Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
 
33 
 
tında olma” (təzəlik) termini işlədirlər. Vaxtında olma de-
dikdə informasiyanın hazırki vaxtda başa düşmə  və  qərar 
qəbuletmə üçün zəruri məlumatları özündə saxlaması, aktual 
olması başa düşülür. Belə ki, vaxt keçdikçə informasiya öz 
aktuallığını itirə bilər. Başqa sözlə, vaxtında daxil olmayan 
informasiya sonradan öz əhəmiyyətini itirə, lazımsız ola bi-
lər. Əgər informasiya dəyişən şərtlər daxilində iş zamanı cari 
vəziyyətə uyğun olarsa, onda o, aktual hesab olunur. Vaxtın-
da daxil olan informasiya zəruri fayda verə bilər. 
Qiymətlilik (əhəmiyyətlilikfaydalılıq) – hər hansı məsələ-
nin həll edilməsi üçün informasiyanın vaciblik dərəcəsi ilə 
müəyyən olunan xassəsidir. Başqa sözlə, informasiyanın qiy-
mətliliyi onun köməyi ilə verilmiş məsələnin nə qədər effek-
tiv həll edilməsi dərəcəsi ilə müəyyən olunur. Qiymətli infor-
masiya eyni zamanda faydalı, kifayət qədər yeni, dolğun və 
doğru olmalıdır. Lakin bir çox hallarda informasiyanın dol-
ğunluğu və doğruluğunun təmin edilməsi üzrə aparılan işlər 
onun köhnəlməsinə və təbii ki, faydasız olmasına gətirib çıxa-
rır. İnformasiyanın faydalılığı obyekt haqqında məlumatların 
qeyri-müəyyənliyinin azaldılması dərəcəsi ilə müəyyən edilir. 
Aydınlıq dedikdə informasiyanın təyinatı üzrə aidiyyəti 
şəxslər tərəfindən başa düşülən dildə ifadə olunması  nə-
zərdə tutulur 
1.4.  İnformasiya sistemləri  
Böyük həcmli informasiyanın toplanması, daxil edilməsi
emalı, saxlanılması və ötürülməsi üçün informasiya texnolo-
giyalarından, o cümlədən kompüter texnikasından istifadə 
olunur, bu və ya digər informasiya sistemi reallaşdırılır.  


34 
İnformasiya texnologiyaları  – informasiyanın toplan-
ması, emalı, saxlanılması, ötürülməsi, təqdim edilməsi, 
əks olunmasını  təmin edən, bir-biri ilə texnoloji zəncirdə 
birləşən üsullar, istehsal prosesləri və proqram-texniki va-
sitələr toplusudur. İnformasiya texnologiyalarının məqsədi 
informasiya ehtiyatlarının istifadəsi proseslərinin çətin-
liyinin azaldılmasından, onların etibarlığının və opertivli-
yinin yüksəldilməsindən ibarətdir. Ona görə də, tərifi aşa-
ğıdakı kimi vermək olar: informasiya texnologiyaları – 
informasiya ehtiyatlarının istifadəsi zamanı etibarlığı  və 
opertivliyi yüksəltmək, yaranan çətinliyi azaltmaq məqsə-
dilə  zəruri informasiya proseslərinin yerinə yetirilməsini 
təmin edən və texnoloji zəncirdə birləşən üsullar və proq-
ram-texniki vasitələr kompleksidir. Burada informasiya 
prosesləri dedikdə informasiyanın yaradılması, toplanma-
sı, işlənməsi, saxlanılması, axtarışı və yayılması prosesləri 
nəzərdə tutulur.  
İnformasiya ehtiyatları  – informasiya sistemlərində 
(kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər bankla-
rında və s.) olan sənədlər və sənəd massivləri, habelə ay-
rıca mövcud olan sənədlər və onların massivləridir.  
İnformasiya sistemi anlayışının geniş  və dar mənada 
təriflərinə rast gəlinir. Geniş mənada informasiya sistemi 
(İS) dedikdə insanların zəruri informasiya ilə vaxtında 
təmin edilməsi üçün nəzərdə tutulmuş texniki, proqram 
vasitələrindən, təşkilati təminatdan və personaldan ibarət 
kompleks başa düşülür. “İnformasiya, informasiyalaşdır-
ma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan 
Respublikasının Qanununda “informasiya sistemi – infor-
masiya texnologiyaları və sənədlərinin təşkilati və texniki 
qaydada, o cümlədən hesablama texnikasından istifadə 
edilməklə, nizamlanmış məcmusu” kimi şərh olunur. 


35 
Dar mənada  İS dedikdə informasiyanın toplanması  və 
emalının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş qar-
şılıqlı əlaqəli proqram-texniki vasitələr toplusu başa düşü-
lür. İS-ə məlumatlar mənbələrdən daxil olur və gələcək is-
tifadə üçün məlumat bazalarında saxlanılır. Zəruri hallarda 
müəyyən emal prosesini keçdikdən sonra məlumatlar 
istehlakçılara ötürülür.  
Beləliklə, İS – informasiyanın toplanması, saxlanılması, 
axtarılması, emal olunması  və istifadəçilərə  təqdim edil-
məsi üçün texniki (hesablama və kommunikasiya), proq-
ram, linqvistik, təşkilati və metodoloji vasitələri özündə 
birləşdirən kompleksdir. İS qismində kitabxanaları, arxiv-
ləri, fondları, məlumat banklarını və bazalarını, internetin 
informasiya xidmətlərini və s. göstərmək olar. 
Qeyd edilməlidir ki, informasiya sistemləri informasiya 
texnologiyaları ilə sıx əlaqəli olub, onlar üçün əsas mühit 
rolunu oynayır. Müvafiq informasiya texnologiyalarını 
bilmədən  İS-in funksiyalarının reallaşdırılması mümkün 
deyildir. Lakin informasiya texnologiyaları İS sahəsindən 
kənarda da mövcud ola bilər. 
İlk informasiya sistemləri 1950-ci illərdə meydana gəl-
mişdir. Həmin illərdə  İS hesabların emalı  və  əməkhaqqı-
nın hesablanması üçün nəzərdə tutulur, elektromexaniki 
mühasibat hesalama maşınlarında reallaşdırılırdı.  
1960-cı illərdə İS-ə münasibət dəyişdi. İS-lərin köməyi 
ilə emal olunan informasiya bir çox parametrlər üzrə dövri 
hesabatların aparılması üçün tətbiq olunmağa başladı. Bu-
nun üçün çoxlu sayda funksiyaları yerinə yetirməyi baca-
ran geniş təyinatlı kompüter avadanlıqları tələb olunurdu. 
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində İS qərar qə-
buletmə prosesini dəstəkləyən və sürətləndirən idarəetmə 
nəzarəti vasitələri qismində geniş istifadə olunmağa başlandı. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə