Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   ...   27

 

12

Şuşaya yaxınlaşdılar. Zəngəzurun qəza rəisi 1918 -ci ilin sentyabrında Azərbaycan hökumətinə göndərdiyi hesabatda 



bildirirdi ki, Andronikin quldur dəstələri tez-tez kəndlərə hücum edir, dinc əhalini qətlə yetirirlər. Bu şəraitdə Azərbaycan 

hökuməti düzgün qərar qəbul edərək ayrıca ərazi-inzibati vahid–Qarabağ general qubernatorluğu yaratdı. Bu qərar 1919-

cu il yanvarın 29-da verildi və mərkəzi Şuşa şəhəri olmaqla general-qubernatorluğa Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur 

qəzaları daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovun səyləri nəticəsində 

ermənilərin aramsız hücumlarının, terror aktlarının qarşısı alındı. Xosrov bəyin təşkil etdiyi müdafiə dəstələri erməniləri 

bir neçə istiqamətdə məğlubiyyətə uğratdılar və nəticədə düşmən geri çəkilməli oldu.  

Azərbaycan hökumətinin daxildə və xaricdə apardığı uğurlu siyasət, həm hərbi, həm də diplomatiya sahələrində 

əldə etdiyi nəticələr ermənilərin məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi. Azərbaycan ərazi bütövlüyünü 

qorumağa qadir olduğunu nümayiş etdirdi. Dünya birliyi isə öz müstəqilliyini qorumağa qadir olan dövlətin iradəsi ilə 

hesablaşmalı oldu. 1920-ci il yanvarın 11-də dünyanın yeni xəritəsinin müəyyən edildiyi Paris sülh konfransında 

Azərbaycanın  ərazi bütövlüyü, süveren hüquqları, müstəqilliyi tanındı. Ermənistanın  əsassız iddialarının qurbanına 

çevrilmiş Qarabağ, Naxçıvan, Zəngəzur dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz  əraziləri kimi tanındılar. 

Azərbaycanın qərb sərhədləri 2300 il əvvəl olduğu kimi yenə də indi Ermənistan deyilən ərazilərin mərkəzində yerləşən 

Göyçə gölünün üzərindən keçirdi.  



 

Ermənilərin azərbaycanlılara qarşı nifrətini və vəhşiliklərini əks etdirən çoxsaylı 

faktlardan yalnız bir neçəsini diqqətə çatdırırıq: 

* Çox yerdə camaat silahları olmadığına görə canlarını qaçmaqla qurtarırdılar. İrəvan mahalının Mənkus kəndində qoca bir 

kişi Novruz Kazım oğlu 1905-ci ilin iyununda camaatın qaçmasının qarşısını almağa  çalışdı. O, hündür bir yerə  çıxıb 

deyirdi: “Hara qaçırsınız? Istəyirsiniz bizi başqa millətlərin yanında başıaşağı edəsiniz? Məgər bu qaçmaqla ermənilər bizi 

boşlayacaqlar?! Bunların qabağından qaçdıqca daha cürətli olacaqlar”. Ermənilər kəndə girəndə Novruz kişi axıracan 

döyüşdü, sonda əsir düşdü. Ermənilər onun ağır işgəncələrdən sonra başını  kəsdilər, onun başını Tirabat kəndinin keşişi 

Ayrapet kəsdi. 

* Ağdərə rayonunun Umudlu kəndinin camaatı  o vaxt çox dəhşətli qırğına məruz qalmışdır. 1905-ci il dekabrın 28-də 500-

dən artıq əhali yığışaraq qonşu kəndlərə getmək istəyir. Yolda qonşu erməni kəndinin  kəndxudası Abram onlara rast gəlir 

və aldadaraq özlərinin Heyvalı  kəndinə aparır. Gecə erməni silahlı  dəstələri onlara hər tərəfdən hücum edir, hamısını 

qırırlar, yalnız 30 nəfər canını qurtarıb qaça bilir. Ermənilər kişilərin hamısının başını diri-diri kəsdilər, arvadların bir 

hissəsini saxlayıb, qalanlarını öldürdülər, hamilə qadınların qarınlarını  xəncərlə yardılar. Bir ananın gözləri qarşısında 4 

övladının başlarını diri-diri kəsdilər. 

* Ordubadın Saqqarsu kəndində ermənilər 62 qadının və bir uşağın meyidlərini doğrayaraq bir yerə  yığmışdılar. Molla 

Həsən Əfəndini tikə-tikə etmişdilər. Həsən Əfəndinin öldürüldüyü yerdən bir palaz parçası tapıldı. Palazı kənara çəkəndə 15 

nəfər körpə uşağın kəsilmiş başları və bir-birinə qarışmış bədənləri göründü.  

* Şuşa qalasının şərq tərəfində sonralar Bağırqan dağı deyilən yerdə bir uca qaya var idi. Orada Avan adlı erməninin dəstəsi 

yerləşmişdi. O, əmr etmişdi ki, harda müsəlman tutsalar, oraya gətirsinlər. Tutulmuş müsəlmanı orada soyundurur, 

boynunun ardından dərisini bir az soyur, sonra ağacın budağını  əyib dərinin soyulmuş hissəsinə  bənd edir və budağı 

buraxırdılar. Sürətlə yuxarı qalxan budaq həmin adamın dərisini diri-diri soyub çıxarırdı. Həmin adamın bağırtısı göyə 

qalxırdı. Ona görə də xalq bu dağa “Bağırqan” adı vermişdi. 



 

13

* 1918-ci ilin martında Bakı qırğınlarının  şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə öz ölkəsində belə yazırdı: 



ermənilər müsəlman məhəllələrinə soxulur, qarşılarına çıxan hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə deşik-deşik 

edirdilər, evləri yandırır, uşaqları yanan evlərin içərisinə atır, onların diri-diri yanmalarına tamaşa edirdilər. Üç-dörd günlük 

südəmər körpələri süngülərin ucuna taxırdılar. Qırğından bir neçə gün sonra bir çaladan çıxarılan 82 müsəlman cəsədinin 

qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. 

* Zəngəzurun Tat kəndində ermənilər öz həkimlərinin məsləhəti ilə sağlam görünən müsəlman kişi və qadınların başlarını 

diri-diri kəsib qanlarını xüsusi qablara yığırdılar. Həmin kənddən 70 uşağın qarnına süngü keçirib yolun qırağına 

düzmüşdülər. Həmin kənddən  İbrahim adlı bir gəncin qollarını bağlayıb itlərin qabağına atmışdılar, itlər onu parça-parça 

etmişdilər. 

* Ermənilər Zəngəzurun Fərəcan kəndindən Həsən və  Həsənalı adında 2 qardaşı  ələ keçirirlər. Həsənin ayaqlarına nal 

mıxlayırlar, qızdırılmış şişlərlə gözlərini ovur, sonra isə balta ilə əl-ayaqlarını doğrayırlar. Həsənalının bədənini isə diri-diri 

tikələyib yerə atırlar. 

 

Erməni iddialarının “Sovet dövrü” 

Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Yeni şərait 

aldadıcı ad altında Rusiya imperiyasının bərpa olunması, müstəqillik atributlarının aradan qaldırılması ilə səciyyələnirdi. 

Moskva rəhbərliyi Cənubi Qafqaz respublikalarını formal muxtariyyət hüququ ilə imperiyanın tərkibinə daxil edirdi. Bu 

şəraitdə “müttəfiq respublikalar” üçün daha çox ərazinin faktiki nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. 

Rusiya Cənubi Qafqazda xristian Ermənistan və Gürcüstanın daha çox ərazilərə  nəzarət etməsində, həmin  ərazilərin 

erməniləşdirilməsi və gürcüləşdirilməsində maraqlı idi. Ona görə  də Rusiya regionda möhkəmləndikdən sonra 

Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan arasındakı “mübahisəli ərazilər” deyilən məsələləri dərhal ikincilərin 

xeyrinə  həll etdi. Beləki  əhalisi yalnız Azərbaycan türklərindən ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları 

Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi. Ermənistan bununla kifayətlənməyərək yaranmış  vəziyyətdən, 

Rusiyanın uyğun mövqeyindən daha geniş  şəkildə yararlanmağa çalışırdı. Ermənistan sovet rəhbərliyi tərəfindən 

Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və 

Azərbaycanın kommunist rəhbərlərinə  təzyiqləri güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında 

davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də  Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla 

çıxış etdi. Moskva Azərbaycanı güzəştlərə  məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən gülünc təbliğat 

vasitələrindən istifadə edirdi. Azərbaycan rəhbərliyində Zəngəzurun Ermənistana verilməsinə qarşı çıxan xeyli qüvvə var 

idi. Bu məsələ bir neçə  dəfə müxtəlif səviyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı. 

Zəngəzur mahalı iki hissəyə bölünərək, 4505 kv.km ərazisi Ermənistana verildi. Başdan-başa azərbaycanlıların yaşadığı 

Naxçıvanla Azərbaycanın digər ərazilərinin arasında yalnız azərbaycanlıların yaşadığı Zəngəzur Ermənistan ərazisi elan 

olundu. Bu, tarixdə görünməmiş absurd bir qərar idi. Digər tərəfdən isə, ermənilər Zəngəzurdan sonra Naxçıvanı da ələ 

keçirəcəklərinə ümid edirdilər. Naxçıvanın da taleyi ciddi təhlükə qarşısında idi. Rusiya Naxçıvanın Ermənistana 

verilməsini təkidlə tələb edirdi. Azərbaycan Zəngəzuru güzəştə getdikdən sonra Naxçıvana erməni iddialarını qəti şəkildə 

rədd etdi. Ermənistan Zəngəzur məsələsi ətrafında hələ də mübahisələrin davam etdiyini nəzərə alaraq Naxçıvanla bağlı 

ilkin mərhələdə  təkid etmədi və 1920-ci il dekabrın 28-də Naxçıvana heç bir iddiasının olmaması ilə  əlaqədar rəsmi 

bəyanat verdi. Lakin ermənilər az sonra Naxçıvan məsələsini yenidən gündəmə gətirdilər. Yalnız işə Türkiyənin qarışması 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə