi olan insanların  əmək 

bazarına çıxışının asanlaşdırılmasına yönələn fəaliyyətlər 

sırasında biznesin vəzifə  və öhdəliklərinin artırılması, biznesin 

stimullaşdırılması kimi tədbirlərlə yanaşı, həmçinin biznesin 

daxili və  cəmiyyət qarşısında məsuliyyətinin artırılmasına 

yönələn tədbirlər də olmalıdır. 

Bələdiyyələrin  əlilliyi olan insanların  əmək bazarına 

çıxışının asanlaşdırılmasında nə rolu ola bilər? 

Təbii ki, bir sıra ölkələrdə yerli özünüidarə orqanlarının 

əlilliyi olan insanların məşğulluğunun təmin olunmasındakı rolu 

müstəsnadır. Lakin bizim ölkəmizdə  bələdiyyələrin statusu və 

maddi durumu buna imkan vermir. Lakin bələdiyyələrin bir sıra 

hüquq və  vəzifələri vardır ki, onlar bu hüquq və  vəzifələrdən 

istifadə etməklə  əlilliyi olan insanların məşğulluğunun təmin 

olunmasına yönələn bəzi fəaliyyətləri həyata keçirə bilərlər. 

Bələdiyyə orqanları onların tabeçiliyində olan müəssisələrdə 

əlilliyi olan insanlar üçün müvafiq infrastrukturun yaradılması, 

əlilliyi olan insanlara sosial xidmətlərin göstərilməsi,  əlilliyi 

olan insanların peşələrə yiyələnməsi və ya peşəyönümünün 

dəyişdirilməsi istiqamətində öz resursları ilə  və ya dövlət 

sifarişlərində iştirak etməklə müəyyən səylər göstərə bilər. 

 



 

28 


Əlilliyi olan şəxslərin 

əmək bazarına çıxışını 

məhdudlaşdıran əsas səbəblər 

 

Yuxarıda aparılan təhlilləri ümumiləşdirərək belə  qənaətə 

gəlmək olar ki,ölkədə  əlilliyi olan şəxslərin  əmək bazarına 

çıxışını əngəlləyən əsas səbəblərin aşağıdakılardır: 

  Əlilliyi olan insanların işləməsi üçün iş yerlərində zəruri 

infrastrukturun zəif olması; 

  Əlilliyi olan insanlar əmək fəaliyyəti zamanı üçün 

nəzərdə tutulan bütün  imtiyazlar və güzəştlər üçün xərclərin 

işəgötürənlərin üzərinə qoyulması. Bu hal əlilliyi olan 

şəxslərə münasibətdə gizli ayrı-seçkilik yaradır; 

  Alternativ məşğulluq sisteminin təşəkkül tapmaması; 

  Əlilliyi olan insanların bir qayda olaraq təhsilə çıxışının 

məhdud olması; 

  Biznesin üzərinə qoyulan vəzifələrin effektivsizliyi; 

  Biznesin stimullaşdırılması üçün nəzərdə tutulan 

güzəştlərin formal xarakter daşıması; 

  Biznesin cəmiyyət qarşısında məsuliyyət hissinin 

(Korporativ sosial məsuliyyət) aşağı olması; 

  Əlilliyi olan şəxslərin  əmək bazarına çıxışının 

qanunvericiliklə məhdudlaşdırılması; 

  Mobillik imkanları, görmə və eşitmə qabiliyyəti olmayan 

və ya aşağı olan şəxslərin sərbəst və kənar yardım olmadan 

hərəkət etmələri (o cümlədən müvafiq ictimai nəqliyyatın 

olmaması) üçün yaşayış yerlərində  hər hansı  şəraitin 

olmaması; 

  Əlilliyi olan insanların ətraf sosial mühitlə uyğunlaşmaq 

problemləri; 

 



 

29

Tövsiyələr 



 

  Əlilliyi olan şəxslərin açıq (rəqabətli)  əmək bazarında 

rəqabət qabiliyyətinin artırılması və onların əlilliyi olmayanlarla 

birgə əmək bazarında iştirakına şəraitin yaradılması üçün onların 

təhsil səviyyəsinin və peşə bacarıqlarının artırılmasına yönələn 

uzunmüddətli və 

qısamüddətli təhsil sisteminin 

formalaşdırılması  zəruridir. Bunun üçün mövcud təhsil 

bazasından istifadə edilə bilər bir şərtlə ki, bu təhsil müəssisələri 

texniki təchizat və peşəkar müəllim və usta heyəti ilə  təmin 

olunsun. Həmçinin Avropada və digər qabaqcıl təcrübəyə malik 

olan ölkələrdə  tətbiq olunan qısa müddətli və  əsasən peşə 

yönümünün dəyişdirilməsinə yönələn modul tipli təhsil 

sisteminin tətbiqi məqsədəuyğundur; 

  Əlilliyi olan insanların  əməyə  çıxışına yardım edən 

vasitələrin istehsalı ilə məşğul olan müəssisələrin yaradılması və 

belə müəssisələrin hər növ vergilərdən azad edilməsi yolu ilə bu 

vasitələrə olan qiymətlərin maksimum aşağı salınması üçün 

dövlət proqramına müvafiq əlavələr edilə bilər; 

  Əlilliyi olan insanların açıq (rəqabətli)  əmək bazarına 

çıxışının asanlaşdırılması  istiqamətində 

fəaliyyətləri 

genişləndirməklə yanaşı, açıq (rəqabətli) əmək bazarında əməyə 

çıxış imkanı olmayan əlilliyi olan şəxslər üçün sosial 

müəssisələrin yaradılması zəruridir. Sosial müəssisələr haqqında 

hazırda mövcud olan qanun layihəsinin yeni çağırış və təkliflər 

nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəuyğun olardı; 

  Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlər onlar 

üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazların qarşılanması 

üçün tələb olunan xərcləri çəkməli olurlar. Yuxarıda,  Əmək 

Məcəlləsində əlilliyi olan şəxslər üçün nəzərdə  tutulan imtiyaz 

və güzəştlər barədə  bəhs olunmuşdur. Bu güzəşt və imtiyazların 

qarşılanması üçün tələb olunan xərclərin bir hissəsi dövlət 

tərəfindən yaradılan xüsusi fond(lar) tərəfindən həyata 

keçirilməlidir; 



Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə