Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   4   5   6   7   8   9   10   11   ...   119

 

24

yoxa çıxıf.  Təkallahlığın əksinə gedən adamlar  düşüf bunun dalına 



ki, bunu öldürəllər. O da gəlif orda  yoxa çıxıf.  Hajı Qurban həmin 

quyunun  üstündə  balaca  bir  kümbəz  yapır.  Özü  rəhmətə  gedəndə 

oğlu Hajı Qulu həmin kümbəzin böyründə atasını dəfn eliyir.  

Soora  Hajı  Qulu  kişi  gedif  Məkkəyə.  Ona  da  həmin  sözü 

deyiflər. O da deyif, atam orda kümbəz  yapıf.  Deyiflər, orda  yaxşı 

şərait  yarat. Hajı Qulu kişi həddinnən artıx varranıf. Gəncədə buna 

stol veriflər. Gedif İrannan seyid Mir Həsən addı usta gətirif. Bina-

nın  bünövrəsin  qoyuf  başdıyıf  tikməyə.  Bina  içəridən  səkgizguşəli 

ulduzdu,  çöldən  dördguşəli.  Yonü  qibləyədi.  Binanı  elə  tikiflər  ki, 

içəri  zülmət  qaranlıq  idi.  Onun  tavanı  kaşə  bəzək  oluf,  füsünkar 

gejə qarannığını xatırladırdı. Binanın çöl tərəfin kərpicin Ağcabədi-

dən,  içəri  tərəfinin  kərpicini  isə  Örənqaladan  atnan,  arabaynan 

daşıtdırıf. Özünün arzusu oluf ki, onun qabax tərəfində iki dənə mi-

narə olmalıdı. Hajı Qulu dünyasını dəyişdiyinnən minarələri tikdirə 

bilmir.  Binanın  qabağında  sağ  və  sol  tərəflərdə  minarəyə  qalxmaq 

üçün iki pilləkən  var. Sağ  tərəfdəki pilləkənin ayağını  özünə götü-

rüf,  sol  tərəfdəki  pilləkənin  ayağını  isə  kümbəzin  ustasına  verif. 

Deyif, usta, alacağın hakdan əlavə, burda ölsən bu pilləkənin ayağı 

sənindi.  Usta  da  tavanın  bəzəyini  vuruf  gedif  İrana.  Orda  onnan 

başqa altı dənə otaq tikdirif gəlif-gedən qalsın. Camaat dağa köçən-

də nə ağırrığı  vardısa, gətirif ora qoyurdu. Orda bir zincir  var. Nə-

nəmin dediyinə görə, o zincir içərini işıqlandırmaq üçündü. Otuzluq 

lampanı  asırdılar  onnan,  otağın  içini  işıqlandırırdı.  Binanın  üstünə 

güzgü qoyulmuşdu. Günorta Ağdərədən baxanda güzgü burda bərq 

vururdu.  

 

33. PEYĞƏMBƏR VƏ ÇOBAN 

 

Peyğəmbər dərə  yuxarı gedirmiş. Görür ki, bir çoban dərənin 



içində alaçıx  tikir. Deyir ki, ay bala, niyə dikin  üstündə tikmirsən? 

Birdən sel gələr aparar. Deyir ki, buluda baxmışam. Bulud qısırdı, 

yağış yoxdu.  



 

25

Peyğəmbər  keçir  oyza,  əlini  qaldırır  göyə,  deyir  ki,  ya  xuda-



bəndi aləm, mən peyğəmbər ola-ola mana elə bir ağıl, elə bir savad 

verməmisən  biləm  ki,  bulud  qısırdı,  ya  nədi.  Çoban  bilir  ki,  bulud 

qısırdı.  

Peyğəmbər qayıdanda görür ki,  yağış  yağıb, sel çobanın nəyi 

var hamısını süpürüf aparıf. Deyir: 

– Sənə demədim ki, bala, dikin üstündə tikginən bunu? Deyir-

sən ki, bulud qısırdı.  

Deyir: 


– Vallah, bulud qısır olmağına qısır idi, amma deyəsən burda 

“mən ölüm” sözü olufdu. 

 

34. PEYĞƏMBƏRİN YALANI 

 

Bir bulax varmış, peyğəmbər bulağın başında oturufmuş. Ba-



şında da  yaxşı  əmmaməsi. Qırx lotulardan biri  gəlir bunun  yanına. 

Deyir  nətər  eliyim  peyğəmbər  yatanda  bunun  əmmaməsini  oğur-

ruyum. Deyir ki, ya peyğəmbər, sənə bir söz deyəjəm axı. Deyir: 

– Nədi?  

Deyir: 

–  Adam  oğurruğu  eliyəndə  neçə  günnən  soora  onun  qarğışı 



tutur.  

Deyir  ki,  qırx  günnən  soora.  Deyir,  hə.  Peyğəmbər  yuxuya 

keçənnən  soora  bu,  əmmaməni  vurur  qoltuğuna,  arx  varmış,  arxı 

hoppananda beli qırılır. Deyir: 

–  Ya  peyğəmbər,  bəs  sən  deyirdin  qırx  günnən  soora.  Heç 

yarım saat çəkmədi.  

Deyir:  

– Ay bala, o mənim qarğışım döyül ey. Mənim  qarğışım hələ 

irəlidədi. El dağa gedəndə bir qoja qarının bir öküzü vardı, öküzünü 

yüklüyüf camaatnan gedirdi. O qarının öküzünü oğurradın, qarının 

yükü qaldı  yerdə. Qarı şələsini  aldı dalına,  yavaş-yavaş camaatnan 

gedə-gedə  “oy  belim  qırıldı,  belin  qırılsın  öküz  aparan”  eliyif  otu-

rurdu. İndi həmən qarının qarğışıdı sənin belini qıran.  



 

26

35-36. PEYĞƏMBƏRİN QOYUNA QARĞIŞI 



 

Çoban aparıf qoyunu otarırmış, gətirirmiş. Peyğəmbər qoyun-

nan  soruşurmuş,  qoyun  deyirmiş  çoban  bizi  bugün  aj  saxladı.  Bir 

belə, beş belə. Bir gün peyğəmbər çobanın paltarını geyinir, qoyuna 

özü gedir. Gedir axşamatan otarır, axşam gətirir salır  yerinə. Palta-

rın dəyişif gəlir. Deyif: 

– Bu gün nətərdi?  

Deyif: 


– Əşi, bu gün lap qırıldıx ajınnan.  

Deyir: 


– Səni görüm qarnın doymasın, dalınca gedən də yorulmasın.   

Burdan dağa köç  yoluynan hardasa dörd  yüz kilometrə  yaxın 

yoldu.  Onu  piyada  qoyunun  dalınca  gedirdik,  bir  yorğunluq  hiss 

etmirdik. 

 

36. 

Peyğəmbərin  bir  çobanı  oluf.  Hər  axşam  qoyun  peyğəmbərə 

şikayət  eleer  ki,  mənim  qarnımı  doydurmor  bu  çoban.  Peyğəmbər 

çobana  təpiner,  çoban  ajıx  eliyif  geder.  Peyğəmbər  qoyunu  özü 

aparıf otarır. Qoyun peyğəmbərə çox əziyyət verer. Deyir:  

–  Allah  gözünü  doydurmasın,  dalına  düşən  çoban  da  yorul-

masın.  

Peyğəmbər o çobanı bir zulumnan qaytarır gətirer, amma çoban 

haqqından narazılıx eleer. Deyir: 

–  Çoban,  qoyun  bu  il  nə  qədər  ala  quzu  doğsa,  hamısın  saa 

verəjəm. 

Deyir: 


– Ə, mən otuz ildi qoyuna gederəm, ala quzu olmor. Ala quzu 

hardan olajax, mənə verəjək. Məni allatdı.  

Qoyunu otardığı yerdə görör bir atdı gəler. 

– Ə, peyğəmbərin çobanı, niyə bekafsan?  

Deyir: 



 

27

–  Vallah,  peyğəmbər  mana  elə  bir  buyrux  buyuruf  ki,  qalmı-



şam mat.  

Deyir: 


– Nədi?  

Deyir: 


– Deyir ki, qoyun nə qədər ala bala doğsa, hamısın saa verəjəm.  

Atdı gülür. Deyir: 

– Olar.  

Deyir: 


– Neçə ildi qoyuna gederəm, heş bir dəfə də ala quzu doğdu-

ğun görməmişəm.  

Deyir: 

–  Hansısa  dağda  çoxlu  saxsağan  yumurtası  var.  Onnan  bir 



vedrə yığ gətir, əz, qat duza, ver qoyuna, yesin.  

Geder gətirer, əzer qater duza, verer qoyuna. Min dənə qoyu-

nu varsa, hamısı ala doğur. Doğan kimi peyğəmbər deyir: 

– Çoban, mən yalan sata bilmərəm. Götür quzunu, aralan burdan.  

Deyir: 

– Ay peyğəmbər, sana qurban olum, bu mayasız quzunu hara-



ya aparım?  

Deyir: 


– Yox ey, dilimdən çıxıf, götür quzunu.  

Bu  yazıx  geder  bir  yiyəsizdik  yerdə  küz  tiker.  İki  bölük  dol-

durur  buraya.  Açer,  gündə  bir  dəfə  quzu  mələşer  ayna-bana.  Otu-

xor, başdıyır otdamağa. Bir də bir ala küçük verer buna.  

Yaz  gəler  bu  ala  quzular  böyüyür  olor  erkək,  ana  qoyun. 

Dağlarda  yeyif  kökəlif.  Peyğəmbər  deyir:  “Mən  belə  bir  nainsaf-

çılıx elədim. Gedim görüm çobanın vəziyyəti nətərdi”. Geder görör 

dağın  döşündə  bir  sürü  ala  qoyun  yatışıf.  Çoban  da  qoyunnarın 

yanında  yatıf.  İt  peyğəmbərə  hürəndə  quzu  ürküşür.  Çoban  qalxır, 

görör ağası peyğəmbər gəlif. Deyir: 

– Çoban, vəziyyət nətərdi?  

Deyir: 


– Yaxşıdı.  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə