Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   ...   119

 

8

Deyif: 



–  Başına  dönüm  Allah,  yaman  işim  vardı.  Yarımçıq  qoyuf 

gələ bilmədim. 

Deyif: 

– Yer get, işi də verdim sana. Get işdə, canınnan əlləş.  



 

3-6. QULEYBANI 

 

Mən  quleybanini  bir  neçə  dəfə  görmüşəm.  Bıtraxlı  bir  qadın 



idi, bədəni çılpax idi, tük basmışdı. Başının tükün bıtrax elə tutmuş-

du ki... Saçı da yernən gederdi. Canavardan qorxordu, bizə səmt gə-

lerdi, biz də onnan qorxordux. Özü də  yol qırağında olur. Bir dəfə 

Abbas nəsə bir iş törətmişdi. Məni çağırmışdı ki, gəl mənnən prak-

rorun  yanına gedək. Göbələyin

2

 yanınnan gedirdik. O (quleybani – 



top.) bizdən əl çəkmədi. İki də canavar vardı. Biz canavarı da görör-

dük, bir az gəyən qarannığ

3

 idi. O, qorxusunnan bizə səmt gəlerdi ki, 



canavar bunu tutmasın, biz də onnan qorxordux. Abbas kişi çığırdı 

ki,  bizi  canavar  yeyir,  köməyə  gəlin.  Bir  tüfəy  atdılar,  canavarrar 

aralandı.  Onnan  bir  neçə  gün  soora  buralarda  qoyun  otarırdıx.  Bir 

dəfə  getdik  ki,  başının  tükləri  qalıf,  bir  də  topuğunun,  boynunun 

sümüyü qalıf. Qalan hissəsini canavar yeyif.  

 

4.  

Dağlarda  “Allah,  hoy,  Allah,  hoy”  deyə-deyə  gəzir.  Bir  dəfə 

dağda  qoyun  otarırdıq.  Alaçıxda  idik.  Çoban  yoldaşım  gəldi  dedi 

ki,  ə,  bu  Allah  hoy  gəlif  buralarda  hərrəner.  Qorxurdux  deyə  ona 

yaxın  gedə  bilmerdik.  Biz  burda  oturordux,  o  da  orda.  Çörəyi 

qoyordux daşın üstünə, gəlif görördük çörək yoxdu, yeyif.   

 

5.  

Mən heyvan otaranda onu tez-tez görürdüm. Canavar görəndə 

qaçıf  adama  pənah  gətirerdi.  Elə  bircə  deyirdi  «Allah,  hoy,  Allah, 

                                                

2

 Beyləqan rayonunda yer adı. 



3

 Gəyən qaranlıq – alatoranlıq  




 

9

hoy».  Neçə  dəfə  görmüşəmsə,  həmmişə  “Allah,  hoy”  deyifdi. 



Qorxuf sənə pənah gətirəndə heylə deyirdi.  

Paşa addı bir  yoldaşım  vardı,  mal otarırdıx. Çörək götürmüş-

düm  ki,  elə  orda  yeyək.  Dedim,  ə,  surfa  salım,  gəl  çörək  yeyək. 

Dedi,  qoy  mən  çölə  çıxım,  gəlerəm.  Getdi,  bir  azdan  qayıtdı  ki,  ə, 

buna  bax  ey.  Dedim,  ə,  nədi?  Dedi,  “Allah,  hoy”  eliyən  burdadı. 

Dedim, ə, buralarda canavar var, o bizə pənah gətirer, qorxma onnan. 

Dırnaxları o qədər uzunuydu ki, hara vursa, elə ordan deşif çıxarmış. 

Əynində heç nəyi  yoxuydu. Sallax döşü vardı. Oturordu, pıtraxların 

təmizzerdi.  Canavar  buna  təpinerdi  ki,  bunu  yiyə.  Özün  soxordu 

pıtraxlığa. Biz onnan qorxmordux. Bilirdik ki, bu adamyeyən döylü. 

Gözü həmişə bizə baxerdi. Qorxumuzdan çörəyi aparıf onun qaba-

ğına qoyammırdıx, qoyordux daşın üstünə, çıxıf gederdik. Bir azdan 

soora  gəlif  görördük  çörək  yoxdu.  Elə  bizim  dalımıza  düşüf  gəlif 

obanın böyründə yaterdi. İt nəfəsi olan yerdə yaterdi ki, it bunu qo-

rusun. İt canavara hürürdü, amma ona hürmürdü.  

 

6.  

Biz  dağda  əsgərlikdə  olanda  gəlif  kazarmanı  daşdıyırdı.  Gö-

rürdük şappaşap daş  yağır. Səhər açılanda çıxerdik, axtarerdik, daş 

nə  gəzerdi.  Soora  kamandirlər  çıxdılar,  dedilər  ki,  görək  bu  nədi? 

Kəşfiyyatın kamandir rotası vardı. O, deyir, mən düşdüm onun dalına, 

ağzı  yuxarı qaçırdı. Yoxuşa qalxanda ayağımı daşın üstünə qoyan-

da  daşın  üstü  də  mamır  bağlıyıf,  mən  sürüşdüm  yıxıldım.  Qayıtdı 

əlini  uzatdı  məni  qalxızdı,  soora  çıxdı  getdi.  Dedi,  tüklü  adam  idi, 

özü də çılpax idi.  

O cür hər axşam kazarmanın şiferin gəlif takqıldadırdı. Elə bil 

onnan zövq alırdı. 

 

7-8. YER QULACI 

 

Ana babam danışerdi. Bir dəfə kəndə  yaxınnaşanda görör bir 

keçi balası var. Deyif, səni, bu, obadan qalıf ey. Atın üstünnən əyi-

lir, bunu götürür qoyur qucağına. Buynuzdu balaca çəpiş imiş. Kəndə 




 

10

çatanda  görör  at  getmer,  iniller.  Geri  baxır  ki,  birdən  atı  daldan 



canavar tutar. Görör yox, çəpiş dal ayağıynan qarmalıyıf yeri, bunu 

öldürmək  isteer.  Tez  xançalı  çıxardır,  başınnan  vuror  qarnın  cırer, 

tullor yerə, gəler. Qabağına Hajı Heydər çıxer. Deyir: 

– Ə, qorxmusan, nədi?  

Deyir: 

– Hajı Heydər, hal-qəziyyə belə-belə.  



Deyif: 

– Ə, o yer qulacıdı, keçi balasına oxşuyur. Nə yaxşı səni sürü-

yüf öldürmüyüf? 

Deyir: 


– Bəs, cəld tərpəndim.  

 

8. 

Dəyirmanda  dəyirmançı  işdiyirdim.  Bərdəyə  bazara  gedəjey-

dim,  qoyun  aparajaydım.  Axşam  nobatçıları  yığdım,  olara  tapşırı-

ğımı  verdim,  çıxdım  gəldim.  Gejə  saat  üç-dörd  olardı.  Gəldiyim 

yerdə  gördüm  ki,  Göbələkdən  bir  az  yuxarıda  yolun  qırağında  bir 

pişik var. Gəldi mana sürtündü. Dedim, Allahın heyvanı, nağarırsan? 

Xeylağ gələnnən soora gördüm çiynimdədi. Göbələkdən bir xeylağ 

bəri  keçəndə  gördüm  bu  ağırrıx  eleer  mana.  Dedim,  əşi,  gederem 

dana, görək nətər olajax. Onda bildim ki, bu ayrı şeydi. Bir xeylax 

gələnnən  soora  gördüm  bunun  qılçaları  uzanıfdı,  ağzın  da  qoyuf 

çiynimə. Qıçımı bir  yerə  yığıf  məni  yıxmaq istiyir. Get-gedə nəfə-

sim kəsilerdi. Ağzını üzümə sürtör, boğazıma sürtör. Gözdörəm ki, 

havaxt  boğazımnan  tutajax.  Fermaya  çatanda  gördüm  məni  üstəli-

yir.  Bir  gobud  səs  çıxardım.  Səs  çıxardanda  Cümşüd  dayımın  öyü 

ordoydu. İt qalxdı. İt mana çatanda bu belimnən düşür, it də düşür 

bunun dalına.  Amma ora çatana qədər ayağıynan üç dəfə məni qa-

marrıyıf yıxmağa çalışdı. Burda Əhməd kişi vardı. Dedi, o goreşən 

kimi bir şeydi. Hər şəkilə düşə bilir. Nə  yaxşı onnan salamat çıxıf-

san?  Dedim,  nə  bilim.  Mən  onu  pişik  bilmişəm.  Mən  onnan  azad 

olannan soora bir saata  yaxın orda qaldım. Həyəcannan, onun ağır-

rığınnan o dərəcə tərləmişdim ki, elə bil məni suya salıf çıxardıfsan. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə