Microsoft Word qarabaq-kamani



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü2,34 Mb.
#55308


 

Məmmədov Məmmədəli 



“Milli musiqi alətlərinin təkmilləşdirilməsi”  

elmi-tədqiqat laboratoriyasının rəhbəri 

 

Qarabağ kamanı və elektro kamança 

Açar sözlər: səs, mexaniki dalğalar, elektro maqnit dalğalar, çanağın iki 

tərəfli sıxılmadan azad edilməsi, mexaniki üsul. 

  

Qarabağ kamanının ən  üstün cəhətlərindən biri onun  həm kamança, həm də 

skripka  kimi  ifa  olunmasındadır.  Bu  alət  kamança  kökündə  köklənir.  Simlər 

aşağıdakı notlardan köklənir: 

I sim – mi; II sim – lya; III sim – mi; IV sim – lya.  

Qarabağ  kamanının  kökdən  düşməməsi  üçün  tətbiq  edilən  yeni  sistem 

haqqında  məlumat  verilmişdir  (1,  s.74-84).  Tar  və  kamança  kəlləsində  mexaniki 

üsulla simlərin köklənməsi müəllif hüquqları agentliyində qeydiyyatdan keçmişdir. 

 

Haqqında danışdığımız musiqi aləti 7 hissədən ibarətdir.  




 

1.  Alətin  kəlləsi;  2.  Alətin  qolu;   3.  Alətin  çanağı;  4.  Çənə  alti  yastıq;        



5. Çanaq altı körpü; 6. Diz üstü sis; 7. Kaman 

 

Qarabağ kamanı bütünlükdə fıstıq ağacından hazırlanmışdır.  



 

Alətin  qalınlığı  (28  mm)  nazik  olduğundan  çanağın  2  tərəfli  sıxılması 

zamanı çanaq deformasiyaya uğrayır. Problemi aradan qaldırmaq üçün və çanağın 

həcmi  kiçik  olduğundan,  səs  effektini  artırmaq  üçün  (şəkil  5)  çanağın  aşağı 

hissəsinə rezonator (1) qoyulur. Qolun işərisinə keçirilmiş şişin (B) ucu rezanatora 

keçirilir.  Belə  olan  halda  çanağın  üstündəki  basqı  qüvvəsi  B  nöqtəsinə  keçirilir. 

Nəzərə alsaq ki, simlərin dartı qüvvəsi A nöqtəsindədir, bu halda gərginlik A və B 

nöqtələrinə keçdiyindən çanaq və çanaq üzərinə çəkilmiş dəri deformasiyadan azad 

olunur. Qarabağ kamanının qolunun diametri 30 mm-dir.  



 

Alətin  kəllə  üzərindəki  xərəkdən  çanaq  üzərindəki  xərəyə  qədər  olan 



məsafəsi 31,5 sm-dir. 

 

 



 

 



 

 



 

Çanağın üz diametri 13 sm, çanağın öz diametri isə 16,7 sm-dir. 




 

Qarabağ  kamanı,  müvəqqəti  işğal  altında  olan  Qarabağ  bölgəsinə  həsr 



edilmişdir. 

Qarabağ  kamanının  müəllifləri  xalq  artisti,  professor  Siyavuş  Əşrəf  oğlu 

Kərimi  və  Məmmədov  Məmmədəli  Mirəli  oğludur.  Alət  Müəllif  Hüquqları 

agentliyindən 10.03.2011-ci ildə qeydiyyatdan keçmişdir.  

Bu alət əməkdar artist Munis Şərifov, AMK-nın müəllimi Mərkəz Əliyev və 

başqaları tərfindən ifa olunmuş və ifa üçün tam yararlı olduğu qeyd edilmişdir.  

Qarabağ kamanında Mərkəz Əliyev ifa zamanı. 

 

 



 

Alət  Beynəlxalq  Muğam  Mərkəzində,  Azərbaycan  Milli  Konsrvatoriyasının 

10  illiyində,  İçərişəhərdə  “Novruz”  bayramı  şənliklərində,  televiziya  kanallarında 

və Salyan rayon “Novruz” bayramı şənliklərində sərgilənmiş və ifa olunmuşdur.     



 

 

 

 


 

 



 

Elektro  kamança  çalğı  alətinin  quruluşu  və  tərkibi  haqqında  aşağıdakı 

məlumatları verək: 

 

Alət  3  hissədən  ibarətdir.  Kəllə,  qol,  çanaq  və  kaman.  Kəllə  üzərindəki 



aşıxlar 4 ədəddir və mexanikidir (simlər mexaniki üsulla təmzinlənir). Kamançanın 

qolu  fıstıq  aağacındandır.  Qolun  uzunluğu  278  mm,  diametri  isə  30  mm.  Qol 

üzərindəki  xərək  sümükdəndir.  Simlər  maqnitləşən  metaldandır  (polad).  Simlərin 

diametri aşağıdakı ölçülərdədir:  

I simin diametri 0,12mm; II simin diametri 0,16 mm; III simin diametri 0,24 

mm;  IV simin diametri 0,32 mm. 

 



 

 



 


 

Haqqında danışdığımız musiqi alətinin çanağı aşağıdakı hissələrdən ibarətdir 



(şəkil  №1).  Dəmir  içlik  (3),  korpusu  (6)  gücləndiri  qoşulan  yer  (1),  səs  ötürücü  

üzərində  körpü  (5),  səs  ötürücü  (2),  səsi  artırıb-azaldan  (10),  səs  tembrini  dəyişən 

zil  və  bəm  (11),  xərək  (4)  və  kaman.  Çanağın  hündürlüyü  76  mm,  diametri  155 

mm.  Musiqi  alətinin  səslənmə  prosesi  aşağıdakı  qaydada  gedir.  Alət  oturaq 

vəziyyətdə diz üzərində ifa edilir. 

Mexaniki səs dalğaları aşağıdakı qaydada yaranır (4, s.65). 

Musiq  alətinin  siminə  mizrab  toxunduqda  və  ya  kamanı  sürtdükdə  polad 

simdə səs dalğalarıyla  bərabər, mexaniki dalğalar  da yaranır. 

Səs  tezliyi  ilə  rəqs  edən  istənilən  cisim  səs  mənbəyi  və  ya  səs  vibratoru 

adlanır (şəkil № 2). 

Səsin  mexaniki  dalğanın  yayılma  sürəti  bir  saniyədə  340  metirdir.  Səs 

mərkəzindən çıxan mexaniki maqnit dalğalar bütün istiqamətlərə bərabər paylanır. 

Bu  bilgiləri  əldə  etdikdən  sonra,  haqqında  danışdığımız  musiqi  alətində  tətbiq 

edək.  


1. 

Səs  mərkəzi  (polad  simlər);  2.  Səs  ötürücü;  3.  Səs  ötürücü  üzərində 

körpü; 4. Dəmir iclik (Şəkil № 3-ə bax). 

Polad  simlərdə  (səs  mərkəzi)  yaranan  səs  (mexaniki  dalğalar)  bütün 

istiqamətlərə  bərabər  paylandığını  nəzərə  alaraq,  bu  dalğaları  maksimum  qəbul 

etməyə çalışaq (şəkil № 3). 

Simlərdə yaranan mexaniki dalğalardan çanaq istiqamətində, səs ötürücü (2), 

adi  maqnit  poladı  özünə  çəkən  kimi,  səs  ötürücüdə  yaranan  elektro  maqnit 

dalğalarıda,  mexaniki  dalğaları  özünə  çəkmək  xüsusiyyətinə  malikdir.  Mexaniki 

dalğalar  tam  aşağı  enən  zaman  dəmir  içlik  (4),  yuxarı  hərəkət  edən  dalğaları  isə, 

səs ötürücü üzərində yerləşdirilmiş polad körpü qəbul edir. Beləliklə, polad simdə 

yaranan mexaniki dalğalar maksimum qəbul edildiyindən, bu musiqi alətində qeyri 

adi kamança səsi alınır.  

Nəticə etibarı ilə alətin aşağıdakı üstün cəhətlərini almış oluruq.  




 

1.  Elektron kamança stabil səsə malikdir.  



2.  Heç bir hava şəraiti onun səs tembrini dəyişməyə məcbur edə bilmir 

3.  Mexaniki üsulla kökləndiyindən kökdən düşmə problemi yoxdur və rahat 

köklənir.  

Alət kamança və skripka kökündə köklənə bilir.  

Bu  alət  xalq  artisti,  peşəkar  kamança  ifaçısı  Fəxrəddin  Dadaşov  əməkdar 

artiist Munis Şərifov, Mərkəz Əliyev  və başqa kamança ifaçıları  ifa etmiş, yüksək 

fikirdə olduqlarını bildirmişlər.   

Munis Şərifov ifa zamanı. 

 

22.02.2010-cu  ildə  Müəllif    Hüquqları  agentliyi  tərəfindən  qeydiyyata 



alınmışdır. 


10 

 

 



 

 

 



 

 

Musiqi alətinini simləri aşağıdakı notlara köklənir: 



1.  Kamança kökü – mi, lya, mi lya 

2.  Skripka kökü – mi, lya, re, sol 

 

 

 



 

 

 



 


11 

 

Ədəbiyyat siyahısı 

 

1.  M.Məmmədov.  “Milli  musiqi  alətlərinini  təkmilləşdirilməsi”  elmi-



tədqiqat  laboratoriyasının  10  ildə  keçdiyi  yola  baxış.  “KOnservatoriya” 

jurnalı № 4, Bakı – 2011.  

2.  F.E.Evdokimov. Teoretiçeskie osnovı elektrotexniki   4.10. Moskva-1965 

3.  Mirzəli  Murquzov,  Sərhəddin  Abdullayev,  Rasim  Abdurazaqov,  Natiq 

Əliyev. Fizika 8-ci sinif, Bakı-2003 

4.  8-ci sinif  Fizika   9. Səs dalğaları və səs dalğalarının yaranma şərtləri 

5.  Nəcəfzadə A. Çalğı alətlərimiz. B.MBM 2004.  

  

Резюме 

В  статье  описываются  испольнительские  возможности  созданных 

заново  Карабахского  каамана  и  электрокамана.  Наряду  с  этим  указываются 

художественные особенности и конструкции этих инструментов.  

Ключевые слова: звук, механические волны, электромагнитные  волны, 

освобождение от двухстороннего сжатия корпуса, механический способ. 

Summary 

This  article  is  devoted  to  playing  possibilities  of  new  instruments  as 

Garabakh  keman  and  electrical  keman.  The  author  explained  also  the  art 

peculiarities and constructions of these musical instruments. 

Key words: sound, mechanical waves, electrical-magnit waves, liberation of 

double-sided tightness of belly, mechanical metod.    

   

 

Rəyçi: professor Vaqif Əbdülqasımov 

 

 



Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə