Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

30

ruslar aldılar, erməni rəhbərliyi rusları  məsələyə qarışmağa razı sala bildilər, rus döyüş vertolyotları havaya qalxdı, 



azərbaycanlılara ağır zərbə vurdu, bundan sonra hücum dayandı”. Digər istiqamətlərdə tərəflər əsasən mövqe döyüşləri ilə 

kifayətlənirdilər. Ermənistan diqqəti  Qarabağ  cəbhəsindən yayındırmaq məqsədilə Qazax və  Gədəbəy rayonları 

istiqamətində hücuma keçdi. Birbaşa Ermənistan ərazilərindən həyata keçirilən hücumlar dinc əhalinin məhv edilməsinə 

yönəlmişdi. Düşmən 1992-ci ilin mart-iyun ayları ərzində Qazax rayonunun Xeyrimli (8 mart), Aşağı Əskipara (12 mart), 

Barxudarlı (27 aprel), Sofulu (27 aprel), Qızıl Hacılı (11 may), Yuxarı Əskipara (8 iyun) kəndlərini işğal etdi. Azərbaycan 

ordusu Gədəbəy rayonu istiqamətində ermənilərin hücumlarının qarşısını almaq üçün 1992-ci il avqustun 8-də  əks 

hücuma keçdi. Ağır döyüşlərdən sonra Ermənistan Daxili İşlər nazirliyi sərhəd alayının hissələri geri çəkildilər və 

Başkənd yaşayış məntəqəsi azad edildi.  

Sentyabr ayının  əvvəlində Azərbaycan Ordusunun Baş  Qərargah rəisi general-leytenant Valeh Bərşadlının 

istefaya göndərilməsi dərhal öz mənfi nəticələrini göstərdi. Yeni rəhbərlik Dağlıq Qarabağın  şimalında  əldə olunmuş 

uğurları davam etdirmək əvəzinə əsas zərbəni Laçın dəhlizi istiqamətinə yönəltdi. Sentyabrın 18-də dəhlizin şimal səmtinə 

doğru hərbi  əməliyyat başladı. Eyni vaxtda 3-cü dağ-atıcı alay paraşut desant dəstəsi ilə birlikdə Qarabağ dağlarından 

Şuşa istiqamətinə  zərbə endirdilər. Üçüncü zərbə Xocavənd istiqamətinə yönəldildi.  İlk iki gün ərzində qoşunlarımız 

ermənilərin müdafiə  xəttini yararaq irəlilədilər. Xocavənd  şəhəri azad edildi, Azərbaycan ordusunun hissələri Laçına 

yaxınlaşdılar. Rusiya dərhal məsələyə müdaxilə etdi və danışıqların bərpa edilməsinə nail oldu. Rusiyanın təkidi ilə hərbi 

əməliyyatlar sentyabrın 21-də dayandırıldı. Azərbaycan hərbi əməliyyatların gedişini öz xeyrinə dəyişmək imkanını əldən 

verdi. Ermənilər  əlavə silah və texnika almaq üçün Rusiyaya müraciət etdi. L.Ter-Petrosyan B.Yeltsinlə olan xoş 

münasibətlərindən də istifadə edirdi. Onun özünün bildirdiyinə görə, Ermənistana silah B.Yeltsinin birbaşa tapşırığı ilə 

göndərilirdi. Sonralar rus generalı L.Roxlin rəsmi açıqlamasında 1995-1996-cı illər  ərzində Rusiyanın Ermənistana 1 

milyard ABŞ dolları dəyərində silah-sursat, o cümlədən, 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 verməsini bildirməklə yanaşı 

həmçinin qeyd edirdi ki, 1992-ci ilin avqustundan 1994-cü ilin iyununa qədər Mozdokdakı rus hərbi bazasından 

Ermənistana külli-miqdarda silah-sursat göndərilmişdir. Qeyd olunmalıdır ki, yüksək səviyyəli 3 rus generalı-P.Qraçov, 

F.Reut, M.Kolesnikov ermənipərəst mövqeləri ilə xüsusi fərqlənmiş  və ermənilərə  hərtərəfli yardım göstərilməsi üçün 

həmişə canfəşanlıq etmişlər. P.Qraçov Rusiyanın müdafiə naziri, F.Reut əvvəllər Rusiyanın Ermənistandakı 7-ci 

ordusunun komandanı, sonra isə Zaqafqaziya hərbi dairəsinin komandanı, M.Kolesnikov həmçinin  əvvəl 7-ci ordunun 

komandanı, sonra isə Rusiya silahlı qüvvələrinin Baş  qərargah rəisi kimi bu yardımı göstərmək üçün geniş imkanlara 

malik olmuşlar.  

1992-ci ilin payızında iri miqyaslı əməliyyatlar həyata keçirilmədi. Ermənistan vəziyyətdən istifadə edərək bəzi 

yaşayış  məntəqələrini, o cümlədən sentyabrda Ağdam, oktyabrda isə Xocavənd rayonlarının bəzi kəndlərini zəbt etdi. 

Noyabrın 16-da erməni birləşmələri Ağdam  şəhərinin həndəvərinə yaxınlaşdılar. Düşmən Bakı  hərbi məktəbinin 

kursantlarından təşkil olunmuş taburun qüvvəsi ilə geri oturduldu. Noyabrın 23-də Azərbaycan daxili qoşunlarının bir 

alayı Dağlıq Qarabağın  şimal hissəsində hücuma keçdi və  Sırxavənd yaşayış  məntəqəsini tutdu, lakin əlavə qüvvə 

gəlmədiyinə görə bir gündən sonra kəndi tərk etməli oldu.  

Daha çox fəallıq Laçın dəhlizi zonasında  hiss olunurdu. Oktyabr-dekabr aylarında tərəflər dəfələrlə  dəhlizin 

cənub və  şimal hissələrindəki həlledici məntəqələri  ələ keçirməyə  cəhd göstərdilər.  İşğalçı Ermənistanın hərbi 

komandanlığı Azərbaycan Ordusunun diqqətini Laçın dəhlizindən yayındırmaq məqsədilə dekabrın 10-12-də 15 km 

ölkənin içərisinə doğru irəlilədi, Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, 

Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt etdi. Ermənilərin bu hücumu nəticəsində 23 nəfər öldürüldü, 40 nəfər 




 

31

yaralandı, 60 nəfər itkin düşdü. Azərbaycan Ordusunun əkshücumları ciddi nəticə vermədi. Bundan sonra qoşunlarımız 



hərbi  əməliyyatları yenidən cəbhənin  şimal kəsiyinə yönəltdilər. 1993-cü il yanvarın 15-də  Çıldıran, Sırxavənd 

istiqamətində irimiqyaslı hücum başlandı. Hücum əməliyyatına 703-cü motoatıcı briqadanın hissələri, dəniz piyadası, 

daxili qoşunlar, Tərtər taburu cəlb olunmuşdu. Fərrux və “Qlobus” yüksəklikləri yaxınlığında gərgin döyüşlər baş verdi. 

Lakin Azərbaycan ordusu qələbə qazana bilmədi və geri çəkilməli oldu. Azərbaycan rəhbərliyi hücumun dayandırılması 

və müdafiəyə keçilməsi haqda əmr verdi. Bu yanlış qərar 1993-cü ilin uğursuzluqlarına gətirib çıxarmış əsas amillərdən 

biri oldu. 



 

 

İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri 

Ermənistan 1993-cü ilin əvvəlində Rusiyanın dəstəyi ilə silahlı qüvvələrini yüksək hazırılıq vəziyyətinə gətirdi. 

Əlavə ümumi səfərbərlik həyata keçirildi, yeni silah, sursat və texnika əldə edildi. Ermənistandakı rus qoşunlarının silah 

arsenalı ermənilərin ixtiyarına verildi. Rusiyanın hərbi mütəxəssisləri və canlı qüvvəsi hərbi əməliyyatların hazırlanması 

və  həyata keçirilməsinə  cəlb olundu. Azərbaycan isə yenidən hakimiyyət böhranı ilə üzləşdi. Hakimiyyət daxilində

orduda, ölkənin ayrı-ayrı ərazilərində Rusiya xüsusi xidmət orqanları tərəfindən təxribatlar törədildi. Belə bir vəziyyətdə 

Ermənistan böyük qüvvələrlə genişmiqyaslı işğalçı hücumlara başladı. 

1993-cü il fevralın 5-də Ermənistan ordusu cəbhənin şimal kəsiyində, Çıldıran rayonu ərazisində güclü artilleriya 

hazırlığından sonra hücuma keçdi. Bu hücumda ermənilər tərəfdən Rusiyanın 127-ci motoatıcı diviziyasının 128-ci 

alayının hissələri, Don və Kuban kazaklarının muzdlu birləşmələri də iştirak edirdi. Ermənilər 3 gün ərzində Sərsəng su 

anbarına doğru 10 km irəlilədilər və 7 yaşayış məntəqəsini ələ keçirdilər. Burada onlar desant-hücum briqadamızın əks 

hücumu ilə dayandırıldılar. Az sonra işğalçılar hücumu yenidən bərpa etdilər,fevralın 17-də Qozlu körpü və Heyvalı 

kəndlərini tutdular, fevralın 23-də isə  Sərsəng Su Elektrik stansiyasının  ərazisinə soxuldular. Hərbi birləşmələrimiz 

onların qarşısını yalnız burada ala bildilər. Düşmənin bir neçə dəfə Ağdərə istiqamətində hərəkət etmək cəhdlərinin qarşısı 

alındı. Bundan sonra ermənilər istiqaməti dəyişərək Kəlbəcər üzərinə hücuma keçdilər. Ermənilər Kəlbəcər üzərinə 

hücumu Rusiya rəhbərliyinin razılığı və göstərişi ilə həyata keçirirdi. Azərbaycanın Rusiyadakı keçmiş səfiri H.Hacızadə 

xatırlayır: “Səfir işlədiyim dövrdə ruslardan 3 müqavilə layihəsi aldım. Bu, 1992-ci ilin sonunda başladı. Məsələn, onlar 

deyirdilər ki, Rusiya qoşunları burada dayanacaq, müharibə müvəqqəti dayandırılacaq, danışıqlar başlayacaq. Biz onlara 

etiraz edirdik ki, bu Kipr variantı ola bilər. Onlar isə bizi Kəlbəcərin götürülməsi ilə hədələyirdilər”. İşğalçıların martın 

27-də başladıqları hücum əməliyyatı 4 istiqamətdən–Ermənistanın Vardenis və Cermux rayonları, Dağlıq Qarabağın 

şimal-qərb kəsiyi, həmçinin Laçın dəhlizi tərəfindən həyata keçirilirdi. Əməliyyata ermənilər tərəfdən çoxlu sayda tank, 

artilleriya, “Qrad” qurğuları, Mi-24 döyüş vertolyotları, dövlət mənsubiyyəti məlum olmayan qırıcı  təyyarələr cəlb 

olunmuşdu. Döyüşlərdə Rusiyanın 127-ci motoatıcı diviziyası  və 12-ci xüsusi təyinatlı briqadasının hissələri, həmçinin 

rus zabitlərinin idarə etdikləri 10 tank iştirak edirdi. Düşmən martın 27-28-də Kəlbəcər rayonunun Ağqaya, Mərcimək, 

Təzəkənd, Ağcakənd, Narışlar kəndlərini zəbt etdi. Martın 31-də isə güclü artilleriya atəşindən sonra daha 12 kənd işğal 

olundu. Hücum əməliyyatı başlayandan 3 gün sonra ermənilər hakim yüksəklikləri, Laçın-Kəlbəcər yolundakı strateji 

əhəmiyyətli tuneli tutaraq Kəlbəcər rayon mərkəzinə yaxınlaşdılar. Kəlbəcərdə olan hərbi qüvvələrimiz müdafiə döyüşləri 

aparır və əhalinin vertolyotlarla çıxarılmasını təmin etməyə çalışırdılar. Aprelin 2-də axşam işğalçılar Kəlbəcər şəhərini 

zəbt etdilər. Azərbaycan Ordusunun hissələri Kəlbəcəri tərk edərək Murovdağ  aşırımı ilə geri çəkildilər. Kəlbəcərin 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə