Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   ...   119

 

17

20. CİN DƏYİŞƏYİ 



 

Bizim  bu  kənddə  bir  kişi  vardı,  üş  dənə  oğlu  oldu.  Onun  bir 

dənə uşağına kənddə hamı deyirdi bu cin dəyişəyidi. Uşağa baxan-

da adam qorxurdu. Həm də uşaq böyümürdü. Özü də tutduğu adamı 

buraxmırdı. O vaxtı anam deyirdi ki, o uşağı anadan olanda cin də-

yişdirif, o cin dəyişəyidi. Yatmaq vaxtı çatanda başın qoyurdu yerə. 

Yatışı o idi. Da uzanım, oturum yox idi. On-on beş yaş yaşadı, soora 

öldü. Deyilənnərə görə, anadan olanda cinlərin o uşaqdan xoşu gəlir

onu  qəşəng  bilirlər.  O  uşağı  o  qədər  çox  istiyirlər  ki,  özlərinin  pis 

uşağınnan onu dəyişdirillər.  

Uşağa cin  toxunmaması üçün çiy  yumurtanı  suyun  içində bir 

istəkanda qoyursan uşağın başı üsdünə. Uşağın qırxı çıxınca yumurta 

qalır başı üsdündə. Bir də otağa süpürgə qoyursan ki, cin uşağa to-

xunmasın. 

 

21. QIZIL TAPAN 

 

Dərgah kişi danışırdı ki, Zibeydə mamam Ağcabədinin Xoca-



vəndinə ərə getmişdi. Deyir, Örənqalada qoyun otarırdıx. Təzə qal-

xozdux gəlifdi. Məni çağırdılar ki, gəl qoyunu sağ. Getdim qoyunu 

sağmağa. Quzu  yatışmışdı. Mənnən kiçik bajım vardı. Buna dedim 

ki, quzunu gözdə, birdən ayannan qalxar, gəlif qoyuna qarışar. Qu-

zunu yığdım ayana. Yığanda gördüm ki, yerdə qızıl pul var. Götdüm, 

deyir,  o  üzünə,  bu  üzünə  baxdım  ki,  bu  xamdı,  hələ  işdənmiyif.  O 

həndəvərdə  xeylax  hərrəndim,  deyir.  Gördüm  bir  quzu  qabax  aya-

ğınnan yeri eşələyir. Eşələdikcə yerdən beş-altı dənə qızıl pul çıxdı. 

Gəldim baxdım ki, balaca küpdü. Ağzının qapağın quzu qırıfdı, bir 

neçə dənə qızıl pul da yerə düşüfdü. Nişana qoydum, deyir. Getdim 

atama dedim ki, qarağanı topa  yığmışam, üstünə də mal poxu qoy-

muşam. Gedək o küpü çıxardax. Getdik  çıxartdıx, deyir, on  yeddi, 

on səkgiz kilo qızıldı. Onnan, dedi, varranmışıx. 

 

 




 

18

22. CANAVARIN GÜCÜ 

 

Canavarın gücü var, itin iy bilməsi. Rəvayətə gora canavar itə 



deyif  ki,  sən  iy  bilməni  ver  mana,  mən  güjümü  verim  sana.  İt 

vermiyif. Deyir, mən bilən iyi sən bilsən, dünyada heyvan qalmaz. 

Ona gora canavar gəzir, urcahına nə çıxdı onu yeyir. 

 

23. BUYNUZLU İLAN 

 

Rəhmətdiy  Səfər  kişi  varıdı.  Elə  Molla  Səfər  də  deyirdilər, 



Loğman Səfər də. Bir dəfə qəbirsannıxdan gələndə bir buynuzdu ilan 

bunu  qovub  kəndə  gətirif.  O,  soora  söhbət  eliyirdi  ki,  mən  belə 

şeylər  çox  görmüşəm.  Bir  dəfə  Şəmkirin  İlmaşdısında  –  Göyçədə 

ajdıx, susuzdux vaxtı köçürdük ora, orda yaşıyırdıx, – bir səhər dur-

dux ki, bütün  yolu ilan götürüfdü. İlannarın qabağında da iki dənə 

buynuzdu  ilan  var  idi.  Millət  qaçarağa  düşdü  kü,  kəntdən  çıxalar. 

Ağsakqallar  dedi  ki,  dəymiyin,  çünkü  bunlar  hardansa  döyüşdən 

gəlillər,  bunların  içində  quyruğu  olmıyan  yaralılar  çoxuydu.  Hətta 

deyir,  bir  neçə  ovsunçu  onnarın  arasınnan  keçif  getdi  ki,  camaat 

qorxmasın. İlannar da, deyir, elə bil yarıldı, onnara yol verdi. Onnan 

soora ilannar ötdü getdi. 

               



24. İLANIN BAŞ AĞRISI 

 

Süleyman peyğəmbərə şikayət eliyiflər ki, ya peyğəmbər, başına 



dönüm, bu ilanlar camaatı narahat eliyir, sancır, öldürür. Bir çarə qıl. 

Deyir: 


– Yaxşı.  

Süleyman  peyğəmbərin  icazəsi  olmasa,  ilanlar  bizi  vurmaz. 

Çağırır bütün ilanları. Hər gələn ilannan soruşur ki, su içmisən? Biri 

deyir filan yerdə içmişəm. Deyir: 

– Yox, səndə zəhər olmaz.  

Biri deyir: 

– Bu yuvadan çıxıf o yuvaya girəndə belimə bir damcı şeh düşüf.  



 

19

Deyir: 



– Yox, o da zəhərə təsir edir.  

Gürzənin  pastayannı  başı  ağrıyır.  Çünki  ona  Süleyman  pey-

ğəmbərin  qarğışı  keçif.  İlanları  çağırıf  tobalatma  verif,  amma  nə 

qədər minnət eliyif, gürzə gəlmiyif. Deyif: 

– Get, sənin həmişə başın ağrılı olsun.  

O, su görmüyüfmüş.  

 

25. İLAN BALIĞI 

 

Peyğəmbər  hardansa  gəlirmiş.  Dəstəmaz  alır,  namaz  qılanda 



üzüyü  çıxardır  qoyur  suyun  qaşına.  Üzük  sürüşüf  suya  düşür.  Ha 

əlini atır, üzüyü tuta bilmir. Deyir: 

–  Get,  səni  balıq  ol,  dumannan  dumana  gəl,  özü  də  sünnüyə 

qismət ol.  

 

26. PEYĞƏMBƏR VƏ TOYUQ 

 

Peyğəmbər  qapıda  oturufmuş.  Görür  ki,  toyuğun  heç  başı 



yuxarı qalxmır. Çağırır bir uşağı, deyir: 

– Bunu aparın atın anbara, görək bunun gözü doyajax? 

Aparır  atır  anbara.  Peyğəmbər  gedif  baxır  ki,  toyux  yeyif 

doyuf. Amma anbarda özünə bir gün ağlıyır. Deyir: 

– Daim başın aşağı olsun, quyruğun yuxarı.  

Ona görə toyuq doysa da, doymasa da, başı aşağıdı, quyruğu 

yuxarı. 

 

27. İNCİL AĞACI 

 

Yezid  ayannan  gələndə  İmam  Hüseynin  bir  cüt  balası  qaçır 



çıxır incil ağacına. Yezid gəlir, baxır o tərəfə, bu tərəfə. İncilin yar-

pağı iridi axı, uşağları görmür. Uşağları gizlədiyi üçün İmam Hüseyn 

incili alqışlayıf. Deyir: 

– Səni get, ildə üç dəfə bar ver.  




 

20

İndi incil ildə üş dəfə bar verir. Siftə verir vərəncil – yekə-yekə 



incillər olur, o yeyilmir. Soora verir incil. İncildən soora qəmədiyə-

qəmədiyə bir şeylər gətirir.  

 

28. HƏZRƏT ƏLİ VƏ GÜNÜ 

 

Biri  öz  yoldaşının  üstünə  günü  gətirir.  Öy  yiyəsinin  zəhmi 



ağır olur axı. Günü qapıdan içəri girəndə qadının zəhmi onu basır. 

Başına  döndüyüm  görür  ki,  günü  əsərrəndi,  uje  yıxılır.  Yıxılanda 

əlini dayax verir. Ona görə də sonradan gələnə heç nə olmur. Çünki 

sonradan gələnin kürəyində Əlinin əli var.  

 

29. DOVŞANIN YARANMASI 

 

Bir  gün  Məhəmməd  peyğəmbər  bütün  peyğəmbərrəri  yığıf 

iclas aparırmış. Göydən bir  vəhşi  yenir, gəlir Məhəmməd peyğəm-

bərin  hüzuruna.  Qanatdı  quşumuş,  başı  itə  oxşuyurmuş.  Məhəm-

məd peyğəmbər oturur bunun üsdündə, qalxır havaya. Məhəmməd 

peyğəmbər gedir, bir müddətən soora qayıdır. Buna sual verillər ki, 

o nəyidi? Deyir ki, məni apardı göyün yeddinci qatına. Gördüm bir 

oğlan oturuf, əlində qələm taleh  yazır. Dedi ki, ya Məhəmməd, bir 

nəfər adamın talehin yazıram, qələmin uju partdıyır, yaza bilmirəm. 

Ona görə mən deyəjəm, sən yaz. Deyir ki, yaz ki, gedəjəh bosdana, 

ağaj suvarajax, gələjəh, çay içif çörək yeyəjəh. Arvada deyəjəh döşək 

sal  uzanım.  Arvad  döşək  salajax,  uzanajax,  orda  canın  tapşırajax. 

Məhəmməd  peyğəmbər  deyir,  bəs  o  kimdi?  Deyir,  o  sənsən.  Belə 

deyəndə Ömər yerdən qalxır:  

– Ya peyğəmbər, sən yalan danışırsan, sən cadukunsan, – deyif 

məclisdən  çıxıf  gedir.  Bu  gedir  görür  ki,  arvadı  xamır  yoğurur. 

Arvadı deyir ki, a kişi, suyum qutarıf, aftafanı  götür, çarhozdan su 

gətir, xamır  yoğurum. Kişi aftafanı doldurur, qoyur çarhovuzun qı-

rağına.  Xoşu  gəlir,  girir  çarhovuzda  çimir.  Çıxıf  görür  ki,  bu  oluf 

bir zənən. Paltarın geyir qaçır. Asta qaçana yol qənim. Gedir, görür 

bir əkinci əkin əkə-əkə ağlıyır. Deyir: 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə