Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
5
lının qanadlarında sonu bitməyən yaxşılıqların və nəcib əməllə-
rin səfərinə çıxmaq qüdrətindədir. Mahmud Ağa da öz nəcibli-
yində bitib-tükənməyən yaxşılıqların, xeyriyyəçiliyin sadiq yol-
çusu olmuşdur.  
Hər bir xalq gələcəyini dərk etmək, inkişafını düzgün 
qurmaq üçün istinad nöqtələrini tapmağı bacarmalıdır. Millətin, 
xalqın dayaq nöqtələri keçmişi haqqında bilgilərə, qorunub sax-
lanılan sənədlərə, mənəviyyatca zəngin insanların qoyub get-
diyi milli-mənəvi dəyərlərə söykənir.  
Müstəqilliyini bərpa edən gənc Azərbaycan dövlətinin 
gələcək inkişafı üçün belə araşdırmaların aparılması, Mahmud 
Ağanın nəsil şəcərəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb 
edir. Biz bir nəslin davamlı surətdə, qərinələrdən qərinələrə 
keçdikcə əqidəsini dəyişməyən, ürəklərində vətənə, xalqa, mil-
li-mənəvi dəyərlərimizə rəğbət bəsləyən, onun inkişafı yolunda 
canından keçən insanlarla, bir sözlə, xalqımızın genefondunun 
saysız təmsilçiləri ilə qarşılaşırıq. Bütün bunlar müəlliflərin 
əməyini müsbət dəyərləndirməyə imkan verir. Bu nəslin nüma-
yəndələrindən vəzifələrə ucalanlar da, həyatın dözülməz sınaq-
larından keçənlər də eyni dərəcədə soy-kökünə sadiq qala bilib-
lər. Mahmudbəyovların bir qisminin keçən  əsrin qanlı-qadalı 
37-ci illərində  təqiblərə  məruz qalması, həbsxanalara atılması, 
sürgün edilməsi də bu nəslin ölkəmizin azadlığı  uğrunda ver-
diyi saysız qurbanların bariz nümunəsidir. Onların proletar kür-
sülərində böyük vəzifələrə ucalması üçün şansları heç də baş-
qalarından az deyildi. Lakin bu nəslin davamçıları sovet imperi-
yasına alqış deyərək, rəhbər vəzifələr üçün karyera savaşına 
qoşulmadılar. Vəzifəsində yüksələnlər elmin, biliyin inkişafına, 
xalqının tərəqqisinə xidmət etdilər. Digərləri əqidələrini dəyiş-
mədən zindanlara atılaraq, məhbəsləri və sürgünləri vəzifə-
lərdən uca tutdular. Bu gün hər birimiz Azərbaycan tarixində 
vicdanını, əxlaqını, vətən sevgisini azadlığından uca tutan belə 
insanların olması ilə fəxr edə, öyünə bilərik.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
6
Digər bir tərəfdən Mahmud Ağanın həyatı, məclisləri ilə 
bağlı burada verilən saysız-hesabsız məlumatlarda, tarixi fakt-
larda, xatirələrdə qarşılıqlı bir bağlılığın, harmoniyanın və  bu 
vaxtadək açılmayan müqəddəs bir amalın, ideyanın möv-
cud olduğunu inkar etmək də mümkün deyildir.  
Kitabın fəsillərini vərəqləyəndə, Mahmud Ağanın musiqi 
məclislərini, iştirakçıların və qonaq qismində, dost kimi dəvət 
olunanların  şəxsiyyətinə, kimliyinə, dünyagörüşünə  və bil-
gilərinə fikir verəndə, məclislərin keçirilmə qaydalarını, qalib-
lərin mükafatlandırılmasını  nəzərdən keçirəndə sadə  məntiqə 
söykənən belə bir nəticəyə  gəlirsən ki, müəlliflərin qələmə 
aldığı musiqi məclisləri daha çox muğam universitetini xatır-
ladır. Bu universitetin ünvanı  Şamaxı – Mahmud Ağanın öz 
sarayı olmuşdur. O burada böyük səxavətlə  məşhur xanəndə-
lərə, tarzənlərə, rəqqaslara, rəqqasələrə yer ayırmış, yaşama-
larına imkan yaratmış, onların sənətin sirləri ilə məşğul olması, 
zirvələri fəth etməsi üçün sarayında adi musiqi məclisi və eyş-
işrətə  yığılan kef əhlindən fərqli  kübar ziyalı mühiti yarat-
mışdır. Biz saraya dəvət olunan musiqiçilərin, şairlərin, burada 
qonaq qismində  iştirak edən ziyalıların məqsədlərinə, amalına 
fikir verəndə zamanın aynasından bizə boylanan əzəmətli mu-
siqi, söz məbədinin ucaldığını görürük. Söhbət böyük Şərq 
universitetindən, musiqi akademiyasının inkişaf tarixindən 
gedir.  
Ümid edirik ki, bu kitab ölkəmizin ədəbi mühitində, mə-
dəniyyət və maarifçilik tarixində Mahmud Ağanın irsinin, onun 
yaratdığı  muğam  universitetinin  öyrənilməsinə  tədqiqatçıları 
yönəldəcək, daha dərin və  ətraflı araşdırmaların aparılmasına 
təkan verəcəkdir. 
 
Məhərrəm QASIMLI, 
filologiya elmləri doktoru, professor 
  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
7
 
 
GİRİŞ 
 
 
ahmud Ağa haqqında ilk dəfə geniş  məlumatı 
görkəmli yazıçı-alim, xeyirxah ustadım  Əzizə 
Cəfərzadənin söhbətlərindən eşitmişəm. Sonra ötən əsrin 70-ci 
illərində onun danışdıqlarının bir qismini yazıçının «Aləmdə 
səsim var mənim» romanından oxudum, öyrəndim ki, bu şəxş 
öz xeyirxahlığı,  əliaçıqlığı, qonaqpərvərliyi, poeziyaya, mu-
siqiyə, muğamlarımıza  bağlılığı ilə XIX əsrdə  təkcə  Şamaxı-
Şirvan mahalında deyil, bütün Qafqazda ad çıxarmış, hörmət-
izzət sahibi olmuşdur. 
İnstitutda oxuduğum illərdə sevimli müəllimim, akade-
mik Feyrulla Qasımzadə bizə «XIX əsr Azərbaycan ədəbiyyatı 
tarixi» fənnini tədris edərkən Şamaxıdakı iki - Mahmud Ağanın 
musiqi  və Seyid Əzim  Şirvaninin «Beytüs-Səfa»  məclisi ba-
rədə verdiyi məlumatlar məni bir daha cani-dildən Şamaxı ədə-
bi-musiqi mühitinə bağladı. Odur ki, bu mühiti əvvəl sevdim, 
sonra öyrəndim, daha sonra da dərindən araşdırmağa səy gös-
tərdim. 
Görkəmli akademik F.Qasımzadə ilə ayrıca Şamaxı ədəbi 
mühiti, S.Ə.Şirvani, M.B.Nadimlə, B.Şirvani, M. Səfa,  A.Səh-
hət və b. Şirvanilərin sağ olan doğmaları ilə bağlı çox 
söhbətimiz olurdu. Sinif nümayəndəsi, əlaçı tələbələrdən oldu-
ğum üçün akademiklə vaxtaşırı oxu zalında, kafedrada uzun-
uzadı söhbətləşərdik. Hətta oğlu Fuad Qasımzadəyə bəzi yazı-
larını mən çatdırmalı olurdum. Ona görə də mənimlə mehriban 
davranar, Şamaxının keçmişindən, XIX əsr Azərbaycan ədəbiy-
yatı tarixi dərsliyinə, S.Ə.Şirvaniyə aid dərsliyinə salmadığı, 
bəzi materialları Şamaxı qocalarından eşitdiyi xatirələrdən, ba-
məzə, maraqlı  əhvalatlardan söz salardı. Tanınmış alim XIX 
əsrin II yarısında Şamaxı ədəbi mühitini öyrənmək üçün 1930-



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə