Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə73/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 281
edən ayrı-ayrı  sənət sahiblərini, müxtəlif zamanlarda fərqli 
aqibətləri yaşayan insanları nə birləşdirə bilər ki?  
Ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın 
sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyini qeyd edərək 
muğamın xalqımıza məxsus  ən gözəl hisslərin daşıyıcısı 
olduğunu vurğulayır. O qeyd edir ki, bütün bu hisslər muğamın 
fəlsəfəsinin özülündədir.  
Bu fəlsəfə düşündüyümüzdən qat-qat nəhəng və bütün 
kainatı qucaqlaya bilən möhtəşəm fələsəfədir.  
Ona görə də  muğamla insan və zaman arasında vəhdətdən, 
harmoniyadan savayı digər bağlılıqlar mövcuddur. Min il, yüz 
il  əvvəlki muğamla bugünkü muğam arasında da canlı  əlaqə 
var. Zaman haqqında müqəddəs kitabımızda deyilir ki, sizin 
saydığınız min il Allahın dərgahında bir gün kimidir. Əgər bu 
baxış bucağından Mahmud Ağa dövründən üzü bəri günü-
müzədək nəzər salsaq bu ecazkar sənət növünün kainatda canlı 
bir varlıq, düşünən beyin kimi mövcud olduğunu gərəcəyik. 
Amerika kosmonavtı Nil Armston aya uçduqdan 14 il sonra 
Misirdə konfransda eşitdiyi səsin hansı musiqi olduğunu 
soruşur, bunun azan olduğunu bilən kimi Aya ayaq basanda da 
bu musiqini eşitdiyini bildirir və o saat islamı  qəbul etdiyini 
elan edir. Əgər azanın da muğam üstündə ifa olunmasını nəzərə 
alsaq, muğamatın kainatda mövcudluğuna  şübhə qalmır. Mu-
ğam elmi, mədəniyyəti,  şeiriyyəti və poeziyanı özündə  cəm-
ləyən zəngin məbəd kimidir. Zabit Nəbizadə deyir ki, muğam 
sərbəst düşüncəyə, müstəqil  şüura malikdir, canlı varlıq kimi-
dir. Bütün xalqların muğamlarının içində Azərbaycan muğamı 
hamıdan zəngin və kamildir. Çünki biz əsrlər boyu onu cilala-
mışıq, təmizləmişik, saflaşdırmışıq. Eyni zamanda muğamatın 
özünün də bizim şüurumuza ciddi təsiri olmuşdur, millət kimi, 
xalq kimi formalaşmağımızda muğamat öz rolunu oynamışdır.  
Muğamdakı avazı adi səs, ifa tərzi kimi qəbul etmək sadəlövh-
lük olardı. Tanrı yaratdığı insana necə ruhundan can veribsə, 
muğam da xalqımızın ruhundan bəhrələnərək inkişaf edib.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
282
“Mən muğamata ürəyimi verdim, onu səsimdə, mahnıla-
rımda yaşadıram ki, bu fani dünyanı  tərk edib gedəndən 
sonra muğam da məni yaşatsın. Bu ehtiyacın mənim mənəvi 
tələbatımdan və ya muğamın qüdrətindən irəli gəldiyini də 
izah etmək çətindir”. –Xalq artisti Zabit Nəbizadə belə 
deyib.  
Müqəddəs Kitabımızda ruh haqqında bizə cüzi biliklər 
verilib, ona görə  də  nəinki muğamat, hətta ruhumuz haqqında 
kamil fikir söyləmək mümkün deyil. Lakin unutmaq olmaz ki,  
muğam insan ruhu zaman arasında da vasitəçidir.  
Tarixə müraciət edək. Mahmud Ağa məclisinin ilk 
üzvlərindən Hacı Şirvani, Səid Ünsizadə, Bixud, Ələkbər Qafil, 
Bahar Şirvani, S.Ə.Şirvani, Məşədi Muxtar bəy, Murad Mirzah 
oğlunun və başqalarının adını  çəkmək olar. Cabbar Qaryağdı 
oğlu Xarrat Qulunun məktəbində ilk dəfə xanəndəlik təhsili 
alır, muğam sənətinə kamil yiyələnir,  şöhrət qazanır, Gəncə, 
Şamaxı, Bakı toylarına dəvət alır, Tiflis, Orta Asiya, İranda ad-
san qazanır.  Ərəb və fars dillərini mükəmməl bilən Cabbar 
klassik  Şərq poeziyasına da dərindən bələd idi. Şamaxılı 
sənətkarlarla dost olan Cabbar Mahmud Ağanın yardım etdiyi, 
qayğısına qaldığı insanlardan biri idi. 
Mahmud Ağanın məclisinin sorağı Qarabağ, Bakı, Gəncə, 
Tiflis və Naxçıvana, hətta  İrana, Orta Asiyaya kimi gedib 
çıxmışdı. Mahmud Ağanı gördüyü nəcib işlərə muğamatın 
intəhasız dənizlərində  bəyaz yelkənlərini qaldırıb yaxşılıqlara 
doğru üzən nəhəng gəmiyə bənzədə bilərik. Onun xeyriyyəçilik 
missiyasını  təyin edən, maarifçiliyin, elmin hamisinə çevirən 
qüvvə muğamın onun varlığına və bütün şüuruna hakim 
kəsilməsi deyildimi?  
Sovetlər dövründə  məclis sözü əsl mənasını itirir, 
qonaqlıq, ziyafət anlamında işlədilir.  Amma Azərbaycan 
dilinin izahlı lüğətində  məclis sözünün bir mənası da qa-
nunverici orqan kimi göstərilir. O zaman Mahmud Ağanın 
məclisi də sözdə, musiqidə meyarları təyin edən, inkişafa təkan 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 283
verən bir qurum idi. Belə məclisə müğənni, şair, sənətkarlardan 
savayı, ziyalı, bəy, tacirlər də qatılardı. Məhz bu amillərə görə 
biz çəkinmədən Mahmud Ağa məclisini daha mötəbər bir 
quruma - muğam universitetinə  bənzədirik, çəkinmədən elm 
məbədi ilə müqayisə edirik. 
Qərbin müasir universitetləri bu gün necə bilikli gəncləri, 
istedadlı müəllimləri öz ölkəsindən və dünyanın hər yerindən 
özünə  cəlb etməyə çalışırsa, XIX əsrdə Mahmud Ağanın 
məclisi də keçirdiyi müsabiqələrdə, yarışlarda fitri istedadları 
üzə  çıxardar, mükafatlandırar, irəli çəkər, onun arxasınca 
yenilərinin gəlməsinə  zəmin yaradardı. Məsələn, Bakıda 
doğulan Davud Səfyarov atasını erkən itirir, ehtiyac içərisində 
yaşayan anası 1884-cü ildə  Şamaxıya köçür. Balaca Davudun 
gözəl səsi Ağanı valeh edir, onu mədrəsəyə qoyur. Ustad 
xanəndə Mirzə Məhəmməd Həsən ona xalq mahnıları, muğam-
larımızı öyrədir. Mahmud Ağanın məclisinin kamil 
xanəndəsinə çevrilir. Bunu hansı təhsil müəssisəsi edə bilərdi? 
Məşhur universitetlər necə öz kolleclərini yaradırsa, Mahmud 
Ağa da o zaman Şamaxıda yaranan əksər məktəbləri qanadının 
altına yığar, onların inkişafı üçün əlindən gələni  əsirgəməzdi. 
Bütün bunlar belə  qənaətə  gəlməyə  əsas verir ki, Mahmud 
Ağanın məclisi, sözün əsl mənasında, ali təhsil ocağına bərabər 
idi. Bu xeyriyyəçilik bir muğam aşiqinin imkanlarına sığmır. 
Görünür Məhmud Ağa muğamın gücünü, intəhasız olmasını və 
nəhayət onun yaradıcılıq fəlsəfəsini həyat fəaliyyətinə çevirən 
şəxsiyyətlərdən olmuşdur.  
Mixail Lomonosovun yaratdığı Moskva universiteti  cəmi 
4 fakültə ilə  fəaliyyətə başlayır. Tələbələri də barmaqla 
sayılardı. Hətta 50 il ötəndən sonra belə burada tələbələrin sayı 
500-ə çatmamışdı. Mahmud Ağanın elm məbədində isə 
yüzlərlə xanəndə, aşıq, rəqqas, balabançı, tarzən, şair, nağaraçı 
toplaşmışdı. Qırx ildən artıq burada muğam müsabiqələri 
keçirilir. Ağanın yaratdığı kitabxana, bura toplanan əlyazmalar, 
risalələr, bəyazlar, kitablar təhsilin ciddiliyindən xəbər verirdi. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
284
Bəzən isə elə olurdu ki, məclisdə  iştirak edənlər "Qızılı 
salon"a güclə  sığışırdı. Muğam müsabiqəsinə qatılan sənət-
karların sayı yüzü keçdiyindən müsabiqələrin  həftədən çox 
çəkdiyi vaxtlar olardı. Bu müsabiqələr təcrübə mübadiləsinə 
bənzər, iştirakçıların inkişafına, zənginləşməsinə xidmət edərdi. 
Məclislərdə bir universitet mühitinin hökm sürdüyünü inkar 
etmək ədalətsizlik olardı. 
Məclisə fitri istedadların dəvət olunması üçün axtarışlar 
aparılardı.  İştirakçılara S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy, 
Aşıq İbrahim və digərləri muğam və klassik poeziyanın sirlərini 
öyrədərdi. Burada xüsusi təlimlər keçirilər, risalələr hazırlanar-
dı. Nəticədə muğam müsabiqəsindən keçən qaliblər, iştirakçılar 
bütün  Şərqdə  məşhurlaşar, ad qazanardılar. Yadımıza müstə-
qilliyimizin ilk illərində göbələk kimi artıb sağa-sola diplom 
paylayan universitet, institut və filialları salaq. Onların savadsız 
məzunları adi iş tapmaqda belə  çətinlik çəkərdilər.  Şamaxı 
məclislərində yetişən, püxtələşənlərə isə bütün Şərqdə ehtiyac 
var idi. Burada musiqi, muğamla həmahəng poeziyanın - şeirin 
və qəzəlin inkişafı üçün münbit zəmin yaranmışdı. Ona görə də 
F.Şuşinski Mahmud Ağa məclisini  əbəs yerə bütün Zaqaf-
qaziyada çalıb-oxuyanların "təkmilləşdirmə institutu"na bənzət-
mişdi. Bura, həqiqətən də, bir musiqi akademiyası idi. 
Şamaxını dağıdan, binaları,  əsrarəngiz memarlıq abidələ-
rini məhv edən aramsız zəlzələlərlə  şamaxılılar  əsrlər boyu 
mübarizə apardılar. Bəlkə də insanları nikbin edən, təbiətin ağır 
sınaqları ilə vuruşmağa güc verən burada yaşayanların qarşılıqlı 
mehribanlığı, bir amal ətrafında birləşmək qabiliyyəti idi. 
Aramsız faciələr və  fəlakətlər  şamaxılıları daha güclü, daha 
mübariz etdi. Zəlzələlərin arxasınca erməni cəlladları Şamaxını 
qılıncdan keçirib yandırdı, minlərlə insanı  qətlə yetirdilər. 
Mahmud Ağanın törəmələri, ümumiyyətlə,  Şamaxının sayılıb-
seçilən bəy-bəyzadələri, adlı-sanlı simaları  və minlərlə sadə 
insan tarixi faciələrlə üz-üzə qaldılar. Bolşevik diktaturası, 37-
ci illərin repressiyaları, İkinci Dünya müharibəsi. Bu faciələrin 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 285
aramsız zəncirində Mahmud Ağanın övladlarının, nəvə  və 
nəticələrinin  əqidələri dəyişmədi, belə  çıxır ki, muğam da 
zamanın özü kimi dəyişməyən, sabit bir qüdrətə malikdir. Onu 
nə çar Rusiyası, nə də sovet ideologiyası dəyişə bildi, nə də ki, 
37-ci illərin repressiyaları  sındırdı. Muğam möhtəşəmliyi ilə 
tarixin bütün sınaqlarından saf çıxdı. 
Ulu babaların Şamaxıda yaratdığı muğam, qəzəl universi-
tetini və burada çalışanları öz sərvətlərindən uca tutduqları 
qədər də Mahmud Ağanın nəsil şəcərəsindən olanların əksəriy-
yəti yaşadığı zamandan və  məkandan asılı olmayaraq, elmin, 
maarifin və mədəniyyətin inkişafına xidmət etdilər. Bu sadə və 
hər bir insanın qismətinə yazıla bilən ali vətənpərvərlik mis-
siyasına Mahmudbəyovlar  əsrlər boyu sadiq qalmaqdan usan-
madılar. 
Mahmud Ağa mülkədar olsa da, adını Azərbaycan tarixinə 
musiqimizin, muğam və poeziyamızın qorunmasında, inkişaf 
etdirilməsində əvəzsiz rol oynayan bir xeyriyyəçi kimi yazdırdı. 
Onun övladları, nəvələri, nəticə  və kötükcələri bu möhtəşəm 
ağacın gövdəsi, qol-budaqlarıdır. Bu nəslin nümayəndələrinin 
qəribə və maraqlı taleləri olub. Yaşadığı zamandan və kimliyin-
dən asılı olmayaraq, onlar Azərbaycan adlı bir vətənə, Azər-
baycan adlı dövlətə sadiq insanlar olublar. Qarşılarına çıxan 
faciələrdən və fəlakətlərdən sarsılmadan, çəkinmədən ulu baba-
larından qalan müqəddəs bir əxlaqı ömürlərinin sonuna kimi 
daşıyıblar.  Əksəriyyəti elmlə  məşğul olub, ölkələrində elmin, 
maarifin və  sənayenin müxtəlif sahələrinin inkişafı üçün əlin-
dən gələni  əsirgəməyiblər. Məhz bu nəsildən olan insanların 
taleyini vərəqləyəndə, geri dönərək keçmişə - Mahmud Ağanın 
həyatına yenidən nəzər salanda onu adi musiqi məclisinin 
təşkilatçısı, muğam bilicisi kimi yox, daha böyük miqyasda - 
bir incəsənət məbədinin, böyük muğam məktəbinin yaradıcısı 
və hamisi kimi başa düşmək mümkündür. Bu nəcib xeyriy-
yəçinin dövrünü, onun gördüyü işləri göz önünə kim gətirsə, 
etiraf edəcək ki, Mahmud Ağanın öz sarayında qurduğu muğam 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
286
məclisi, bu məclislərin keçirilmə qaydaları, bura öyrətməyə və 
öyrənməyə  cəlb edilən müğənnilər, aşıqlar, xanəndələr və söz 
xiridarları bir məclis üzvlərindən daha çox zəmanəsinin 
mükəmməl təhsil ocağına - muğam, seir və  sənət məbədinə 
bənzəyir. Bu incəsənət məbədi Ağanın öz sarayında yerləşirdi, 
"müəllimlər" bu sarayda yaşayırdı, bu sarayda onların qayğıları 
həll olunar, maddi ehtiyacları ödənilərdi. Bu sarayda məclisə, 
müsabiqələrə  çıxarılan gənclər püxtələşdikdən sonra kamil 
sənətkarlar kimi yenilərinə  sənətin sirrini öyrədərdilər. Ona 
görə də qürurla deməliyik ki, Mahmud Ağa Şərqin ilk "Muğam 
Universiteti"nin və sözün əsl mənasında, "Poeziya Univer-
siteti"nin özülünü qoyan nəcib xeyriyyəçidir. Bu gün gözəlliyi, 
bənzərsiz memarlıq həlli, auditoriya və zallarının möhtəşəmliyi 
ilə hamını heyran edən Milli Konservatoriyamızın tərcümeyi-
halına Mahmud Ağanın məclisinin də əlavə olunması bir təklif 
kimi nəzərdən keçirilə bilərdi. Bu təklifin rəmzi mənası ondan 
ibarətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 
Milli Konservatoriyamız tədricən simasını dəyişib və dünyanın 
ən məşhur musiqi təhsili ocaqlarından birinə çevrilib. Burada 
oxuyan, çalışan hər bir kəs, hətta hər bir Azərbaycan vətəndaşı 
qədim tarixə malik təhsil ocağı  və belə bir möhtəşəm abidəni 
ucaldanlarla fəxr edə bilər.  
Dövlət başçısının Milli Konservatoriyanın yeni binasının 
açılışındakı  çıxışında ibrətamiz məqamlar var. O, xalqımızın 
assimilyasiyaya uğramasının qarşısını alan, bizi xalq kimi 
tarixin sınaqlarından bütöv çıxaran dəyərlərin mədəniyyətimiz, 
ana dilimiz, musiqimiz və poeziyamızdan ibarət olduğunu 
bildirdi:  "Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük 
olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükə-
dən özümüzü qorumaq üçün milli-mənəvi dəyərlər möhkəm 
olmalıdır. Mənəvi dəyərlərin də  tərkib hissəsi bizim milli 
musiqidir. Ona görə biz həm öz keçmişimizə hörmətlə ya-
naşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq bu müsbət 
meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan də-


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 287
yərləri sarsılmasın,  əriməsin, bizim həyat tərzimiz daim 
ənənəvi olsun və milli musiqimiz yaşasın". 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
288
 
Ədəbiyyat siyahısı, mənbələr 
 
1.
 
Abbas Səhət. Seçilmiş əsərləri, II c, Bakı, 1984. 
2.
 
Aleksandr Düma. «Qafqaz səfəri» (tərcümə edən: 
Q.Paşayev, H.Abbasov), Bakı, 1985 
3.
 
«Azərbaycan ədəbiyyatı tarixi», II c.1961 
4.
 
«Azərbaycanın  şair və  aşıq qadınları» (tər,  ədən 
Ə.Cəfərzadə), Bakı, 2003 
5.
 
Aşurbəyli S. «Şirvanşahlar dövləti», Bakı, 1997 
6.
 
Ağakərim Hafız .«Ustad-əzəm», Bakı, 2010 
7.
 
Aydəmirova R. «Bahar» Şirvanının «Divan yaradıcılığı», 
Risalə, Bakı, 2005.  
8.
 
ASE. I-X c Bakı, 1982...1988  
9.
 
Bayramova N. Şamaxı xanlığı. Bakı 2009.  
10.
 
Bağırov Ə. S.Ə Şirvani və məktəb, Bakı,1986 
11.
 
Bədəlbəyli Ə. Musiqi lüğəti, Bakı, 1969  
12.
 
Övliya Çələbi. Səyahətnamə. Bakı, 1996  
13.
 
Etibar İ. Məndən elə nə qaldı, Bakı, 1993  
14.
 
Əhmədov H. «XIX əsr Azərbaycan məktəbi» Bakı, 2000  
15.
 
Köçərli F. Azərbaycan ədəbiyyatı. II c. Bakı, 1978  
16.
 
Hüseynov S. Seyid Əzim Şirvani. Bakı, 1987  
17.
 
Paşayev Q. “Borcumuzdur bu ehtiram”, Bakı, 2010 
18.
 
Hüseynov R. «Min ikinçi gecə», Bakı, 1988  
19.
 
Poetik məclislər (tərtib edən, H. Qarayev), Bakı, 1987  
20.
 
Mehrəliyev E. Şirvan elmlər akademiyası, Bakı, 2000  
21.
 
Mehrəliyev E. Şirvanilər, Bakı, 1999  
22.
 
Məmmədov K. Abbas Səhət, Bakı, 1986  
23.
 
Məmmədov X. S.M Qənizadə, Bakı,1966  
24.
 
Məmmədov V. «Muğam, söz, ifaçı», 1981  
25.
 
Məmmədov V. Natəvanın şair qohumları, 1982  
26.
 
«Muğamla yoğrulan ömür - Mahmud Ağa», «Yeni Şirvan» 
qəzeti; 1989, Bakı, XII 
27.
 
Müctəhidzadə M.A. Qarabağnamə. Mədəniyyət Nazirliyi 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 289
Memarlıq və İncəsənət İnstitutunun arxivi. qov. 78 «a» 
28.
 
Mümtaz S. Azərbaycan ədəbiyyatı qaynaqları, Bakı, 1984 
29.
 
Müasirləri Sabir haqqında (top. tərt.et.A.Zamanov) Bakı, 
1962. 
30.
 
Mustafayev Ə. Xatirələrim (hekayə, felyeton), Bakı, 1980 
31.
 
Natəvan X.B. Əsərləri, Bakı 1984. 
32.
 
Nəsimi. Seçilmiş əsərləri, Bakı, 1969 
33.
 
Sadıqov F. Muğam, Bakı, 2011 
34.
 
Soltanoğlu Q. Asta çal balabanı, Bakı, 2008 
35.
 
Soy dərgisi, II (34), Bakı, 2010 
36.
 
Qasımzadə F. XIX əsr Azərbaycan  ədəbiyyatı tarixi, B, 
1972 
37.
 
Qaryağdı C. «Xatirələrim» (əlyazma), Memarlıq və 
İncəsənət İnstitutunun», arxivin, qovluq, 75.  
38.
 
Qəniyev S. Şirvanlı Aşıq Mirzə Bilal, Baki, 2003  
39.
 
Qəniyev S. Mirzə Məhəmmədhəsən Nalə, Bakı, 2002  
40.
 
Qəniyev. 1918-ci il Şamaxı soyqırımı, Bakı, 2000 
41.
 
Qəniyev S. Şirvannamə-övliyalar, ziyarətgahlar», Bakı, 
2012  
42.
 
Qəniyev S. «Beytüş-Səfa» ədəbi məclisi, Bakı, 2010  
43.
 
Qəniyev S, İsmayılova M. Şamaxı  məktəbləri, maarif 
fədailəri, Bakı, 1999 
44.
 
Cəfərzadə Ə. Qəniyev… Şamaxı, Bakı l994  
45.
 
Cəfərzadə Ə. «Aləmdə səsim var», Bakı, 1972  
46.
 
Cəlili. «Daşda çiçək» - Dilbər. Bakı, 2004  
47.
 
Cəbrayılbəyli C. Xatirələrim, Bakı 1966 
48.
 
Şirvani S.Ə. Əsərləri, II-III-c. Bakı, 1969  
49.
 
Şirvani S.Ə. «Divan», Təbriz, 1897.  
50.
 
Şirvan aşıqları, ( top. tərtib edən, S.Qəniyev), Bakı, 2008  
51.
 
Şirvanın 350 şairi, (top, tərtib edən.  Ə.Cəfərzadə, 
S.Qəniyev), 1999 
52.
 
Şirvan el şairləri (top, tərtib edən. T. Qəni), Bakı, 2007  
53.
 
Şuşunski F. Azərbaycan xalq musiqiçiləri, Bakı, 1985. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
290
Mündəricat 
 
Məhərrəm Qasımlı   
 
Mənəviyyatla sərvətin vəhdəti  ................................................ 4 
Giriş  ......................................................................................... 7 
I fəsil. Şirvan muğam mühiti ................................................... 15              
II fəsil.Mahmud Ağanın ömür yolu  ........................................ 26     
III fəsil.Kamilliyin çalarları  .................................................... 74  
IV fəsil.Mahmud Ağanın incəsənət                    
məbədinə bənzəyən muğam məclisi ........................................ 83 
V fəsil.Mahmud Ağa məclisinin qonaqları ..............................  140 
VI fəsil.Mahmud Ağanın ziyalı, 
tacir və bəy dostları .................................................................. 158 
VII fəsil.Mahmud Ağaya ithaf olunmuş             
seirlər,bədii əsərlərdən parçalar, 
xatirə və məqalələr ................................................................... 169 
VIII fəsil.Mahmud Ağanın  
doğmaları, qohumları ............................................................... 212 
IX fəsil.Tanrı ilə torpaq arasında ............................................. 268 
 
 
 
 
Müəlliflərlə əlaqə telefonları 
 
050-623-44-88 
050-289-00-20 
 
 
 
 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 291
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя Тящсил» няшриййатынын  директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Éûüûëìàüà âåðèëìèø 25.09.2014 
×àïà èìçàëàíìûø13.12.2014 
Øÿðòè ÷àï âÿðÿãè 18,25. Ñèôàðèø ¹ 66 
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500 
 
Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà 
ìöÿññèñÿñèíäÿ ñÿùèôÿëÿíèá ÷àï îëóíìóøäóð. 
E-mail: nurlan1959@gmail.com 
Òåë: 497-16-32; 050-311-41-89 
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4 
 
 

Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə