Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   10   ...   119

 

21

– Əşi, niyə ağlıyırsan?  



Deyir: 

– Arvad ölüb, uşaxlar qalıf yetim, uşaxları saxlıyan yoxdu.  

Deyir: 

– Mən arvadam da, məni apar, uşaxları saxlıyım.  



Öməri götürüb gəlir. Bir müddət uşaxları saxlıyır. Ömərin də 

gəlir  bu  kişidən  bir  oğlu,  bir  qızı  olur.  Uşaxlar  üş  yaşına  catanda 

Ömər  gedir  çarhovuzdan  su  gətirməyə  uşaxları  yumağa.  Xoşuna 

gəlir,  girir  çimir.  Çıxır  görür  oluf  həmən  Ömər.  Qayıdıf  kişinin 

yanına  getmir,  paltarını  geyinir,  qacır.  Gəlir  görür  Məhəmməd 

peyğəmbər söhbət eliyir. İsdiyir üzr isdiyə Məhəmməd peyğəmbər-

dən. Məhəmməd peyğəmbər deyir: 

– Lazım dəyil, Ömər, ged otur.  

Aradan  bir  az  kecənnən  soora  görür  həmən  kişi  uşaxlar  qu-

cağında gəlir. – “Ya Məhəmməd, arvad qaçıf, uşaxlar qalıf əlimdə”. 

Deyir: 

– Uşaxları burax, analarını tapajeyih.  



Uşaxları  buraxır.  Uşaxlardan  biri  gedir  Ömərin  sağ  qıçının 

üsdə  oturur,  biri  gedir  sol  qıçının  üsdə  oturur.  Ömər  başını  aşağı 

tikəndə deyir: 

– Ömər, başını aşağı tikmə. Ey allahın heyvanı, durun gedin.  

Onların  biri  olur  erkək  dovşan,  biri  dişi  dovşan.  Biri  birini 

qova-qova çıxıf gedillər. Dovşan, bax, Ömərin balasıdı, onnan əmələ 

gəlmədi.  

 

30-32. CƏRCİZ PEYĞƏMBƏR 



 

Cərcis peyğəmbər Həzrət İsanın dövründə  yaşıyıb. Amma bu 

qəbrin tapılması 1907-ci ilə təsadüf edir. Türbəni də Aşıqlı kəndin-

nən  Hajı  Qulu  kişi  inşa  etdirib.  Bunun  tapılmasında  da  bir  sıra 

möcüzə var. Mən yaşdı adamlardan eşitmişəm. Deyir ki, Hacı Qulu 

haca  ziyarata  gedif.  Orda  Hacın  alimləri  deyiflər  ki,  sizdə  Cərcis 

peyğəmbər  var.  Onu  tapıf  ziyarət  eləsəniz,  elə  bil  ki  hacı  ziyarət 

eləmisən. Hacı Qulu da deyir ki, nətər tapax? Axı, Azərbaycan bö-




 

22

yük  ərazidi.  Orda  alimlər  deyir  ki,  o  qəbir  Bakıynan  Yerevan  ara-



sındakı  orta  məsafədə  olmalıdı.  Bakıynan  Yerevan  arasındakı  orta 

məsafə də bu əraziyə düşür.  

Hacı Qulu ordan gələnnən soora axtarış aparır. Onda da burda 

yaşayış  olmuyuf.  Düzənnik  oluf.  Hacılarnan  bahəm  gəlillər,  bura 

çatanda görüllər ki, çoxlu ceyran sürüləri  yatışıf burda. Bu ceyran-

lar  atlıları  görəndə  hürküşüf  qaçıf.  Bir  təkə  ceyran  qalır.  Bu  təkə 

ceyran  iki  əlləri  üsdə  qalxır,  başdıyır  yeri  eşməyə.  Bular  fəhmnən 

deyillər  ki,  o  ceyran  bizə  peyğəmbərin  qəbrin  nişan  verir.  Gəlillər 

ora, bir  nişangah daş qoyullar. Soora Hacı Qulu kişi qərara  alır ki, 

burda bir türbə inşa eləsin. Qəbri düzəltdirir. Təbrizdən Usta Həsən 

Təbrizi addı usta gətizdirir.  Türbə dörd ilə tikilir. 1907-də başdıyır 

1911-ci  ildə  qutarır.  Bunun  kərpici  Ağcabədidən,  Bərdədən  kəl 

arabasıynan  daşınıf  gətirilir.  Başqa  hacılar  da  buna  kömək  eliyir. 

Türbəni tikif qutarır, minarələrin  yerini qoyur ki, bünövrələr bərki-

sin,  minarə  onun  üstündə  tikilsin.  Hacı  Qulunun  atası  Hacı  Qur-

banın  qəbri  də  türbənin  içindədi.  1911-ci  ildə  türbəni  tikif  qutarıl-

lar. Onnan soora camaat gəlir buranı ziyarət eləməyə. Onnan soora 

Usta  Həsən  dünyasını  dəyişir.  Minarələrin  özülü  qoyulur,  amma 

tikilmir. Camaat həmişə yaylağa gedəndə gəlif buranı ziyarət eliyif 

gedərdi.  Öz  ağırlıqlarını  yığarlarmış  bura,  qayıdanda  gəlif  götürəl-

lərmiş, heş kim toxunmazmış olara. 

Cərcis peyğəmbərin ölümü belə olur. Onu öldürüblər, genə di-

rilib. Axırda onu öldürüblər, tikə-tikə doğruyub yığıblar bir turbanın 

içərisinə. Cərcis peyğəmbər  Allahdan istixasə eliyir ki, pərvərdigarə, 

bu  qövm  mənə  iman  gətirmir.   Diriltmə  məni  da.  Ağsakqalların de-

diyinə görə, peyğəmbərin salındığı həmin quyu kümbəzin içindədi. 

 

31.  

O zamannarı bu yerrərdə ceyran çoxuydu. 41-45-ci illərdə mən 

heyvan  otarerdim,  ceyran  gəlif  quzuynan  qulax-qulağa  otduyurdu. 

Bizdən hürkmerdi, ayannan atdı gələndə gəlif bizə sığınırdı. Cana-

varı  görəndə  sürü  bizə  pənah  gətirerdi.  Ceyranı  tutmax  üçün  güllə 

atmermışlar. Qaçan atdarı sallermışlar, ceyranı təhliyən kimi yatermış.  




 

23

Gənə  heylə  Füzulinin  Qərbənd  bəylərinnən  dörd-beş  atdı 



gəler  ki,  ceyran  ovluya,  apara.  Bular  burda  at  sallıyanda  ceyran 

yater.  Bu  kişi  gəler  ki,  ceyranı  tuta.  Gələndə  görör  ki,  bu  ceyran 

yaşıl  rəngdədi.  Deyir,  pissimillah,  pissimillah.  Yoldaşdarı  bunun 

dalınca  gəler.  Kişi  gözün  silif  bir  də  baxanda  görör  indi  qırmızı 

rəngdədi. Bax peyğəmbərin qəbrinin tapılma tarixi belə oluf. Onnan 

soora həmin yerə nişana qoyullar. Ceyrana dəymillər. Qayıdıf gedel-

lər,  ordan  adam  götürüf  gəlellər.  Gəlif  nişananı  qazanda  peyğəm-

bərin üstündə bu boyda daş var, o daşı tapırlar.  Bura da Hacı Qur-

banın düşərgəsi idi. Hacı Qurban qabaxca bir balaca kümbəz tikdirir. 

Hacı  Qurban  130  yaş  yaşıyır.  Ölənə  yaxın  deyir  ki,  oğul,  saa  bir 

vəsiyyətim  var,  bu  peyğəmbərin  üstündə  böyük  bir  kümbəz  tikdir. 

Ağdamdan o tərəfdə Tuğ deyillər. Oraya çıxanda peyğəmbərin qüb-

bəsin qızıldan qoymuşlar, o bərq vuranda ordan görörmüşlər. Həmən 

qızılı  rusdar  götürdü  apardı. Kümbəzin  kərpici  Ağcabədidən,  Örən-

qaladan  kəl  arabasıynan,  dəvəynən  daşınıf  gətirilif.  Hər  kəl  araba-

sına görə dörd qoyun  verirmişdər. Mənim dədəmin anası Hajı Qu-

lunun  kiçik  bajısıdı.  O  deyirdi  ki,  peyğəmbərin  kümbəzi  dörd  yaz 

tikilif.  Martdan  başdıyırdı  mayın  axırınatan  iş  gederdi.  Bünöyrə, 

deyir,  bir  ilə  qazıldı.  Ümumiyyətnən  dörd  ilə  tikildi.  Özü  də  ona 

sement getmiyif,  yumurttoynan tikilif. İçinin  yaxşı bəzəkləri  vardı, 

hamısını rusdar dağıdıf.  

 

32.  

Peyğəmbəri Hajı Qulunun atası tapıf. Gedif Məkkəyə ziyarətə. 

Orda  buna  deyiflər  ki,  Beyləqan  xarabalığının  gün  çıxan  tərəfində 

üç  təpə  var.  Orda  bir  qərib  peyğəmbər  rəhmətə  gedif.  Siz  orda  bir 

şərait yarada bilsəniz buraya gəldiyinizdən üstündü.  

Gejə  çobannar  qoyunu  yaylıma  verif  otaranda  görüllər  orda 

məşəl  yaner.  Oraya  işarə  qoyuf  gəlif  Hajı  Qurbana  deyiflər.  Hajı 

Qurban  gedif  görüf  orda  quyu  nişanəsi  kimi  yer  var.  Məkkədə  də 

deyiflər  ki,  onu  axırıncı  dəfə  quyuya  atıflar.  Həzrəti  Cərcis  pey-

ğəmbər  tək  allahlığı  yaymaqdan  ötrü  bu  əraziyə  gəlifmiş.  O  hara 

gedirdisə,  onun  başının  üstüynən  göy  quş  uçurmuş.  O  ərazidə  quş 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə