Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   ...   119

 

5

görə  məlum  nağıllardan  xeyli  fərqlənir.  460A  (Bəxtin  axtarılması), 



760**  (Ofsanata  düşən  tikə),  827*  (Çobanın  həcc  ziyarəti),  834A 

(Kor canavarın qisməti), 930 (Yazıya pozu yoxdur) kimi geniş yayıl-

mış süjetlərlə yanaşı, Qarabağdan ilk dəfə toplanan süjetlərə də təsa-

düf  etmək  mümkündür.  Məsələn,  783*  (Əsli  hu),  934A  (Üç  ölüm), 

1358B  (Arvad  aşnasını  küpün  içində  gizlədir),  1736A  (Kefdən  qal-

maz)  süjetləri  bu  bölgədən  ilk  dəfə  qeydə  alınır.  Bu  nağıllar  bölgə 

haqqında təsəvvürlərimizi dolğunlaşdırmaqla yanaşı, süjetlərin yayıl-

ma arealını müəyyən etmək baxımından da əhəmiyyət daşıyır.   

Nağıldan  bəhs  edərkən,  xatırlatmaq  yerinə  düşər  ki,  bölgəyə 

təşkil  edilmiş  ezamiyyələr  həm  də  Abbas  Mahmud  oğlu  Abbasov 

kimi maraqlı nağıl ustasını tapmağımızla əlamətdar olub. Biz ondan 

bir-birindən  gözəl  altı  nağıl  qeydə  almışıq.  Həmin  nağıllar  bəlli 

süjetlər  əsasında  qurulsa  da,  təhkiyəsinə,  yeniliyinə  görə  ənənəvi 

variantlardan  xeyli  fərqlənir.  Məsələn,  “Üç  ölüm”  nağılının  Azər-

baycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas kişidən 

qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır. 

“İsgəndər  Zülqərnə”  nağılı  isə  kontaminasiya  baxımından  xüsusi 

maraq  doğurur.  Nağıl  İsgəndərin  şimala,  cənuba,  şərqə  və  qərbə 

səfər  etməsi  və  başına  gələn  macəralardan  bəhs  edir.  Söyləyici  bu 

üsulla  beş  süjetin  kontaminasiyasına  nail  olub  və  nəticədə  bənzəri 

olmayan bir nağıl nümunəsi ortaya çıxıb.  

Abbas  Mahmud  oğlu  Abbasov  1938-ci  ildə  Cəbrayıl  rayo-

nunun Soltanlı kəndində dindar bir ailədə anadan olub. Babası Hacı 

Abbas həcc ziyarətində, ana babası  məşhəd ziyarətində olub. Atası 

Mahmud kişi isə kəndin mollası olub. Dindar ailədə böyüdüyündən 

hələ kiçik  yaşlarından dinə xüsusi maraq göstərib, babasından, ata-

sından Quranın müəyyən surələrini öyrənib. 1958-ci ildə Azərbaycan 

Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi fakültəsinə 

qəbul  olub.  1962-ci  ildə  ali  təhsilini  başa  vurub  Soltanlıya  qayıdıb 

və  30  ildən  artıq  Soltanlı  kəndində  ibtidai  sinif  müəllimi  işləyib. 

İxtisasının  müəllim  olmasına,  səkkiz  kəndin  metodisti  işləməsinə 

baxmayaraq, əhali arasında müəllimdən daha çox molla kimi tanınır. 

Ona  görə  də  hamı  onu  Molla  Abbas  deyə  çağırır.  Abbas  kişinin 



 

6

dediyinə  görə,  atası  dünyasını  dəyişəndən  sonra  kənddə  molla  ol-



madığından yas yerlərinə gizlin gedib fatihə verər, Quran oxuyarmış. 

1993-cü ildən sonra isə sərbəst mollalıq etməyə başlayıb. Danışdığı 

nağılları  atasından  eşidib.  Güclü  yaddaşı  sayəsində  bir  dəfə  eşit-

məklə onları yadında saxlaya bilib. 

Abbas kişi indiyə qədər qarşılaşdığımız söyləyicilərdən fərqli 

olaraq, mətnə münasibətdə professional söyləyici kimi çıxış edir və 

mükəmməl  bilmədiyi  mətni  qətiyyən  söyləmir.  Bu  səbəbə  görə  ilk 

görüşdə  ondan,  demək  olar  ki,  heç  nə  yazıya  ala  bilmədik.  Uzun 

müddət  ifa  etmədiyindən  bəzi  nağılları  unutduğunu  və  ya  qismən 

xatırladığını  bildirərək  daha  yaxşı  hazırlaşmaq  və  nağılı  tam  yada 

sala bilmək üçün bizdən möhlət istədi. Növbəti görüşümüzdə ondan 

“İsgəndər Zülqərnə”, “Üç vəsiyyət”, “Abid və çoban” nağıllarını, bir 

neçə  gündən  sonra  təkrar  görüşümüz  zamanı  daha  üç  mətn  –  “Üç 

məsləhət”, “Yetim oğlan” və “Üç ölüm” nağıllarını yazıya aldıq.  

Kitabda,  həmçinin  Qarabağ  layihəsi  çərçivəsində  toplanan 

nağılların  süjet  göstəricisi  verilib.  Göstərici  üçillik  toplama  fəaliy-

yətinə  yekun  vurmaqla  yanaşı,  bölgədən  qeydə  alınmış  süjetlərin 

əyani  mənzərəsini  yaradır.  Layihə  çərçivəsində  bölgədən  350-dən 

artıq nağıl  yazıya  alınıb (Folklor  İnstitutunun  arxivində  saxlanan  və 

topluya  daxil  edilməmiş  nağıllar  istisna  olmaqla),  Əli  Rəmdar  oğlu 

Süleymanov, Musa Şükür oğlu Bayramov, Narış İsa qızı Bayramova 

kimi zəngin repertuara malik nağıl söyləyiciləri aşkaq edilib. Bölgə-

dən 300 nağıl süjeti toplanıb ki, bunların da 39-u  yeni nağıl süjetlə-

ridir. Bundan  başqa,  indiyə  qədər bir  və  ya  iki  variantı  məlum  olan 

40-dan artıq süjetin yeni variantları toplanıb. Söyləyicilərin tərkibinə 

diqqət  yetirdikdə,  kişilərin  fəallığı  diqqəti  cəlb  edir.  Belə  ki,  nağıl 

yazıya alınmış 128 söyləyicinin 59 faizini kişi, 41 faizini qadın təşkil 

edir. Nağıl söyləyicilərinin böyük əksəriyyətini təhsili olmayan və ya 

orta  təhsilli  adamlar  təşkil  edir.  Bölgədən  yazıya  alınmış  nağılların 

85  faizi  məhz  bu  qrupa  məxsus  adamlardan  toplanmışdır.  Ən  yaxşı 

nağıl  söyləyicilərimizin  də  təhsilsiz  və  ya  az  təhsilli  olmaları  nağıl 

janrının bu qrup insanların repertuarı üçün xarakterik olduğunu söy-

ləməyə əsas verir.   



 

7

MİFOLOJİ MДTNLДR, ДFSANДLДR, 



RДVAYДTLДR 

 

1. QIZIL ÖKÜZ 

 

Rəhmətlik mamam



1

 ağlıyanda deyərdi ki, 

Dəryada bir gül ağacı var, 

O da su deyif ağlar. 

Mən soruşdum ki, mama, o nə sözdü? Həm deyirsən dəryada 

bir gül var, həm də deyirsən su deyif ağlar. Dedi: 

– Bala, bu dünya bir qızıl öküzün üstündə duruf. Əgər o ökü-

zün  bir  dənə  tükü  dəbərsə,  bu  dünya  həmən  gün  alt-üst  ola  bilər. 

Öküzün belində bir gül ağacı var, onun da üstündə bir saj var. Dün-

yada nə qədər su var, hamısı həmən o sajın içinə axır. O saj, deyir, 

qızıl pul kimi qıpqırmızıdı. Hələ o su sajı doyurmuyuf. O saj sudan 

doya ki, gülə su gedə. 

 

2. ALLAHIN AD PAYLAMASI 

 

Allah bir gün ad paylıyırmış. Siftə müsəlmanı çağırır. Müsəl-



man getmiyif, rus gedif. Rus deyif: 

– Mənimçün qulluğ? 

Deyif: 

– Qulluğu verdim saa, yer get. 



Sabah  yenə  müsəlmanı  çağırır.  Müsəlman  getmiyif,  erməni 

gedif. Deyif: 

– A Astos, başına dönüm, maa nə peşə?  

Deyif: 


– Peşəni də verdim sana, yer get. 

 Soora müsəlman  gedif. 

Allah deyif: 

– Ə, səni sırağaynan çağırıram, niyə gəlmirsən?  

                                                

1

 



Mama – bibi  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə