Microsoft Word pul siyas?Ti il? Bagli terminl?R



Yüklə 242,49 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü242,49 Kb.
#68333


 

PUL SİYASƏTİ İLƏ BAĞLI TERMİNLƏR

Açıq bazar əməliyyatları 

Mərkəzi Bank tərəfindən qiymətli kağızların və xarici valyutanın alqı-satqısı əməliyyatlarıdır. 

Mərkəzi Bank əsasən Hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən 

banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. 

Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, 

alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO 

formasında alınıb satıla bilər.  

Banklararası pul bazarı 

Banklararası qısamüddətli (bir gündən bir ilədək) kredit və depozit bazarıdır. 

Banklardan kənar nağd pul  

Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan pullar istisna olmaqla Mərkəzi 

Bank tərəfindən dövriyyəyə buraxılmış nağd puldur. (bax M0-a) 

Baza inflyasiya 

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların qiymətlərinin dəyişimindən və mövsümi 

amillərdən təmizlənmiş inflyasiyadır. 

Çərçivə alətləri 

Çərçivə alətləri Mərkəzi Bank tərəfindən həyata keçirilən bir günlük repo (vəsaitlərin cəlb 

olunması aləti) və bir günlük əks-repo (vəsaitlərin yerləşdirilməsi aləti) əməliyyatlarıdır. Bir 

qayda olaraq çərçivə alətləri üzrə əməliyyatlar bankların təşəbbüsü ilə müəyyən olunmuş 

faiz dərəcələri ilə aparılır.    

Deflyasiya 

Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (inflyasiyanın əks prosesi) və nəticədə pulun 

dəyərinin artması prosesidir. 

Devalvasiya 

Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.  

Dezinflyasiya 

Qiymətlərin artımı prosesini səngitmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər 

sistemidir. O cümlədən Mərkəzi Bankın pul siyasətinin sərtləşdirilməsi dezinflyasiya 

tədbirlərinə aiddir.    

Dollarlaşma 

Milli valyutaya paralel olaraq sərbəst dönərli valyutanın daxili pul tədavülündə yer almasdır. 

Dollarlaşma səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. Belə göstəriciyə 

misal olaraq xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi 

çəkisini göstərmək olar. Bu göstərici pulun yığım funksiyasının dollarlaşma səviyyəsini 

ölçməyə imkan verir. Dollarlaşma əvəzinə bəzi hallarda valyuta əvəzləməsi terminindən də 

istifadə edilir.   

Dövriyyədə olan nağd pul 

Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır. Buraya bank sistemindən 

kənarda olan nağd pulla yanaşı Mərkəzi Bankın və kommersiya banklarının kassalarında 

olan nağd pullar da daxildir. 

Emissiya 

Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılmasıdır. Pul 

nişanlarının emissiyası səlahiyyəti bir qayda olaraq Mərkəzi Banka məxsusdur. Qiymətli 

kağızların emissiyası isə həm dövlət həm də kommersiya qurumları tərəfindən həyata 

keçirilə bilər. Məhz, bu cəhətinə görə qiymətli kağızlar dövlət və qeyri-dövlət qiymətli 

kağızları qruplarına bölünür. 

Faiz dərəcələri dəhlizi 

Mərkəzi Bankın çərçivə alətləri üzrə faiz dərəcələri "faiz dərəcələri dəhlizi"ni təşkil edir. 

Dəhlizin minimal həddi bir günlük vəsaitlərin cəlbolunma (REPO) faiz dərəcəsi ilə, maksimal 

həddi isə - bir günlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsilə müəyyən olunur. 

Mərkəzi Bankın uçot dərəcəsi "faiz dərəcələri dəhlizi"nin bir parametri kimi çıxış edir. Faiz 

dərəcələri dəhlizinin parametrləri iki aydan bir ölkədəki makroiqtisadi durum və Mərkəzi 

Bankın inflyasiya hədəfi əsas götürülərək müəyyən olunur. 

Geniş mənada manatla pul 

kütləsi 


bax: M2 

İnflyasiya 

İnflyasiya qiymətlərin ümumi səviyyəsinin artımı prosesidir. Başqa sözlə desək, inflyasiya 

mal və xidmət qiymətlərinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir. 

Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin artması inflyasiya demək deyil. Yalnız 

qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur.  

İnflyasiyanın hədəflənməsi 

Qiymətlərin sabitliyinin əsas hədəf kimi götürüldüyü pul siyasəti rejimidir. Bu rejimin tətbiqi 

zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün yüksək dərəcədə məsuliyyət daşıyır. 

İstehlak Qiymətləri İndeksi 

(İQİ) 

Müəyyən vaxt intervalı çərçivəsində əhali tərəfindən qeyri-istehsal məqsədilə istehlak edilən 



mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin dəyişməsini xarakterizə edən 

indeksdir. Buraya bütün zəruri tələbat malları (ərzaq və qeyri-ərzaq) və xidmətləri daxil 

edilir. Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə öz xüsusi çəkisi vardır 

və ayrı-ayrı komponentlərin qiymət dəyişməsi bu çəkilərə uyğun olaraq yekun indeksin 




formalaşmasında iştirak edir. İstehlak Qiymətləri İndeksi Dövlət Statistika Komitəsi  

tərəfindən hesablanır. 

İşsizlik 

İşsizlik muzdla işləmək istəyən və bacaran lakin iş tapa bilməyən əhalinin cəmi əmək  

qüvvəsinə (iqtisadi fəal əhali) nisbətidir. 

Kredit 


Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması 

hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız borc 

verilən pul vəsaitidir.  

Kredit restriksiyası siyasəti 

bax: sərt pul siyasəti 

Kredit xətti 

Bankın, yaxud digər kredit institutunun borc alan subyekt qarşısında kredit vəsaitini təqdim 

etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin hüquqi rəsmiləşdirilməsidir. Bu zaman kredit 

vəsaiti bir dəfəlik deyil, hisssə-hissə təqdim olunur və borc alan subyektin bütün müqavilə 

şərtlərinə əməl etdiyi təqdirdə kreditor kredit məbləğinin növbəti hissəsinin təqdim edilməsi 

ilə bağlı öhdəlik daşıyır.  

 

Çarpaz (kross) məzənnə 



Üçüncü valyuta məzənnəsinə nəzərən iki vayluta arasındakı məzənnə: 

 

burada,  



 - l valyutasının m valyutasına nəzərən məzənnəsi (çarpaz hesablanacaq məzənnə) 

 - n valyutasının m valyutasına nəzərən məzənnəsi 

 - n valyutasının l valyutasına nəzərən məzənnəsi 

 

LİBOR 



LİBOR (London InterBank Offered Rate) dərəcəsi – London banklararası kredit bazarında ən 

öncül banklar tərəfindən təklif olunan faiz dərəcələrinin orta göstəricidir. LİBOR –

qısamüddətli kreditlərin topdansatış qiymətidir. LİBOR dünya miqyasında digər faiz 

dərəcələri üçün orientir rolunu oynamaqla, dəyişən faizli kredit müqavilələrdə ən geniş 

istifadə olunan bir göstəricidir. Bu zaman kredit faizləri “LİBOR +”, yaxud “LİBOR –” kimi 

hesablanır.  

Maliyyə Proqramlaşması 

Maliyyə proqramı makroiqtisadi məqsədlərə nail olmaq üçün əlaqələndirilmiş iqtisadi 

siyasət tədbirlər planı olub, makroiqtisadi siyasəti proqramlaşdıran və iqtisadiyyatın bütün 

sektorları üzrə inkişaf parametrlərini bir-biri ilə uzlaşdıran hesablama modelidir. Başqa sözlə, 

maliyyə proqramı makroiqtisadi məqsədlərdən asılı olaraq müxtəlif siyasət simulyasiyaları 

aparmağa imkan verən bir çərçivədir. Bu çərçivə iqtisadiyyatın sektorları (real sektor, xarici 

sektor, fiskal sektor, monetar sektor) arasındakı qarşılıqlı asılılıqlar maksimum nəzərə 

alınmaqla formalaşdırılmışdır.  

M0 

M0 = ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid hissəsidir. Dövriyyədə olan 



banknot və sikkələr. 

M1 


M1 = M0 + manatla tələb olunanadək əmanət və depozitlər 

M2 


M2 = M1 + manatla müddətli əmanət və depozitlər 

M3 


M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlər.  

Məcburi ehtiyatlar  

Müəyyən edilmiş normalara uyğun olaraq bankların depozit öhdəliklərinə görə Mərkəzi 

Bankda məcburi qaydada saxlamalı olduqları vəsait.  M.E. dolayı pul siyasəti aləti olmaqla 

pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimləməsi məqsədilə tətbiq edilir. 

Məcburi ehtiyat normaları 

Kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin Mərkəzi Bankda məcburi 

saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək 

qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank 

məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Bundan başqa məcburi ehtiyatlar 

bankların müştərilər qarşısında öhdəliklərinin yerinə yetirilməsində "sığortalayıcı" funksiya 

da yerinə yetirir. 

Məcburi ehtiyatın 

saxlanılmasında ortalama 

mexanizmi 

Hesabat dövrü ərzində hər gününün sonunda banklar müxbir hesabında o qədər vəsait 

saxlamalıdırlar ki, müxbir hesabın hesabat dövrü ərzindəki orta günlük  qalığı həmin hesabat 

dövrü üçün müəyyən olunmuş məcburi ehtiyat məbləğindən az olmasın.  




Mərkəzi Bankın 

müstəqilliyi 

Mərkəzi Bankın əsas məqsədinə nail olmaq üçün fəaliyyətinin hər hansı bir kənar 

müdaxilədən qorunmasıdır. "Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan 

Respublikasın ın qanunu"nun 6-cı maddəsinə görə "Azərbaycan Respublikasının 

Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata 

keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli 

özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən 

bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə 

bilməz."  

Məzənnənin hədəflənməsi 

rejimi 


Milli valyutanın məzənnənin tənzimlənməsini nəzərdə tutan pul siyasəti rejiminə 

məzənnənin hədəflənməsi deyilir. Adətən bu rejim çərçivəsində Mərkəzi Banklar təsbit 

olunmuş məzənnə rejiminin müxtəlif variantlarını tətbiq edirlər.  

Məzənnə rejimləri 

Ölkədə milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin müəyyən edilməsi üsulu. 

Təcrübədə 3 məzənnə rejimi mövcuddur: 1. Üzən 2. Üzən-tənzimlənən 3. Təsbit edilmiş  

Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə 

olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. 

Üzən-tənzimlənən rejimdə isə məzənnə əsasən tələb-təklif əsasında müəyyən edilsə də, 

Mərkəzi Bank kəskin tərəddütlərinin qarşısını almaq üçün aktiv fəaliyyət göstərir. Təsbit 

edilmiş rejimdə isə valyuta məzənnəsi Mərkəzi Bank tərəfindən elan edilir və məzənnənin 

sabitliyi təmin edilir.   

Mərkəzi Bankın notları 

Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli 

qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi 

üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. 

Monetar şərait indeksi 

Monetar  şərait indeksi pul siyasətinin  əməliyyat hədəflərində orta çəkili dəyişməni ifadə 

edir.  Əməliyyat hədəfləri kimi bir qayda olaraq qısamüddətli faiz dərəcəsi və  məzənnə 

götürülür. MŞİ aşağıdakı düstur vasitəsilə qiymətləndirilir: 

                    

                                                                         

Burada, 

      


və 

müvafiq olaraq, hesabat və baza dövründə real faiz dərəcəsi; 

      

və 


– müvafiq olaraq, hesabat və baza dövründə mübadilə məzənnəsi; 

 

və 



– müvafiq olaraq, real faiz dərəcəsi və valyuta məzənnəsi üzrə normallaşdırılmış 

xüsusi çəkidir. 

Monetizasiya 

İqtisadiyyatın pulla təminatı səviyyəsini xarakterizə edən göstəriciləri özündə ehtiva edir. 

Məsələn, pul kütləsinin ÜDM-də xüsusi çəkisi iqtisadiyyatın monetizasiya səviyyəsinin 

göstəricisidir.   

Nominal effektiv məzənnə 

(NEM) indeksi  

Əsas iqtisadi tərəfdaş ölkələrin valyutalarına nəzərən manatın ikitərəfli nominal 

məzənnələrinin dəyişiminin çəkili ortasını əks etdirir.  

 

 

  



Burada, 

 n - xarici ticarətdə partnyor ölkələrin sayı; 

 

  

-  manatın i ölkəsinin valyutasına nəzərən t dövründə dəyişməsi; 



 

w – ölkəsinin xarici ticarət əlaqələrində xüsusi çəkisini göstərir.Əsas iqtisadi tərəfdaş 

ölkələrin valyutalarına nəzərən manatın ikitərəfli nominal məzənnələrinin dəyişiminin çəkili 

ortasını əks etdirir.  




Pul aqreqatları 

Bir-biri ilə likvidlik səviyyəsinə görə, başqa sözlə nağd pul vəsaitinə daha tez çevrilə bilmə 

imkanlarına görə fərqlənən pul vəsaitlərinin növləri, ölkədə pul kütləsinin struktur 

göstəriciləridir. Müxtəlif ölkələrdə pul aqreqatları və onların tərkibi fərqlənir. AR-da M0, M1, 

M2 və M3 aqreqatlarından istifadə olunur:  

M0=ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi. Dövriyyədə olan 

banknot və sikkələr. 

M1=M0+tələb olunanadək əmanət və depozitlər; 

M2=M1+müddətli əmanət və depozitlər; 

M3=M2+sərbəst dönərli valyutada əmanət və depozitlər.  

Pul bazası 

Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə 

tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya 

banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.  

Pul kütləsi  

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Maliyyə 

bazarları inkişaf etdikcə pul kütləsinə daxil edilən aktivlərin sayı artır. Müasir dövrdə 

likvidliyin müəyyən minimal həddini özündə təcəssüm etdirən maliyyə aktivləri pul 

kütləsinə daxil edilir. Likvidlik prinsipindən əlavə adətən pul kütləsinə maliyyə aktivlərinin 

elə bir qrupu aid edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan 

praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla 

geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3) 

Pul icmalı 

Ölkənin maliyyə sektoru ilə digər sektorlar arasında olan pul münasibətlərini əks etdirən 

göstəricilər sistemidir. Pul icmalı ölkənin Mərkəzi Bankının və kommersiya banklarının 

analitik balanslarının birləşdirilməsi əsasında formalaşır. Analitik balanslar ölkənin Mərkəzi 

Bankının aylıq mühasibat balansının və kredit təşkilatlarının icmal mühasibat balansının 

göstəricilərinin analitik qruplaşdırılması vasitəsilə hesablanır. 

Pul kütləsinin hədəflənməsi 

Mərkəzi Bank tərəfindən  pul kütləsinin həcminin tənzimlənməsini nəzərdə tutan pul siyasəti 

rejimidir. Bu zaman Mərkəzi Bankın fəaliyyəti pul kütləsinin dəyişimi üzrə hədəfə nail 

olunmasına yönəldilir.  

Pul multiplikatoru 

İqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və 

geniş mənada pul kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır.  

Pul siyasəti 

Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən 

tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini 

tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycanda pul siyasəti 

Mərkəzi Bank tərəfindən həyata keçirilir və onun son məqsədi öz səlahiyyətləri çərçivəsində 

qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. 

Pul siyasəti alətləri 

Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərə nail olmaq üçün istifadə etdiyi iqtisadi 

dəyişənlərdir. Pul siyasəti alətləri birbaşa və dolayı alətlərə bölünür. Birbaşa alətlərə misal 

olaraq faiz dərəcələri üzərində nəzarət, kreditləşmə dəhlizi, birbaşa və ya məqsədli 

kreditlərin verilməsini göstərmək olar. Dolayı alətlərə misal olaraq açıq bazar əməliyyatlarını 

göstərmək olar.  

Pul siyasəti alətlərinin 

avtonomiyası 

Mərkəzi Bankın qarşıya qoyulmuş məqsədlərə nail olması üçün pul siyasəti alətlərini sərbəst 

şəkildə seçməsidir. Yəni kənar orqanlar pul siyasəti alətlərinin tətbiqində Mərkəzi Bankın 

işinə müdaxilə etməməlidirlər. Həmçinin bax: Mərkəzi Bankın müstəqilliyi 

Pul Siyasəti Rejimi 

Son və aralıq hədəfləri arasındakı kombinasiyadan, həyata keçirilməsi mexanizmlərindən 

asılı olaraq təsnifləşdirilən pul siyasəti formalarıdır. Pul Siyasəti Rejimləri bir çox hallarda 

əsas hədəfə nail olmaq üçün aralıq və son hədəflər üzrə dəqiq və ya orientir kəmiyyət 

göstəriciləri, pul siyasəti çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər sistemi əks 

etdirilir. Pul siyasətinin pul kütləsinin hədəflənməsi, məzənnənin hədəflənməsi, inflyasiyanın 

birbaşa hədəflənməsi kimi rejimləri bir-birindən fərqləndirilir.   

Pul siyasətinin 

transmissiyası 

Mərkəzi Bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata ötürülməsini 

prosesidir. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta 

məzənnəsi, inflyasiya gözləntiləri kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti 

qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən zaman intervalından 

(laqdan) sonra təsir göstərir.   




Pulun dövretmə sürəti 

Nağd və nağdsız pul nişanlarının hərəkətinin intensivliyini xarakterizə edən göstərici. Pulun 

dövretmə sürəti adətən aşağıdakı formul əsasında hesablanır:  

 

 



 

 

Burada: V-pulun dövretmə sürəti; P-qiymət səviyyəsi (qiymət indeksi); Y-ümumi məhsul 



buraxılışı; M-dövriyyədə olan pul kütləsidir. 

Real effektiv məzənnə 

(REM) indeksi   

Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal 

məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə 

alınmaqla həndəsi ortasını əks etdirir. 

REPO  

Mərkəzi Bank (və ya bir kommersiya bankı) tərəfindən qiymətli kağızların digər banka 



sonradan geri almaq şərti ilə satışıdır.  

Revalvasiya 

Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.  

Sərt pul siyasəti 

İnflyasiyanın azaldılmasına və iqtisadiyyatda hərarətlənmənin azaldılmasına yönəldilmiş pul 

siyasəti tədbiridir. Bu zaman Mərkəzi Bank özünün faiz dərəcələrini artırır ki, bu da 

iqtisadiyyatda həm əmanətlər, həm də kreditlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir.  

Son instansiya kreditoru 

Əsasən bankların maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədilə kommersiya 

banklarının tələbləri əsasında Mərkəzi Bank tərəfindən verilən kreditlərdir.  Sonuncu 

instansiya kreditlərinin şərtləri bir qayda olaraq Mərkəzi Bank tərəfindən müəyyən olunur.  

Sterilizasiya əməliyyatları 

Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına 

yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə 

xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını 

xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.  

SVOP (məzənnə SVOP-u) 

Məzənnə riskindən sığortalanmaq məqsədilə müəyyən müddətdən sonra yenidən əksinə 

mübadilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə edilməsi.  

Teylor qaydası 

Faiz dərəcələrinin tənzimlənməsi qaydası. Qaydaya görə iqtisadiyyatda inflyasiya 

sürətləndikdə  və yaxud məşğulluq öz təbii səviyyəsindən yüksək olduqda faiz dərəcələri 

artırılmalı (artan tələbin məhdudlaşdırlması  məqsədilə),  əks proseslər müşahidə edildikdə 

isə faiz dərəcəsi aşağı salınmalıdır (tələbin stimullaşdırılması məqsədilə). 

Tədiyə Balansı 

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında 

valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi 

əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan 

valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə 

rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların 

məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu 

onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu 

əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari 

Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin 

dəyişməsi və 4. Balanslaşdırıcı maddələr. (Bax: http://cbar.az/assets/1186/final_metod.pdf) 

Təsbit edilmiş valyuta 

məzənnəsi 

Ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı dəyişməz saxlanılması 

nəzərdə tutulur. Yəni təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o kifayət 

qədər uzun müddət ərzində (aylar və ya illər) sabit qalır . Məzənnəni sabit saxlamaq üçün 

Mərkəzi Bank valyuta bazarında tələb və təklifə təsir göstərmək üçün aktiv alış-satış 

əməliyyatları aparır.  

Üzən valyuta məzənnəsi 

Üzən valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan 

tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, üzən valyuta məzənnəsi rejimi Mərkəzi 

Bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata 

keçirilməsi imkanını tam istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin 

kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edə bilər.    

Valyuta müdaxiləsi 

Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta 

bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta 

bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir.   




Valyuta səbəti 

Müəyyən miqdarda götürülən xarici valyutaların toplusudur. Valyuta səbəti məzənnə 

siyasətinin həyata keçirilməsində istifadə olunur. Bu zaman Mərkəzi Bank milli valyutanın 

hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə daxil olan bir neçə valyutaya qarşı orta çəkili 

məzənnəsini tənzimləməyə çalışır.  

Xalis daxili aktivlər  

Bank sisteminin mərkəzi hökumət, rezident maliyyə təşkilatları və dövlət idarəetmə 

orqanları ilə apardığı aktiv-passiv əməliyyatlarının saldosudur. O cümlədən bank sisteminin 

ev təsərrüfatları, müəssisə və təşkilatlarla apardığı kredit əməliyyatları xalis daxili aktivlər 

bölməsində öz əksini tapır.  

Xalis xarici aktivlər 

(kommersiya bankları üzrə) 

Kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli 

metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosudur. 

Yenidən maliyyələşdirmə 

əməliyyatları 

Mərkəzi Bank tərəfindən kommersiya banklarının likvidlik ehtiyaclarının ödənilməsi 

məqsədilə müəyyən edilmiş qaydalara uyğun şəkildə kreditlərin verilməsidir.  

Yumşaq pul siyasəti 

Yumşaq pul siyasəti dedikdə əsasən resessiyanın qarşısının alınması və iqtisadi aktivliyin 

artırılması məqsədilə həyata keçirilən pul siyasəti nəzərdə tutulur. Bu zaman məsələn 

Mərkəzi Bank özünün faiz dərəcələrini aşağı salır ki, bu da həm əmanətlər, həm də kreditlər 



üzrə faiz dərəcələrinə azaldıcı təsir edir.  

 

Yüklə 242,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə