Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə14/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   10   11   12   13   14   15   16   17   ...   119

 

46

57. 

El-oba  dağa  köçəndə  Məhəmməd  deyirmiş  mənim  alaçığımı 

hündür  yerdə tikin, görüm kim nə işnən məşğuldu. Hər gün oturub 

o  alaçığın  qabağında  baxırmış  ki,  görüm  kim  gəlir  obaya.  Burda 

Cəbreyil addı bir kişi vardı. Məhəmməd görür kü, bu bir gün gəlib 

Qədir  məəllimin  çadırının  yanında  oturub  çay  içir,  bir  gün  gedir  o 

birinin, bir gün gəlir mənim. Fikirrəşir ki, ə, bı niyə belə eliyir? Bının 

da ayləsi var, uşağı var. Öz adamlarına deyir, niyə hər səhər Cəbreyil 

bir qapıda oturur? Deyillər, onun ayləsi yoxdu. – “Ə, nətəər yoxdu”. 

Çağırır deyir, gəl bıra. Sən niyə ayləni gətirməmisən dağa? Deyir, nə 

bilim.  –  “Ə,  oğraş,  vijdansız.  Nə  bilim  nədi.  Sənə  vaxt  verirəm, 

buyünnəri  gedirsən,  arvadı,  uşağı  gətirirsən  bura”.  Səhər  tezdənnən 

onlar cadırının qavağında olmasa özündən küs. Heylə də olmuşdu. 

 

58. 

Məhəmməd  qoçağ  adam  oluf.  Burda  tükanı  olub.  Qaradağlı 

kəndinnən Əliş addı birini maqazinçi qoyuflar bura. Bı gedif Selpo-

dan  mal  gətirib.  Yaxşı  mal  gətirib  maqazinə  doldurduğu  yerdə, 

Zeyvədə  Qaçax  Mənsim  deyillər,  bular  gəlib  tökülüf  maqazinə.  – 

“Ə,  o  topu  bura  yendir,  bunnan  bir  otuz  metr  ölç,  onu  yendir  bıra 

qırx metr ölç”. Bı da görüfdü kü, bular Selponun malını aparajaxlar. 

Deyiv,  ə,  mən  nağayrım,  nətəər  eliyim?  Pünhannı  çıxır  çölə.  Görür 

kü,  bir  balaca  uşax  durubdı.  Deyir,  a  bala,  Məhəmmədin  qapısını 

tanıyırsanmı?  Deyif  ki,  hə.  –  “Tez  qaş  get,  gör  olarda  kim  var? 

Məhəmməd əminə deynən ki, Əliş əmim deyir ki, tez özünü çatdırsın 

mana,  maqazini  dağıdıllar”.  Uşax  da  bajarıxlıymış  da.  Gedir  xəbər 

verir. Xəbər verir, bı gəlir. Yapıncısı varımış, belə salıf çiyninə gəlir, 

girir  içəri.  –  “Salamməlöyküm”.  –  “Əleykümətsalam”.  Olar  hamısı 

smirna  durur.  Deyir,  ə,  Mənsim,  nə  iş  görürsən,  nağayrırsan?  Bəs 

sizə  deməmişəm  ki,  mənim  teritoryama  hərrənmiyin?  Deyir,  ə,  day 

sən  qoymursan  dana  biz  dolanağ.  Deyir,  ə,  nə  dolanmax.  Bı  devlət 

malıdı,  bının  öz  malı  döyül.  Bını  sən  yığıf  aparajaxsan,  bını  savax 

tutuf soxajaxlar dama. Onnan həmin qaçaxlar çıxıf gedir. 

 



 

47

59. QAÇAQ ŞAXMALI 

 

Şaxmalı  Nikalay  qaçağı  oluf.  Şaxmalı  qaçaxlığ  eliyəndə  Mir 



Cəfər  Bağırov  gələr.  Deyər  ki,  o  heç  kəsin  sözünə  baxan  döylü, 

bəlkə dayısı oğlunun  sözünə  baxar. Bağırov atama xəbər göndərir. 

Mir Cəfər Bağırov, Hüsü Hacıyev, bir də şoferi gəlir Tərtərə. Atamı 

götürüllər,  gəlillər  mamam  gilə.  Mamamın  adı  olur  Pəri  xanım. 

Yaxşı  yemək-içmək hazırrıyır. Atam Şaxmalıya sifariş göndərir ki, 

gəlsin. Hüsü Hacıyev də tez-tez abışkadan baxırmış. Bağırov deyif 

ki, Hüsü, Şaxmalı bıra tək gəlmir a, azı qırx atdıynan gələjəhdi. Bir 

də  görüllər  tappatap  gəldilər.  –  Bunu  mənə  mamam  danışırdı.  – 

Yeyif  içillər.  Bağırov  deyir,  Şaxmalı,  mənim  sənə  hayıfım  gəlir. 

Atına da mandat  verim, tüfəyinə də kağız  verim. Ağdam  deyirsən, 

Ağdama,  Kəlbəcər  deyirsən  Kəlbəcərə  rəis  göndərim  səni.  Özü  də 

Şaxmalı  ona  Bağırov  deyə  müraciət  etmiyif.  Deyif,  seyid,  ayağa 

dur.  Bağırov  duruf  ayağa.  Deyir,  istoldan  belə  gəl.  Gəlir.  Deyir, 

burda sana inanıram, amma sən istolun dalına keçəndə sənə inanmı-

ram. Mən də gedəjəm, sən də gedəssən. Mən bu quruluşa inanmıram. 

Bağırov  onun  boynun  qucaxlıyıf,  deyif,  get,  genə  fikirrəş.  Deyif, 

fikirrəşərəm, amma seyid, xeyri yoxdu. 

Şaxmalını  öz  mehtəri  öldürür.  Mehtəri  güdürmüş  bunu.  Su 

başına çıxanda mehtəri daldan onu atır. Üç gün onun meyidinə yaxın 

dura  bilmirlər,  ehtiyat  edirlər  ki,  birdən  bijlik  eliyər.  Heylə  oluf 

ölür.  

 

60. QAZANPAPAQ OĞLU 



    

İsgəndər  Qarabaği  Bərdədə  atriyad  naçalniki  olub.  Buna 

xəbər gəlir ki, Qazanpapaq oğlu Əyricədə filankəsin evindədi. Bun-

nar atdanıf gedillər ki, bunu tutuf gətirələr. Gəlib həmən evi müha-

sirəyə alırlar. Qazanpapaq oğlu da evin içindəymiş. İsgəndər Qara-

baği camaatın içiynən gedif gəlirmiş belə. Qazanpapaq oğlu çıxır, – 

gümüş  dəstəli  naqanı  var  imiş,  –  naqanı  əlində  sürahinin  üstündə 

duruf baxırmış. 




 

48

İsgəndər Qarabaği deyir: 



 Mən İsgəndər Qarabaği,  

 Axtarıram o Qazanpapaği. 

Biri deyir: 

– İsgəndər əmi, neyniyəjəhsən onu?  

Deyir: 

–  Onun  atasını  yandırıf  o  gümüşdəstə  naqanı  özüm  bağlıya-



jam belimə.  

Belə deyəndə Qazanpapaq oğlu deyir ki, İsgəndər əmi, o sözü 

bir də təkrarla. Baxır ki, başının üstündədi, naqan da əlində. Baxır, 

baxır, deyir: 

Mən İsgəndər Qarabaği, 

Olmuşam zəmanə qurumsaği. 

 

61-64. CƏBRAYIL QAÇAQLARI 

 

Qaçaq  Süleyman  kəndin  ağsakqalı  oluf,  yeddi  qardaş  oluf. 

Özü  də  o  tayfa  çox  qüvvətli  oluf.  Süleyman  kişini  Bağırov  çağırıf 

ki, saa vəzifə veririk, keç partiyaya. Bu da gedif Hacı Qasım Çələ-

binin yanına ki, Çələbi, maa belə bir iş təklif eliyirlər. Qasım Çələbi 

deyif  ki,  özün  bilərsən.  Süleyman  da  deyif  ki,  bir  ürəkdə  iki  bilet 

olmaz. Çələbi, mən sovet hökumətini boşadım.   

Bir  komandirin  arvadı  Rusiyetdən  gəlif  çıxmışmış  Cəbrayıla. 

Həmin gəlinin ərini Şıxlar deyilən yerdə doğruyullar, dərəyə tökül-

lər, atın aparıllar. Gəlinin ərini öldürən Şıxlar kəndinnən olur. Gəli-

nin  ərini  dərədə  gülləliyir,  sapoğun,  şinelin  də  götürüf  gəlir.  Gəlin 

də and içif ki, mən ərimin qanın elə alajam ki, onun əvəzi olsun. 

Bizim kənddə top qurmuşmuşlar ki, bütün kəndi ləğv eliyələr. 

Bağırov  gəlir  deyir  ki,  burda  olan  uşaqlar  sovet  hökumətinə  lazım 

olar, bir dayanın. O arvad gəlir çıxır ora. O deyir, gərək mən ərimin 

qanın  alam.  Onu  göstərillər,  bunu  göstərillər,  qadın  razılaşmır. 

Əşrəf Süleymanın balaca qardaşı olur. Teli varmış. O tərəfdən telin 

ata-ata gələndə Zülfüqar kişi deyir ki, Allah sənin evini yıxsın, səni 

kim çağırdı bura? Səni gülləliyəjəhlər. Arvad onu görən kimi deyir, 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə