29
əsasən iri maliyyə sənaye qrupları, pensiya fondları, xüsusi fondlar və iri
investisiya şirkətləri çıxış edir.
Əgər qiymətli kağızlar bazarı modelinə bu prizmadan yanaşılsa
Azərbaycanda formalaşan bazarın «Avropa» modelinə yaxınlığını görərik. Belə ki,
qiymətli kağızlar bazarının əsas iştirakçıları əsasən kredit və məhdud bank
fəaliyyəti ilə məşğul olan təşkilatlardır.
Qiymətli kağızlar bazarının effektiv fəaliyyət göstərməsi və öz funksiyalarını
yerinə yetirməsi üçün qiymətli kağızlar bazarının infrastrukturunun yaradılması,
fond bazarında bu və ya digər fəaliyyət sahəsində iştirak edən ixtisaslaşmış
təşkilatların olması zəruridir. Qiymətli kağızlar bazarının iştirakçıları dövlət,
səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, müxtəlif
investisiya təsisatları, kommersiya bankları, fond mərkəzləri, digər təsərrüfat
subyektləri, həmçinin adi vətəndaşlardır. Məhz bazarın iştirakçıları arasında
iqtisadi münasibətlərin yaradılmasında bazarın infrastrukturu önəmli rol oynayır.
Qiymətli kağızların ifrastrukturu dedikdə bu bazarda fəaliyyət göstərən peşəkar
iştirakçılar, investorlar, ticarət aparmaq üçün nəzərdə tutlan elektron sistemlər,
ödəniş sistemləri və s. başa düşülür.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları bazar infrastrukturunun
əsasını təşkil edir. Peşəkar iştirakçılar investorların bazara çıxışını təmin etməklə
yanaşı ticarətin təşkilini, ödənişlərin keçirilməsini, mülkiyyət hüquqların
ötürülməsinin qeydiyyatını həyata keçirir. Qiymətli kağızlar bazarının əsas peşəkar
iştirakçıları aşağıdakılardır:
1. Broker fəaliyyəti
Broker qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olub, onun əsas
vəzifəsi qiymətli kağızlarla alqı-satqı əməliyyatlarını həyata keçirmək istəyən
müştərilər üçün qarşı tərəflərin təmin olunmasında agent kimi fəaliyyət
göstərməkdən ibarətdir. Broker fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata
keçirilə bilər. Beləliklə broker fəaliyyəti dedikdə tapşırıq və ya komisyon
müqaviləsi əsasında müştərilərin marağına uyğun və onların hesabına qiymətli
kağızlar bazarında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi başa düşülür.
30
Müştəri qiymətli kağızları satmaq və ya almaq sifarişini barədə brokerə tapşırıq
verir. Broker müştərinin sifarişini ticarət sisteminə daxil edərək və onun üçün
qarşı tərəfi taparaq həmin tapşırığı (sifarişi) icra edir. Broker öz hesabına bazarda
əməliyyat aparmır. Broker əməliyyatları yalnız müştərinin tapşırığı əsasında
müştərinin hesabına həyata keçirir.
2. Diler fəaliyyəti
Öz adıından və ya öz hesabından qiymətli kağızlarla ticarət edən şəxs diler
adlanır. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Onlar
alış və satış qiymətləri arasındakı fərqə müvafiq olaraq gəlir götürmək ümüdi ilə
qiymətli kağızları alır və satırlar. Dilerlər har hansı bir başqa şəxslərin adından
fəaliyyət göstərmirlər. Onlar komisyon gəlirdən deyil, öz hesablarına alqı-satqı
əməliyyatlarından gəlir əldə edirlər.
3. nvestisiya fondlarının idarə olunması
nvestisiyaların idarə olunması başqa şəxslər adından investisya fondlarının
idarə olunmasıdır. nvestorlar fondun müdriyyətini öz adlarından qiymətli kağızlar
bazarında investisiya edilmək üçün maliyyə vəsaiti (pul) ilə təmin edir. Beləliklə
investisiya müdriyyətinə qiymətli kağızlar bazarında investisiya yatırmaq və
investisiya gözləyən pulu idarə etmək səlahiyyəti verilir və onlara sifarişçilərin
hesabına investisiyadan ödənilir. Azərbaycanda investisiya fondlarının iki növü
mövcuddur: açıq və qapalı investisiya fondları.
Açıq fondlar açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır və çoxsaylı
investorlara malikdir. Qapalı fondlar isə «investisiya klubu» formasında yaradılır
və yalnız məhdud sayda investorlar onun fəaliyyətində iştirak edə bilər.
• Açıq investisiya fondları buraxdığı səhmləri fondun səhmdarlarından geri
satın almaq öhdəliyinə (səhmdar investorlar öz investisiyalarını ləvğ etmək
istədikləri halda) malikdir.
• Qapalı investisiya fondlarıburaxdığı səhmləri fondun səhmdarlarından
geri satın almaq öhdəliyinə malik deyillər.
31
• Hər bir investisiya fondu fondun təsisçilərinin ümumi yığıncağında qəbul
edilən və özünün nizamnaməsində göstərilən investisiya bəyannaməsini
hazırlamalı və təsdiq edməlidir.
Cədvəl 1.2. Açıq və qapalı investisiya fondları
Açıq investisiya fondları
Qapalı investisiya fondları
Xalis aktivlərinin dəyərinin 15 % -ə
qədərini bir emitentin qiymətli
kağızlarına investisiya qoya bilər
Xalis aktivlərinin dəyərinin 25 %-ə
qədərini bir emitentin qiymətli
kağızlarına investisiya qoya bilər
Xalis aktivlərinin 25 %-ə qədəri
dövlət, yaxud bələdiyyə orqanları
tərəfindən buraxılan qiymətli kağızlara
investisiya edə bilər
Xalis aktivlərinin 35 %-ə qədəri
dövlət, yaxud bələdiyyə orqanları
tərəfindən buraxılan qiymətli kağızlara
investisiya edə bilər
Bir emitentin qiymətli kağızlarının
qanunvericiliklə müəyyən edilmiş
qaydada qeydiyyata alınmış ümumi
məbləğinin 15 %-ə qədərini ala bilər.
Bir emitentin qiymətli kağızlarının
qanunvericiliklə müəyyən edilmiş
qaydada qeydiyyata alınmış ümumi
məbləğinin 25 %-ə qədərini ala bilər.
Qapalı investisiya fondu kimi yenidən
təşkil oluna bilməz
Açıq investisiya fondu kimi yenidən
təşkil oluna bilməz
Mənbə: A.Abbasov. “Qiymətli kağızlar və onlarla əməliyyatlar”.Dərslik.Bakı 2007
nvestisiya fondu aşağıdakı əmlaklara sahib ola bilər: Pul vəsaiti, qiymətli
kağızlar, investisiya fondunun əmlakının dəyərinin 20 faizindən artıq olmamaq
şərtilə, investisiya fondunun fəaliyyəti üçün zəruri olan digər daşınan və daşınmaz
əmlaka
Fondun müdriyyəti fondun adından investisiya fondunun aktivlərini idarə
edir. nvestisiya fondunun müdiriyyəti istənilən təşkilati-hüquqi formada hüquqi və
ya fiziki şəxs (müdir) kimi fəaliyyət göstərə bilər və investisiya fondundan ayrıdır
və eyni bir vaxtda müqavilə əsasında bir neçə investisiya fondunun aktivlərini
idarə edə bilər. nvestisiya fondu depozitar yaratmalıdır və bütün qiymətli
Dostları ilə paylaş: |