66
nvestor institutlarının formalaşmaması:
Bazarın əsas strukturlarında olan investisiya bankları, investisiya fondları,
pensiya fondları kimi strukturlarınformalaşmaması bazarda əməliyyat həcminin,
dərinliyin və likvidliyin yüksəlməsinə mənfi təsir göstərməkdədir.
nvestorların hüquqlarının qorunması problemi:
Bunun üçün dövlət və ya qismən dövlət, ictimai təşkilatlar kimi investorların
qoruma sistemi formalaşdırmalıdır.
Məlumatların açıqlığı prinsipinin reallaşması:
Bu, qiymətli kağız emitentlərinin fəaliyyəti haqqında nəşrlərin
genişləndirilməsi,
emitent-kompaniyaların
qəbul
olunmuş
reytinq
qiymətləndirməsinin tətbiq olunması, ixtisaslaşmış nəşrlərin (investisiya obyekti
kimi ayrı-ayrı sahələri xarakterizə edən) şəbəkəsinin inkişaf etdirilməsi, qiymətli
kağızlar bazarını qiymətləndirmək üçün qəbul olunmuş ümumi göstəricilər
sisteminin yaradılması və s.-dir.
Bazarın kiçik həcmli və qeyri-likvid olması:
Bu bazarın əsas fuksiyalarından biri likvid bazarının olması, yəni investor
sahib olduğu aktivləri daha sürətli şəkildə başqa aktivlərə və nəğdə cevirə
bilməsidir. Likvid və dərin bazarın formalaşmaması, fonunda riskin yüksəlməsi
investorların qiymətli kağızlar bazarından uzaqlaşmalarına və diğər bazarlara
yönəlməsinə səsbəb ola bilir.
Son dövrlər ərzində azərbaycanda qiymətli kağızlar bazarının inkişafı
sahəsində bir neçə istiqamətlərdə geniş islahatlar həyata keçirilmişdir.
Bu dövr ərzində qiymətli kağızlar bazarının hüquqi və tənzimləyici bazasının
qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və sahəsində bir sıra tədbirlər
görülmüşdür. Belə ki, müasir, beynəlxalq standartlara cavab verən, iqtisadiyyata
geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini
təmin edən yeni nəsil qanunvericilik, “Qiymətli kağızlar bazarı haqqında” Qanun
layihəsi
hazırlanmış
və
Prezident
Administrasiyasında
müzakirələri
tamamlanmışdır. Qanun layihəsinin Milli Məclisin növbəti sessiyası zamanı
müzakirəyə çıxarılması nəzərdə tutulur. Bununla yanaşı, “Qiymətli kağızlar bazarı
67
haqqında” Qanun layihəsindən irəli gələn 35 qanunaltı normativ sənədlər
hazırlanmışdır. Qeyd olunan normativ hüquqi aktların “Qiymətli kağızlar bazarı
haqqında” Qanun layihəsinin təsdiqlənməsindən sonra qüvvəyə minməsi
planlaşdırılır.
Eyni
zamanda,
qiymətli
kağızlar
bazarında
peşəkar
fəaliyyətin
təkmilləşdirilməsi, risk əsaslı prudensial tənzimləmə və nəzarət sisteminin
yaradılması məqsədilə “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata
keçirilməsi” və “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi”
Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmişdir. Həmçinin, qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə
onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərinin tənzimlənməsi
məqsədilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların
təqdim edilməsi” Qaydalarına dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının
Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmişdir.
Bunlarla yanaşı, qiymətli kağızlar bazarının ticarət və post-ticarət
arxitekturasının sadələşdirilməsi, optimallaşdırılması və institusional inkişafı
istiqamətində bir sıra yeniliklər həyata keçirilmişdir. Qiymətli kağızlar bazarının
ticarət və post-ticarət əməliyyat infrastrukturunun modernləşdirilməsi məsədilə
Dünya Bankının “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində
qiymətli kağızlar bazarının inteqrasiya olunmuş ticarət, hesablaşma və nəzarət
sistemlərinin satınalınması prosesinə 2014-cü il ərzində start verilmişdir.
Satınnalma prosesinin 2015-ci ilin birinci rübü ərzində 10 yekunlaşdırılması,
sistemlərin quraşdırılmasının 2015-ci il ərzində tamamlanması və 2016-ci ildən
etibarən istismara verilməsi planlaşdırılır.
Dövr ərzində qiymətli kağızlar bazarının əməliyyat infrastrukturunun tam
avtomatlaşdırılması, klirinq sistemini mərkəzləşdirilməsi və elektron ödəniş
sisteminə tam inteqrasiyasının təmin olunması məqsədilə QKDK sədrinin müvafiq
əmri ilə işçi qrupu yaradılmış və tədbirlər planı hazırlanmışdır. Qeyd olunan
çərçivədə qiymətli kağızlarla hesablaşma-klirinq əməliyyatları zamanı vəsaitlərin
68
öncədən bloklaşdırılması təcrübəsinin məhdudlaşdrılması və əməliyyatların birbaşa
emal prinsipi əsasında həyata keçirilməsinin təmin edilməsi məqsədilə cari ilin
sentyabr ayından mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə hesablaşmaların yeni
üslubda aparılmasına start verilmişdir. Yeni hesablaşma sisteminə əsasən dövlət
qiymətli kağızları ilə ilkin bazar əqdləri və REPO əməliyyatları ticarətdən əvvəl
qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması (T ticarət günü), korporativ
qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə qiymətli kağızların
ticarətdən əvvəl bloklaşdırmaqla, qiymətli kağızların və pul vəsaitlərinin əlavə bir
iş günü zamanında (T+1 ticarət günü) təchiz edilməsinə imkan yaradır. Tədbirlər
planının icrasınn növbəti mərhələsi olaraq 2015-ci il ərzində qiymətli kağızlarla
əməliyyatların nağdsızlaşdırılması, birjadankənar qiymətli kağızlar bazarının
əməliyyat-hesablaşma sistemlərinin klirinq sisteminə tam inteqrasiyası və
hesablaşma banklarının fəaliyyətinin təmin olunması nəzərdə tutulur.
Eyni zamanda qiymətli kağızlar bazarında təklifin stimullaşdırılması üzrə
tədbirlər davam etdirilmişdir. Dövr ərzində qiymətli kağızlar bazarında şirkətlərin
kapital bazarlarına çıxış üçün hazırlanması və bu sahədə onlara məsləhət
xidmətlərinin göstərilməsi məqsədilə 2014-cü ilin aprel ayında Bakı Fond Birjası
tərəfindən “Listinq Məsləhət Proqramı”-na (LMP) start verilmişdir. LMP-nin əsas
məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətləri
korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin
edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait
cəlb etməyin yolları barədə məlumatlandırmaqdan və bununla da həmin şirkətlərin
kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə peşəkar və
tam ödənişsiz əsaslarla dəstək olmaqdan ibarətdir. Cari il ərzində Proqram
çərçivəsində Listinq komitəsi formalaşdırılmış, komitənin tərkibi və Əsasnaməsi
təsdiq edilmiş, audit, broker və hüquq xidmətləri göstərən 10 təşkilatla tərəfdaşlıq
müqaviləsi imzalanmışdır. Eyni zamanda, dövr ərzində Listinq Məsləhət
Proqramına qoşulmaq məqsədilə 2 şirkətlə memorandum imzalanmışdır.
Hesabat dövrü Bakı Fond Birjasının ticarət platformasında likvidliyi təmin
olunmuş korporativ istiqrazlar və Azərbaycan poteka Fondunun istiqrazlarının
Dostları ilə paylaş: |