Microsoft Word Practical Guide Hydromorphological assessment protocols and forms in azeri



Yüklə 214,14 Kb.
Pdf görüntüsü
tarix27.04.2018
ölçüsü214,14 Kb.
#40279


Kür çayı üzr

ə

 Transs

ə

rh

ə

d Çay 

İ

dar

ə

çiliyi. M

ə

rh

ə

l

ə

 III –  

Erm

ə

nistan, Az

ə

rbaycan, Gürcüstan

  

 

 



 

ENPI/2011/281-959 

 

 

 



 

T

ə

limat S

ə

n

ə

di 



 

 

 

BİRGƏ SAHƏ TƏQDİQATLARI ÜZRƏ HİDROMORFOLOJİ 

QİYMƏTLƏNDİRMƏ PROTOKOLLARI

  

 

 

YEKUN LAY

İ

H

Ə

 

 

 

 



Hazırlayıb: 

Piter Ronçak v

ə

 Anatoli Piçuqin  



 

 

 

 

 

 

EPTISA Servicios de Ingenieria S.L.  

 

 

 

 

 

İ

yun 2012 

 

 

 



Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir 

 

Açıqlama: Bu hesabat Avropa Komissiyasının maliyyə yardımı ilə hazırlanmışdır. 



Burda ifadə edilən fikirlər məsləhətçilərə məxsusdur və heç bir halda Komissiyanın rəsmi mövqeyini əks etdirmir.

 



BİRGƏ SAHƏ TƏQDİQATLARI ÜZRƏ HİDROMORFOLOJİ 

QİYMƏTLƏNDİRMƏ PROTOKOLLARI – KÜR III MƏRHƏLƏ 

 

 

HİDROMORFOLOJİ QİYMƏTLƏNDİRMƏ 



PROTOKOLLARINI/FORMALARINI NECƏ DOLDURMALI 

 

Qiymətləndirmə  protokolu  beş  kateqoriyaya  və  yaxud  parametrlər  qrupuna  bölünür.  Dörd  parametrin 

hər  biri  çayın/axının  hidromorfoloji  quruluşunun  müxtəlif  aspektlərini  hədəfə  alır  və  beşinci  parametr 

hidromorfoloji  keyfiyyətin  hidroloji  aspektlərini  hədəf  götürür.  Bütün  bunları  ya  sahədə  və  yaxud 

xəritələrdə qiymətləndirmək üçün parametrlərin və metodların hamısı aşağıda ətraflı şəkildə təsvir edilir. 

Qiymətləndirmə və yaxud araşdırma forması Əlavədə göstərilib. 

 

1.

 



Məcranın  formasının parametrləri  

Parametrlər  özlərinin  tarixi  və  təsir  olunmayan  vəziyyətinə  nisbətən  hazırkı  vəziyyətlərinə  görə 

qiymətləndirilirlər.  Onlar  1:25000  miqyaslı  xəritələrdən  alınmış  bu  günkü  xüsusiyyətləri  tarixi 

xəritələrdən  (misal  üçün,  Ərazinin  İlk  Hərbi  Kartoqrafik  Xəritəsi)  alınmış  xüsusiyyətlərlə  müqayisə 

etməklə aşkar edilir. Hər üç parametr aşağıdakı minimum uzunluqlardan istifadə etməklə uzaq məsafələr 

üzrə qiymətləndirilməlidir: Kiçik çaylar: 2000 metr, Orta ölçülü çaylar: 5000 metr, Böyük çaylar: 10000 

metr.  Əgər  müəyyənləşdirilmiş  uzunluq  daxilində  çaya  daxil  olan  mühüm  qollar  varsa  və  yaxud  çay 

planının formasına təsir göstərən hər-hansı bir əhəmiyyətli dəyişiklik (misal üçün, bənd) mövcuddursa, 

bu dəyişikliklərin plan formasından cıxarılması üçün qiymətləndirmə uzunluğu azaldılmalıdır. 

 

Əgər  heç  bir  köhnə  xəritə  mövcud  deyilsə  və  ya  köhnə  xəritələrdəki  məcrada  dəyişiklik  işarəsini 



göstərirsə, üç məcra parametrləri ekspert mülahizəsi vasitəsilə qiymətləndirilməlidir. Bunlara torpaqdan 

istifadənin, çay dərəsinin maililiyinin, geologiya və geomorfologiyanın təhlili daxildir ki, bunlara əsasən 

və  həm  də  müvafiq  ədəbiyyatın  köməyi  ilə  təbii  növ  təfsir  edilə  bilər.  Digər  ehtimal  tarixi  növün  və 

kanal  nümunəsinin  bənzər  xüsusiyyətlər  və  mövcud  olan  məlumatla  birlikdə  oxşar  tipli  sahəyə  əsasən 

təsəvvür edilməsidir. Alternativ olaraq, sel yatağında köhnə məcranın yeri   kosmosdan çəkilən şəkillər 

vasitəsilə  potensial  şəkildə  müəyyən  edilə  bilər  ki,  bundan  da  tarixi  məcranın  növü,  uzunluğu  və 

maililiyi təqribi hesablana bilər.  

 

Məcranın plan forması göstəricisi (KPG) onun dolambaclığı, məcra növü və məcranın  ya qısalması üzrə 



rəqəmlərin orta məxrəci kimi hesablanır: 

 

KPG= (1.1+1.2+1.3)/3 



 

1.1 Məcranın dolambaclığı 

  

Dolambaclıq məcranın talveqin ölçərək  dərənin uzunluğuna bölməklə aşkar edilir.  



 

(Şəkil8). Dolambaclıq (Dolambaclıq İndeksi, Dİ) aşağıdakı tənlikdən hesablanır: 

 

Dİ=Axın kanalındakı məsafə/çay dərəsi yatağı boyunca düz xətt üzrə məsafə.  



 

Tarixi  xəritələrdən  və  yeni  xəritələrdən  alınan  dolambaclıq  dəyərləri  müqayisə  edilir  və  yekun  rəqəm 

Cədvəl 1-də aşkar edilir.  

 

Şəkil 1. Dİ və dolambaclığın hesablanmasını göstərən iki nümunə. Mavi xətt çaydır və qırmızı xətt isə 



çay dərəsi boyunca düz xəttdir. 

 

Cədvəl 1.  1.1-ci parametri – Kanal dolambaclığını qiymətləndirmək üçün Cədvəl.  



 


 

 

 



Tarixi (istinad) 

 

 



D

ü



 

Ə

y



ri

y



 

D



əy

k



ən

 

H



az

ır

k



ı 

Düz (1.0-1.05) 





Əyri-üyrü (dolambac) (1.05-1.50) 



Dəyişkən (>1.50) 





 

 

1.2



 

Kanal növü 

 

Kanal növü aşağıdakı anlayışlardan istifadə etməklə təyin edilir: 



 

Tək axın.    

 

Vahid məcralı çay. Dənəvər qum sahələri və yaxud adalar     



                                           Mövcuddur , lakin kanal bu kimi sahələrsiz  və adasız müvafiq kanaldan   

                                           geniş  deyil 

 

Paralel kanallar.               Bir-birinə qarışan və əvvəlki məcraya qayıdan çaylar, harda ki kanal iki və   



                                         daha  artıq davamlı qollara bölünmüşdür. 

 

Şaxələnmiş.  



Çay  şaxələnməmiş  kanalın  orta  enindən  geniş  olan  qum  topaları  ilə  və 

yaxud üç və  ya daha artıq üs-üstə düşən qum topalarının mövcudluğu ilə 

bölünmüşdür.  

 

 



Hesab Cədvəl 2-dən aşkar edilir.    

 

Cədvəl 2. 1.2-ci parametri – Məcra növünü qiymətləndirmək üçün Cədvəl.   



 

 

 



Tarixi (istinad) 

T

ək



 k

an

al



 

P

ar



al

el

 



k

an

al



la

Ş



ax

əl

ən



m



b

ir

-b



ir

il



ə 

q

ar



ış

an

 



H

az

ır



k

ı 

Vahid məcra 





Paralel kanallar 



Şaxələnmiş, bir-biri ilə qarışan 





 

 

Əgər  heç  bir  köhnə  xəritə  mövcud  deyilsə,  təbii  növ  geologiya  və  geomorfologiyaya  dair 



informasiyadan  istifadə  etməklə  müvafiq  ədəbiyyatın  köməyi  ilə  təqribi  hesablana  bilər.  Alternatv 

olaraq,  köhnə  kanalın  qalıqları  kosmosdan  çəkilən  şəkillər  vasitəsilə  potensial  şəkildə  müəyyən  edilə 

bilər ki, bundan da tarixi kanal növü təqribi hesablana bilər.  

 

 



1.3 Məcra qısalması 

 



Məcra  qısalması  birbaşa  xəritələrdə  ölçülür.  Məcranın  qısalması  orijinal  məcra  uzunluğunun  faizlə 

hissəsi kimi ifadə olunur. Rəqəmlər Cədvəl 3-dən müəyyən edilir. Əgər kanal qısalması qiymətləndirilə 

bilməzsə  və  axın  kanalının  qısaldığı  və  yaxud  başqa  cür  dəyişikliyə  uğradığı  görünərsə,  hesab  3-ə 

bərabərdir. 

 

Cədvəl 3. 1.3-cü parametri – Kanal qısalmasını qiymətləndirmək üçün Cədvəl.     



 

 

Qısalma 



Hesab 

< 10% 

10-30% 



>30% 


 

2. Su axınındakı xüsusiyyətlə

 

Axının  içindəki  parametrlər  sahədə  qiymətləndirilir  və  axındakı  və  axın  yatağındakı  hazırkı  şəraitlə 



əlaqədar  bir  sıra  parametrlərdən  ibarətdir.  Axın  daxilindəki  parametrlər  axının  çərçivəsində 

araşdırılmalıdır.  Axın  daxilindəki  xüsusiyyətlər  hamısı  Tədqiqat  Yarım-Bölməsi  (TYB)  miqyasında 

qiymətləndirilir.  Axın  daxilindəki  xüsusiyyətlər  qiymətləndirildikdən  sonra  bütün  TYB-ların 

qiymətlərinin  ilk  öncə  ortalaması  çıxarılır  və  sonra  axın  daxilindəki  xüsusiyyətin  qiyməti  (ADXQ)  Su 

üzrə mövcud olan qiymətlərin orta göstəricisi kimi hesablanır, yəni: 

 

ADXQ=(2.1+2.2+2.3+2.4+2.5+2.6)/6 



 

2.1 Çay yatağı elementləri   

Bu  parametr  adalar,  müxtəlif  səthə  çıxan  topa  formaları  və  astanalar  (çayın  dibindəki  köndələn  daş 

təpələr)  kimi  bir  sıra  individual  çay  yatağı  elementlərini  təqdim  edir.  Əgər  çay  yatağın  elementlərinin 

müəyyənləşdirilməsi  üçün  həddən  artıq  böyükdürsə,  bu  parametr  qiymətləndirilmədən  xaric  edilir. 

İndividual quruluşun (uzunluq və yaxud en) minimum ölçüsü kanalın eninin 1/3-nə çatmalıdır (hansı ki 

burada quruluşun  yerləşdiyi məntəqədə tədqiqat zamanı çayın sol sahili və sağ sahil arasındakı məsafə 

kimi müəyyən edilir). Nəzərdən keçirilən müxtəlif quruluşlar (Şəkil 9) bunlardır: 

 

Bərk  hissəciklərin  topaları.    Əsas  su  səviyyəsində  daşmayan,  yatağın  gətirdiyi  çöküntülərin  artımı, 



məsələn:  nöqtəvari  toplanmalar,  məcraların  kəsişmə  nöqtələrində  əmələ  gələn  topalar,  məcranın 

ortasında olan topalar və s.  

 

Adalar.  Topalardan  aydın  şəkildə  hündürdür  və  tez-tez  demək  olar  ki  yaxınlıqdakı  çaybasarın 



səviyyəsində olur. Buna görə də onlar az hallarda  daşqın suları altında qalırlar və neçə illik ömrü olan 

ağaclar əmələ gətirirlər. Bəndlərin inşası prosesinin nəticəsi kimi əmələ gələn adalar da qeydə alınırlar, 

belə ki onların formalaşmasının mənbəyini tam şəkildə təşkil etmək mümkün deyil.  

 

Daş təpələri /astanalar. Nadir çöküntülərdən ibarət olan, az-az hallarda daşqın suları altında qalan   sualtı 



təpəliklər. Su səthi nəzərə çarpacaq dərəcədə onların təsiri nəticəsində dəyişir   və yuxarı axınd  ləpələr 

əmələ  gətirir.  Astanalar  müstəsna  olaraq  çay  yatağından  ayrılan  və  iti  axın  əmələ  gətirən  bərk 

təpəciklərdir. 

 

Qayalar.  Qismən  su  səviyyəsindən  yuxarı  olan  geniş  təcrid  olunmuş  qayalar.  Qayalar  səth  ərazisinin 



5%-dən çoxunu əhatə etməlidir (qayalar özləri və onların dəyişdirdiyi axın şərtləri). 

 

Pillə/bənd.  Düzənlik  axınlarında  astana  bənd  ardıcıllığına  bərabər  olan  yayla.  Axın  yatağı  adətən  daş 



pillələrdən və qaya parçasından ibarətdir, harda ki su axını ya suyun iti axan yeridir, ya sərbəst axındır 

və  yaxud da xaotik axındır. Pillələrin arasında bəndlər aşkar edilir.  Bunlar aşağı  axın və (adətən) daha 

xırda materialla səciyyələndirilir. 

 



Hər bir TYB üçün göstərici Cədvəl 4-dən müəyyən edilir. 

 

Cədvəl 4. 2.1-ci parametri – Çay yatağı elementlərini qiymətləndirmək üçün Cədvəl. 



 

 

TYB ərazisinin %-lə hissəsi (bütün elementlər) 



 

 

 



Çay yatağı elementlərinin sayı 

<10% 

10-50% 


>50% 

3 və yaxud daha çox 









Heç biri 



 

 



Şəkil 2. Çay yatağı elementləri 

 

Topa   



 

 

 



 

 

Ada 



 

     


 

 

     



Astana  

 

 



 

 

 



Kandar 

 

  



 

 



 

 

Qayalar 



 

 

 



 

Mərhələləli nohur ardıcıllığı   

 

 

 



 

 

  



 

 

2.2 Çay yatağının əsasları 



 

Qiymətləndirmə  çayın  içərisində  dayanaraq  həyata  keçirilir.    Təbii  çay  yatağının  əsası  TYB-da  çay 

yatağının  5%-dən  çoxunu  əhatə  edən  müxtəlif  növlərin  sayının  hesablanması  ilə  qiymətləndirilir.  Çay 

yatağının  5%-dən  çoxunu  əhatə  edən  substratların  abbreviaturaları  qiymətləndirmə  formasında 

dairələnmişdir.  Aşağıda  təsbit  edilən  abbreviaturalar  həmçinin  də  qiymətləndirmə  formasında  istifadə 

edilir.  

 

Nəzərdən keçirilən müxtəlif substrat növləri bunlardır: 



Əsas (Ə) 

 

aşkar edilmiş bərk qaya 



Qaya parçası (QP) 

256 mm diametrdən böyük olan parçalana bilən süxur 

Çaylaq daşı (ÇD) 

64-256 mm mm diametri olan  parçalana bilən material 

Çınqıl/çaydaşı (Ç) 

2-64 mm diametri olan parçalana bilən material 

Qum (Q) 

 

hissəciklər – 0.06-2 mm diametrli 



Agac hissələri  (AH)  1 mm-dən böyük olan üzvi maddə  - (yarpaqlar, budaqlar, kiçik oduncaq parçaları   

                                    və s.) 

Lil/palçıq (LP)  

1 mm-dən böyük olan çox xırda qalıqlar. 

Gil (G)  

 

Yapışqan maddədən ibarət olan bərk səth 



Torf 

 

 



Xüsusi  olaraq və ya tamamilə torf, üzvi mənşəli.  

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



Şəkil 3. Çay yatağının substrat növləri. 

Əsas   


 

 

 



 

 

Qaya parçası 



         

 

 



Çaylaq daşı 

 

 



 

 

 



Çınqıl daşı 

                                                                                    

 

Qum   


 

 

 



 

 

 



                                                                                        Agac hissəsi  


                  

 

 



Süni substrat (əsas), məsələn beton çay yatağının substratı hesab edilmir.  

 

Hər bir TYB üzrə göstərici Cədvəl 5-dən tapılır.  Əgər bütün xam substrat növləri (qaya parçası, çaylaq 



daşı  və  çınqıl/çaydaşı)  mövcuddursa,  TYB  avtomatik  olaraq  1-ə  bərabər  olur.  Əgər  qeyri-üzvi 

substratların  25%-dən  artıq  lil/palçıqla  və  75%  biofilmlə  (sapabənzər  su  bitkiləri)  əhatə  olunduğu 

ehtimal  edilərsə,  5-dən  aşağı  göstəricilərə  +1  əlavə  edilməlidir.  Əgər  lil/palçıq  qatının  50%-dən  çox 

əhatə etdiyi ehtimal edilərsə, 4-dən aşağı göstəricilərə +2 və 4 göstəricisinə +1 əlavə edilməlidir. əgər 

çay  yatağı  tamamilə  süni  əsasla  örtülmüşdürsə,  göstərici  5  olacaqdır.  YB  üzrə  göstərici  beş  TYB-nin 

orta göstəricisi kimi müəyyən edilir. 

 

Cədvəl 5. 2.2 parametrinin  - çay substratlarının qiymətləndirilməsi üzrə Cədvəl. 



 

 

Substrat    növlərinin 



sayı 

Göstərici 





4 və daha artıq 

Əgər palçıq > 25% və 



yaxud  biofilm  >75% 

əhatə edirsə  

+1 

Əgər  palçıq  >  50% 



əhatə  edirsə  və  hesab 

1,2,3-dürsə 

+2 

Əgər  palçıq  >  50% 



əhatə  edirsə  və  hesab 

4-dürsə 


+1 

100% süni substrat 

100% qaya parçası, iri 



dənəvər daşlar, çınqıl 

 



 

2.3 Enlikdə fərqlənmə 

Endə fərqlənmə araşdırma zamanı yarım-hissədə olan ən böyükməcranın rütübətləndirdiyi əraziyə qədər 

enini  ən  kiçik  məcranın  rütubətləndirdiyi  əraziyə  qədər  eninə  bölməklə  müəyyən  edilir.  En  köndələn 

kəsikdə  adaların  meydana  gəlməsindən  asılı  olmayaraq,  sağ  sahildən  sol  sahilə  qədər  axına 

perpendikulyar  olan  məsafədir.  Böyük  çaylar  üzrə  dəyər  topoqrafik  xəritələrdən  (miqyas  1:10  000  və 

yaxud  1:  25  000),  yaxud  da  kosmosdan  çəkilən  şəkillərdən  müəyyən  edilir.  Liman  girişləri  və  s.  kimi 



insan tərəfindən düzəldilmiş strukturlar və kiçik miqyaslı qabarmalar nəzərə alınmır. Daha kiçik çaylar 

üzrə dərinlikdəki fərqlər sahədəcə ölçülür. Ən kiçik və ən böyük çayların eni hər bir TYB-da ölçülür və 

qiymətləndirmə  formasına  əlavə  edir.  Bütün  TYB-lar  daxilindəki  bütün  ölçmələri  nəzərə  almaqla  ən 

kiçik və ən böyük enlik arasındakı dərəcə hesablanır. Göstərici Cədvəl 6-dan müəyyən edilir.  

 

Cədvəl 6.  2.3 nömrəli parametri – endəki fərqlənməni qiymətləndirmək üçün Cədvəl. 



 

Endəki fərqlənmə 

Göstərici 

Çox aşağı (1-1.10) 

Aşağı (1.11-1.25) 



Orta (1.26-1.50) 

Yüksək (1.51-2) 



Çox yüksək  (>2) 

 

2.4 Axın növləri. 



 

Bu parametr yarım-hissədə olan müxəlif axın növlərinin sayıdır. Qiymətləndirilməyə daxil edilmiş axın 

tipləri Böyük Britaniyada Çay Mühitinin Araşdırılmasında müəyyənləşdirilmiş axın növlərinə əsaslanır. 

Aşağıda təsbit edilən abbreviaturalar həmçinin də qiymətləndirmə formasında istifadə edilir. Axın tipləri 

aşağıdakı kimi müəyyən edilir: 

 

Sərbəst düşmə (SD).  Axın  ayrıca  şaquli  xüsusiyyətli  sahənin  üzt  hissəsində  aydın  şəkildə  ayrılır. 



Adətən şəlalələrlə əlaqədar olur. 

 

Sugətirici  kanal  (cisimləri  və  təbii  ərazilərdən  olan  hissəcikləri    cazibə  qüvvəsi  nəticəsində  öz 



istiqamətində aparan adətən şaquli axın) (SK). Aşağı təbəqə ilə əsas axın əlaqəsinə malik az əyri axın. 

Qısa  məsafədə  tez-tez  çaylaq  daşlarının  və  yaxud  allüvial  yumşaq  süxurların  üzdə  olan  hissələrinin 

üzərindən axan çoxlu belə məcralar ola bilər. Kiçik şəlalələrlə əlaqədardır.  

 

Xaotik axın (XA). 



Birdən artıq axın tipinin bir-birinə yaxın yerdə əmələ gəldiyi aydın şəkildə ayrıca 

baş verməyən axın nümunələri.  

 

Sınmış durğun (axmaz) dalğalar  (SD). Əksər hallarda sıldırımlar və uçurumlarla əlaqəlidir. Ağ su tipli 



fırlanan  dalğalar  (suyun  sıldırım  səbəbindən  öz  təbii  axınını  itirərək  dalğalanması  və  köpüklənməsi) 

mövcuddur. 

 

Sınmamış  durğun  (axmaz)  dalğalar  (SD).  Tez-tez  astanalarla  əlaqədardır.  Bu  axın  növü  yuxarı  axının 



kiçik dalğalarla üzləşdiyi pozulmuş səthə malikdir.  

 

Ləpələnmiş axın (L). Axın istiqamətində heç bir aydın nümunə və heç bir dalğa olmur. Dalğayabənzər 



ləpələr qeyri-simmetrikdir və  yalnız 1 sm və  yaxud ona qədər hündürlükdə olur. Məlumunuz olsun ki, 

külək  ləpələnmiş  səth  (və  bəzi  hallarda  axmaz  dalğalar)  yarada  bildiyindən  qiymətləndirməyə  təsir 

göstərə bilər. 

 

Alt qatdakı suların qalxması (AQ). Alt qatlardan qalxan su səthə çatdığından, məsələn böyük döngələrdə 



və kiçik şəlalələrdən aşağıda və başlanğıc axından arxada bitkilərin vegetasiya (böyümə) proseslərində 

su səthinin “qalxması” zamanı baş verir.  

 

Hamar axın (HA) . Pozulmamış səthə malik hərəkət edən su. Sakit axınla əlaqədardır.  



 

Heç  bir  hiss  olunmayan  axın  (HA).  Gölməçələr  və  göl  əraziləri  ilə  əlaqədardır.  Suyun  heç  bir  ümumi 

hərəkəti görünmür.  

 

Şəkil 4. Axın növləri. 




 

Sərbəst düşmə  

 

 

 



      

Sugətirici kanal 

 

    


           

 

Xaotik axın 



 

 

 



 

 

   Sınmış durğun (axmaz) dalğalar 



          

 

 



 

Sınmamış durğun (axmaz) dalğalar   

 

  Ləpələnmiş axın 



           

 

 



 

 

Alt qatdakı suların qalxması   



 

 

Hamar axın 




           

 

 



 

Heç bir hiss olunmayan axın 

 

 

 



Hər  bir  axın  növü  ölçülməli  olan  səth  ərazisinin  5%-dən  artığını  əhatə  etməlidir,  sərbəst  düşmə  və 

sugətirici  kanal  axınları  istisna  olmaqla,  hansıların  ki  yalnız  mövcud  olması  lazımdır.  Qiymətləndirmə 

formasında hesablanma  üçün zəruri olan miqdarlarda mövcud olan bütün substrat növləri dairələnir və 

nəticədə  hesablanır  və  hər  bir  TYB  üzrə  göstərici  Cədvəl  7-dən  müəyyən  edilir.  Su  üzrə  göstərici  beş 

TYB hesablarının orta göstəricisi kimi təyin edilir.  

 

Cədvəl 7. 2.4-cü parametri – axın növlərini qiymətləndirmək üçün cədvəl. 



 

Axın növlərinin sayı 

Göstərici 







>4 

 



 

2.5 Böyük oduncaq tullantısı 




Parametr  böyük  oduncaq  tullantısının  (BOT)  sıxlığıdır.  Böyük  oduncaq  tullantısı  (BOT)  burda  orta 

ölçülü və böyük çaylar üçün ya ən azı 3 metr uzunluğu, yaxud da 30 sm-dən böyük diametri olan, kiçik 

çaylar  üçün  isə  ölçülərin  bu  göstəricilərin  yarısına  bərabər  olduğu  ağaclar  və  yaxud  ağacların  əsas 

hissəsi  kimi  müəyyən  edilir.  Böyük  oduncaq  tullantısı  (BOT)  axın  kanalında  aşkar  edilir  və  tədqiqat 

zamanı  qismən  suyun  altında  olmalıdır.  Hər  kilometrə  40  ədəd  BOT-un  təbii  vəziyyəti  əks  etdirdiyi 

hesab  edilir.  Əgər  böyük  oduncaq  tullantılarının  (BOT)  cəmləşməsi  mövcuddursa,  hər  bir  individual 

BOT  hesablanır.  Bu  dəyərlər  Şimali  Amerikada  gəmiçiliyə  yararlı  çaylardan  əldə  edilmiş  nəticələrə 

əsaslanır və Almaniyada Mulde çayının aşağı istiqamətinin xəritələşdirilməsi zamanı təsdiqini tapmışdır 

(Kern və başqaları, 2002). Ağac xəttindən yuxarıda BOT göstəricisi 1 təyin edilir.  

 

Hər bir TYB üçün BOT qeyd edilir və hər km ərazidə BOT-un sayını göstərmək üçün bu dəyər ölçülür. 



Hesab  Cədvəl  8-dən  müəyyən  edilir.  Nəzərə  alın  ki,  əgər  BOT  burda  qoyulmuş  həddən  kiçikdirsə,  o 

CPOM əsası kimi qiymətləndirilməlidir və əgər əhatə dairəsi bütövlükdə 5%-i keçirsə, bu çay yatağının 

əsas qatının qiymətləndirilməsi hesab edilir (2.2). 

 

Cədvəl 8. 2.5-ci parametri – Böyük oduncaq tullantısını (BOT) qiymətləndirmək üçün cədvəl. 



 



km-dəki 

BOT-

ların sayı 

Göstərici 

>40 


21-40 


11-20 


1-10 


Heç bir 


 

 



2.6 Süni çay yatağı xüsusiyyətləri. 

 

Bu  gəmiçilik  üçün  kanal,  yatağın  bərkidilməsi,  paralel  strukturlar,  dalğaqıranlar,  bəndlər,  boru 



kəmərlərinin  kəsişməsi    və  kolmatajlar  kimi  tikinti  işlərini  əhatə  edir.  Süni  çay  yatağı  xüsusiyyətləri 

həmişə  axın/çay  üçün  endemik  (özünəməxsus)  olmayan  süni  materiallardan  düzəldilir.  Göstəricilər 

təsirə məruz qalmış çayın uzunluğuna müvafiq olaraq verilir. Cədvəl 9-a baxın. 

 

Cədvəl 9. 2.6-cı parametri – Süni çay yatağı xüsusiyyətlərini qiymətləndirmək üçün cədvəl. 



 

Uzunluğun 

%-lə 

ə

hatəsi 



Göstərici 

Heç bir 


Aşağı (<10%) 

Bir qədər (10%-50%) 



Çox (>50%) 

 

 



3.

 

Çay sahili/ Sahilyanı zonanın parametrləri 

Çay  sahili  və  sahilyanı  zonanın  parametrləri  hər  bir  TYB-da  axının  sol  və  sağ  tərəfləri  üçün  ayrıca 

qiymətləndirilir. Hər bir parametr üzrə göstəricilərin əvvəlcə bütün TYB-lar üçün orta məxrəci çıxarılır 

və  sonra  isə  çay  sahili  və  sahilyanı  zonanın  göstəriciləri  (ÇSZG)  üç  sahilyanı  zonanın  parametrlərinin 

orta qiyməti kimi hesablanır. 

 

ÇSZG= (3.1+3.2+3.3)/3    



 

 

3.1 Təbii sahilyanı vegetasiya 



 


Buraya  kanalın  hər  iki  sahili  boyunca  sahilyanı  zonada  vegetasiya  (bitkilərin  boy  artımı)  aiddir. 

Sahilyanı  zona  burada  sahilə  qədər  dolmuş  səviyyədə  aşağı  sərhədlə  birlikdə  20  metrlik  zolaq  kimi 

müəyyən edilir (Şəkil 5). Adalar tədqiqata daxil edilmir. Nəzərə alın ki, ağaclara gəldikdə bu örtük üçün 

istifadə edilən layihələndirilmiş çardaq sahəsidir və ağacın gövdəsi deyil.  

 

Şəkil 5. Vegetasiyanın qiymətləndirildiyi yerlərdə sahilyanı zonanın müəyyənləşdirilməsi. 



 

Sahilyanı  zonada  torpaqdan  istifadə  4  qrupda  kateqoriyalaşdırılır  və  20  metrlik  zolaq  sahəsinin  faizlə 

əhatə olunması təxmin edilir. 

 

Təbii sahilyanı vegetasiya: 



Təbii  sahilyanı  vegetasiyaya  təbii  sahilyanı  meşənin  ağacları  və  bitki  örtüyü  və  yaxud  tək  ağaclar 

(allüvial  çay  sahillari);  süxurdan  ibarət  sahil  əraziləri  (ensiz  dərələr);  qamış  bataqlıqları  (bəzən  aşağı 

səviyyəli çaylarda) daxildir.  

 

Digər vegetasiya növləri: 



Otlar, hündür otlar və kollar, çəmənlik, otlaq, yabanı ağaclar.  

 

İdarə edilən torpaqlar: 



Becərilən torpaqlar, park torpaqları, bağlar, qolf meydançaları və s. 

 

Süni qurulmuş yerlər: 



Yollar, dəmir yolları, şəhər, sənaye və s. 

 

Piyada keçidləri və cığırlar süni quruluş hesab edilmir. Tədqiqat hər bir yarım-hissədə çayın sol və sağ 



tərəfləri üçün ayrıca aparılır. 

 

Dəqiq məlumat müxtəlif qrupların həddinə görə verilir: 



 

Təbii:  >90%  təbii  vegetasiya.  Qalanı:  digər  vegetasiya  növləri.  Heç  bir  süni  quruluş  və  yaxud  idarə 

edilən torpaq yoxdur.  

 

Təbiiyə yaxın: 25-90% təbii vegetasiya. Qalanı: digər vegetasiya növləri. Heç bir süni quruluş və yaxud 



idarə edilən torpaq yoxdur. 

Yarımtəbii: <25% süni quruluşlar və yaxud <50% idarə edilən torpaq. 

Dəyişdirilmiş: 25-50% süni quruluşlar və yaxud 50-75% idarə edilən torpaq.  

Ciddi şəkildə dəyişdirilmiş: >50% süni quruluşlar və yaxud >75% idarə edilən torpaq.  

 

 

Cədvəl 9. 3.1-ci parametri – təbii sahilyanı vegetasiyanı qiymətləndirmək üçün cədvəl.        



 

Təbii 

vegetasiya 

növü 

Göstərici 

Təbii 


Təbiiyə yaxın 

Yarım-təbii 



Dəyişdirilmiş 

Ciddi 


şəkildə 

dəyişdirilmiş 

 

Vegetasiyanın keyfiyyəti sinfini və sahilyanı vegetasiya üzrə  göstəricini  müəyyən etmək üçün Şəkil 6-



dakı axın diaqramından istifad edilə bilər.  

 

Şəkil 6. Sahilyanı zonalarda vegetasiyanı müəyyənəşdirmək üçün axın diaqramı  




 

 

3.2 Sahil bərkitməsi 



Bu  parametrdən  möhkəmləndirilmiş  sahillərə  görə  təbii  yan  dinamikaların  məhdudlaşdırılmasını 

qiymətləndirmək  üçün  istifadə  edilir  və  sol  və  sağ  sahil  üçün  ayrıca  qiymətləndirmə  aparılır.  Tədqiqat 

sahəvi  əsaslıdır  və  5  yarım-bölmənin  hər  birində  həyata  keçirlir.  Sahil  bərkitmə  quruluşlarına  məruz 

qalan çay sahilinin uzunluq faizi sahədə qiymətləndilir.  

 

Tədqiqata  faktiki  olaraq  mövcud  olan  çay  sahilləri  daxildir;  adaların  sahilləri  nəzərə  alınmamalıdır. 



Qiymətləndirmə və sahəvi tədqiqata aşağıdakı anlayışlar tətbiq edilir: 

 

Sahil  bərkitməsi.  Bu,  çayın  kənarlara  doğru  hərəkətinin  qarşısını  alan  istənilən  quruluşdan  ibarətdir. 



Kiçik çaylarda bu cür quruluşlar adətən daş tökülməsindən və yaxud tikinti daşı dəstindən ibarət olduğu 

halda, suburaxıcı kanallar adətən dalğaqıran bənd, yamacların üzlüklə bərkidilməsi və paralel quruluşlar 

vasitəsilə  möhkəmləndirilir.  Buna  görə  də  həmçinin  körpülər  və  lövbər  yerlərində  bərkitmə  işləri  də 

nəzərə alınmalıdır.  

 

50%-dən 


artıq 

süni 


quruluşlar  və  yaxud  75% 

idarə edilən torpaq? 

Bəli 

Ciddi 


şə

kildə 


dəyişdirilmiş vegetasiya 

Hesab: 5 

 

Xeyr 


25%  və  50%  arasındakı 

süni  quruluşlar  və  yaxud 

50% və 75% arasında idarə 

edilən torpaq? 

Bəli 

Dəyişdirilmiş vegetasiya 



Hesab: 4 

 

Xeyr 



Süni quruluşlar və yaxud 

idarə 


edilən 

torpaq 


mövcuddur? 

Bəli 


Yarım-təbii vegetasiya 

Hesab: 3 

 

Xeyr 


25%  və  90%  arasındakı 

təbii vegetasiya? 

Bəli 

Təbiiyə yaxın vegetasiya 



Hesab: 2 

 

Xeyr 



90%-dən 

artıq 


təbii 

vegetasiya? 

Bəli 

Təbii vegetasiya 



Hesab: 1 

 



Dalğaqıran  bəndlər:  Əgər  dalğaqıranlar  arasındakı  məsafə  onların  uzunluğundan  1.5  dəfə  az  və  yaxud 

ona  bərabərdirsə,  dalğqıran  bəndlər  sahil  bərkitmə  xüsusiyətləri  kimi  hesab  edilirlər.  Dalğaqıranların 

sahilə birləşdirildiyi ərazi də bərkidilir (adətən, vahid uzunluqdan <10%).  

 

Paralel quruluşlar: Quruluşlarla mühafizə edilən çay sahilinin uzunluğuna müvafiqdir. 



 

Əgər bərk çöküntülər (çınqıl daşı) arabir çay sahilinə əlavə edilərsə, bərkitmə səviyyəsi normal olaraq 

10  və  50%  arasında  götürülə  bilər.  Əgər  sahili  50%-dən  artığı  bərkidilmişdirsə,  4  və  5  göstəriciləri 

arasındakı  fərq  bərkitmənin  dərəcəsinə  əsaslanır.  Əgər  yalnız  kiçik  bir  hissə  (sahilin  aşağı  hissəsinə 

uyğun  gələn)  bərkidilmişdirsə,  göstərici  4  olaraq  verilir.  Əgər  bərkidilmənin  həddi  normanı  keçirsə,  o 

zaman verilən göstərici 5 olacaqdır.  

 

Cədvəl 10. 3.2-ci parametri – Sahil bərkitməsini qiymətləndirmək üçün cədvəl.        



 

Uzunluq 

faizi 

ilə 

ifadə 

edilə

sahil 

bərkitmənin həddi 

Göstərici 

Heç bir 




<10% 

10-50% 



Sahil  səthinin  50%-

dən artıq hissəsi təsirə 

məruz qalmışdır 

Bütöv  çay  sahilinin 



50%-dən  artığı  təsirə 

məruz qalmışdır 

 

 



3.3 Sahil profili 

Qiymətləndirmə  TYB-lardakı  təbii  çay  sahillərinin  uzunluğuna  əsaslanır.  Düzgün  profil  verilmiş  və 

bərkidilmiş sahilin canlı aləminin keyfiyyəti əlavə olaraq nəzərdən keçirilir. Tədqiqat həm sol və həm də 

sağ sahil üzrə aparılır. Təbii sahillərin araşdırılan bölmədəki hissəsinin müəyyənləşdirilməsi bütün çay 

ölçüləri üzrə sahəvi tədqiqat tələb edir. Təbii və süni sahillər arasındakı fərqləri müəyyənləşdirmək üçün 

hər bir növ üzrə səciyyəvi xüsusiyyətlərin qısa təsviri verilir. 

 

Təbii sahillər 



Təbii  sahillərə  bərkidilməmiş  və  yaxud  çay  məcrasının  bərkidilməsi  işləri  vasitəsilə  formaca 

dəyişdirilməmiş  bütün  sahillər  aiddir.  Aşınma  (eroziya)  və  genişlənmə  sahələri  adətən  təbii  sahilləri 

təmsil  edirlər.  Canlı  varlıqların  keyfiyyətinin  qiymətləndirmə  üçün  müvafiq  olduğu  dərəcədə 

çöküntülərlə örtülmüş üzlük sahələri təbii sahillər hesab edilir.  

 

Süni sahil quruluşları 



Kəsilmiş  sahillər  və  yaxud  biomühəndislik.  Süni  formalı  sahillər  və  ya  sahilbərkitmə  üçün 

biomühəndislik  üsullarının  tətbiq  edildiyi  sahillər.  Müəyyən  bir  zaman  müddətindən  (5-10  il)  sonra  öz 

təbii müxtəlifliyini yenidən qazanan süni formalı sahillər yarımtəbii hesab edilir.  

 

Ağacla  bərkitmə:  Bütün  sahilbərkitmə  texnologiyaları  ağac-oduncaq  materiallarına  əsaslanır 



(biomühənduslik üsulları istisna olmaqla). 

 

Çaylaq  daşları,  qabionlar  (çay  məcrasının  yuyulmadan  mühafizəsi  və  sahilbərkitmə  işləri  üçün  istifadə 



edilən, içərisinə daşlar doldurulmuş sinklənmiş metal şəbəkələr) (açıq ərazi): Daş tökülməsi ilə üzlənmə, 

böyük  parçalanmış  hissələri  (yəni  boşluqları)  olan  tikinti  daşı  dəstləri,  daş  tökülməsi  ilə  birləşdirilmiş 

tikinti daşı. 

 



Çaylaq  daşı,  kərpiclə  hörülmə  (pozulmamış):  Çaylaq  daşı,  tikinti  daşı  dəsti,  kəpiclər,  divarlar,  beton 

səthlər.  Dəyişdirilmiş  sahillərin  olduğu  halda,  yalnz  üstünlük  təşkil  edən  növ  nəzərə  alınmalıdır.  Əgər 

çaylaq daşları sahilə qismən əlavə edilmişdirsə, ərazi üzrə profil yarımtəbii kimi təsbit edilir.  

 

Süni ikimərhələli kanal. Bu, quru havada su sərfiyyatından artıq dayaz şelf yaratmaq üçün çay sahilinin 



çaybasara doğru eninə qazıldığı halda baş verir. Daşqın baş verdiyi halda su ikinci dərəcəli kanala axıb 

tökülür.  

 

Korlanmış:  Sahil  mal-qara  tərəfindən  ciddi  şəkildə  tapdalanmış  və  yaxud  çirkləndirilmişdir.  Bura 



həmçinin, insan fəaliyyəti nəticəsində korlanmış sahil də aiddir. 

 

Bəndlənmiş:  Sahilin  hündürlüyünü  süni  şəkildə  yüksəltmək  üçün  salınmış  bənd.  Sahilin  ayrılmaz 



hissəsini formalaşdırır. 

 

Aşağı  bəndsalma:  Daşqın  potensialını  artırmaq  üçün  salınan,  lakin  çay  kanalından  aşağı  səviyyədə 



qurulan  və  ayrıca  landşaft  xüsusiyyətini  formalaşdıran  süni  bəndsalma.  Kiçik  və  orta  ölçülü  axınlarda 

(<30  metr)  bənd  kanaldan  sonra  5  metrlik  həddə  hesab  edilir,  böyük  çaylarda  (>30  metr)  isə  aşağı 

səviyyəli bənd kanaldan sonra 10 metrlik həddə hesab edilir. 

 

Cədvəl 11. 3.3-cü parametri – Sahil profilini qiymətləndirmək üçün cədvəl.        



 

Təbii 

sahilin 

uzunluğ

Göstərici 

>90 % təbii 

90-60 % təbiiyə yaxın  2 



60-30 % yarımtəbii 

10-30 % dəyişdirilmiş  4 



<10%  ciddi  şəkildə 

dəyişdirilmiş 

 

4. Çaybasar parametrləri 



Qiymətləndirmənin  subyekti  təbii  (tarixi)  çaybasarın  səviyyəsi  ilə  müqayisədə  tez-tez  daşqına  məruz 

qalan hazırkı çaybasar səviyyəsi və indiki çaybasarda bitkilərin təbii vegetasiyası/torpaqdan istifadədir. 

Qiymətləndirmə təbii allüvial mühit xüsusiyyətlərini (yəni qurumuş çay yataqları, yan qollu sistemlər və 

ayırıcı  meandrlar  kimi  istifadəsiz  kanallar  da  daxil  olmaqla  allüvial  meşələr)  və  becərilən  ərazilərdəki 

torpağın  növünü  nəzərə  alır.  Pozulmamış  (korlanmamış)  çaybasarlar  bataqlıq  vegetasiyaları,  təbii 

meşələr  və/və  ya  təbii  su  hövzələri  ilə  səciyyələndirilir.  Bu  su  hövzələri  təbii  su  kanalı  ilə  əlaqədə 

olmalıdır.  Çaybasar  geoloji/torpaq/morfoloji  meyarlara  (xəritə  və  sahə)  əsasən  müəyyən  edilir. 

Qiymətləndirmə hər bir tədqiqat yarım-hissəsində və çayın hər iki sahilində həyata keçirilir. Nəticələrin 

bütün tədqiqat  yarım-hissələri və tərəflər üzrə orta göstəriciləri çıxarılır və Çaybasar göstəricisi (ÇBG) 

aşağıdakı kimi hesablanır: 

 

ÇBG=(4.1+4.2)/2 



 

Sahəvi tədqiqat/qiymətləndirmə iki parametri əhatə edir: 

1.

 

Hazırkı çaybasar ərazisinin potensial (tarixi) ərazi ilə müqayisədə ölçüsü (faizlə) 



2.

 

Çaybasarda torpaqdan istifadə/təbii vegetasiya. 



       

Böyük çaylar boyunca çaybasar allüvial qalıqlar üzərində formalaşan ərazi kimi müəyyən edilir (geoloji 

xəritələrə  istinda  edin).  Tədqiqat  kosmosdan  çəkilən  şəkillərə,  topoqrafik  xəritələrə  və  digər  mövcud 

olan  ixtisaslaşmış  xəritələrə  (vegetasiya  xəritələri,  canlı  mühit  xəritəsi,  meşəçilik  xəritələri,  geoloji 

xəritələr  və  s.)  əsaslanır.  Çox  böyük  çaylarda  və  yaxud  çaybasarların  çox  geniş  olduğu  ərazilərdə 

çaybasar 

ərazinin  sahəvi  tədqiqatından  vaz  keçmək  olar.  Belə  olan  halda  çaybasar 

geoloji/torpaq/morfoloji meyarlar (xəritə və sahə) əsasında müəyyənləşdirilə bilər.  




4.1 Su basmış ərazi 

Su basan ərazi burada çaybasarın daşqına məruz qalma potensialı olan hissəsi kimi müəyyən edilir.  

Qiymətləndirmənin  subekti  çaybasarın  rütubəti  saxlamaq  funksiyası  və  onun  meandr  dəhlizi  kimi 

(morfodinamik  kanal  miqrasiyası)  funksiyasıdır.  Buna  görə  də  faktiki  olaraq  su  basmış  ərazi  köhnə 

allüvial  çaybasarla  əlaqədə  qiymətləndirilməlidir.  Qoruyucu  bənd  kimi  daşqına  nəzarət  quruluşları  da 

nəzərə alınmalıdır.  

 

Tədqiqat  və  qiymətləndirmə  çaybasarın  hər  bir  hissəsi  və  sol  və  sağ  sahil  üzrə  aparılır.  Bu  parametr 



yalnız  allüvial  dərələrdə  uyğun  gəlir.  Tədqiqat  tamamilə  xəritələrə  və  mövcud  informasiyaya  (heç  bir 

sahəvi  araşdırma  aparılmayıb)  əsaslanır  və  tədqiqat  bölməsinə  diqqəti  cəmləşdirir.  Çoxsaylı  ayrıca 

yarım-bölmələrin mövcudluğu halında tədqiqat  yarım-bölməsinin  yuxarı axınından aşağı axına qədərki 

bütöv uzunluq nəzərə alınır. 

 

Su altında qalmış ərazi: Hazırkı sel basmış ərazini təyin edin (aktiv çaybasar); onun köhnə təbii allüvial 



çaybasar  hissəsini  (geoloji  xəritə:  allüvial  qalıqlar  sahəsi)  hesablayın.  Daşqın  tezliyi  bu  parametr  üçün 

müvafiq deyil. 

 

Qoruyucu/yay  bəndləri:  Daşqına  təsir  göstərən  su  basmış  çaybasarın  hüdudlarında  yerləşən  bütün 



bəndlər  (yay bəndləri, köhnə bəndlərin qalıqları  və  yaxud  yol bəndləri).  Çay özülünün uzunluq kəsimi 

ilə əlaqədar bu cür quruluşların mövcudluğu hesablanmaya daxil edilmir, lakin sahə protokolunda qeyd 

olunmalıdır. Göstərici Cədvəl 12-dən əldə edilir.  

 

Cədvəl 12. 4.1-ci parametri – Çaybasar ərazini qiymətləndirmək üçün cədvəl.        



 

Tarixi 

ə

razi 



ilə 

ə

laqədar 



hazırkı 

potensial  su  basmış 

çaybasar 

ə

razinin 



ölçüsü  

Göstərici 

0 %  




<10% 

10-50 % 



>50 % dəyişdirilmiş 

Bütöv çaybasar* 



* Əgər heç bir çaybasar yoxdursa və çaya təsir mövcud deyilsə (tipik yayla axını), göstərici 1-dir. 

 

4.2 Təbii vegetasiya/çaybasarda torpaqdan istifadə 



Təbii çaybasar: (çaybasar meşəsi, bataqlıq və istifadəsiz kanallar).  Cəmi tədqiqat yarımbölmə ərazisi ilə 

əlaqədar təbii və yaxud ikinci dərəcəli meşələr, bataqlıqlar və istifadəsiz kanallarla örtülmüş ərazi çayın 

hər bir tərəfi üçün təxmini hesablanmalıdır. Qeyri-təbii və yerli olmayan növlərin hissəsi 10%-dən artıq 

ola  bilməz.  İstifadəzi  kanallar  təbii  çaybasar  ərazisinin  bir  hissəsi  olmaq  üçün  çayın  axın  rejiminə 

qoşulmalıdır (çaya səth vasitəsilə qoşulma və yaxud yeraltı sular vasitəsilə qoşulma).  

 

Qalan  ərazidə  torpaqdan  istifadə.  Qiymətləndirmə  göstəricisi  üçün  subyekt  yalnız  təbii/qeyri  təbii 



torpaqdan istifadə  arasındakı münasibətdir. Çayın sahillərinin hər birində qeyri-təbii torpaqdan istifadə 

növlərinin qeydiyyatı sahə protokolunda qeyd olunmalıdır. 

 

Təbii  vegetasiya  ilə  örtülmüş  faktiki  çaybasar  ərazisinin  faizi  yarımbölmənin  hər  bir  sahili  üzrə 



hesablanır  və  hesab  Cədvəl  13-ə  görə  təyin  edilir.  Yarımbölmədəki  hər  bir  tərəfdən  əldə  edilən  5 

qiymətləndirmənin  arifmetik  üsulu  yekun  göstəricilər  kimi  istifadə  ediləcəkdir.  Yekun  rəqəm  də  öz 

növbəsində qiymətləndirmədə onluq dəyər kimi daxl edilir.  

 

Çaybasarı  olmayan  ensiz  dərələrin  olduğu  halda,  təbii  çaybasar  vegetasiyası  hesabı  1-ə  bərabər 



olacaqdır. 


Cədvəl  13.  4.2-ci  parametri  –  Çaybasar  ərazidə  təbii  vegetasiya/torpaqdan  istifadəni  qiymətləndirmək 

üçün cədvəl.        

 

Təbii 

sahilin 

uzunluğ

Göstərici 

>90 %  


90-60 %  

60-30% 


10-30 %  



<10%  

Heç 



bir 

çaybasar 

yoxdur  

 



5. Hidroloji rejimin qiymətləndirilməsi 

 

Bu  qrup  parametrlərdən  süni  təsirlərin  yarım-bölmədə  hidroloji  rejim  üzərindəki  effektlərini 



qiymətləndirmək  üçün  istifadə  edilir.  Süni  təsirlərə  su-elektrik  stansiyası  bəndlərinin  və  onları 

istismarının  səbəb  olduğu  dəyişikliklər,  su  götürülməsi  (suvarma,  su  təchizatı  və  s.  üçün)  və  axına 

buraxılan sənaye tullantıları aiddir.  

 

Hidroloji  keyfiyyət  4  parametr  vasitəsilə  başlanığıc  vəziyyətə  nəzərən  qiymətləndirilir:  biri  orta 



axımdakı  dəyişikliyi  təsvir  edir,  biri  aşağı  axımdakı  dəyişikliyi  təsvir  edir,  biri  su  səviyyəsi 

tərəddüdlərini  ifadə  edir  və  sonuncusu  isə  tez-tez  təkrarlanan  süni  axım  dəyişikliklərinin  təsirini  təsvir 

edir, hamısı istinad vəziyyəti ilə müqayisədə. İdeal halda hesablamalar hidroloji qeydlərə əsaslanır. Əgər 

qeydlər  mövcud  deyilsə,  parametrlər  mövcud  olan  sərfiyyat  dərəcələrindən,  elektrik  stansiyalarından 

axına buraxılan maddələrin səviyyəsindən, sənaye axıntılarından və s. hesablanır. Digər bir seçim süni 

təsirdən  əvvəl  və  sonra  əsas  axım,  aşağı  axım  və  yüksək  axına  dair  təqribi  məlumatların  digər 

mənbələrdən (qeydə alınmış müşahidələr, ümumi biliklər) əldə edilməsidir.  

 

Hidroloji  rejim  göstəricisi  (HRG)  əsas  axın,  aşağı  axın,  su  səviyyəsi  həddi  və  tez-tez  təkrarlanan  axın 



tərəddüdləri üzrə verilmiş rəqəmlərin orta göstəricisi kimi hesablanır: 

 

HRG= (5.1+5.2+5.3+5.4)/4 



 

5.1 Əsas axım 

Göstərici əsas axının istinad vəziyyətindəki əsas axına nisbətən azalmasına əsaslanır (Cədvəl 14). 

 

Cədvəl 14. 5.1-ci parametri - əsas axını qiymətləndirmək üçün cədvəl 



 

Ə

sas axında azalma 



Göstərici 

Heç bir və ya cüzi (0-

10% təxmin edilən)  

Orta  (10-50%  təxmin 



edilən) 

Böyük (>50%) 



 

5.2 Aşağı axım 

Göstərici  aşağı  axımın  istinad  vəziyyətindəki  aşağı  axıma  nisbətən  azalmasına  əsasən  qiymətləndirilir 

(Cədvəl  15).  Əgər  hidroloji  qeydlər  mövcuddursa,  Q

335

-dən  istifadə  edilə  bilər.  Əks  halda  aşağı  axım 



aşağı axım dövrləri ərzindəki tipik axın hesab edilir.  

 

Cədvəl 15. 5.2-ci parametri - aşağı axını qiymətləndirmək üçün cədvəl 



 


Aşağı axında azalma  Göstərici 

Heç bir və ya cüzi (0-

10% təxmin edilən)  

Orta  (10-50%  təxmin 



edilən) 

Böyük (>50%) 



 

5.3 Su səviyyəsi həddi 

Su səviyyəsindəki hədd (Hc/Hr)x100 kimi müəyyən edilir, harda ki 

Hc orta ildə illik  maksimum su səviyyəsi və  illik  minimum su səviyyəsi arasındakı cari fərqdir və 

Hr  istinad  vəziyyətindəki  orta  illik  maksimum  su  səviyyəsi  və  orta  illik  minimum  su  səviyyəsi 

arasındakı fərqdir. 

 

Hesablanma su səviyyəsi həddində istinad vəziyyətindən olan dəyişikliyə əsaslanır (Cədvəl 16).  



 

Cədvəl 16. 5.3-cü parametri – su səviyyəsi həddini qiymətləndirmək üçün cədvəl 

 

Su 

səviyyəsi 

həddində dəyişiklik 

Göstərici 

Heç bir və ya cüzi (0-

10%)  



Orta (10-50%) 



Böyük (>50%) 

 

5.4 Tez-tez təkrarlanan axım tərəddüdləri 



Tez-tez təkrarlanan axın tərəddüdləri adətən turbinlərin işinin qısa müddətə (adətən gündəlik) dəyişməsi 

ilə  əlaqədar  olaraq  su-elektrik  stansiyalarından  aşağıda  baş  verir.  Göstərici  tez-tez  təkrarlanan  axın 

tərəddüdlərinin ölçüsünə əsaslanır ki, bu da cüzi, orta və böyük kimi qiymətləndirilir (Cədvəl 17). 

 

Cədvəl 17. 5.4-cü parametri – tez-tez təkrarlanan axın tərəddüdlərini qiymətləndirmək üçün cədvəl 



 

Su  səviyyəsinə/axın 

dinamikasına təsir 

Göstərici 

Heç bir və ya cüzi  

Orta  


Böyük 


   


 


ƏLAVƏ: HİDROMORFOLOGİYA – Birgə Sahə Tədqiqatları – KÜR III 

QİYMƏTLƏNDİRMƏ FORMASI – Struktural xüsusiyyətlə

Axın/çay adı: ___________     Sahə adı: _____________       Tarix: ______________ 

Tədqiqatçı: ________________     Tədqiqatçının Sertifikat nömrəsi: _______________________ 

 

Kateq



oriya 

 

Parametr  TYB 1 



TYB 2 

TYB 3 


TYB 4 

TYB 5 


YB Göstəricisi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1. 


Kanal 

1.1 Kanal əyriliyi 

 

 

1.2 Kanal növü 



 

 

1.3 Kanal qısalması 



 

 

Kanal planform göstəricisi, KPG: (1.1+1.2+1.3)/3 

 

 

2. 



Axın 

daxili 


 

 

 



 

2.1 


Yataq 

elementl


ə

ri 


BH/AD/SD/AST/QY/PB  BH/AD/SD/AST/QY/PB 

BH/AD/SD/AST/QY/PB  BH/AD/SD/AST/QY/PB  BH/AD/SD/AST/QY/PB 

BH/AD/SD/AST/QY/

PB 


 

 

 



 

 

 



 

 

2.2 



Yarım 

təbəqə 


Ə

/QP/ÇD/ÇqD/Q/XT/L

P/G/T 

Ə

/QP/ÇD/ÇqD/Q/XT/LP



/G/T 

Ə

/QP/ÇD/ÇqD/Q/XT/L



P/G/T 

Ə

/QP/ÇD/ÇqD/Q/XT/L



P/G/T 

Ə

/QP/ÇD/ÇqD/Q/XT/LP/



G/T 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



2.3 

Endəki 


fərqlər 

E: 


Q: 

E: 


Q: 

E: 


Q: 

E: 


Q: 

E: 


Q: 

 

 



2.4 Axın 

növləri 


SD/SK/XA/SD/SmD/L/

AQ/H/HA 


SD/SK/XA/SD/SmD/L/A

Q/H/HA 


SD/SK/XA/SD/SmD/L/

AQ/H/HA 


SD/SK/XA/SD/SmD/L/

AQ/H/HA 


SD/SK/XA/SD/SmD/L/A

Q/H/HA 


SD/SK/XA/SD/SmD/

L/AQ/H/HA 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2.5 


Böyük 

oduncaq 


tullantısı 

Sayı: 


Sayı: 

Sayı: 


Sayı: 

Sayı: 


 

 

2.6 Süni 



yataq 

xüsusiyy


ə

tləri   


 

 

 



 

 

 



 

Axın daxilindəki xüsusiyyətin göstəricisi, ADXG: (2.1+2.2+2.3+2.4+2.5+2.:)/6 

 

 



3. 

Sahil 


və 

sahilya


nı 

zona 


3.1 

Sahilyan


ı 

vegetasi


ya 

 

 



 

 

 



 

 

 



 

 

 



3.2 Sahil 

 

 



 

 

 



 

 

 



 

 

 




bərkitmə

si 


3.3 Sahil 

profili 


 

 

 



 

 

 



 

 

 



 

 

Sahil və sahilyanı zonanın göstəricisi, SSZG: (3.1+3.2+3.3)/3 

 

4. 


Çayba

sar 


 

 

4.1 Su 



basmış 

ə

razi 



 

 

 



 

 

 



 

 

 



 

 

4.2 Təbii 



vegetasi

ya 


 

 

 



 

 

 



 

 

 



 

 

Çaybasar göstəricisi, ÇBG: (4.1+4.2)/2 

 

Hidromorfoloji keyfiyyət göstəricisi: (KPG+ADXG+SSZG+ÇBG)/4 

 

 

 

 



 

ƏLAVƏ: HİDROMORFOLOGİYA – Birgə Sahə Tədqiqatları – KÜR III 



QİYMƏTLƏNDİRMƏ FORMASI – Hidroloji xüsusiyyətlə

Axın/çay adı: ___________     Sahə adı: _____________       Tarix: ______________ 

Tədqiqatçı: ________________     Tədqiqatçının Sertifikat nömrəsi: _______________________ 

 

Kateqoriya 



Parametr 

Yarım bölmə göstəricisi 

5. Hidroloji rejim 

5.1 Əsas axın 

 

5.2 Aşağı axın 



 

5.3 Su səviyyəsi dərəcəsi 

 

5.4 Tez-tez axın dəyişiklikləri 



 

Hidroloji rejim göstəricisi, HRG: (5.1+5.2+5.3+5.4)/4 



 

 



 

Yüklə 214,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə