Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

I FƏSİL  
İNFORMASİYA VƏ İNFORMASİYA 
SİSTEMLƏRİ 
İnformasiya anlayışı, onun növləri 
İnformasiyanın kodlaşdırılması və təsvir edilməsi 
İnformasiyanın əsas xassələri 
İnformasiya sistemləri 
İnformasiya sistemlərinin təsnifatı 


14 
1.1.  İnformasiya anlayışı, onun növləri 
Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya 
ilə bağlıdır. Xarakterindən asılı olaraq insan fəaliyyətinin 
müxtəlif sahələrində elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, 
kommersiya və s. növ informasiya yaranır, toplanır, emal 
olunur və istifadə edilir. İnformasiya termini mənşəcə latın 
sözü olan «informatio» sözündən yaranmışdır, izahetmə, 
şərhetmə və məlumat vermə mənalarını daşıyır. İnformasiya 
informatikada ilkin anlayış kimi qəbul olunur. 
İnformasiya anlayışına bütün tətbiq sahələrini  əhadə 
edən dəqiq tərif vermək çətindir. Müxtəlif mənbələrdə in-
formasiya anlayışının müxtəlif aspektlərdən aşağıdakı ki-
mi izah və şərhlərinə rast gəlinir: 
-  informasiya – işarə və siqnallar vasitəsilə mövzu sa-
həsinin əks olunmasıdır; 
-  informasiya – xəbərlər, yeni faktlar, yeni biliklərdir; 
-  informasiya – məlumatın və ya xəbərin məzmunudur; 
-  informasiya – mövcud qeyri-müəyyənliyi aradan qal-
dıran məlumat və ya xəbərdir; 
-  informasiya – insanın ətraf aləmdə olan obyektlər və 
baş verən hadisələr haqqında məlumatlılıq səviyyə-
sini artıran xəbərlərdir; 
-  informasiya – fəlsəfi mənada real aləmin  əksi kimi 
qəbul edilir. 
Azərbaycan dilinin izahlı lüğətində informasiya anla-
yışı “məlumatlar məcmusu” kimi şərh olunur.  
İnformatika elmi baxımından informasiyaya aşağıdakı 
tərif verilir. 
İnformasiya – yaranma tarixindən, təqdimat formasın-
dan və təsnifatından asılı olmayaraq şəxslər, əşyalar, fakt-


15 
lar, hadisələr və proseslər haqqında məlumatlar və 
bilgilərdir.  
İnformasiya anlayışına Azərbaycan Respublikasının bir 
sıra qanunlarında tərif verilir. 
-  “İnformasiya, informasiyalaşdırma və informasiya-
nın mühafizəsi haqqında” Azərbaycan Respublika-
sının Qanunu (3 aprel 1998-ci il): “İnformasiya – 
təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, 
fakt, hadisə və proseslər haqqında məlumatlardır”. 
-  “İnformasiya azadlığı haqqında” Azərbaycan Res-
publikasının Qanunu (01 yanvar 2005-ci il): “İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından 
və  təsnifatından asılı olmayaraq səlahiyyətli orqan-
lar tərəfindən saxlanılan, maddi daşıyıcıda qeydə 
alınan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər 
xarakterli məlumatların məcmusudur”. 
-  “İnformasiya  əldə etmək haqqında” Azərbaycan Res-
publikasının Qanunu (30 sentyabr 2005-ci il): “İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından və 
təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nə-
ticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, 
bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır”.  
İnformasiyanı bir sıra  əlamətlərə görə növlərə bölmək 
olar. 
Qəbul edən reseptorların növündən asılı olaraq, qəbul-
etmə üsuluna görə informasiya aşağıdakı növlərə bölünür: 
-  vizual informasiya – görmə orqanları vasitəsilə  qə-
bul edilən informasiya; 
-  audial informasiya – eşitmə orqanları vasitəsilə qə-
bul edilən informasiya; 
-  taktil informasiya – toxunmaqla duyan reseptorlar 
vasitəsilə qəbul edilən informasiya; 


 
 
16 
 
-  iylə bağlı informasiya – iybilmə reseptorları vasitə-
silə qəbul edilən informasiya; 
-  dadla bağlı  informasiya  – dadbilmə reseptorları 
vasitəsilə qəbul edilən informasiya. 
Təqdim edilmə formasına görə informasiyanın növləri 
aşağıdakılardır: 
-  mətni informasiya – dilin leksemlərini işarə etmək 
üçün nəzərdə tutulmuş simvollar ardıcıllığı  şəklində 
ötürülən informasiya; 
-  ədədi informasiya – riyazi əməliyyatları işarə etmək 
üçün nəzərdə tutulmuş  rəqəm və  işarələr vasitəsilə 
verlən informasiya; 
-  qrafik informasiya – sxemlər, eskizlər, təsvirlər
qrafiklər, diaqramlar və simvollar şəklində  təqdim 
olunan məlumat və ya verilənlər; 
-  səs informasiyası – dilin leksemlərindən istifadə et-
məklə şifahi danışıq və ya audioyazı şəklində  ötürü-
lən informasiya; 
-  video informasiya – video qurğular vasitəsilə  təsbit 
olunan, video yazılar şəklində saxlanılan və ötürülən 
informasiya. 
Təyinatından asılı olaraq, informasiyanın aşağıdakı 
növlərini də fərqləndrirlər: 
-  ictimai informasiya – qanunlarla və ya digər norma-
tiv hüquqi aktlarla müəyyənləşdirilmiş ictimai vəzi-
fələrin yerinə yetirilməsi prosesində yaradılan və ya 
əldə edilən faktlar, rəylər və bilgilərdir; 
-  xüsusi informasiya – xüsusiləşdirilmiş anlayışlar 
toplusundan ibarət olan, istifadə zamanı spesifik 
(kütlə  tərəfindən anlaşılmayan, lakin müəyyən in-
sanlar qrupu üçün başa düşülən və  zəruri olan) mə-
lumatları çatdıran informasiyadır.  


17 
-  şəxsi və ailə  həyatına dair informasiya  (fərdi 
məlumat) – şəxsiyyəti birbaşa və ya dolayısı ilə 
identikləşdirməyə imkan verən hadisələr, fəaliyyət-
lər, vəziyyətlər barədə faktlar, rəylər və bilgilərdir. 
İstifadə sahəsindən və formasından asılı olaraq infor-
masiyanı aşağıdakı növlərə bölürlər: 
-  sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşı-
yıcıda qeyd olunmuş və identikləşdirilməsi mümkün 
olan rekvizitlərə malik informasiyadır; 
-  kütləvi informasiya  –  əldə olunması, istifadəsi, iş-
lənməsi, başqa  şəxslərə verilməsi və ya ötürülməsi 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məh-
dudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutu-
lan sənədləşdirilmiş informasiyadır; 
-  konfidensial informasiya - əldə olunması, istifadəsi, 
işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məh-
dudlaşdırılan sənədləşdirilmiş informasiyadır. 
Xarakterinə və formasına görə informasiyanın aşağıda-
kı növlərini qeyd etmək olar: 
-  tematik  informasiya  – texniki, texnoloji, marketinq 
və digər mövzu sahələrinə aid olan informasiyadır; 
-  elmi-texniki informasiya – monoqrafiyalar, disserta-
siyalar, avtoreferatlar, eləcə də elmi xarakterli məqa-
lələr, referatlar, xülasələr, konfrans, telekonfrans və 
forum materialları və digər nəşrlərdir; 
-  reklam informasiyası  – təşkilatlar (şirkətlər, firmalar 
və s.), onların rəhbərləri və əsas vəzifələri tutan şəxslər, 
təqdim olunan məhsul və xidmətlər barədə məlumatlar, 
müştəriləri maraqlandıran suallara cavablar və s. 
-  sorğu məlumatları – sorğu kitabçalarına analoji olan 
müxtəlif sorğu xarakterli məlumatlar, təşkilatların 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə