Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

29 
Beləliklə, Unicode beynəlxalq standartlara uyğun ol-
maq şərti ilə bütün dünya ölkələri arasında elektron mətn-
lərin problemsiz mübadiləsini və oxunuşunu dəstəkləmək 
üçün simvolların kodlaşdırılmış bir sistemidir. Bundan əla-
və, o bütün dillərin klassik və tarixi mətnlərini dəstəkləyir.  
Unicode standartı onun elektron variantı olan "Unicode 
Standart Annexes" (Unicode standart əlavələri) və "Uni-
code Character Database" (Unicode simvollarının verilən-
lər bazası), həmçinin "Standart Unicode" kitabı vasitəsi ilə 
təyin olunmuşdur. Hər bir versiyanın dəqiq tərkibini 
müəyyənləşdirmək üçün «Enumerated Versions of the 
Unicode Standart» (Unicode standartının nömrələnmiş 
versiyaları) standartından istifadə olunur. Unicode 4.0 
versiyası Unicode standartının son variantıdır. 
Azərbaycan  əlifbası daxil edilmiş standart Unicode 
şriftləri aşağıdakılardır:  
-  Arial; 
-  Times New Roman; 
-  Courier; 
-  Verdana; 
-  Lucida Sans Unicode; 
-  Tahoma; 
-  Palatino Linotype və s. 
Unicode standartı bütün müasir və qədim yazılı dillərin 
işarələrinin vahid sistem daxilində kodlaşdırılmasını təmin 
etmək məqsədi ilə işlənilmişdir. Standartda hər bir simvol 
16 bit (2 bayt) vasitəsilə ilə  təqdim olunur və 8 bitlik 
kodlaşdırmadan fərqli olaraq daha çox simvolun təsvir 
olunmasına imkan verir. Belə ki, Unicode standartı 65536 
kodu əhatə edə bilir.  
Unicode standartına hərf, rəqəm və vurğu işarələrindən 
ibarət simvollar qrupu, riyazi və texniki işarələr qrupu


30 
göstəricilər və s. daxildir. Burada "tilda" və bu kimi işarə-
lərin müxtəlif variantları, müxtəlif işarələrin birləşməsin-
dən əmələ gələn diakritlərin kodlaşdırılmasını təmin etmək 
olur. Unicode dünya əlifbalarının işarələri, heroqliflər və işa-
rələrdən ibarət olan 29000-dən çox simvolların kodlarını 
özündə birləşdirir.  
Unicode standartında ehtiyat kimi saxlanmış  və daha 
29000-dən çox simvolun istifadəsi üçün nəzərdə tutulmuş 
kodlar mövcuddur. Onların köməyi ilə gələcəkdə hətta ta-
rixi heroqliflərin və ya mövcud əlifbaların mümkün geniş-
lənmələrini nəzərə almağa imkan verir. Bundan əlavə
6000-dən çox kod fərdi istifadə üçün nəzərdə tutulmuşdur 
ki, bunlar proqram təminatı və avadanlıq istehsalçıları tə-
rəfindən xüsusi məqsədlər üçün istifadə oluna bilər.  
Unicode standartının kodlarının ümumi diapazonu bir 
neçə altçoxluğa bölünmüşdür. Bu altçoxluqlar hər hansı 
dilin əlifbasından və ya funksiyalarından asılı olaraq xüsu-
si işarələr qruplarından ibarətdir. Unicode standartı haq-
qında daha ətraflı  məlumatı http://www.unicode.org/ ün-
vanından almaq olar. 
1.3.  İnformasiyanın əsas xassələri 
İstənilən obyekt kimi informasiya da müəyyən xassələ-
rə malikdir. İnformasiyanın xassələrinə  həm verilənlərin, 
həm də informasiya prosesində verilənlərlə işləyən üsul və 
vasitələrin xassələri təsir edir. İnformasiyanın keyfiyyəti 
dedikdə onun istehlakçıların tələbatlarına uyğun olma də-
rəcəsi başa düşülür.  İnformasiyanın xassələri onun isteh-
lakçısının tələbatından asılı olub, nisbi xarakter daşıyır. 


31 
İnformasiyanın keyfiyyətini müəyyən edən  əsas xas-
sələri aşağıdakılardır. 
Obyektivlik  – informasiyanın  özündə subyektiv fikirləri 
saxlamaması xassəsidir. Subyektiv fikir (qiymət) dedikdə 
baş verən prosesə, vəziyyətə  və hadisəyə  hər hansı insanın 
baxışı, fikri, mülahizəsi və ya rəyi başa düşülür. Təbii ki, ey-
ni bir məsələ ilə bağlı baxışlar və fikirlər müxtəlif ola bilər. 
Subyektiv baxışdan, fikirdən, mülahizədən asılı olmayan in-
formasiya obyektiv informasiya adlanır. İnformasiyanın ob-
yektivliyi anlayışı nisbidir, çünki onun emalı üsulları, adə-
tən, subyektiv olur. Ona görə də istənilən informasiya prose-
sinin gedişində informasiyanın obyektivlk dərəcəsi həmişə 
aşağı düşür. İnformasiya proseslərinin ən az subyektivlik da-
xil etdiyi informasiya daha obyektiv adlanır. 
Dolğunluq (tamlıq) – informasiyanın  əks olunan ob-
yekti və ya prosesi tam xarakterizə etməyə imkan verən 
xassəsidir.  Əgər informasiya həll olunan məsələnin ma-
hiyyətinin başa düşülməsi və qərarın qəbul edilməsi üçün 
kifayət qədərdirsə, onu dolğun (tam) adlandırmaq olar. 
Tam olmayan informasiya səhv nəticənin çıxarılmasına və 
düzgün olmayan qərarın qəbul edilməsinə səbəb ola bilər. 
Lakin müəyyən vəziyyətlərdə informasiyanın izafiliyi 
düzgün qərarın qəbul edilməsinə əngəl yarada bilər. 
Doğruluq  – informasiyanın gizli səhvlərə malik olma-
ması xassəsidir. Başqa sözlə, doğruluq alınmış informasi-
yanın onun həqiqi mənasına uyğunluq dərəcəsi kimi başa 
düşülür.  Əgər informasiya real (əsil) vəziyyəti təhrif et-
mirsə və mövcud obyektləri zəruri dəqiqliklə əks etdirirsə, 
onda deyirlər ki, informasiya doğrudur. Obyektiv informa-
siya həmişə doğrudur, lakin doğru informasiya həm ob-
yektiv, həm də subyektiv ola bilər.  


32 
Doğru informasiya düzgün qərar qəbul etməyə kömək 
edir.  İnformasiyanın məzmununun qəsdən təhrif edilməsi 
(dezinformasiya), subyektiv siqnalın təsadüfən, küylərin 
təsiri nəticəsində  təhrif olunması, informasiyanın təsbit 
edilməsində  səhvlərin olması  və digər səbəblərdən onun 
doğruluğu pozula bilər. Ümumi halda, haqqında məlumat 
ötürülən hadisənin başvermə vaxtının göstərilməsi, müx-
təlif mənbələrdən alınmış  məlumatların tutuşdurulması, 
dezinformasiyanın vaxtında aşkarlanması, təhrif olunmuş 
informasiyanın istisna edilməsi yolu ilə informasiyanın 
doğruluğunu təmin etmək olar. 
Adekvatlıq  (dəqiqlik) – informasiyanın  əks olunan ob-
yekt, proses və ya hadisəyə birqiymətli uyğunluğu xas-
səsidir. Təqdim etdiyi obyektə  həqiqətən uyğun olan in-
formasiya adekvat informasiya adlanır. Əgər informasiya-
nın köməyi ilə real obyekt, proses, hadisə haqqında ob-
yektiv təqdimat yaratmaq mümkündürsə, onda həmin in-
formasiya  adekvatdır. 
Əlyetərlilik – informasiyanın istifadəçi tərəfindən  əldə 
oluna bilməsi imkanları ilə xarakterizə olunan xassəsidir. 
Əlyetərlilik – informasiyanın  əldə olunmasının mümkün-
lüyünün ölçüsüdür. Əgər informasiyanın əldə edilməsi və 
çevrilməsi imkanları varsa, onda deyirlər ki, informasiya 
əl çatandaır (əl yetəndir). İnformasiyanın əlyetərliliyi həm 
də  qəbuletmə üçün onun təqdim edilməsi forması ilə 
müəyyən olunur. Əgər informasiya başa düşülməyən və ya 
qavrama üçün aydın olmayan şəkildə ifadə olunubsa, onda 
o, əldə olunmayan hesab edilir. 
Aktuallıq (vaxtında olma) – informasiyanın cari vaxta 
uyğunluq dərəcəsini göstərən xassəsidir. Aktuallıq – hazır-
ki vaxt üçün informasiyanın vacibliyini və  əhəmiyyətlili-
yini müəyyən edir. Aktuallıq termini əvəzinə bəzən “vax-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə