Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 11
Bir çox dünya səyyahları kimi Avropa səyyahları da 
Azərbaycanı  kəşf etmək, tanımaq və öyrənmək üçün ölkəmizi 
ziyarət edirdilər. Marko Polo, Klavixo, Kafarino, Zeno, İosof 
Varbaro, Antom Çenkinson, Aleksand Düma, Silberger, 
Engelbert Klimpoer, Adam Oliar  və başqalrı müxtəlif 
əsrlərdə Azərbaycana gəlmiş, bir çox şəhərlərlə yanaşı, 
Şamaxıda da olmuşlar.  Şamaxının tarixi, təbiəti, sənət elm və 
iman sahibləri, milli bayramları haqqındakı  təəssüratlarında  
dəyərli və qiymətli fikirlər söyləmişlər… 
Belə  qərara almışdım ki, yayda oğlumun yanına 
Almaniyaya gedəndə bu ölkənin səyyahlarının  şəxsi arxivləri 
ilə maraqlanım, onların 
əsərləri, 
əlyazmaları olan 
kitabxanalarda mütləq axtarışlarımı davam edim. Səfərimin 
uğurlu olacağına inamım da güclü idi. Ankara “Hacat Təpə” 
Universtetinin alman dili (tərcüməçi) ixtisası üzrə magistr 
təhsilini başa vuran oğlumdan  şad xəbər aldım: “Ata, anamla 
səni yay tətilində Almaniyaya dəvət edirəm. Mütləq gəlin ha”. 
Biz hazırlığa başladıq.  İkinci bir xəbər səfərimizə  əlavə bir 
sevinc də qatdı. 
Belə ki, may ayının ortalarında  alim dostum  İbrahim 
İbrahimov  məni  şad xəbərlə muştuluqladı ki, Almaniyadan 
səyyah-alim dostumuz – Jothar Veiss qonaq gəlir, özü də 
Şamaxını görmək üçün... May ayının 15-də qonaqlarımı 
qarşlıladım. Jothar Veiss  həyat yoldaşı, alim dostum Cəfər 
Qiyasi ilə Azərbaycana gəlmişdi. Onları  tərcüməçi və bir də 
İbrahim müəllim müşayət edirdi. 
Haşiyə: XVII əsrdə daha dəqiq desək, 1683-cü ildə 
Şamaxıda bir aya qədər qonaq qalmış  səyyahlardan biri də 
Engelberq Kempfer (1651-1717) olmuşdur. Bu tədqiqatçı 
alım Almaniyanın Zemqor şəhərində anadan olub. Ömrünün 
böyük hissəsini səyahətlərə həsr edib:  Rusiya, Azərbaycan və 
İranda uzun müddət olub. Orta Asiyanı gəzib, İranı dolaşıb və  
hətta uzaq Yaponiyaya qədər gedib çıxıb. Sonda səyahətləri 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
12
 maraqlı  tədqiqatlara,  əsərlərə çevrilib. Bizim qonağımız 
professor Jothar Veiss də artıq neçə il idi ki, Kempferin  olduğu 
ölkələrə onun marşrutu ilə  səfərə  çıxmağa qərar verir. İllər 
üzünü Veiss səyyahın bütün marşrutu boyu gəzib-dolaşır, onun 
olduğu ölkələri gəzir. Axırda  Şamaxıya gəlib Kempferin 
xəritəsi üzrə araşdırmalar aparmağı qarşısına məqsəd 
qoymuşdu ki, biz də bu müqəddəs işində ona əlimizdən gələn 
yardımı etdik. Onunla birlikdə  Şirvanşahlar sarayında olduq, 
İşərişəhərin qədim küçələrini gəzdik, Qız qalasına qalxdıq və 
onu maraqlandıran bütün suallara ətraflı cavab verdik. Jother 
Veiss Almaniyaya qayıdanda bizə mütləq məktub yazacağına 
söz verdi. Alman səyyahını yola saldıqdan bir neçə ay sonra, 
daha dəqiq 2011-ci ililn yayında oğlumun dəvətiu ilə  həyat 
yoldaşımla Almaniyaya yola  düşdük. Orada professor Veislə 
görüşdüm. O bir daha Azərbaycanda keçirdiyi günləri 
səmimiyyətlə xatırladı, ona verdiyimiz məlumatlara, köməyə 
görə təkrar minnətdarlığını bildirdi.  Eyni zamanda Almaniyada 
bizi maraqlandıran məlumatların  əldə edilməsində  bələdçilik 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 13
edəcəyinə söz verdi. Pedantlığı sevən almanlar kimi vədinə də 
xilaf çıxmadı. Bizi Detmold şəhərindəki böyük kitabxanaya 
apardı. Orada mən alman dilini mükəmməl bilən oğlumun 
köməyi ilə vaxtilə  Şamaxıda olmuş, böyük səyyah Kempferin 
arxivi ilə tanış oldum. Onun əsərindən Şamaxı şəhəri ilə bağlı 
maraqlı  məlumatlar yazıb götürdüm. Bundan başqa Jothar 
Veissin köməyi ilə böyük alman səyyahının atası Ollearın 
(1599-1671) arxiv əlyazmaları ilə tanış oldum. Öyrəndim ki, 
türk dilində yaxşı bilən Ollear 1836-cı ilin dekabırında 
Şamaxıya gəlmiş  və burada üç aya qədər qalmışdır. O 
əlyazmalarında bu şəhərdəki insanların hamısının “türkcə” 
danışdığını qeyd edir. Şamaxıdakı karvansaralar, hamamlar, 
Gülüstan qalası  və  şəhərdə olan mədrəsələr barədə  ətraflı 
məlumat verir. Ollear Şərqin  yeni ili - Novruz bayramının 
keçirilməsini öz gözləri ilə görmüş,  şamaxılıların Novruz 
bayramını necə keçirdiyini ətraflı təsvir edə bilmişdir.  
 
Azərbaycan və Şamaxı ilə bağlı qədim səyyahların xatirələrinin  
toplanmasında Jothar Veissin mənə əvəzsiz yardım göstərdiyini 
mütləq qeyd etmək istəyirəm. Bundan başqa o bizə öz 
qonaqpərvərliyini də elə şərqsayağı nümayiş etdirdi. Dəfələrlə 
evinə dəvət etdi, bizim üçün çay süfrələri açdı. Əyləşdiyimiz 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
14
qonaq otağında bir Şərq, Azərbaycan abu-havası var idi. 
Divanın qənşərindəki Azərbaycandan gətirilmiş “al palaz” 
isə özümüzü evimizdəki kimi hiss etməyə imkan verirdi. 
Bir sözlə, doktor Jothar Veiss və alman dili mütəxəssisi, oğlum 
Təhmasibin köməyi və  tərcüməçiliyi ilə vaxtilə  Şamaxıda 
olmuş  səyyah Kempfer, Adam Ollearın arxivindən  Şamaxı ilə 
bağlı xeyli dəyərli materiallar əldə etdim. 
 
* * * 
 
 Ötən  əsrin 80-ci illərindən ustad xanəndə Mirzə 
Məhəmməd Həsən haqqında məlumat toplayanda Mahmud Ağa 
ilə  də bağlı, eləcə  də adlarını yuxarıda qeyd etdiyim ixtiyar 
şamaxılılardan xeyli bilgilər  əldə etmişdim. Nəticədə, 2000-ci 
ildə Mahmud Ağa məclisinin bülbül avazlı xanəndəsi  Mirzə 
Məhəmməd Həsən haqqında yazdığım kitabı çətinliklə olsa da,  
ustadın anadan olmasının 150 illiyinə hədiyyə edə bildim. 
Kitabın işıq üzü görməsi münasibətilə Mahmud Ağanın  
nəslindən – Əhməd Ağa  qolundan olan Səadət xanım və anası 
Firidə xanım məni təbrik etdilər. Səadət xanım ulu babası 
haqqında nənəsi, anası, həm də yaxın qohumlarından xeyli mə-
lumat yazıb saxladığını  mənə söylədi. Bir gün həmin məlu-
matları birlikdə saf-çürük elədik. Beləliklə, böyük araşdırmalar, 
zəhmətlər bahasına başa gələn kitabın təməli onda qoyuldu.  
 
 
S.Qəniyev, 
filologiya elmləri doktoru, 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi. 
AYB,Samaxı bölməsinin sədri


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə