Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

18 
ünvanları, web-saytlarına istinadlar, normativ baza-
lar və s. 
-  xəbərlər – baş verən hadisələr, onların mahiyyəti və 
inkişaf dinamikası barədə ilkin (işlənməmiş) məlu-
matlardır. 
Gündəlik fəaliyyətdə informasiya anlayışı ilə yanaşı mə-
lumat anlayışından da geniş istifadə olunur. Bəzən bu anla-
yışları eyniləşdirirlər. Lakin konteksdən asılı olaraq onlar 
tamamilə  fərqli mahiyyət daşıyırlar. Azərbaycan dilinin 
izahlı lüğətində  məlumat anlayışı  “bir  şey haqqında bilik, 
xəbərdarlıq”,  “bir  şey haqqında  şifahi və ya yazılı arayış, 
bildiriş, izahat”“xəbər, xəbərdarlıq” kimi şərh olunur. 
“İnformasiya azadlığı haqqında” Azərbaycan Respub-
likasının Qanununda məlumat aşağıdakı kimi şərh olunur: 
Məlumat - təbiətdə  və  cəmiyyətdə baş verən hadisələr, 
proseslər, təzahürər, fəaliyyətlər və  əşyalar barədə fakt-
lar, rəylər, bilgilərdir
”.  
Beləliklə, demək olar ki
məlumat – ətraf mühitdə mövcud 
olan bütün maddi və  mənəvi varlıqlar haqqında bilgilərdir, 
informasiya isə məlumatın (xəbərin) məzmunudur”. 
İnformasiya və məlumat anlayışları ilə yanaşı verilənlər 
və biliklər anlayışlarından istifadə olunur.  
Verilənlər dedikdə konkret mövzu (fəaliyyət) sahəsində 
obyektlərin faktoqrafik təqdimatını  təmin edən konkret 
məlumatlar başa düşülür. Başqa sözlə,  verilənlər – ob-
yektlərin konkret göstəriciləri haqqında emal sisteminə 
daxil edilən faktiki məlumatlar toplusudur.  
Bəzən aşağıdakı tərifə də rast gəlinir: “verilənlər – tex-
niki və proqram vasitələrinin köməyi ilə emal olunması və 
rabitə xətti ilə ötürülməsi mümkün olan formallaşdırılmış 
şəkildə təqdim edilən faktlardır”. 


 
 
19 
 
“Elektron imza və elektron sənəd haqqında” Azərbay-
can Respublikasının Qanununda “verilənlər – informasiya 
texnologiyaları vasitələri ilə emal edilməyə yararlı infor-
masiya” kimi şərh olunur.  
Ənənəvi olaraq, verilənləri bir neçə növə ayırırlar: iki-
lik (binar) verilənlər, mətn tipli verilənlər, ədəd tipli veri-
lənlər və s. İkilik verilənlər yalnız onların strukturunu bi-
lən xüsusi proqram təminatı vasitəsilə emal edilir, digər 
proqramlar isə onları dəyişdirmədən ötürür. Mətn tipli ve-
rilənlər informasiya sistemi tərəfindən hər hansı dildə ya-
zılmış mətn kimi qəbul olunur. Adətən, bir sistemdən di-
gərinə ötürülən zaman mətnlər kodlaşdırılır. Ədəd tipli ve-
rilənlər müəyyən kəmiyyətlərin qiymətlərinin verilməsi, 
hesablamaların aparılması üçün istifadə olunur. 
Ümumiyyətlə, verilənlər obyekt haqqında və ya obyekt-
dən daxil olan qeyd edilmiş məlumatlar çoxluğudur. Veri-
lənlər onların mümkün emalı proseslərinə adekvat olan 
konkret formalarda təqdim olunurlar. İnformasiya kom-
püterə daxil edilən zaman o, verilənlərə çevrilir.  
Bu baxımdan verilənləri faktoqrafik (faktiki) informa-
siya adlandırırlar.  Faktoqrafik informasiya dedikdə ölç-
mə, təsviretmə  və  təsbitetmə üsulu nəticəsində alınan tə-
miz (dəyişikliyə məruz qalmamış) məlumatlardır. 
Verilənlərin informasiyaya çevrilməsi üçün onu aktual-
laşdırmaq və mənaya malik məzmun vermək lazım gəlir. 
Ona görə də verilənlərin informasiya olması üçün onların 
qəbul və emal edilməsi üsulları  və vasitələri olmalıdır. 
Başqa sözlə, informasiya verilənlər və onlar arasındakı 
münasibətlərdən yaranan dinamik məhsuldur.  
Verilənlərin toplanması, saxlanılması  və emalı üçün 
verilənlər bazalarından istifadə olunur.  Verilənlər bazası 
(VB) dedikdə  hər hansı fiziki və ya virtual sistemin xa-


20 
rakteristikalarını  təsvir edən strukturlaşdırılmış, təşkil 
olunmuş verilənlər toplusudur. Verilənlər bazası anlayışını 
bəzən səhvən verilənlər bazalarını idarəetmə sistemləri 
(VBİS) ilə eyniləşdirirlər. Lakin yadda saxlamaq lazımdır 
ki, VB – bilavasitə verilənlərin toplusu, VBİS isə verilən-
lər bazalarının təşkili və aparılması üçün nəzərdə tutulmuş 
proqram sistemidir. 
Bir çox hallarda rəsmi sənədlərdə verilənlər termini əvə-
zinə məlumat terminindən,  verilənlər bazası termini əvəzi-
nə isə məlumatlar bazası terminindən istifadə olunur. 
Biliklər – həll edilən məsələ, təqdim olunan əşya, ob-
yekt və mövzu sahəsi haqqında müəyyən məlumatlılıq 
səviyyəsinə uyğun olan və onun haqqında tam təsəvvür 
yaradan məlumatlar toplusudur. Azərbaycan dilinin izahlı 
lüğətində bilik “oxumaq və ya təcrübə  nəticəsində  əldə 
edilən məlumat, elm” kimi şərh olunur. Biliklər mövzu 
sahəsində müəyyən olunmuş  məsələlərin həll edilməsinə 
imkan verən məlumatlar və onlar arasındakı münasibətləri 
tənzimləyən qanunauyğunluqlar  əsasında formalaşır.  İn-
formasiya sistemləri nəzəriyyəsində bilikləri məntiqi nəti-
cə  çıxarma prosesində istifadə olunan, formallaşdırılmış 
və strukturlaşdırılmış informasiya adlandırırlar. 
Bilik – insanın dərketmə  fəaliyyətinin nəticələrinin 
mövcudolma və sistemləşdirmə formasıdır.  
Bilik – obyektiv reallığın subyektiv obrazı, başqa sözlə 
daxili və xarici aləmin insanın  şüurunda təqdimatlar
anlayışlar, mülahizələr, nəzəriyyələr formasında adekvat 
əksidir. 
Süni intellekt, biliklər bazaları  və ekspert sistemləri 
baxımından biliklər dedikdə  ətraf aləm haqqında verilən-
lər, faktlar, xəbərlər və nəticəçıxarma qaydaları, o cümlə-
dən obyektlərin xassələri, proses və hadisələrin qanuna-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə