Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   ...   27

 

14

ilə məsələ ədalətli həllini tapdı. 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış dördtərəfli 



Moskva və Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.  

Qarabağın dağlıq hissəsi ilə bağlı daha kəskin mübarizə getdi. Moskva yenə “proletar beynəlmiləlçiliyi” prinsipini 

işə salaraq “millətlərarası sülh” naminə “daş-kəsəkdən” ibarət kiçik bir ərazinin Ermənistana verilməsinə nail olmağa 

çalışır, Azərbaycana təzyiqlər edirdi. Sovet imperiyasının “Qafqaz bürosu” deyilən qurumu hətta 1921-ci il iyunun 4-də 

Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qərar qəbul etdi. Lakin Azərbaycan rəhbərliyinin qəti etirazından sonra 

səhərisi gün həmin qurum tərəfindən məsələyə yenidən baxıldı, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması 

qərara alındı. Digər tərəfdən, ermənilərin iddialarının qismən ödənilməsi məqsədi ilə  həmin  ərazidə erməni 

muxtariyyatının yaradılması təklif olundu. Azərbaycan bu təklifi də etirazla qarşıladı. Qarabağın iki hissəyə bölünməsi, 

süni  şəkildə ermənilərin və yaxud azərbaycanlılarla ermənilərin birgə yaşadıqları  məntəqələrin hansısa  ərazi vahidi 

şəklində ayrılması, Azərbaycanın  ərazisində yaşayan digər azsaylı xalqlarla müqayisədə ermənilərin bu şəkildə 

fərqləndirilməsi heç bir məntiqə  sığmırdı. Həmin dövrdə Qarabağın dağlıq hissəsində  cəmi 128 min nəfər erməni 

yaşayırdı, onların da böyük əksəriyyəti XIX-XX əsrin  əvvəllərində buraya köçürülmüşdü. Dünya praktikasında 

muxtariyyət adətən yerli və həmin ərazidə qədimdən yaşayan xalqlara və yaxud hər hansı diskriminasiyalara məruz qalan 

xalqlara, milli azlıqlara  şamil edilir. Bu baxımdan muxtariyyat minillərlə yaşadıqları  ərazilərlə birlikdə Ermənistanın 

tərkibinə daxil edilmiş 250 mindən artıq Azərbaycan türkünə verilməli idi. Təəssüf ki, o vaxt bu məsələ heç kəs tərəfindən 

qaldırılmadı.  

Azərbaycan rəhbərliyi Dağlıq Qarabağa qondarma muxtariyyətin verilməsinə qarşı 1923-cü ilə qədər müqavimət 

göstərdi. Moskva dəfələrlə yerli kommunistlərdən Qarabağ məsələsini sürətləndirməyi tələb edir, hətta hədələyirdi. Sovet 

imperiyasının “Zaqafqaziya ölkə komitəsi” deyilən qurumu 1923-cü ilin iyununda muxtariyyət məsələsinin həll olunması 

ilə bağlı Azərbaycan rəhbərliyinin qarşısında tələb qoydu. Bu təkidli tələblərdən sonra “Azərbaycan Mərkəzi  İcraiyyə 

Komitəsi” deyilən qurum 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. 

Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər azərbaycanlılara qarşı soyqırımın 

təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı. Bu qərardan on gün sonra Şuşa şəhəri də 

vilayətin tərkibinə daxil edildi. Ermənilərin bu istəyi də yerinə yetirildi. Onlar Şuşanı erməniləşdirmək niyyətində idilər. 

Ona görə  də Azərbaycan rəhbərliyi  Şuşanın vilayətə daxil edilməsini istəmirdi, lakin sonda razılaşmalı oldu. Muxtar 

vilayətin yaradılması yanlış, qeyri-legitim və heç nə ilə  əsaslandırılmayan bir qərar idi. Hətta Moskvanın Azərbaycana 

göndərdiyi canişinlərin özləri də bu qərarın düzgünlüyünü dərhal şübhə altına almağa başladılar. Bəzi məlumatlara görə 

həmin qərarın ləğv edilməsi ilə bağlı ötən əsrin 20-30-cu illərində bir neçə dəfə məsələ qaldırılmışdı. 

Beləliklə, bu dövrdə Rusiya rəhbərliyi tərəfindən yürüdülən siyasət nəticəsində  həmişə tam olmuş Qarabağ bir 

neçə yerə parçalandı. Onun bir hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində isə “Dağlıq Qarabağ Muxtar 

Vilayəti” deyilən qondarma qurum yaradıldı. Qarabağın tarixi torpaqlarından Azərbaycana Dağlıq Qarabağ Muxtar 

Vilayəti də daxil olmaqla 16 min kv.km ərazi qaldı. Qarabağın tarixi torpaqlarına aid olan Zəngəzur qəzasının 

Azərbaycana qalmış hissəsində az sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. Ağdam və  Cəbrayıl qəzalarının 

ərazisində isə  Ağdam, Cəbrayıl, Bərdə, Tərtər, Ağcabədi rayonları  təşkil edildi. Dağlıq Qarabağ Muxtar Vilayətinin 

ərazisi yaradılarkən 4.160 kv.km (sonradan bəzi inzibati dəyişikliklər etməklə vilayətin  ərazisini 4.400 kv.km 

çatdırmışlar) olmuşdur. Vilayətə Cavanşir, Cəbrayıl, Qubadlı  qəzalarının kəndləri daxil edilmişdir.  İlk dövrdə beş 

rayondan-Dizaq (48 kənd), Vərəndə (46 kənd), Şuşa (12 kənd), Xaçın (53 kənd), Ceraberd (53 kənd) rayonlarından ibarət 

olmuşdur. 1930-cu illərdə ermənilər rayonların adlarını  dəyişdirdilər: Vərəndə Martuni, Ceraberd Mardakert, Dizaq 




 

15

Hadrut adlandırılır, Xaçın rayonu ləğv edilir, onun əraziləri Stepanakert rayonuna daxil edilir. 1963-cü ildə Şuşa rayonu 



ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin 2 il sonra Şuşa rayonu yenidən bərpa olunur. 1978-ci ildə 

Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır.  

Qarabağın 2 hissəyə bölünməsi və onun dağlıq hissəsinə erməni muxtariyyətinin verilməsi Ermənistanın, erməni 

diasporası və terror təşkilatlarının qəsbkarlıq və ilhaqçılıq siyasətinin tərkib hissəsi idi. Ermənilər muxtariyyət statusunun 

ardınca bu ərazini tamamilə  zəbt etmək planlarını gizlətmirdilər. Məsələnin mahiyyətini bilməyən xarici ölkə 

tədqiqatçıları  hərdən belə bir fikir səsləndirirlər ki, ermənilər Azərbaycanın bu və ya digər  ərazisinə davamlı  şəkildə 

iddialarını irəli sürürlərsə, bəlkə buna onların doğrudan da haqqı var. Burada məlum fəlsəfi həqiqətin praktikada təsdiqini 

tapdığını görürük: dəfələrlə və təkidlə təkrar olunan yalan müəyyən müddətdən sonra ətrafdakılar və hətta yalanı deyənin 

özü üçün həqiqət kimi görünür. Ermənilərin iddialarını tərbiyəli uşağın əlindəki oyuncağı almaq istəyən tərbiyəsiz uşağın 

hərəkəti ilə  də müqayisə etmək olar: onun inadlı  çığır-bağırından sonra istəyini yerinə yetirirlər ki, səsini kəssin, 

insanların baş-beynini xarab etməsin. Erməni iddialarının və bu iddiaların, o cümlədən ərazi və qondarma “soyqırım”la 

bağlı iddialarının vaxtaşırı bu və ya digər formalarda təmin edilməsinin mümkün izahlarından biri də budur.  

Ermənistan Sovet imperiyası dövründə  də öz niyyətlərindən geri çəkilmədi və Moskva rəhbərliyindəki erməni 

əsilli  şəxslərin köməyi ilə ilhaqçı siyasətini davam etdirdi. 1922-ci ildə Göyçə  və Dilican əraziləri, 1923-cü ildə 

Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri, 1938-ci ildə  Sədərək və  Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın 

rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi  ərazilərinin, Qazax rayonunun Kəmərli kənd  ərazisinin, 

Kəlbəcər rayonunun Zod qızıl yatağı  ərazisinin bir hissəsi, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, 

Aslanbəyli və Qaymaqlı  kəndlərinin  ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri 

Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Hər dəfə azərbaycanlıların etiraz etmək cəhdlərinin qarşısı 

Moskva rəhbərliyi tərəfindən qəti şəkildə alınmışdır. Torpaqlarını müdafiə etməyə çalışan azərbaycanlıları millətçilikdə, 

“proletar beynəlmilləlçilyi”nə zidd olmaqda ittiham edir, bir dövlətin tərkibində, yəni Sovet imperiyasının sərhədləri 

daxilində ərazilərin kimin nəzarətində olmasının əhəmiyyət kəsb etmədiyini bildirirdilər. Bu, çar Rusiyasının açıq şəkildə 

apardığı “erməniləşmə və xristianlaşma” siyasətinin “proletar beynəlmilləlçiliyi” adı altında davam etdirilməsi idi.  

1920-1930-cu illərdə ermənilər Dağlıq Qarabağda ehtiyatlı davranır, qıcıqlandırıcı addımlar atmaqdan 

çəkinirdilər. Çünki “Dağlıq Qarabağın muxtariyyəti” məsələsi hələ  də  cəmiyyət tərəfindən qəbul olunmur, bu qərarın 

düzgülüyü hətta Azərbaycanın kommunist rəhbərliyi tərəfindən vaxtaşırı şübhə altına alınırdı. Ona görə də ermənilər bu 

dövrdə baş vermiş “muxtariyyət faktı”nın, bu əsassız qərarın ictimai rəydə möhkəmləndirilməsinə daha çox fikir verir, 

həmçinin erməni  əhalisinin sayını artırmağa çalışırdılar. 30-cu illərin  əvvəllərində Moskva rəhbərliyi xaricdən, birinci 

növbədə Yaxın  Şərq və Balkanlardan  ermənilərin Cənubi Qafqaza köçüb gəlməsinə  şərait yaratmışdı. Erməni diaspor 

təşkilatları bu köçləri təşkil edir və ermənilərin bu ərazilrədə toplum şəklində cəmləşmələrinə çalışırdılar. Moskva isə bu 

kompaniyadan təbliğat vasitəsi kimi istifadə edirdi. Bu köç o qədər də geniş miqyas almadı və bir neçə on min nəfərlə 

məhdudlaşdı. Onların bir hissəsi Azərbaycana, o cümlədən Qarabağa gələrək məskunlaşdılar. Xaricdən gələn ermənilər 

Dağlıq Qarabağda separatçı meylləri gücləndirir və geniş təşkilati işlər aparırdılar.  

Dağlıq Qarabağla bağlı ermənilər İkinci dünya müharibəsindən sonra yenidən fəallaşdılar. Uzun fasilədən sonra 

erməni kilsəsi təşəbbüsü  ələ götürdü. 1945-ci ilin iyun ayında Eçmiədzində (qədim Azərbaycan yaşayış  məntəqəsi Üç 

kilsə) dünyanın bir çox ölkələrindən gəlmiş din xadimləri, iş adamları, sənətçilərin iştirakı ilə kilsə  məclisi keçirildi. 

Moskva erməni kilsəsindən öz məqsədləri üçün istifadə etmək niyyətində idi. Konkret olaraq bu məclisdə Sovet 

Ermənistanı ilə “Türkiyə Ermənistanı”nın birləşdirilməsi məsələsi də qoyulmuşdu. Ermənilər daha ciddi maraqlar güdür, 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə