Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə1/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
  1   2   3   4   5   6   7   8   9   ...   157


   AZƏRBAYCAN RESPUBLİKASI 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ 

KİTABXANASI 

 

 

 

 

 

 

 

 

 

HEYDƏR ƏLİYEV 

 

Müstəqilliyimiz əbədidir 

 

 

 

Çoxcildliyin X-XXVIII cildlərinin köməkçi göstəricisi  

(Qeydlər, şəxsi və coğrafi adlar göstəriciləri)  

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2010 


___________________________________________________ 

 

2



 

 

 

Layihənin rəhbəri:           Əbülfəs Qarayev - Azərbaycan 

 

                            Respublikasının Mədəniyyət və   



                                           Turizm Naziri 

 

Elmi məsləhətçi:               S.Məmmədəliyeva 

 

İxtisas redaktoru və  

buraxılışa məsul:              K.Tahirov  

 

Redaktor:                          G.Səfərəliyeva 

 

 

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çoxcildliyin X-

XXVIII cildlərinin köməkçi göstəricisi:  (Qeydlər,  şəxsi və 

coğrafi adlar  göstəriciləri)/

 

M.F.Axundov adına Azərbaycan 

Milli Kitabxanası.- Bakı, 2010.- 512 s. 

 

 

 M.F.Axundov adına Milli Kitabxana tərəfindən hazırlanan bu 

vəsait ümummilli lider Heydər Əliyev irsini araşdıran oxucuların və 

mütəxəssislərin “Müstəqilliyimiz əbədidir” coxcildliyinin X-XXVIII 

cildlərindən istifadəni asanlaşdırmaq məqsədilə  tərtib olunmuşdur. 

Vəsaitdə coxcildliyin mətnində verilən qeydlər, şəxsi və coğrafi adlar 

əlifba sırası ilə qruplaşdırılaraq ayrı-ayrı cildlərdə gedən materiallar 

bir kitabda toplanmışdır. Biblioqrafik göstərici kitabxanaçılar, 

mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. 



 

 

 

 

 

© M.F.Axundov adına Milli Kitabxana, 2010. 

 



___________________________________________________ 

 

3



GÖSTƏRİCİ HAQQINDA 

                              

Ümummilli lider, ulu öndər Heydər Əliyevin fəaliyyətini 

əks etdirən “Müstəqilliyimiz əbədidir” çoxcildliyi 1997-ci ildən 

nəşr olunmağa başlanmış  və  hələlik kitabın 28 cildi çapdan 

çıxmışdır. Respublika ictimaiyyətinin, müəllimlərin, dövlət 

qulluqçularının və  tədqiqat aparan mütəxəssislərin bu kitaba 

olan böyük tələbatı  və marağı  nəzərə alınaraq 2008-ci ildə 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axun-

dov adına Azərbaycan Milli Kitabxanası  tərəfindən çoxcildli-

yin I-IX cildlərinin köməkçi göstəricisi tərtib edilmişdir. 

Milli Kitabxana bu təşəbbüsü davam etdirərək 2010-cu 

ildə çoxcildliyin X-XXVIII cildlərinin də köməkçi göstəricisini 

(qeydlər, şəxsi adlar və coğrafi adlar göstəricilərini) hazırlamış-

dır.  

Tədqiqat aparan mütəxəssisləri məlumatlandırmaq məq-



sədilə “Qeydlər” bölməsində coğrafi və  şəxsi adlar göstərici-

lərində gedən bir çox məfhumların izahlı açılışı verilmişdir. 

Onu da qeyd edək ki, göstəricinin “Qeydlər” bölməsində adları 

verilən  şəxslərin vəzifələri çoxcildliyin çap olunduğu dövrə 

uyğun göstərilmişdir. 

“Şəxsi adlar göstəricisi”ndə şəxslərin adları və soyadları, 

“Coğrafi adlar göstəricisi”ndə isə şəhər, ölkə, liman, çay, dəniz 

və s. cografi adlar əlifba ardıcıllığı ilə verilmiş, bütün cildlərdə 

olan bu məfhumlar bir kitabda toplanmış, ayrı-ayrı cildlərdə 

gedən materiallara isnadlar verilmişdir. Göstəricidən istifadəni 

asanlaşdırmaq məqsədi ilə çoxcildliyin cildləri qara hərflərlə 

göstərilmiş və onların qarşısında müvafiq səhifələr verilmişdir.  

Ümid edirik ki, bu vəsait ulu öndərimiz Heydər  Əliyev 

irsini öyrənən tədqiqatçı  və mütəxəssislərə, kitabxanaçılara və 

oxuculara öz işlərində yaxından köməklik göstərəcəkdir. Gös-

tərici barədə öz təkliflərini göndərən oxucu və mütəxəssislərə 

əvvəlcədən minnətdarlığımızı bildiririk. 

Ünvan: AZ-1000, Bakı şəhəri,Xaqani küçəsi ,29. 

E-mail: 

contact@anl.az

 



___________________________________________________ 

 

4



QEYDLƏR 

 

 



1.

 

Abay Kunanbayev (1845-1904) - görkəmli qazax 

şairi, maarifçi, qazax realist yazılı  ədəbiyyatının banisi. C.10

74, 105; C.16- 15; C.19- 434; C.26- 151. 

2.

 

Abbas Abbasov, Abbas Aydın oğlu Abbasov (d.1949) - 

1992-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti 

Sədrinin birinci müavini olub. C.10- 153, 281; C.12- 27; C.14

100, 119, 121; C.15- 240; C.18- 175; C.19- 378, 382; C.21

147, 148; C.23- 29, 30, 137, 175, 230; C.27- 160-169, 247. 

3.

 

Abbas Quliyev,  Аbbаs  Şahbaz oğlu Quliyev (1916-

1998) - Sovet İttifaqı  Qəhrəmanı, qvardiya kapitanı. Böyük 

Vətən müharibəsinin (1941-1945) iştirakçısı. Q.Abbas Qərbi 

Dneprdən Visla çayına qədər döyüş yolu keçmiş, Poltava və 

Xarkov  ətrafındakı döyüşlərdə igidlik və  qəhrəmanlıq göstər-

mişdir. C.22- 257. 



4.

 

Abbasəli Həsənov, Abbasəli Kərəm oğlu Həsənov (d. 

1953)- şərqşünas, diplomat. 1998-ci ildən Azərbaycan Respub-

likasının  İranda Fövqəladə  və  Səlahiyyətli səfiridir. Eyni 

zamanda 1998-ci ildən EKO-da İqtisadi  Əməkdaşlıq Təşkila-

tında idarə heyətinin üzvü, hazırda isə sədridir. C.21- 119, 178; 

C.27- 51, 52. 

5.

 

Abbasqulu ağa Bakıxanov,  ədəbi təxəllüsü Qüdsi 

(1794-1847) - Azərbaycan alimi, şair, maarifçi. Bakı xanı II 

Mirzə Məhəmmədin (1784-1891) oğludur. Rus ordusunda pol-

kovnik rütbəsinədək yüksəlmişdi. 1828-ci ıldə Türkmənçayda  

Rusiya-İran danışıqlarında iştirak etmişdi. Bakıxanovun 

“Gülüstani-İrəm” (1841) əsəri Azərbaycan tarixşünaslığının 

inkişafında çox böyük rol oynamışdır. C.12- 42; C.14- 5; C.17

342. 


6.

 

Abbasmirzə  Şərifzadə, Abbasmirzə Mirzə Əbdülrəsul 

oğlu Şərifzadə (1893-1938) - Azərbaycan aktyoru, rejissor, teatr 

xadimi. Azərbaycan Respublikasının Xalq artisti. Azərbaycan 

xalqının ən dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə