Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
qaydalarını bilmədiyindən  şahlıq  əvəzinə  kənizlərlə  əyyaşlığa 
başladı. Ordu və xidmətçilər onun nə ilə  məşğul olduğunu 
gördükdə qudurmağa başladılar, camaatın işi get-gedə xarab 
olmağa üz qoydu, ordu və rəiyyət mütilikdən çıxdılar"
1

Yeznənin qayına verdiyi ən yaxşı xasiyyətnamə! 
Hekayədə sonra Məs'udun düzəlməsindən danışılır. Lakin 
tarix onun əksini göstərir. 
Soltan Mahmudun ölümündən bir neçə il sonra (1034/5) 
Soltan Məs'ud qohumluq münasibətlərinə baxmayaraq, 
Təbəristan və Gürganı  ələ keçirmək üçün Ziyarilər üzərinə 
hücuma keçir, lakin müvəffəqiyyət qazana bilmir, Xorasana 
qayıtmalı olur. Səlcuqilər hər tərəfdən Məs'udu sıxışdırmağa 
başlayır. Bir neçə ildən sonra, yə'ni 1037-1038-ci illərdə səlcuqi 
Rüknəddövlə  Əbutalıb Toğrul bəy Məs'udun ordusunu 
darmadarın edərək—Nişaburu zəbt edir. Məsciddə onun adına 
xütbə oxunur. Bu il Səlcuqi sülaləsinin başlanğıcı hesab edilir, 
Amma az keçməzmiş  Məs'ud böyük ordu və fillərlə yürüşə 
başlayıb Səlcuqiləri Nişaburdan çıxarmağa müvəffəq olur və 
Səlcuqilər üzərinə geniş hücuma keçir. Lakin 1040-cı ilin 
mayında Dəndanək altında bir günlük vuruşmadan sonra tam 
məğlubiyyətə uğrayır və özünü zorla salamat qurtara bilir. 
Həmin ildən sonra Xorasanda Qəznəvilər sülalasinə son 
qoyulduğu kimi, Təbəristan və Gürganda da Ziyarilər 
xanədanına son qoyulur. 
Bə'zi tarixçilər  Şərəfülməali  Ənuşirəvandan sonra 
"Qabusnamə" müəllifi Keykavusun iyirmi bir il və  oğlu 
Gilanşahın yeddi il hökmranlıq sürdüyünü qeyd edirlər
2

                       
 
 
 
 
 
 
 
1
 "Габуснамя", сящ.212. 
2
 а) 
  ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ،ﺖﻳاﺪه  ،نﺎﺨﻴﻠﻗ  ﺎﺿر
 ص ،ﻪﭼﺎﺒﻳد
50
 
   б)
  رد  ﺚﺤﺑ  ،ﺪﻴﺠﻤﻟاﺪﺒﻋ  ﻦﻴﻣا  ،ﯼوﺪﺑ
،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ﻩرﺎﺑ
 
24 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Lakin bir çox alimlər buna e'tiraz edir. "Qabusnamə"də də 
biz bunlara aid heç bir işarə görmürük. Öz nəsilləri haqqında 
addımbaşı hekayələr danışan müəllif heç yerdə özünün şahlığına 
ya  əmirlər  əmiri (əmirul'üməra) olduruna kiçik bir işarə  də 
etmir. Keykavusun nə vaxt evləndiyi, Sultan Mahmudun qızını 
nə vaxt aldığı və Gilanşahın nə zaman anadan olduğu da aydın 
deyildir. 
Bütün bu deyilənlərdən göründüyü kimi, Ziyarilər 
xanədanında  ən məşhur,  ən çox hökmranlıq sürmüş  və  şəninə 
çoxlu kitablar bağlanmış, mədhlər yazılmış bir şah varsa, o da 
həqiqətən "Qabusnamə" müəllifinin babası Şəmsülməali Qabus 
ibn Vəşmgirdir və  yəqin ki, bir çox tədqiqatçıları 
"Qabusnamə"ni onun adı ilə bağlamağa vadar edən də məhz bu 
şan-şöhrətdir, çünki doğrudan da öz əsərlərini  Şəmsülməaliyə 
həsr edən yazıçı və alimlər olmuşdur. Məsələn, Əl-Biruni, Səlib 
Nişaburi öz əsərlərinin bə'zilərini Qabusa ithaf etmişlər. Lakin 
bütün bunlara baxmayaraq Keykavus, bizim fikrimizə görə  də, 
(S. Nəfisi, Y. N. Bertels və bir sıra başqa Şərq və Qərb alimləri 
bu fikri müdafiə edirlər) öz "Qabusnamə"sini babası 
Şəmsülməaliyə ithaf etməmiş  və onun adına da yazmamışdır. 
Lakin indiyə qədər deyilən fikirlərdən fərqli olaraq, bizim bə'zi 
yeni mülahizələrimiz də vardır. Bu mülahizələrə deyilmiş 
fikirlərin tənqid və  təhlilindən çıxarılan bir nəticə kimi də 
baxmaq olar. 
Fikrimizə görə, kitabın Keykavusun özü adlandırdığı kimi 
"namənin" və ya "nəsihətnamənin" titul vərəqində heç bir söz 
olmamış və o, sadəcə olaraq oğluna "məktub" kimi yazılmışdır. 
Oğula, ataya, dosta və sairəyə yazılan "namələrin", "məktubların 
məzmunundan asılı olmayaraq, heç bir xüsusi adı olmadığı 
kimi,  əlbəttə, burada da ad olmamışdır. Bu fikri sübut etmək 
üçün yuxarıda Oufidən gətirilmiş misaldan da istifadə etmək 
olar. O yazır: "Ünsürülməali oğluna etdiyi nəsihətlər içərisində 
belə deyir..." və s. Əgər "Qabusnamə"nin əsl adı "Pəndnamə" və 
                                             
 
 
 
 
 
 
 
 ناﺮﻬﺗ
1956
 
ص
260
       
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
ya "Nəsihətnamə" olsaydı, heç olmasa birisi onun adını çəkərdi, 
məsələn, Oufi-filankəs "Nəsihətnamə"sində belə yazır-deyərdi; 
ikincisi, bu adı  dəyişdirib ona yenidən "Qabusnamə" adı 
qoymağa ehtiyac qalmazdı. Madam ki, mə'xəzlər, o cümlədən S. 
Nəfisinin adlarını sadaladığı  Sənai Qəznəvi (bir hekayəni 
olduğu kimi nəzmə  çəkmişdir)-"Hədiqətülhəqiqə", Məhəmməd 
Oufi-"Cəvameül-hekayat", Qazı  Əhməd Qəffari-"Nigaristan", 
Nizami Gəncəvi-"Xosrov və  Şirin". Fəridəddin  Əttar Nişaburi-
"Əsrarnamə" və "Məntiqüt-Teyr",  İbn  İsfəndiyar-"Tarix-e 
Təbəristan", Xosrov Dehləvi-"Mətləül-Ənvar",  Əbdürrəhman 
Cami-"Silsilətüz-Zəhəb", Məcdəddin Məhəmməd Hüseyni 
Məcdi-"Ziynətül-Məcalis" və Mühəqqiq Səbzəvarı adı ilə 
məşhur olan Məhəmməd Bağır "Rəvzətül-Ənvar"  əsərində 
"Qabusnamə" dən geniş istifadə etmiş, lakin heç yerdə ona 
"Nəsihətnamə" və ya "Pəndnamə" demaəmişlər. "Qabusnamə" 
əsərinin özündə  də onun necə adlandığı göstərilməmişdir. 
Kitabda tez-tez təsadüf edilən "mənim öyüdlərimə, 
nəsihətlərimə  və s. qulaq as" kimi sözlər isə  əsərin 
"Nəsihətnamə" və ya "Pəndnamə" adlandığına heç də  dəlil ola 
bilməz. Biz tamamilə başqa tipli kitablarda, dastanlarda, 
naqıllarda, hətta tarix kitablarında böyüyün kiçiyə, atanın oğula 
yazdığı məktublarda, "namələrdə" belə ifadələrə çox rast gəlirik. 
Keykavusun özünün Qabus adlandırılması da təbiidir.Biz 
tarixdə belə paralelizmə az təsadüf etmirik. Məşhur 
Ənuşirəvanın atası Keykuvadın tarixdə yalnız I Qubad kimi 
tanınması kimə mə'lum deyildir? Keykavus öz əsərini babasının 
adına yaza bilərdimi?  
Biz yuxarıda Keykavus tərəfindən  Şəmsülməaliyə verilən 
xasiyyətnaməni, onun qəddarlığını  və  oğlu tərəfindən tutulub 
əvvəl həbs edildiyini, sonra isə öldürülduyünü qeyd etmişdik. 
Qabus oğlu  İskəndərə, yə'ni Keykavusun atasına da elə bir 
böyük yaxşılıq etməmişdi ki, onun xatirinə belə bir iş görülmüş 
olsun. Keykavus "Qabusnamə"də atası haqqında çox böyük 
razılıq hissi ilə danışır.  Əgər Keykavus kitabı atasının adı ilə, 
məsələn, "İskəndərnamə" adlandırsaydı, bu daha çox inandırıcı 
olardı. Bu onun, heç olmazsa zəhmət haqqısı kimi səslənərdi. 
Axı Keykavusun bütün bilikləri yalnız atası  İskəndərin sə'yi 
nəticəsində  əldə edilmişdi və müəllif "Qabusnamə"də bir neçə 
yerdə atasına çox minnətdar olduğunu deməkdən çəkinmir. 
Şəmsülməali haqqında isə belə bir razılıq və ya minnətdarlıq 
yoxdur. Yalnız öz ata-babalarının adını  çəkəndə onu da qeyd 
edir. Yeri gəlmişkən qeyd edək ki, ana tərəfi daha çox tə'riflənir, 
26 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
onlar bir tərəfdən Sasani, digər tərəfdən Qəznəvilərlə qohumluq 
əlaqələri ilə bağlıdır. Bundan əlavə, kitabın qarşısında qoyduğu 
məqsəd də onun Şəmsülməaliyə  həsr edilə biləcəyinə  əsas 
vermir. Kitabın başlıca məqsədi Gilanşaha xoşbəxt bir həyat 
qurmağa kömək etmək, ona bir ağ gün ağlamaqdır. Belə 
olduqda, ehtiyatlı, oğluna hər mühitə alışmağı  məsləhət görən, 
hər  şəraitdə fayda götürməyə çalışmağı  təbliğ edən Keykavus 
kitabı dövrünün hökmdarlarının birinin adına bağlayıb oğluna 
yaxşı bir vəzifə  də duzəldə bilərdi, Qəznəvilərlə qohumluğu 
daha möhkəmlədər, Səlcuqilərin könlünü ələ ala bilərdi. Kitabı 
Şəmsülməalinin adına yazmağın isə o dövrdə Keykavus uçün 
heç bir əhəmiyyəti yox idi. 
Bütün bu deyilənlərə  əsasən biz elə güman edirik ki, 
kitabın  əslində heç bir adı olmamışdır, sonradan onu haqlı 
olaraq, "Qabusnamə" adlandırmış  və burada Qabus adı altında 
müəllifin babasını deyil, məhz özünü nəzərə almışlar. 
*    * 

 
"Qabusnamə"  əsərinin tarixi tədqiqi köstərir ki, o, az bir 
müddət içərisində böyük şöhrət tapmış, öz əsrindən başlamış 
indiyə qədər dönə-dönə üzü köçürülmüş, daş və mətbəə çapları 
olmuş və dünyanın bir çox mədəni dillərinə tərcümə edilmişdir. 
Şərqin böyük alim, şair, tarixçi və dövlət xadimləri yeri gəldikcə 
ona müraciət etmiş və hər kəs özünə lazım olduğu şəkildə ondan 
istifadə etmişdir. "Qabusnamə" bu gün də öz əhəmiyyətini 
itirməmişdir. O, öz əsrinin bir sıra tarixi hadisələrini 
aydınlaşdırmaq, o zamankı  İran feodalizm cəmiyyətinin daxili 
ziddiyyətlərini açıb göstərmək, din və təriqət çarpışmalarını ifşa 
etmək üçün də müəyyən  əhəmiyyətə malikdir. "Qabusnamə" 
müəllifin və onun mənsub olduğu, iflasa üz qoymuş mülkədar-
feodal təbəqəsinin  əxlaqını, mə'nəvi yoxsulluğunu açıq-aydın 
göstərmək, din xadimlərinin-qazı, molla, rövzəxan və 
başqalarının ikiüzlülüyünü meydana çıxarmaq üçün də 
səciyyəvidir. 
"Qabusnamə" sovet oxucuları üçün məhz bu nöqteyi-
nəzərdən maraqlıdır. "Qabusnamə" müəllifinin bu barədə 
dediyinə isə  şübhə etməyə heç bir əsas yoxdur. O, əsərin 
əvvəlindən sonuna qədər öz sinfini sədaqətlə müdafiə edir. 
Lakin bu kitab doğma oğulla olan məhrzəmanə bir söhbət, daha 
dəqiqi, dünyadan köçməkdə olan bir atanın oğluna vəsiyyətidir. 
Oğula da yalan danışmaq, özü də ölüm ayağında? Yox! 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə