Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə1/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
  1   2   3   4   5   6   7   8   9   ...   72


Azərbaycanın görkəmli şəxsiyyətləri 
QƏZƏNFƏR MƏHƏMMƏD OĞLU 
PAŞAYEV 
Biblioqrafiya 
Bakı – 2017 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 

KBT  Я19:Ш+Ш5(2=Аз)7-44я1 
UOT  016:821.512.162 
Tərtib edənlər:
Mədinə Vəliyeva 
Mətanət İbrahimova  
Elmi redaktor: 
 
Kərim Tahirov,  
professor, 
Əməkdar mədəniyyət işçisi 
Redaktor: 
 
Gülbəniz Səfərəliyeva, 
Əməkdar mədəniyyət işçisi 
Qəzənfər Məhəmməd oğlu Paşayev: biblioqrafiya /tərt. ed.: 
M.Vəliyeva, M.İbrahimova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva.- Bakı, 2017.- 320 s.
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiy-
yətləri” seriyasından tərtib etdiyi biblioqrafiyada professor Qəzənfər 
Paşayevin  əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haq-
qında materiallar toplanmışdır.  
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-
lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
ISBN 978 9952 476 01 9 
©M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2017


  B i b l i o q r a f i y a      
 
3
 
Tərtibçidən 
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli 
şəxsiyyətləri” seriyasından tərtib etdiyi biblioqrafiya görkəmli 
ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor 
Qəzənfər Məhəmməd oğlu Paşayevin anadan olmasının 80 il-
lik yubileyinə həsr edilmişdir. 
Göstərici professor Qəzənfər Paşayevin həyat və yaradıcı-
lığının 1966-2017-ci illərini əhatə edir. Qəzənfər Paşayev haq-
qında ilk biblioqrafiya (Qəzənfər Paşayev. Biblioqrafiya.- 
Bakı: Təhsil, 2013.- 247 s.) Azərbaycan Milli Elmlər Akade-
miyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib edilmişdir. 
Milli Kitabxananın yenidən hazırladığı biblioqrafiya daha 
da təkmilləşdirilmiş, istifadəçinin axtarışını asanlaşdırmaq 
məqsədilə yeni bölmələr yaradılmış, son beş ilin materialı əla-
və edilmişdir. 
Biblioqrafiyaya alimin Azərbaycan, ingilis, rus, türk və 
ərəb dillərində çap olunmuş monoqrafiya və kitabları, tərcümə 
əsərləri, elmi simpozium, sessiya və konfrans materiallarında 
və dövri mətbuatda dərc olunmuş elmi və publisistik məqalələ-
ri, həmçinin professor Qəzənfər Paşayevin rəhbəri və rəsmi op-
ponenti olduğu namizədlik və doktorluq dissertasiyaları, rəy 
verdiyi digər elmi əsərləri də öz əksini tapmışdır.  
Vəsaitə daxil edilmiş materiallar müvafiq bölmələr üzrə
daxildə isə xronoloji qaydada əlifba sırasına uyğun olaraq yer-
ləşdirilmişdir. Göstəricidə professor Q.Paşayevin həyat və elmi 
fəaliyyətinə dair oçerklər, elmi-pedaqoji və ictimai fəaliyyəti-
nin əsas tarixləri öz əksini tapmışdır.  
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin 
“Ziyalı  fədakarlığına örnək”, Xalq şairi Sabir Rüstəmxanlının 
“Milli qeyrət” oçerki və Dr. Əbdüllətif Bəndəroğlunun “Şah 
əsər” yazısı professor Qəzənfər Paşayevin Azərbaycan elminin 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 

inkişafındakı rolu və xidmətlərini işıqlandırır. 
Biblioqrafiyanın “Görkəmli şəxsiyyətlər Qəzənfər Paşayev 
haqqında” bölməsində Azərbaycan və xarici ölkə alimlərinin, 
elm adamlarının və görkəmli şəxsiyyətlərin Qəzənfər Paşayev 
haqqında fikirləri verilmişdir. 
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda 
köməkçi aparat – alimin əsərlərinin və onun haqqında yazan 
müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir. 
Biblioqrafik göstərici haqqında rəy və təkliflərini bildirən 
mütəxəsislərə  və oxuculara əvvəlcədən minnətdarlığımızı bil-
dirərək, təklif və  rəylərini Azərbaycan Milli Kitabxanasına 
göndərmələrini xahiş edirik. 
 
Ünvan: Az-1000, Bakı şəh., Xaqani küç. 57; 
E-mail: contact@anl.az;  
URL:www.anl.az 
 


  B i b l i o q r a f i y a      
 
5
 
 
Qəzənfər Paşayevin həyat və yaradıcılığı  
haqqında qısa məlumat 
 
Görkəmli ədəbiyyatşünas, folklorçu, dilçi, yazıçı, publisist
mətnşünas və tərcüməçi, filologiya elmləri doktoru (1993), pro-
fessor (1995) Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Azərbay-
can Respublikasının Tovuz rayonunun Düzqırıxlı kəndində ana-
dan olmuşdur. Düzqırıxlı kənd orta məktəbində oxumuş (1946-
1956), 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun in-
gilis-Azərbaycan dilləri fakültəsini əla qiymətlərlə bitirmişdir. 
Qəzənfər Paşayev  əmək fəaliyyətinə ingilis-Azərbaycan 
dilləri müəllimi kimi başlamışdır. 1964-cu ildən Pedaqoji Dil-
lər  İnstitutunda Qrammatika, sonra Tərcümə kafedralarında 
müəllim işləmişdir. 1969-1970-ci illərdə Təhsil Nazirliyi nəz-
dində Xarici ölkələrə  işə getməyə hazırlaşan mütəxəssislərə 
xarici dil öyrədən kurslara rəhbərlik etmişdir. 1969-cu ildə 
İraqda yaşayan, Azərbaycan dilində danışan türkmanların dia-
lektinə dair dissertasiya müdafiə edərək filologiya elmləri na-
mizədi elmi dərəcəsi almışdır. 1970-1971-ci illərdə ingilis dili 
fakültəsində dekan müavini olmuşdur. 1972-ci ildə M.F.Axun-
dov adına Pedaqoji İnstitutda Xarici dillər kafedrasının müdiri 
seçilmiş, 1990-cı ilədək həmin kafedraya rəhbərlik etmişdir. 
1990-cı ildə dosent Paşayev Bakı Dövlət Universitetinin 
Qərbi Avropa dilləri kafedrasına işə keçmiş, 1995-ci ildə  hə-
min kafedranın professoru seçilmiş, elmi işlə ciddi məşğul ol-
duğuna görə 2000-ci ildə öz xahişi ilə tədris prosesindən ayrıl-
mışdır. 2001-2005-ci illər arası Nizami adına Azərbaycan Ədə-
biyyatı Muzeyində Beynəlxalq  əlaqələr  şöbəsinə  rəhbərlik et-
miş, eyni zamanda 2003-cü ildən Nizami adına Ədəbiyyat İns-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 

titutunda baş elmi işçi kimi fəaliyyət gostərmişdir. 1993-cü ilin 
fevralında “İraq-türkman folklorlarının janrlar sistemi” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə edən Paşayev gənc nəs-
lin, pedaqoji və elmi kadrların yetişməsində çox işlər gör-
müşdür. Paşayevin rəhbərliyi ilə üç nəfər dissertasiya müdafiə 
edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi al-
mışdır. Paşayev namizədlik və doktorluq üzrə çoxsaylı disser-
tasiya işinə  rəsmi opponent olmuşdur. Bir çox kitabların və 
monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Folklor, 
klassik və müasir ədəbiyyat və  aşıq yaradıcılığı üzrə çoxsaylı 
kitabların tərtibatçısıdır. Paşayevin fundamental “Qoca Azaflı-
yam” (“Təhsil”, 2008.- 760 s.) əsəri məşhur Azərbaycan aşığı 
Mikayıl Azaflının yaradıcılığından bəhs edir. 
Prof. Paşayev ABŞ, İngiltərə, İraq, Səudiyyə Ərəbistanın-
da, Hindistanda, Suriyada, Türkiyədə, Rusiyada (Moskva, Pya-
tiqorski, Maxaçkala), Özbəkistan, Qazaxıstan, Gürcüstan və 
başqa ölkələrdə  məruzələr edib və  məqalələri çap olunub. O, 
uzunmüddətli ixtisasartırma kurslarını ABŞ (1983) və İngiltə-
rədə (1988) bitirərək diplom almışdır. Ali Təhsil Nazirliyi nəz-
dində  Qərbi Avropa dilləri üzrə Metodik Şuranın elmi katibi 
olmuşdur (1976-1982). 
Prof. Paşayev poliqlot alimlərdəndir. Ana dili ilə bərabər, 
rus, türk, ingilis və ərəb dillərini yaxşı bilir. Təsadüfi deyildir 
ki, institutu bitirən kimi İraq Respublikasına tərcüməçi işləmə-
yə göndərilmişdir.  İraqda uzun müddət işləyən (1962-1966; 
1972-1975) Paşayev vəzifə borcunu yerinə yetirməklə bərabər, 
İraqda yaşayan və sayı 2,5 milyon olan azərbaycanlıların (İraq 
türkmanları) dialekt və folklorunu tədqiq etmişdir. Tədqiqatla-
rını indinin özündə də davam etdirir. 
Prof. Q.Paşayev elm aləminə dilçi kimi gəlmiş, “Kərkük 
dialektinin fonetikası” adlı namizədlik dissertasiyası müdafiə 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə