Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 15
I FƏSİL 
ŞİRVAN MUĞAM MÜHİTİ 
 
 
 
zərbaycanımızın qədim diyarı, min ildən artıq 
qüdrətli  Şirvanşahlar dövlətinin paytaxtı kimi 
şərəfli tarixə malik olan Şamaxı dini mərkəz, poeziya, pedaqoji, 
aşıq mühiti olmasıyla yanaşı, musiqi-muğam beşiyi kimi də 
bütün Yaxın  Şərqdə  məşhur olmuşdur. XII əsrdən üzü bəri 
cahanşümül klassik şairlər - Ə.Xaqani, Fələki  Şirvani, altı 
xarici dil bilən Zülfüqar Şirvani, üç dildə  əsərlər yazan 
İ.Nəsimi, eləcə  də Nişat  Şirvani, S.Ə.Şirvani və başqalarının 
yaradıcılığına nəzər saldıqda muğamla, musiqi alətlərinin 
quruluşu, xanəndəlik sənəti ilə bağlı müxtəlif məlumat və 
fikirlərə rast gəlmək mümkündür. Bu da inkaredilməz faktdır 
ki, Şirvanşahlar dövləti və eləcə də xanlıqlar dövründə sarayda 
şairlərlə yanaşı, xanəndələr, musiqiçilər və hətta rəqqasələr də 
fəaliyyət göstərmişdir. Bu sənətkarlar arasında aşıq və muğam 
ustadlarının ayrıca yeri olmuşdur... 
Təbii ki, Şirvanda bu ulu sənətin nə vaxt intişar tapdığını 
bilmək mümkün deyildir. Muğam sənətinin tarixindən söz açan 
görkəmli musiqişünas-alim F.Şuşunski yazır: «Muğamatımız 
musiqimizin təməl daşı, onun bünövrəsi, onun dayaq sütunu-
dur.  Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və 
oyun havaları muğamat üzərində yaranmışdır. Öz tarixi etiba-
rilə qədim keçmişlə bağlı olan muğamatın harada, nə vaxt, kim 
tərəfindən yaradıldığını konkret şəkildə demək çox çətindir» 
(52-10). Bu qədim diyarda - Şirvanda da bu müqəddəs sənətin 
intişar tarixi də sirlərə bələnmişdir. Buna baxmayaraq, Şirvanda 
yaşamış musiqişünas, ifaçı, xanəndələr haqqında mənbələrdə 
müəyyən məlumatlar yaşamaqdadır:  Məhəmməd  İbn – Əbu-
bəkir  Şirvani (XII əsr), Hacı  Nəcəf  Şirvani (XIV əsr), 
Abdulla, Şirvani (XV əsr), Zakir İbn Mustafa (XVII əsr)...  



 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
16
 
 
 
 
 
 
 
Rzaddin Şirvani haqqında XVII əsrdə Şamaxını ziyarət 
etmiş böyük türk səyyahı  Övliya Çələbi «Səyahətnamə» 
sində yazır: «Şeşxanə - icad edən Rzaddin Şirvanidir. Bu da 
telli sazdır. Ud kimi burğu yerləri əyridir. Qolu uddan uzundu, 
gövdəsinə balıq qursağı  çəkilmişdir. Amma pərdələri 
yoxdur. Altı telli olduğundan şeşxanə adlanır. Çətin bir sazişə 
də bütün muğamat (seçmələr bizimdir - S.Q) bunda icra 
oluna bilər». 
Deməli, yuxarıda qeyd etdiyimiz əsrlərdə  Şirvanda mu-
siqi-muğam bilicilərinin və ifaçılarının yaşaması inkaredilməz-
dir. Məqsədimiz heç də  Şirvanda muğam sənətinin tarixini 
araşdırmaq deyildir. Sadəcə olaraq, XII-XIV əsrlərdə  Şama-
xıda muğam sənətinin yayıldığını  təsdiq edən bir neçə faktla 
oxucuları tanış etməkdir. Məsələn, XII-XIV əsrlərdə yaşamış 
klassik  şairlərin - Nizami, Xaqani, Nəsiminin  əsərlərində 30-
dan artıq musiqi alətinin - saz, cifti saz, ud, bərbət, setar, 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 17
cəng, qanun, ərqanun, rübab, kamança, təmbur,  şurna, 
nəfir, nay, qaranay, daxul, dəf, zəng  və s. adlarına rast gə-
lirik. Və yaxud, bütün Yaxın  Şərqin tanıdığı - ana dili ilə 
yanaşı,  ərəb, fars dillərində sanballı  əsərlər yaradan Nəsimi 
yaradıcılığı  təsdiq edir ki, bu dövrdə muğam sənəti  Şamaxıda 
geniş şəkildə yayılmış və təbliğ olunmuşdur. Xanəndə və hürufi 
dərvişlərin avazı ilə  Nəsiminin aşağıdakı  məşhur qəzəli 
sübutsuz-filansız təsdiqləyir ki, şair təkcə  Şamaxıda deyil, 
bütün Yaxın Şərqdə XIV əsrdə ifa olunan muğamları, muğam-
ların şöbə və guşələrini bütün incəliklərinə qədər bilirmiş: 
 
Həsrət yaşı, hər ləhzə qılir bənzimizi saz,  
Bu pərdə kim, nəsnə bizə olmadı dəmsaz. 
 
Üşsaq meyindən qılalı işrəti - «Novruz»,_Ta_«Rasta_gələ_«Cəngi-Hüseyni»də'>«Novruz», 
Ta «Rasta gələ «Cəngi-Hüseyni»də sərəfraz. 
 
Bu «Çahargahı» lütf qıl, ey hüsnü «büzurgi»,  
Kuçik dəhanından bizə, ey dilləri-Tənnaz. 
 
Zəngülə sifət nalə qılmaz zar «Segaha»,  
Çün əzmi – «Hicaz» eyləyə məhbubi-xoşavaz. 
 
Ahəngi- «Sifahan» qılır ol nami - «Əraqi», 
«Rəhavi» yolunda yenə canın qıla pərvaz. 
 
Könlümü «Hisar» eylədi ol ruhi - Mübərriğa,  
Gəl olma «Müxalif» bizə, ey dilbəri – «Şahnaz». 
 
Çün «Şurə» gəlib eşq sözün qıla Nəsimi,  
Şövqündən anın cusə gəlir Sədiyi-Siraz. 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
18
İ. Nəsiminin Hələb 
şəhərində məzarı. Şəkil 
prof. Q.Pasayevin 
əsərindən götürülmüşdür. 
 
Qəzəldən tam aydın olur ki, hürufi şair Yaxın Şərq xalq-
larının 12 əsas muğamını, eləcə  də Azərbaycan musiqisinin 
yeddi  əsas məqamlarını, hətta bəzilərinin  şöbələrini aydınca 
açıqlaya bilmişdir. Qəzəlin birinci 
beytində əvvəl «Novruz» («Huma-
yın» da  şöbə);  «Rast» (on iki mu-
ğamdan biri); sonra «Hüseyn»i (12 
əsas muğamın on birincisi və 
«Rast»  dəsgahında  şöbə); ikinci 
beytində «Çahargah» (12 əsas mu-
ğamdan biri); «Segah» (12 muğam-
dan biri, bizdə «Segah»ın üç növü 
var),  «Hicaz» (12 əsas muğamdan 
biri və ya «Rast» dəsgahında şöbə), 
dördüncü beytdə  «Əraq» (12 əsas 
muğamdan beşincisi və ya bir çox 
muğamların  ən zil şöbəsi);  «Rə-
havi» (12 əsas muğamın onuncusu 
və ya ayrıca dəsgah); beşinci beyt-
də  «Hisar»  («Çahargah»  dəsga-
hında  şöbə);  «Mübərrigə»  («Za-
bul», «Rahab»  dəsgahında  şöbə); 
«Müxalif»  («Cahargah»  dəsga-
hında  şöbə) göstərilir. Bu qəzəllə 
Nəsiminin o dövrdə geniş  təhlilə 
ehtiyacı olmadan muğamlarımızın 
o vaxtdan geniş yayılmasını və şai-
rin muğamların      kamil bilicisi ol-
masını təsdiq edə bilərik. 
Sufi - şəriət, təriqət, mərifət, həqiqət mərhələlərinə ye-
tən dərvişlərin bu şöbələri ifa etdikləri məlahətli səsi, avazı ol-
masını da bura əlavə etsək, deyə bilərik ki, şair özü də muğam-
larımız, onun şöbələrini də xüsusi şövqlə ifa edə bilirmiş. Bura-
da belə bir məntiqi sual yaranır: XlV əsrin sonunda Nəsimi mu-


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə