32
kağızlarını saxlamaq üçün investisiya fondunun yalnız bir depozitarisi ola bilər.
nvestisiya fondu həmçinin səhmdarlarının reyestrinin aparılması üçün reyestr
saxlayıcı yaratmalıdır. Bu funksiya həmçinin depozitra tərəfindən də yerinə yetirilə
bilər.
4. Fond Birjasının təşkili və fəaliyyəti
Fond Birjası - müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal
tədavülü üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən
edilməsi (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən
qiymət), həmçinin onlar haqqında lazımi məlumatnın yayılması, qiymətli kağızlar
bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirmələri üçün
şəraitin yaradılması olan təşkilatdır. Fond Birjası - qapalı səhmdar cəmiyyəti
formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və
bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır.
Fond birjası öz fəaliyyətini Qiymətli kağızlar üzrə Dövlət Komitəsi
tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında yerinə yetirir. Yanlız bu
razılıq verildikdən sonra qurum özünü fond birjası adlandıra bilər. Fond birjasının
üzvləri birjanın daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak
etmək hüququna malik olan broker və ya dilerlərdir.
Fond birjası ticarət təşkilatçısı kimi əlavə olaraq depozitar fəaliyyəti və
qarşılıqlı öhdəliklərin müəyyən olunması (klirinq) fəaliyyəti ilə məşğul ola bilər.
Bu fəaliyyət növlərindən əlavə fond birjası qiymətli kağızlar bazarında hər hansı
bir digər peşəkar fəaliyyət növü (məsələn, ticarətin təşkili, broker və ya
investisiyanın idarə olunması) ilə məşğul ola bilməz.
Fond birjası özünün xüsusi tələblərinə və şirkətə qiymətli kağızlar
buraxmağa icazə verən QKDK-nin tələblərinə uyğun olaraq öz bazarlarında
qiymətli kağızların ticarətə buraxılması üçün məsuliyyət daşıyır. Birja həmçinin
qiymətli kağızlar onun tələblərinə uyğun gəlmədikdə onların ticarətdən çıxarılması
(delistinq) üçün məsuliyyət daşıyır.
Fond birjası qiymətləri göstərmək və qiymətli kağızlarla əqdlərin
bağlanmasına imkan vermək üçün ticarət sistemi yaradır.
33
Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçısı,
birjanın təsisçisi və iştirakçısı ola bilməzlər, eləjə də fond birjasının fəaliyyətində
sahibkar sifəti ilə sərbəst iştirak edə bilməzlər.
Fond birjasının ticarətin aparılması üçün hərracları təşkil etdiyi günlər ticarət
günləri kimi tanınır və hər ticarət günü daxilində bir və ya daha çox ticarət
sessiyaları ola bilər.
Hərracın iştirakçısı fond birjasının üzvü olan broker və (və ya) diler
fəaliyyətini həyata keçirilməsi üçün qiymətli kağızlar bazarının peşəkar
iştirakçısının xüsusi razılığa (lisenziyaya) malik olan və fond birjasının qaydalarına
uyğun sifarişlər elan etmək və qiymətli kağızlarla bağlı əqdləri həyata keçirmək
hüququna malik olan hüquqi və (və ya) fiziki şəxsdir. Onlar fond birjasının
tələblərinə uyğun olaraq öz sifarişlərini elan etməli və əqdlər bağlamalıdırlar.
Qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları fond birjasının üzvləri
ola bilərlər. Kimin üzv kimi qəbul edilməsi məsələsi isə fond birjasının
səlahiyyətindədir.
5. Klirinq fəaliyyəti
Klirinq (clearing – ingilis dilindən tərcüməsi təmizləmək deməkdir) -
qiymətli kağızların göndərilməsi üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi, bu
öhdəliklərin hesaba alınması və qiymətli kağızlar üzrə hesablaşma aparılmasıdır.
Klirinq qiymətli kağızlar alan şəxs üçün onların qəbul etməsini (almasını) və
qiymətli kağızları satan şəxs üçün isə bu qiymətli kağızların ödənilməsini təmin
edir. Bu proses qiymətli kağızlarla əqdlər üzrə məlumatın toplanması, yoxlanması,
təshih edilməsi və onlar üzrə mühasibat sənədlərinin hazırlanmasını əhatə edir.
Klirinq birbaşa iştirakçılar arasında və ya daha normal olaraq adətən klirinq evi
məlum olan klirinq təşkilatı vasitəsilə həyata keçirilir. Klirinq evi hüquqi şəxsdir
və Azərbaycanda bu fəaldiyyət növü ilə məşğul olmaq üçün Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsindən lisenziya alınmalıdır. Klirinq evi klirinqi xidmətlər və
mexanizmlərlə təmin edərkən o, onu öz əqdlərinə və agent kimi fəaliyyət
göstərdikləri tərəflərə dair məlumat ilə təmin edəcək üzvlər kimi klirinq
iştirakçıları tələb edir.
34
Bu fəaliyyətlə məşğul olan iştirakçılar çox vaxt ticarət təşkilatçıları adlanır.
Klirinq təşkilatçısı öz gəlirini hər bir əqd üzərinə qoyulan rüsumdan əldə edir.
Onlar öz gəlirlərini qiymətli kağızlarla bağlı ticarət mövqelərindən deyil klirinq
fəaliyyətindən götürürlər.
6. Depozitar fəaliyyət
Depozitar qiymətli kağızları və onların sertifikatlarını onların
mülkiyyətçilərinin adından təhlükəsiz saxlanılmasını təmin edən institutdur
(hüquqi şəxs qismində, fiziki şəxs deyil) və bu qiymətli kağızlar üzərində
mülkiyyət hüquqlarının özgəninkiləşdirilməsi ilə bağlı xidmətlər göstərir. Bu isə
qiymətli kağızlarla ticarət edən qiymətli kağızların peşəkar iştirakçıları üçün
dəyişmənin sürətini və effektivliyini artırır. Beləliklə depozitarlar üzvlər arasında,
eləcə də üzvlər və qeyri-üzvlər arasında qiymətli kağızlara dair sövdələşmə
proseslərini asanlaşdırır və sürətləndirir. Başqa depozitarları istifadə edən qiymətli
kağızlar bazarının iştirakçıları ilə bütün sövdələşmələr də həmçinin, yerinə yetirilə
bilər. Depozitar həmçinin, qiymətli kağızlara olan mülkiyyət haquqlarının
özgəninkiləşdirilməsinin hesablar vasitəsi ilə baş verməsini, yalnız xalis
özgəninkiləşdirmə proseslərinin hər bir emitentin qiymətli kağızlarının mülkiyyət
hüquqlarını qeydə alan reyestrsaxlayıcı ilə uçota alınmasını təmin edə bilər. Bu
bazarda müntəzəm şəkildə qiymətli kağızlarla alqı-satqı əməliyyatlarını həyata
keçirən iştirakçılar arasında birbaşa reyestrsaxlayıcı ilə işləməkdənsə qiymətli
kağızların daha effektiv kliringinə imkan verir. Depozitar fəaliyyəti yalnız hüquqi
şəxslər tərəfindən həyata keçirilə bilər. Depozitarın qiymətli kağızların saxlanması
və uçotu üzrə xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır.
Depozatar həmçinin, reyestrsaxlayıcı qismində də çıxış edə bilər, lakin o,
diler, broker, investisiya meneceri və ya fond birjası ola bilməz.
7. Reyestrsaxlayıcı fəaliyyəti
Reyestrsaxlayıcılar buraxılmış qiymətli kağızların və qeydiyyat alınmış
qiymətli kağızların mülkiyyətçilərin qeydiyyatını aparırlar. Qiymətli kağızlar
buraxan hər bir cəmiyyət (şirkət) üçün yalnız bir reyestrsaxlayıcı olur. Lakin bir
reyestrsaxlayıcı istənilən sayda cəmiyyətə xidmət göstərə bilər Qiymətli kağız
Dostları ilə paylaş: |