Microsoft Word proqram-az doc



Yüklə 46,06 Kb.

tarix17.09.2017
ölçüsü46,06 Kb.


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

BAKI DÖVLƏT UN VERS TET  

 

 

 

 

 

SOS AL ELMLƏR VƏ PS XOLOG YA FAKÜLTƏS  

 

Sosial və pedaqoji psixologiya kafedrası 

 

 

 

 

“SOS AL PS XOLOG YA  19.00.05” ixtisası üzrə  

Doktoranturaya qəbul imtahanının  

PROQRAMI 

 

 

 

 

 

BAKI-2011 


 

 

TƏRT B EDƏNLƏR: Sosial və pedaqoji psixologiya kafedrasının 

ə

məkdaşları 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Sosial psixologiyanın predmeti, vəzifələri və metodları. 

Sosial  psixologiyanın  predmeti.  Sosial  psixologiya  psixologiya  elminin 

sahələrindən  biri  kimi.  Sosial  psixologiyanın  əmələ  gəlməsi  və  inkişafı. 

Azərbaycanda sosial-psixoloji ideyaların formalaşması tarixi.  

Sosial-psixoloji  informasiyanın  xüsusiyyətləri,  onların  təhlilinin  metodoloji 

səviyyələri:  ümumi  metodologiya,  xüsusi  metodologiya,  konkret  tədqiqat 

metodikaları  haqqında  anlayış.  Sosial-psixoloji  tədqiqatın  əsas  metodları,  onların 

təsnifatı  və  xüsusiyyətləri.  Müşahidə  metodu.  Sosial-psixoloji  eksperiment. 

Psixodiaqnostik  metodlar:  obyektiv,  proyektiv,  standartlaşdırılmış  özünə  hesabat 

və  s.  Sorğu  üsulu:  müsahibə,  intervyu,  anket,  bioqrafik  metod.  Kontent  analiz 

sənədlərin keyfiyyətcə analizində istifadə olunan metod kimi.  

 

 

 

Şə

xsiyyətin sosial psixologiyası. 

Sosial  psixologiyada  şəxsiyyət  problemi.  Şəxsiyyətin  sosial–psixoloji 

nəzəriyyələri.  Mak-Dauqollun  “Sosial  instinktlər  nəzəriyyəsi”;  neobiheviorizm 

(А.Bandura,  N.Miller,  D.Dollard);  neofreydizm  (E.Fromm,  Salliven,  V.Şults,); 

interaksionizm  (Q.Мid),  koqnitiv  nəzəriyyələr  (Xayder,  T.Nyukom,  L.Festinger). 

Şə

xsiyyətin  sosial-psixoloji  tipologiyaları.  Şəxsiyyətin  sosializasiyası  anlayışı. 



Şə

xsiyyətin sosial yönəlişi. Şəxsiyyətin sərvət meylləri və onların formalaşması.  



 

 

 

Qrupun  sosial psixologiyası. 

Sosial  psixologiyada  qrup  anlayışı.  Sosial  qrupların  tədqiqi  ilə  bağlı  əsas 

istiqamətlər.  Qrupun  əsas  xarakteristikası.  Qrupların  təsnifatı.  Formal  və  qeyri-

formal  qruplar. Qrup və kollektiv. Kiçik qrupun dinamik prosesləri: qrup təzyiqi 

fenomeni, konformluq və konformizm; M.Şerif və S.Aşın tədqiqatları. Qrup birliyi 

fenomeni  (L.Festinqer,T.Nyukom).  Kiçik  qruplarda  liderlik  və  rəhbərlik.  Liderlik 

nəzəriyyələri. Liderlik üslubları. Qrup qərarının qəbulu. Grup gütbləşməsi effekti. 

Qrup  münasibətlərinin  öyrənilmə  metodları.  Sosiometriya.  Referentometriya. 

Şə

xsiyyətin  qrupda  sosiometrik  statusu.  Şəxsiyyətin  sosiometrik  statusunun  onun 




şə

xsi  keyfiyyətlərindən    asılılığı.  Böyük  qrupların  psixoloji  xarakteristikaları. 

Mədəniyyət və etnos. Etnik stereotiplər. Etnosentrizm. 

 

Ünsiyyətin sosial psixologiyası. 

 

Ünsiyyətin  tərifi.  Ünsiyyət  və  fəaliyyət.  Ünsiyyətin  strukturu.  Ünsiyyət 

informasiya  mübadiləsi  kimi.  Ünsiyyət  qarşılıqlı  təsir  kimi.  Qarşılıqlı  təsir  birgə 

fəaliyyətin  təşkili  kimi.  Sosial  persepsiya  anlayışı.  Ünsiyyət  prosesində  qarşılıqlı 

anlama mexanizmləri: identifikasiya, refleksiya, empatiya. Atribusiya nəzəriyyəsi. 

Qarşılıqlı  anlama  effektləri.  Şəxsiyyətlərarası  attraksiya.  Sosial-psixoloji  treninq; 

treninqin xüsusiyyətləri və növləri. Sosial və şəxsiyyətlərarası münasibətlər. Fərdi 

ş

üurun formalaşmasında sosial münasibətlərin rolu. Sosial münasibətlərin strukturu 



və sosial rol anlayışı. Şəxsiyyətlərası münasibətlərin emosional əsasları. Aqressiya.  

Aqressiyanın  bioloji  və  sosial  amilləri.  Aqressiya  nəzəriyyələri.  Affiliasiya  və 

sosial kontaktlarda tələbat. Altruizm, eqoizm və empatiya. Altruizm nəzəriyyələri. 

 

 

Ailə  qarşılıqlı  münasibətlərinin  sosial  psixologiyası.  Ailənin  sosial-

psixoloji xüsusiyyətləri. Əsas funksiyaları. Müasir ailənin nuklearlaşması və onun 

sosial-psixoloji tədqiqatları. Valideynlərin şəxsiyyətlərinin xüsusiyyətləri. Onların 

ailədə bir-birinə və uşaqlara münasibəti. Ananın qız və oğlan övladları ilə qarşılıqlı 

münasibətləri.  Müxtəlif  yaş  dövrlərində  valideyn-övlad  münasibətlərinin  inkişafı. 

Valideyn-övlad  münasibətlərində  ixtilafların  əmələ  gəlməsi  və  onların  sosial-

psixoloji  xarakteristikası.  Natamam  və  uğursuz  ailələrdə  qarşılıqlı  münasibətlərin 

xüsusiyyətləri.  



 

 

 

 

 

 

 

 


Ə

DƏB YYAT 

 

 1. Bayramov Ə.S. Şəxsiyyətin aktual psixoloji məsələləri. Bakı, 1981.  

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003. 

3. Андреева Г.М. Социальная психология. М., 1988.  

4. Шихирев П.Н. Современная социальная психологии в Западной Европе. 

М

., 1985.  



5. Перспективы социальной психологии (Под. редакции М. Хьюстон). М., 

2001. 


6. Социальная психология (Под. редакции А.М. Столяренко). М., 2001. 

 

 

 

 

Sosial və pedaqoji psixologiya  

kafedrasının müdiri:    

     

 

 

 

 prof.K.R.Əliyeva  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

BAKI DÖVLƏT UN VERS TET  

 

 

 

 

 

 

SOS AL ELMLƏR VƏ PS XOLOG YA FAKÜLTƏS  

 

Sosial və pedaqoji psixologiya kafedrası 

 

 

 

 

“PEDAQOJ  PS XOLOG YA” ixtisası üzrə 

Doktoranturaya qəbul imtahanının 

PROQRAMI 

 

 

 

 

 

BAKI-2011 


 

TƏRT B EDƏNLƏR: Sosial və pedaqoji psixologiya kafedrasının 

ə

məkdaşları 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Pedaqoji psixologiyanın predmeti və vəzifələri. 

Pedaqoji psixologiyanın predmeti. Pedaqoji psixologiya müasir psixologiya 

elminin sahələrindən biri kimi. Tərbiyə və təlimin psixoloji qanunauyğunluqlarının 

öyrənilməsi  pedaqoji  psixologiyanın  predmeti  kimi.  Pedaqoji  psixologiyanın  əsas 

problemləri  və  vəzifələri.  Pedaqoji  psixologiyanın  əsas  bölmələri.  Pedaqoji 

psixologiyanın başqa elmlərlə əlaqəsi.  



 

Tərbiyə və özünütərbiyənin psixologiyası. 

Şə

xsiyyətin  formalaşması  tərbiyə  psixologiyasının  əsas  problemi  kimi. 



Tərbiyə  olunan  və  tərbiyə  edənin  xüsusiyyətləri.  Onların  qarşılıqlı  münasibətləri. 

Tərbiyənin  məqsədi.  Tərbiyə  prosesində  istifadə  olunan  üsullar.  Müasir  pedaqoji 

psixologiyada  şəxsiyyətin  təşəkkülü  və  inkişafı  məsələləri.  Psixodinamik, 

sosiodinamik, interaksionistik, humanistik istiqamətlər. Tərbiyənin idarə olunması 

problemi.  Tərbiyənin  xarici  və  daxili  idarəetmə  imkanları.  Özünütərbiyə  özünü-

idarənin ali forması kimi. Şəxsiyyətin əxlaq tərbiyəsinin psixoloji əsasları. “Çətin” 

uşaqlar  və  onlarla  aparılan  işin  xüsusiyyətləri.  Məktəblilərin  tərbiyəlilik 

göstəriciləri və kriteriyaları. Tərbiyənin etnopsixoloji məsələləri.  



 

Təlim psixologiyası insanın müstəqil idrak fəaliyyətinin özünəməxsus 

forması kimi. 

Təlim  prosesi  pedaqoji  psixologiyanın  nəzəri  və  tətbiqi  problemi  kimi. 

Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlimin müvəffəqiyyəti üçün psixoloji 

cəhətdən bir-biri ilə bağlı olan amillər: nəyi öyrədirlər, kim və necə öyrədir, kimi 

öyrədirlər.  Əqli  inkişafın  göstəriciləri.  Təlim  fəaliyyətinin  strukturu.  Təlim 

motivləri.  Öyrənmədə  müvəffəqiyyəti  və  müvəffəqiyyətsizliyi  müəyyən  edən 

amillər.  Təlim fəaliyyəti və psixi proseslər.  

 

Müasir dövrdə təlim prosesinin optimallaşdırılması yolları. 

Müasir  dərsə  verilən  psixoloji  tələblər.  Təlimin  fərdiləşməsi  və 

diferensiasiyası. Təlim prosesində özünü göstərən səhv ümumiləşdirmələr: onların 

yaranma  səbəbləri  və  aradan  qaldırılması  yolları.    Dərsliklə  işin  psixoloji 

xüsusiyyətləri.  Müasir elmi-texniki informasiya vasitələrinin məktəb təcrübəsində 

tətbiqi.  




 

 

Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixologiyası. 

Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri. Pedaqoji fəaliyyətin strukturu. 

Pedaqoji  fəaliyyətin  səmərəliliyi  və  əsas göstəriciləri.  Müəllimin  cəmiyyətdə  yeri 

və  funksiyaları:  inkişafetdirici,  tərbiyəedici,  kommunikativ,  öyrədici,  qnostik, 

konstruktiv,  təşkilatçılıq  funksiyaları.  Müəllim  şəxsiyyətinə  verilən  tələblər. 

Müəllimin  şagirdlər,  şagirdlərin  isə  müəllim  tərəfindən  qavranılması.  Müəllimin 

ş

agirdlərlə ünsiyyət üslubu (avtoritar, demokratik, liberal, qeyri-sabit və s.)  



 

Məktəbdə psixoloji xidmətin əsasları. 

Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi. Məktəbdə 

psixoloji  xidmətin  əsas  istiqamətləri.  Məktəb  psixoloqunun  məktəb  rəhbərliyi, 

müəllimlər, valideynlər və şagirdlərlə apardığı işlərin sistemi.  



 

 

Ə

DƏB YYAT 



 

1. Həmzəyev M. Ə. Pedaqoji psixologiya Bakı, 1991.  

2. Məmmədov A. U. Təlimin psixoloji əsasları. Bakı, 1993.  

3. Выготски Л. С. Педагогическая психология. М., 1979.  

4. Талызина Н. Ф. Педагогическая психология. Учебное пособие. М., 1998.  

5. Стоунс Э. Психопедагогика. Психологическая теория и практика 

обучения

. М., 1984.  

 

 

Sosial və pedaqoji psixologiya  



kafedrasının müdiri:  

       

 

 

 

 prof.K.R.Əliyeva 

 

 



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə