Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
 
barəsində fikirləşmə, çünki yolu o adam daha çox azmış olar ki, 
yol olmayan yerdə yol axtarsın. Peyğəmbər  əleyhissəlam 
demişkən: "Allahın ne'mətləri haqqında fikirləşin, zatı haqqında 
fikirləşməyin". "Əgər bizi yaradan Allah şəriət sahibləri vasitəsi 
ilə öz bəndələrinə onun yolunu tapmağa cəsarət etmək ixtiyarını 
verməsə idi, heç kəsdə o cür'ət ola bilməzdi ki, Allah-taalanın 
dərk edilməsi haqqında bir söz deyə bilsin, çünki sən haqqı nə 
adlandırırsan adlandır, ona nə kimi sifət verirsən ver, bu, 
yaradanın ilahilik və rübubiyyətinə deyil, yalnız sənin acizlik və 
miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu 
qədər tə'rifləyə bilməzsən, belə olan təqdirdə sən onu necə dərk 
edə bilərsən?  Əgər sən tövhidin nə olduğunu bilmək 
istəyirsənsə, bil ki, sənin üçün mümkün ola bilməyən hər  şey 
onun üçün mümkündür, məsələn, təklik kimi. Kim təkliyin 
mahiyyətini anlasa, o, müşriklikdən azad olmuş olar. Təklik 
yalnız böyük yaradana xasdır, ondan başqa nə varsa, hamısı 
cütdür. 
Xüsusiyyətinə görə ikiləşən hər  şey ya tərkibinə görə 
ikiləşər, cisim kimi, ya parçalanmağına görə ikiləşər ədəd kimi, 
ya cəmlənməsinə görə ikiləşər, sifət kimi, ya təzahürə görə 
ikiləşər, cövhər kimi, ya mənşəyə görə ikiləşər, əsli və fər'i kimi, 
ya məkana görə ikiləşər, fəza və boşluq kimi, ya vəhmə görə 
ikiləşər, ağıl və  nəfs kimi, ya müvazinətə görə ikiləşə bilər
təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşə bilər, oxşarlıq 
və  fərqlilik kimi, ya quruluşuna görə ikiləşə bilər, maddə  və 
ünsür kimi, ya hadisənin başlanğıcına görə ikiləşə bilər, məkan 
və zaman kimi, ya həddinə görə ikiləşə bilər, ehtimal və qətilik 
kimi, ya qəbul edilmə nöqteyi-nəzərindən iki cür ola bilər, azlıq 
və çoxluq kimi, ya dərk edilmə nöqteyi-nəzərindən iki ola bilər, 
varlıq və yoxluq kimi. Bunlar nə  qədər ziddiyyətli və  əksli 
olsalar da, yenə ikilik əlamətinə malikdir və həqiqətdə onları tək 
adlandırmaq olmaz. Təklik yalnız Allah-taalaya aiddir. İkilik 
xüsusiyyəti olan nə varsa, onların heç biri Allah ola bilməz. 
Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin 
Allah olmadığını biləsən, onların  şəriki və tayı olmayan bir 
Allah tərəfindən yaradıldığını qəbul edəsən. 
 
 
 
 
 
 
36 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
İkinci fəsil 
PEYҒƏMBƏRLƏRİN YARANMASI HAQQINDA 
Ey oğul, bil ki, böyük yaradan bu dünyanı  məqsədlə 
yaratmış  hədərə yaratmamışdır, onu ədalət və hikmət  əsasında 
qurmuşdur, çunki o varlığın yoxluqdan, xeyrin şərdən, bolluğun 
qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. 
O, bunların hər ikisini bilir və  hər ikisini yaratmağa qadir idi
lakin o, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər  şeyi 
vaxtında və  ədalət  əsasında yaratdı, cəhl, fəsad və nadanlıq 
əsasında yaratmadı. Beləliklə, dünyanın bünövrəsi hikmətlə 
qoyuldu. Hər nə gözəl idisə, onu da yaratdı. O, edə bilərdi ki, 
günəşsiz işıq versin, buludsuz yağış yağdırsın. tərkibsiz maddə 
yaratsın, ulduzlara ehtiyac olmasın, yaxşı  və pis hadisələr 
cərəyan etsin, lakin dünya qanuna uyğunluq  əsasında 
qurulduğundan o, səbəbsiz olaraq heç bir şey yaratmadı  və bu 
səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan 
qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb 
ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular. hər bir 
işdə nizam olduğu kimi onu yaradan vasitə  də lazım olar. 
Vasitəni ona görə yaratmışdır ki, biri hakim olsun, biri məhkum, 
biri ruzi verən olsun, biri ruzi yeyən. Bu ikilik isə Allahın 
təkliyinə dəlalət edər. Deməli, sən yalnız vasitəni görə bilərsən. 
Ona görə diqqətli ol ki, az və çoxluğu vasitədən deyil, vasitəni 
yaradan Allahdan biləsən.  Əgər torpaq məhsul vermirsə, onu 
təqsirkar hesab etmə,  əgər ulduz ədalətli gərdiş etmirsə, onu 
müqəssir sayma. Ulduzların ədalət və zülmdən nə qədər xəbəri 
var isə, yerin də məhsul yetirməkdən o qədər xəbəri var. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Torpaq  şirin meyvə  əkilən yerdə  zəhər bitiirə bilmədiyi 
kimi, ulduzlar da öz bildiklərini edə bilməzlər, yaxşılığa adət 
etmiş olan pislik edə bilməz. 
Dünya hikmətlə  bəzəndirilmiş olduğundan ona zinət də 
lazım idi. Bu dünyaya diqqətlə bax ki, onun zinətini görə 
biləsən. Bu zinət nəbatat, heyvanat, yemək, içmək, geyim və 
müxtəlif ne'mətlərdən ibarətdir. Bunlar hamısı hikmət  əsasında 
yaradılmışdır, neçə ki, özü bu barədə deyir: 
"Biz yeri, göyü və onlar arasında nə varsa, hamısını 
əyləncə üçün yaratmadıq, onları biz hikmətlə yaratdıq"
9

İndi ki sən dünyanın Allah tərəfindən hədərə 
yaradılmadığını bildin, onu da bilməlisən ki, bu yaradılan 
ne'mətlər kimə isə ruzi verilməsə idi mə'nasızlıq olardı. Ruzi 
ona deyərlər ki, sən çörəyi ehtiyacı olana verəsən ki, o da yeyə. 
Bax, ədalət buna deyərlər. O, insanları yaratmaq istədi ki, onlara 
ruzi versin, indi ki insanlar yaranıbdır, deməli, bütün ne'mətlər 
onlarındır. 
Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə 
rəhbərsiz keçinə bilməz, çünki ədalət və qayda-qanun 
olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz. 
Bu isə ruzi verənin nöqsanı olar ki, o, öz ne'mətini nadana verə. 
Ruzi verən nöqsansız olduğundan öz ruzi yeyənlərini nadan 
qoymadı. O özü Qur'anda belə deyir: "insanların bilmədiklərini 
onlara öyrətdi". 
O, peyğəmbərlər göndərdi ki, onlar bilik, ruzi yemək və 
ruzi verənə şükr etmək qayda-qanunlarını insanlara öyrətsinlər. 
Beləliklə, dünyanın  əsası  ədalətlə,  ədalətin təkmilliyi hikmətlə 
hikmətin tamlığı ne'mətlə, ne'mətin bütövlüyü ruzi alanlarla
ruzi alanların kamilliyi yolgöstərici peyğəmbərlə tamamlansın. 
Peyğəmbərin ruzi alanlardan üstünlüyu orasındadır ki, 
onlar ruzi yeyənlərə ruziyə çatmaq yolunu göstərirlər. 
Deməli,  əgər ağıl gözü ilə baxsan, görərsən ki, ruzi alan 
aldığı ruzi və ne'mət müqabilində, arzu və istəklərinin yerinə 
yetirilməsi xatirinə öz rəhbərinin haqqını e'tiraf etməyə və ruzi 
verəninə minnətdar olduğunu bildirməyə borcludur. Demək, 
peyğəmbərlərin haqq olduğuna inanmalısan, onlardan kömək 
ummalısan və Adəmdən tutmuş  Məhəmmədə (xatəmə) qədər 
(Allah onların hamısına rəhmət eləsin) bütün peyğəmbərlərin 
düz danışan olduğunu qəbul etməlisən, dinin dediklərinə  əməl 
etməlisən,  şükr və niyazda ehmallıq göstərməlisən, haqqın 
buyruqlarını yerinə yetirməlisən ki, beləliklə, yaxşı ad qazanıb 
tə'riflənəsən. 
38 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
Üçüncü fəsil 
NE'MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA 
Ey oğul, bil ki, ne'mət sahibinə minnətdarlıq lazımdır, bu 
hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, 
buyurulan qədər, çünki əgər hamı bütün ömru boyu yalnız 
şükürlə  məşğul olsa, yenə onun layiq olduğunun mində birini 
yerinə yetirə bilməz.  Əgər Allah-taala hər verdiyi ne'mət 
qarşısında azca belə şükür istəsə, bu olduqca çox olar, ona görə 
islam dinində taət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə 
hamıya aiddir. Bunlardan biri (haqqı) dildə iqrar edib ürəkdə 
təsdiq etmək, o biri beş  dəfə namaz qılmaq, üçüncüsü isə 
otuzgünlük oruc tutmaqdır. 
Şəhadət haqdan başqa hər  şeyi inkar etməyin dəlilidir, 
namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə 
Allah-taalaya verilən və'di təsdiq üçündür. Elə ki, dedin: mən 
bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki 
dedin: o, ağadır. gərək ağanın buyruğuna da qulaq asasan. 
İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət 
etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət 
gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə 
göstərdiyi mərhəmətdən çox ola bilməz. 
İtaət etməyən bəndə olma
10
, çünki itaət etməyən bəndə 
Allahlıq iddiasına başlar və tez məhv olar.  
 
B e y t 
 
Layiqlir  vurulsa   o  qulun   başı  
Ki, Allahlıq edə hər addım başı. 
 
Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda 
ehmallıq etmə, xasda ehmallıq edən xalqa aid olan bütün 
işlərdən məhrum olar. Onu da bilməlisən ki, bizim şəriət sahibi 
namazı bütün dinə  bərabər hesab etmişdir: kim namazdan əl 
çəksə, o bütün dindən  əl çəkmiş olar, dinsiz adam isə bu 
dünyada ölümə  və rüsvay edilməyə, o dünyada isə Allahın 
qəzəbinə gəlməyə layiqdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə