Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 19
ğam dərsini kimlərdən almışdır? Cavab isə  dəqiq olmasa da, 
müəyyən mənada aydındır. Təbii ki, hələ orta əsrlərdən musiqi 
beşiyi olan Şamaxının muğam biliciləri və ya ustad sənətkar-
larından. 
 
 
* * * 
Mənbələrdə qeyd olunur ki, Şamaxıda xanlıq dövründə 
də sarayda muğam məclisi olduğu kimi, rəqqasələr də fəaliyyət 
göstərmişdir. Bir sözlə, muğam sənəti XIX əsrdə Azərbaycanın 
bir çox bölgələrində - Bakı, Qarabağ və Şamaxıda daha geniş 
şəkildə intişar tapmış, muğam məktəbləri yaranmış və bu mək-
təblərdə onlarca istedadlı sənətkar yetişmişdir. Odur ki, həmin 
dövrdə  Lənkəran,  Şuşa, Ağdam, Bakı  və Naxçıvanda yara-
nan ədəbi məclislərin sorağı bütün Azərbaycana yayıldı. Ədəbi 
məclislərlə yanaşı,  Şuşada həm də ayrıca  «Xanəndələr məc-
lisi»  də yaradılmışdı.  Şamaxıda isə  zəngin insanlar XIX əsrdə 
öz imarətlərində musiqi gecələri təşkil edirdilər. Məsələn, 
Şamaxıda ilk musiqi məclisinin təməlini Mahmud Ağanın atası 
Əhməd Sultan qoymuşdur. Düzdür, indiyə kimi Mahmud Ağa-
nın  xeyriyyəçilik, qonaqpərvərlik  və  mesenatlıq  fəaliyyə-
tindən bəhs edənlər - akademik F.Qasımzadə, professor Ə.Cə-
fərzadə, musiqişünas F.Şuşinski, filologiya elmləri namizədi 
N.Qarayev, musiqişünas V.Məmmədov və başqaları  Əhməd 
Sultanın şairliyi və musiqi təbliğindən söz açmamışlar... 
Mənbələrdən artıq bəlli olur ki, Mustafa xanın sarayında 
fəaliyyət göstərmiş xanəndə, sazəndə və rəqqasələrin çoxu Əh-
məd Sultanla dost idi. 
Əhməd Ağa musiqi aşiqi olduğu kimi, klassik poeziyaya 
da bələd idi. Mənbələrin qeyd etdiyi kimi, o, XIX əsrdə yaşa-
yıb-yaradan sairlərin çoxu ilə dost olmuş, özü də  şeirlər 
yazmışdır. Bir təsadüf nəticəsində əldə etdiyimiz bəyazdan, elə-
cə də filologiya elmləri doktoru Ə.Cəfərzadənin şəxsi arxivin-
dən  şairin bir neçə tam və yarımçıq  şeirlərini  əldə etmişik. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
20
Aşağıdakı qəzəl şairin dünyagörüşü, klassik poeziyaya necə bə-
ləd olması barədə günümüzə lazımi söz deyə bilir...  
 
Şükür olsun xudapərvərə məclisimə yar gəlibdir, 
Min naz ilə qədəm qoyub yəqin lütvü var gəlibdir. 
 
Behiştin məlayikidir cənnəti-rizvandan çıxıb,  
Açıbdır ayinəmizi kama səbəbkar gəlibdir. 
 
Ol əbrü kamanım, cahu-cəlalım, ol qibləgahım, 
Duyub hər arzumu, etməyib inkar gəlibdir. 
 
Bu xoş günlər düşməz ələ, saqi, ver badə xürrəm olaq,  
Eynimizi xoş etməyə, təgəni ilə tar gəlibdir. 
 
Pərvanə tək qoy dolanım, yanım qətrə-qətrə şamə,  
Gör nə qədər bəxtiyarəm, nazlı sahibkar gəlibdir. 
 
Dur düş yarın payinə Əhməd Ağa dili-qafil,  
An ötüb, gedir ömürdən şadlan salqar gəlibdir. 
 
Haşiyə: XIX əsrdə  Şamaxıda bir çox - Hacı Zeynal, 
Hüseyn Ağa, Məşədi Süleyman, Kərbəlayi Nağı, Mürsüd 
Zəki oğlu, Hacı  Xəlil, Mirzə Tapdıq, Kərbəlayi Muxtar, 
Məşədi Səlim  və s. kimi bir çox imkanlı  şəxslərin karvansa-
raları mövcud olmuşdur.  Şəhərin  İmamlı  məhəlləsində olan 
məşhur karvansaralardan biri də atası Cavad Ağanın tikdirdiyi 
Əhməd Ağa karvansarası idi.  
Mahmud Ağanın babası Cavad Ağaya, atası  Əhməd 
Sultandan qalma Şamaxının müxtəlif məhəllələrində dörd 
karvansarayı olmuşdur. Ən böyük karvansarası Şamaxının Bakı 
tərəfdən gələn yolundaydı.  Şəhərin o girişindəki olan körpünü 
də ona görə tikdirmişdi. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 21
*** 
XIX əsrdə Şamaxıda təşkil edilmiş «Beytüs-Səfa» ədəbi 
məclisi haqqında bir çox alim - F.Köçərli, F.Qasımzadə, 
Ə.Cəfərzadə, K.Məmmədov, N.Qarayev  və başqaları  bəhs 
etmişlər. Bu müəlliflərin hamısı qeyd etmişdir ki, məclis 1867-
ci ildə «Seyid Əzimin dostu Ələkbər bəyin təşəbbüsü ilə 
Əhməd Ağanın karvansarasında  təşkil edilmişdir. “(110). 
S.Ə.Şirvani, Mirzə  Məhəmməd Həsən Nalə, Aşıq Bilal, eləcə 
də, Mahmud Ağa və «Beytüs-Səfa» məclisi ilə bağlı 
apardığımız tədqiqatlar nəticəsində  və dövlət arxivində 
«Samaxı bəyləri» haqqında olan sənədlərdən müəyyən etmişik 
ki, S.Ə.Şirvaninin dostu Ələkbər bəy şeirin, sənətin pərəstişkarı 
olan imkanlı  şəxs olmuşdur. Bu cəhətinə görə o, Şamaxı 
ziyalıları arasında böyük nüfuz və hörmət sahibi idi. O, 
Mahmud Ağanın atası  Əhməd Ağa ilə  də «saqqaldaş», 
«cur» olmuşdur. Onun musiqi məclisində  bəy dostları - 
Süleyman bəy, Xəlil bəy, Mürsəl bəy, Ağa bəy, Nəcəf bəy, 
Nağı bəy vaxtaşırı iştirak etmişlər. Professor Ə.Cəfərzadənin 
məlumatına əsasən «Beytüs-Səfa»nın keçirildiyi karvansara elə 
Mahmud Ağanın atasının olubmuş. Deməli, bu xeyirxah 
insanlar S.Ə.Şirvani məktəbinin yaşamasına maddi kömək 
göstərdikləri kimi, onun şeir məclisinin fəaliyyətinə də hər cür 
qayğı bəsləmişlər... 
Musiqi aşiqi olan Əhməd Sultan həmişə onların məclisi-
nin dinləyicisi və seyrçilərindən olmuşdur. Musiqiyə  uşaqlıq-
dan həvəsi olduğuna görədir ki, Əhməd Sultan oğlu Mahmud 
Ağanı mollaxana və dövlət məktəblərində oxutdurmaqla yanaşı, 
Şamaxının ustad sənətkarları tərəfindən evində ona musiqi təh-
sili də vermişdir. Mahmud Ağanın pəsdən səsi olduğu kimi, o, 
gözəl də tar çala bilirmiş və musiqiyə - muğamlara dərindən bə-
ləd olmuşdur. Bu barədə professor F.Şuşinski yazır: «Mahmud 
Ağa musiqi tariximizdə görkəmli bir musiqişünas kimi yer 
tutur. O, özü pəsdən oxuyur, həm də şirin tar çalırdı. Mah-
mud Ağa özünün bir gününü də musiqisiz keçirməz, necə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə