Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   ...   27

 

8

də daxil edilirdi. Rus hərbi komandanlığının 1823-cü ildə tərtib etdiyi statistik topluda bu hal özünü ilk dəfə göstərdi. 



Bu sənədə görə  həmin dövrdə indiki Dağlıq Qarabağ  ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u erməni və 

qriqorianlaşmış alban idi. Rəqəmlər bir daha təsdiq edir ki, ermənilərin “böyük köçü” ərəfəsində bu ərazilərdə əhalinin 

böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Bu statistik məlumatların qeydə alındığı vaxtdan az sonra Rusiya 

hökuməti erməniləri Azərbaycana, o cümlədən Qarabağa kütləvi şəkildə köçürməyə başladı. Rəsmi məlumatlara görə, 

1828-1830-cu illərdə, yəni cəmi 2 il ərzində, Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Türkiyədən 84 min 

erməni köçürülmüşdür. Bu, yalnız rəsmi məlumatlardır. O dövrün müxtəlif mənbələrində ermənilərin qeyri-rəsmi 

qaydada, gizli şəkildə köçmələri haqda da kifayət qədər məlumatlar vardır. Mütəxəssislərin hesablamalarına görə, 

həmin 2 il ərzində 200 mindən artıq erməni Azərbaycan  ərazilərinə keçmişdir. Qarabağa ermənilər  əsasən  İrandan 

köçüb gəlirdilər. Bu, sərhədin bilavasitə yaxınlığı və o qədər də ciddi qorunmaması ilə bağlı idi. Digər tərəfdən sərhəddə 

olan rus hərbçiləri qeyri-rəsmi qaydada köçüb gələn ermənilərə ciddi maneə törətmirdilər. Ermənilər çox vaxt bütöv 

kəndlərlə  gəlir və yeni məskunlaşdıqları yerlərə  İrandakı  kəndlərinin adlarını verirdilər. Sonradan “səhv” lərini 

düzəltməyə çalışsalar da, yenə bir sıra kəndlərinin adları onların İrandan köçdüklərinə şahidlik edir. 

Ermənilərin Qarabağa köçürülməsi qədimdən burada yaşayan xristian albanların erməniləşdirilməsini 

sürətləndirdi və dönməz prosesə çevirdi. O vaxta qədər müstəqil fəaliyyət göstərən alban kilsəsi də 1836-cı ildə Rusiya 

hökumətinin qərarı ilə erməni kilsəsinə tabe etdirildi. Rusiya bir sıra məntəqələrdə, o cümlədən Qarabağın dağlıq 

hissəsində erməni-xristian mövqelərini gücləndirmək üçün bütün XIX əsr ərzində köçürmə siyasətini davam etdirmişdir. 

XIX  əsrin sonunda Cənubi Qafqazada ermənilərin sayı artıq 1 milyon 300 min nəfərə çatmışdı. Rusiyanın rəsmi 

mənbələrinin etiraf etdiyinə görə, onlardan 1 milyon nəfər “erməni köçü” nəticəsində gələnlər idi. Bu cür kütləvi axına 

baxmayaraq, Rusiya yenə də Qarabağ əyalətində ermənilərin çoxluğuna nail ola bilməmişdir. Ermənilər hələ də azlıqda 

qalırdılar.  

XIX  əsrin ikinci yarısında dünyada ciddi hadisələr baş verir, dövlətlər bir-birinə qarşı  ərazi iddiaları qaldırır, 

dövlətlərarası ittifaqlar yaranırdı. Bu şəraitdə dövlətlər müxtəlif məsələləri ortaya ataraq, öz məqsədləri üçün istifadə 

etməyə çalışırdılar. “Erməni məsələsi” deyilən amil də ortaya bu dövrdə Rusiya və İngiltərə tərəfindən atılmışdır. Erməni 

kilsəsinin təşkilatçılığı ilə müxtəlif erməni heyətləri Avropa dövlətlərinə  səfərlər edir, müxtəlif səviyyələrdə görüşlər 

keçirir, Türkiyə ərazisində hər hansı statusda qurumlarının yaradılması üçün dəstək qazanmağa çalışırdılar. Maraqlısı odur 

ki, onlar Türkiyənin heç bir vilayətində əksəriyyət təşkil etmədikləri halda  belə bir istəyə düşmüşdülər. İlk olaraq Rusiya 

və İngiltərə “erməni məsələsi” ndən istifadə etməyə başladılar və faktiki olaraq “erməni məsələsi” nin müəllifləri də onlar 

oldular. Böyük dövlətlərin Berlin konqresində (1878-ci il) İngiltərə  və Rusiyanın təşəbbüsü ilə “erməni məsələsi” 

gündəmə  gətirildi və Türkiyənin üzərinə ermənilər yaşayan  ərazilərdə islahatların keçirilməsi, onların kürdlər və 

çərkəzlərin hücumlarından müdafiə olunması ilə bağlı öhdəliklər qoyuldu. Ermənilərin öz məsələlərini hansı həyasızlıqla 

gündəmə  gətirdikləri haqda təsəvvür yaranması üçün iki epizodu diqqətə çatdırmalıyıq. Berlin konqresinin gedişində 

erməni heyəti dəfələrlə ən müxtəlif, şərəfsiz vasitələrdən istifadə etdikdən sonra konqresə sədrlik edən Almaniya kansleri 

Otto Bismarkın qəbuluna düşürlər. Bismark onların təkidli cəhdlərindən yorularaq qəbul  etməyə razılıq verir. O, qəbul 

zamanı onların çox danışmasına imkan vermir və sonda onların hərbi köməklə bağlı xahişlərini rədd edərək bildirir: 

“Pomeranlı  tək bir əsgərin sümüyünü bütün ermənilərə  dəyişmərəm”.  İkinci epizod ermənilərin Bismarkdan sərt cavab 

aldıqdan sonra Almaniya imperatoru və yaxud onun xanımı ilə görüşmək cəhdi ilə bağlıdır. Nümayəndələrdən biri Minas 

Çeraz bu cəhdi belə  təsvir edir: “Olduqca ciddi təlaş içində imperatriçaya müraciət etmək istəyirdik... Qapının ağzında 

bizi rəsmi geyimli yekəpər bir kişi qarşıladı. Dedik ki, imperatriçanı görmək istəyirik. O zorba kişi bunu eşidən kimi bizi 




 

9

söyməyə başladı. Yaxınlaşıb Mkrtıç Xrimyana bir şillə  çəkdi... Ümüdlərimiz üzülmüş halda qayıdıb Konstantinopola 



gəldik”. Ermənilər bu cür həyasızlıqla istədiklərinə nail olmağa çalışırdılar.  

Berlin konqresindən sonra İngiltərə  və Rusiyanın rəsmi dairələri “erməni məsələsi”ndən geniş  şəkildə 

yararlanmağa, Türkiyənin zəiflədilməsi üçün bir alət kimi istifadə etməyə başladılar. Onların planlarına uyğun olaraq 

ermənilər Türkiyənin içərisində  təşkilatlar qurur, üsyanlar təşkil edirdilər. “Hnçak” və “Daşnaksütyun” erməni terrorçu 

təşkilatlarının yaradılması  və ilk qanlı olaylar törətmələri bu dövrə  təsadüf edir. Onlar İngiltərə, Rusiya hökümətləri 

tərəfindən silahlandırılır və Türkiyənin müxtəlif vilayətlərində üsyanlar təşkil edir, yerli dinc əhaliyə divan tuturdular. 

XIX əsrin sonlarında Fransa da erməniləri fəal müdafiə kompaniyasına qoşuldu. Böyük dövlətlər “erməni məsələsi”ndən 

kifayət qədər yararlandılar, ermənilər isə heç nəyə nail ola bilmədilər. Türkiyə hökuməti milli maraqlarını müdafiə edərək 

erməni niyyətlərinin həyata keçirilməsinə imkan vermədi, bütün üsyanlar yatırıldı, günahkarlar cəzalandırıldı. Türkiyə 

hökumətinin ciddi müqaviməti ilə rastlaşan erməni kilsəsi və terrorçu təşkilatları  nəzərlərini Cənubi Qafqaza, 

Azərbaycana, o cümlədən Qarabağa yönəltdilər. Bir az əvvəl buralara köçürülmüş erməni

 

əhalisi artıq ərazi iddiaları üçün 



zəmin ola bilərdi. Bu vaxta qədər yerli əhali ilə dinc şəraitdə yaşayan, “qonaq statusu”na riayət edən, gəlmə olduqlarını 

bildiklərinə görə dillərini qısa edən ermənilər birdən-birə sərt və barışmaz sifətlərini göstərərək, iddialı tərəfə çevrildilər.  



 

Ermənilərin ilk ərazi iddiaları 

Rusiya hökuməti Azərbaycan türklərinin tarixi torpaqlarında, ayrı-ayrı yaşayış  məntəqələrində, o cümlədən 

Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda ermənilərin sayını artırmağa, onların hakim mövqeyini təmin etməyə çalışırdı. 

Bu siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı müstəqillik meyllərinin qarşısının 

alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq yerində erməni-xristian bölgəsinin yaradılmasına yönəlmişdi. Ona görə 

də ermənilərin təşkilatlanması  və silahlanmasına hərətərəfli yardım göstərilir, onların Azərbaycan türklərinə qarşı 

təcavüzkar hərəkətlərinə dəstək verilirdi. XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarından yerli 

əhalini sıxışdırıb çıxartmağa başladılar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-

ci ildə Bakıda,  İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında 

Bakıda başlayan qırğınlar 1906-cı ilə  qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı  qətlə 

yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Həmin dövrdə təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb 

məhv edilmişdi. Bu kəndlərin yarıdan çoxu sonralar da dağıdılmış vəziyyətdə qaldı, yalnız az bir hissəsinə azərbaycanlılar 

qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar. Bu, azərbaycanlıların yaşayış  məntəqələrinin məqsədyönlü 

şəkildə  ələ keçirilməsi xətti idi. Ermənilər  Şuşa  şəhəri ilə bağlı xüsusi planlar qurur, azərbaycanlıları oradan tamamilə 

çıxarmaq istəyirdilər. Erməni silahlı  dəstələri 1905-ci ilin avqustunda Şuşada azərbaycanlıların yaşadıqları  məhəllələrə 

hücuma keçdilər. Elə bir ciddi silahı olmayan azərbaycanlılar ermənilərin hücumlarını  çətinliklə  dəf edə bildilər. Bu 

hücum zamanı 100-ə qədər azərbaycanlı öldürüldü, 20-dək ev yandırıldı. Ermənilərin Şuşaya ikinci hücumu 1906-cı ilin 

yayında baş verdi. Beş gün davam edən döyüşlərdə ermənilər şəhəri ələ keçirə bilmədilər, lakin Şuşa böyük dağıntılara 

məruz qaldı. 1905-1906-cı il qırğınları zamanı ermənilər qismən öz məqsədlərinə nail oldular. Belə ki, 100-ə  qədər 

yaşayış  məntəqəsini  ələ keçirərək məskunlaşdılar, bəzi yaşayış  məntəqələrində, o cümlədən,  İrəvan və Bakıda 

azərbaycanlıların sayının azalmasına nail oldular. Bu azalma əhalinin bir hissəsinin qətlə yetirilməsi, bəzilərinin isə yeni 

qırğınlar təhlükəsi qarşısında köçüb getmələri ilə əldə olunmuşdu. Ermənilərin məkrli niyyətlərinin daha geniş miqyasda 

reallaşmasına Əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatının yaradılması mane oldu. 1905-ci iln 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə