Microsoft Word pprd east nag minutes Final 13. 01. 2017 az doc



Yüklə 37,89 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü37,89 Kb.
#49529


Milli Məsləhət Qrupunun 3-cü İclası  

 

10 noyabr 2016-cı il, Bakı şəhəri, Azərbaycan 

 

İclasın protokolu 

 

Proqramın  Qrup  Rəhbəri  Sergej  Anagnosti  görüşü  açıq  elan  etdi  və  iştirakçıları  salamladı.  O, 



iclasın  məqsədinin  fəlakət  risklərinin  idarəedilməsi  üzrə  milli  maraqlı  tərəfləri  Proqramın  regionda 

və  Azərbaycanda  həyata  keçirdiyi  fəaliyyətlər  barədə  məlumatlandırmaqdan,  fəaliyyət  planlarını 

müzakirə etməkdən, eləcə də nailiyyətləri və gələcək planları müzakirə etməkdən ibarət olduğunu 

bildirdi. 1-3 mart 2016-cı il tarixində baş tutmuş Milli Məsləhət Qrupunun 2-ci İclasında 5 prioritet 

sahə seçildi. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən Mülki Müdafiə üzrə 

Könüllülük fəaliyyətinin Proqram çərçivəsində həyata keçiriləcək prioritetlərdən olmadığı barədə bir 

neçə həftə bundan öncə məlumat daxil oldu.  

 

PPRD  East  2-nin  Milli  Proqram  Koordinatoru  Ceyhun  Isgəndərli  təqdimat  üçün  təşəkkür  etdi  və 



mülki müdafiə könüllülüyü ilə bağlı MES-in mövqeyini şərh etdi. O qeyd etdi ki, könüllük fəaliyyəti 

kompleks  yanaşma  tələb  edir  Belə  ki  bu  yalnız  könüllü  qrupların  yaradılması  ilə  məhdudlaşmır, 

eyni zamanda həmin qrupalara təlimlərin təşkil olunması, sığortalanması, eləcə də avadanlıqlarla 

təmin  olunması  və  ümumiyyətlə  könüllük  fəaliyyətinin  təşkili  üçün  maliyyənin  ayrılması  nəzərdə 

tutur.  Bu  baxımdan  MES  mülki  müdafiə  üzrə  konüllük  fəaliyyətini  gələcəkdə  həyata  keçirməyi 

planlaşdırır, lakin bu, PPRD East 2 Proqramı çərçivəsində həyata keçirilməyəcək  

 

Sergej  Anagnosti  A  Fəaliyyət  Sahəsinin  təqdimatını  davam  etdirdi  və  daşqın  risklərinin 



idarəedilməsi (DRİ) və fəlakət risklərinin qiymətləndirilməsi (FRQ) sahəsində A Fəaliyət Sahəsinin 

məqsədlərini təsvir etdi. Regional Daşqın Risklərinin İdarəedilməsi üzrə Təlimatlar hazırlanıb, DRİ 

və FRQ üzrə bütün milli əlaqələndiricilər təyin olunub və PPRD East 2-nin 2016-2018-ci illər üçün 

qəbul edilmiş İş Planına əsasən Tərəfdaş Ölkələrin bəzilərində daşqın risklərinin idarəedilməsi və 

fəlakət  risklərinin  qiymətləndirilməsi  üzrə  razılaşdırılmış  fəaliyyətlərin  həyata  keçirilməsi  üçün 

müəssələrarası milli işçi qrupları yaradılıb.  

 

Sergej  Anagnosti  Daşqınlardan  Müdafiə  üzrə  Dövlət  Proqramının  layihəsinin  hazır  olub-olmadığı 



və İş Planında qeyd olunduğu kimi Proqramın ekspertlərinin  bu istiqamətdə hüquqi yardım təmin 

etməsi  üçün  həmin  layihənin  PPRD  East  2  Proqramına  təqdim  edilməsinin  mümkünlüyü  barədə 

sual  verdi.  Bundan  əlavə,  Anagnosti  DRİ  və  FRQ  üzrə  İşçi  Qrupların  nə  zaman  yaradılacağı  ilə 

maraqlandı.  

 

Mülki  Müdafiə  üzrə  Əsas  Ekspert  Michael  Elmquist  B  Fəaliyyət  Sahəsi  barədə  və  həmin  sahə 



çərçivəsində həyata keçirilən 4 əsas təlim kursu, 2 əməliyyat idarəetmə kursu və bir qabaqcıl təlim 


2

kursu barədə məlumat verdi. Bundan əlavə, Yardım alan Ölkənin təmin etdiyi Dəstək üzrə hər bir 

Tərəfdaş  Ölkədə  komanda-ştab  təlimləri  və  Belarusiyanın  paytaxtı  Minskdə  Qazanılmış  Tərcübə 

üzrə Regional Seminar  keçirildiyini qeyd etdi. O, daha sonra Proqramın qalan dövrü üçün planları 

şərh  edərək  Regional  Komanda-Ştab  Təlimi,  eləcə  də  2017-ci  ildə  Moldovada  keçirilməsi 

planlaşdırılan tammiqyaslı sahə təlimlərini təsvir etdi.  

 

FHN-nin Baş əməliyyat idarəsinin rəis müavini Ələsgər Əliyev 2017-ci ildə Moldovada keçirilməsi 



planlaşdırılan  təlimin  təcrübə  mübadiləsinin  həyata  keçirilməsi  baxımından  Azərbaycan 

xilasediciləri  üçün  də  önəmli  olduğunu  qeyd  etdi.  Azərbaycan  tərəfindən  təlimə  cəlb  olunacaq 

qüvvə  və  vasitələrin  siyahısının  dəqiqləşdirilməsi  məqsədi  ilə,  Moldovanın  Azərbaycandan  uzaq 

məsafədə  yerləşməsini  nəzərə  alaraq  və  Azərbaycandan  axtarış-xilasetmə  texnikalarının 

Moldovaya  çatdırılmasında  əhəmiyyətli  vaxt  sərf  olunacağını  qeyd  edərək,  keçiriləcək  təlimdə 

Moldova  tərəfindən  xilasedici  bölmələrin  hər  hansı  xilasetmə  texnika  və  avadanlıqları  ilə  təmin 

edilib-edilməyəcəyi  barədə  sualla  müraciət  etdi.  O,  eləcə  də  xilasetmə  texnikalarının  yanacaq 

təminatı,  axtarış-xilasetmə  əməliyyatlarında  tətbiq  olunan  oksigen  balonlarının  doldurulması  və 

digər məsələlərlə maraqlandı. 

 

 



Michael  Elmquist  Moldova  ilə  bu  barədə  danışıqlar  aparıldığını  bildirdi.  Moldovanın  resursları 

məhduddur. O, Ələsgər Əliyevdən hansı növ avadanlığın tələb olunduğunu dəqiqləşdirməsini xahiş 

etdi  ki,  bu  məsələni  moldovalılarla  müzakirə  etsin.  Yüksək  təzyiqli  hava  doldurma  və  yanacaqla 

bağlı  çətinliyin  olmayacağını  qeyd  etdi.  24  nəfərin  daşınması  Proqram  tərəfindən  qarşılanacaq. 

Əlavə  müşahidəçilərin  xərclərini  göndərən  ölkə  qarşılamalıdır.  24  nəfərə  komanda  rəhbəri, 

OSOCC əlaqələndiricisi və xilasedicilər daxil olmalıdır. Əlaqələndirici ingilis dilində danışa bilməlidir.  

 

 

Dövlət  Gömrük  Komitəsinin  Gömrük  Nəzarətinin  Təşkili  Baş  İdarəsinin  rəisinin  müavini  Səməd 



Qaralov  qeyd  etdi  ki,  avadanlıqlar  ölkədən  çıxarılmamışdan  öncə Gömrük  orqanlarına  bəyan 

olunmalıdır. Bəyan olunmazdan əvvəl idxalına və ixracına müvafiq icazə tələb olunan mallar varsa 

həmin  icazələr  alınmalıdır.  Bəyan  etmə  həm  də  təyinat  ölkəsində  həyata  keçirilməlidir.  Bildirdi 

ki, Təbii  fəlakətlər  və  digər  fövqəladə  hallar  zamanı  zəruri  olan  malların  və  nəqliyyat  vasitələrinin 

gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları mövcuddur. Lakin bu halda söz 

təlimdən getdiyindən bu prosedurlar tətbiq olunmur. 

 

FHN-nin  Xüsusi  Riskli  Xilasetmə  Xidmətinin  rəisi  Mustafa  Rəcəbov  qeyd  etdi  ki,  xarici  ölkələrdə 



təmin edilən avadanlıqlardan istifadə zamanı çətinliklər yaranır. Belə ki, avadanlıqlar sıradan çıxır 

və  istismar  zamanı  çətinliklər  yaranır.  Xüsusilə,  xilasedicilər  və  iştirakçıları  təhlükəyə  məruz 

qoymamaq üçün xilasetmə əməliyyatlarında istifadə edilən kəndirlər sertifikasiyadan keçməlidir.  



3

 

Potensialın Artırılması üzrə Əsas Ekspert Antonin Petr B Fəaliyyət Sahəsinin bir hissəsi – Yardım 



Alan Ölkənin təmin etdiyi Dəstək (YAÖD) üzrə təqdimat etdi. O, Yardım Alan Ölkənin təmin etdiyi 

Dəstək  üzrə  keçirilən  Komanda-ştab  Təliminin  nəticələrinə  toxundu  və  Azərbaycan  üçün  edilən 

tövsiyələrə  YAÖD  üzrə  Standart  Əməliyyat  Prosedurlarının  (SƏP)  yaradılmasının,  YAÖD  üzrə 

Ölkə Komandasının yaradılmasınıb və YAÖD üzrə potensialın artırılması/təlim proqramlarının daxil 

olduğunu  qeyd  etdi.  O,  YAÖD  üzrə  Ölkə  Komandasının  nə  zaman  yaradılacağını  və  YAÖD  üzrə 

Standart Əməliyyat Prosedurlarının hazırlanmasına nə zaman başlanılacağını soruşdu. 

 

Ceyhun İsgəndərli cavab olaraq bildirdi ki, YAÖD üzrə Ölkə Komandasının yaradılması nəzərdən 



keçirilir. Bununla bağlı olaraq ilin sonunadək müvafiq maraqlı tərəflərin iştirakı ilə bu sahə üzrə İşçi 

Qrupun  yaradılması  planlaşdırılır.  İşçi  Qrupun  yaradıldılması  bu  məsələyə  daha  sistematik 

yanaşmaq  imkanı  verəcək.  PPRD  East  2  komandası  İşçi  Qrupunun  yaradılması  barədə 

məlumatlandırılacaq. İlk görüş gələn ilin əvvəli baş tuta bilər.  

 

Sergej  Anagnosti  C  Fəaliyyət  Sahəsinin  hədəfləri,  o  cümlədən  Elektron  Regional  Risk  Atlasının 



daha  da  təkmilləşdirilməsi  və  fəlakət  itkiləri  üzrə  milli  səviyyədə  məlumatın  toplanılması  barədə 

təqdimat etdi. 

   

FHN, İKT-nin rəis müavini Ülfət Rzayev qeyd etdi ki, bütün 6 Tərəfdaş Ölkələrin yenilənmiş ERRA-



dan  ERRA  vasitəsilə  hesabatların,  hesabatlarla  əlaqədar  təhlilin  əldə  edilməsi  kimi  oxşar 

gözləntiləri var. İstismar zamanı müəyyən sualların yarana biləcəyini nəzərə alaraq o, təlimçilərin 

təlimi  üçün  izahlı  təlimat  kitabçasının  hazırlanmasını  təklif  etdi.  Belə  ki,  cari  linux  əsaslı  server 

platformasından digər əməliyyat sisteminə keçdikdə FHN üçün çətinlik yaranmasın.   

 

Sergej  Anagnosti  qeyd  etdi  ki,  yenilənmiş  ERRA  üçün  quraşdırma  üzrə/istifadəçilər  üçün  təlimat 



kitabçası hazırlanacaq. Proqram tamamlandıqdan sonra Tərəfdaş Ölkələrin sahib çıxacağı müvafiq 

qurumu ERRA-ya texniki qulluq göstərməli, idarə etməli və yeni məlumatlar daxil etməlidirlər.  

 

Digər  iştirakçı  təlimat  kitabçasını  iki  formatda  –  istifadəçilər  üçün  və  texniki  işçi  heyət  üçün 



hazırlanmasını təklif etdi.  

 

Ceyhun İsgəndərli Proqram rəhbərliyinə təklif etdi ki, ERRA üzrə ekspertlər Bakıya göndərilsin və 



Coğrafiya  İnstitunda  ERRA-nın  təqdimatı  keçirilsin,  belə  ki,  ERRA  fövqəladə  hallar  atlasının 

elektron versiyası kimi istifadə edilə bilər. Elmlər Akademiyasının Coğrafiya İnstitutunun 2-ci ERRA 

Regional  Seminarında  və  FRQ  Regional  Seminarında  iştirak  edən  ekspertlərinin  ERRA  üzrə  

həmkarları üçün təqdimat keçirməsi razılaşdırıldı. Bundan əlavə, PPRD East 2 Proqramı Coğrafiya 




4

İnstitutuna məktub göndərərək ERRA-nın fövqəladə hallar atlasının elektron versiyası kimi istifadə 

olunmasının mümkünlüyünü araşdıracaq.  

 

Antonin Petr D Fəaliyyət Sahəsi çərçivəsindəki nailiyyətləri və planlaşdırılan növbəti addımlar üzrə 



-  Fəlakətlər  barədə  Məlumatlılığın  Artırılması  barədə  təqdimat  keçirdi  və  Milli  Kommunikasiya 

Strategiyasının  hazırlanmasını  xüsusilə  vurğuladı.  O,  qeyd  etdi  ki,  Milli  Kommunikasiya 

Strategiyasının hazırlanması üçün institutlararası milli işçi qrupu hələ yaradılmayıb, bu səbəbdən, 

Proqram Azərbaycana bu sənədin hazırlanmasında yardım edə bilmir.     

 

Ceyhun İsgəndərli cavab verdi ki, institutlararası milli işçi qrupu bu ilin sonundadək yaradıla bilər.  



 

Antonin Petr eləcə də E Fəaliyyət Sahəsini – Mülki Müdafiə sahəsində Könüllülük (MMK) barədə 

təqdimat keçirdi. O, qeyd etdi ki, Azərbaycan bu sahənin Proqram çərçivəsində əhatə olunmaması 

qərarına  gəlib,  bu  səbəbdən,  Azərbaycanda  milli  səviyyədə  hər  hansı  tədbir  nəzərdə  tutulmayıb. 

Bununla  belə,  Azərbaycan  bu  Fəaliyyət  Sahəsi  çərçivəsində  təşkil  ediləcək  bütün  regional 

tədbirlərə  dəvət  olunacaq.  O,  eləcə  də  qeyd  etdi  ki,  könüllülər  düzgün  seçilməli,  təlimləndirilməli, 

ləvazimatlarla  təchiz  edilməli,  təşkilatlanmalı  və  idarə  edilməlidirlər.  Qeyri-mütəşəkkil  könüllülər 

xilasetmə əməliyyatlarına mane ola bilərlər.  

 

FHN-nin  Layihələrin  İdarəedilməsi  Şöbəsinin  əməkdaşı  İlqar  Həsənov  könüllülərin  fövqəladə 



hallara  cəlb  olunmasının  faydalı  olduğunu  qeyd  etdi.  Xilasetmə  komandaları  fövqəladə  hal  baş 

verən məkana gələnədək yerli könüllülər yardım göstərə və böyük zərərin qarşısını ala bilərlər. O, 

gələcəkdə Proqram çərçivəsində MMK sahəsində kiçik bir pilot layihəsinin keçirilməsini təklif etdi. 

Bununla  belə,  FHN  mülki  müdafiə  sahəsində  könüllülüyü  Proqram  çərçivəsində  əhatə  etməmək 

qərarına gəldiyindən bu sahədə milli səviyyədə heç bir tədbir keçirilməyəcək.  

 

Sergej Anagnosti Proqramın işıqlandırılması və idarəedilməsi barədə danışdı. Proqramın və FHN-



nin  öz  loqolarını  (linklərə  keçidlə  birlikdə)  bir-birinin  veb  səhifələrində  yerləşdirilməsinin 

mümkünlüyü barədə sual verdi.  

Ceyhun İsgəndərli bununmümkün ola biləcəyini bildirdi.  

 

PPRD East 2-nin İdarəetmə Komitəsinin üzvü Səmədağa Səmədov söz alaraq görüşü bağlı elan 



etdi.  O  qeyd  etdi  ki,  Milli  Məsləhət  Qrupunun  iclasında  olduqca  faydalı  müzakirələr  aparıldı. 

Xüsusilə, Aİ MOLDEX 2017 tammiqyaslı sahə təlimləri barədə müzakirələr səmərəli keçdi. ERRA 

üzrə yenilənmiş proqram təminatı və institutlararası milli işçi qrupun yaradılması üzrə müzakirələr 

də  faydalı  oldu.  O,  Proqramın  Azərbaycanda  həyata  keçirildiyinə  görə  ekspert  komandasına  və 



Avropa İttifaqına təşəkkür etdi.  

Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə