Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 25
dostların xüsusi əməyi olmuşdur.  
Bu sənətkarların, sazəndələrin xüsusi ansamblları da var-
dı. Qarabağ məclislərindən fərqli olaraq, Şamaxıda musiqi an-
samblı XIX əsrdə əsasən, tar, yastı balaban, nağaradan (bəzən 
qoşa nağara) ibarət olmuşdur. Çox sonralar ansambla kaman da 
əlavə edilmişdir. Daha doğrusu, kamança ifa edən sənətkarlar 
keçirilən yarış  və müsabiqələrə  gələn qonaqların ansamblına 
qatılardı. Mənbələrdə  təəssüf ki, XIX əsrin sonuna qədər  Şa-
maxıda fəaliyyət göstərmiş ansambllarda xanəndəni müşayiət 
etmiş azərbaycanlı kaman ustası, sənətkarın adı çəkilmir... 
 
 
 
 
 
 
Şamaxı. Mahmud Ağanın 
uyuduğu“Laləzar” qəbristanlığından 
“İmamlı”  məhəlləsinin görünüşü 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
26
 
 
 
 
 
 
 
 
II FƏSİL 
 
MAHMUD AĞANIN ÖMÜR YOLU 
 
 
ahmud Ağa  Əhməd Sultan oğlu 1826
1
-cı ildə 
Şamaxının Yuxarı İmamlı məhəlləsində sayılıb-seçi-
lən, möhtərəm və  şeirə-sənətə ehtiram göstərən bir zadəgan 
ailəsində doğulmuşdur. Belə bir ailə-
də doğulan Mahmud Ağanın tərbiyə-
si ilə  əsasən dayələr, xüsusi tərbiyə-
çilər məşğul olmuşlar.  
Haşiyə: Mənbələrdə Şamaxının 
35-50 məhəlləsi olduğu qeyd edilir. 
Şamaxı ilə bağlı apardığımız tədqi-
qatlar zamanı həmin məhəllənin otu-
zunun adını və yerini müəyyənləşdirə 
bilmişik. Bunlar aşağıdakılardır: İçə-
ri qala (Narın qala), Aşağı qalaba-
zar, Yuxarı qalabazar, Qaladibi, Pi-
ram  Şirvan, Ağası  İmamlı, Sarı-
torpaq, Dərə mə                       həl-
                                                 
1
 Bəzi mənbələrdə  Mahmud  Ağanın  1824,1825-ci   illərdə   doğulduğu,  
1896, 1898-ci  illərdə  vəfat  etdiyi göstərilir. Bizsə məzar daşının 
üzərindəki tarixi götürmüşük.(S.Q.) 
M
 
Mahmud Ağa Əhməd Ağa  
oğlu (portret Ağanın 
doğmalarının cizgiləri 
əsasında  işlənilmişdir).  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 27
lə, Minaxor, Şahpirli, Çaparlı, Cırtta-pırtda, Qırmızı mə 
həllə, Narlı, Ucarlı,  Ərdəbilli, Garslar, Gürcü, Şıxzərli, Məl-
həm, Kövsərli, Talışlar, Şıxminas, Qurdlar, Cuhudlar, Quşçu-
lar.  
Mahmud Ağa ilk əvvəl mollaxana, sonra mədrəsə  təhsili 
almışdır. Bu illərdə  Şamaxıda dövlət məktəbi də  fəaliyyətə 
başlamışdır. Odur ki, Əhməd Sultan yeganə  oğlunu həmin 
məktəbdə oxutmuşdur. 
Atasının istəyi ilə o, evlərində musiqi təhsili almış, tar 
çalmağı öyrənmişdir. Atasının evində  təşkil etdiyi musiqi yı-
ğıncağı onun taleyində xüsusi rol oynamışdır.  Şamaxıda 
yaşayan xanəndə dostu - ustad Əbülhəsən (Həsən Çəp) 
məclisə xüsusi dəvətli olardı. Belə bir yaxınlığa görə Mahmud 
Ağanın musiqini öyrənməsi,  əxz etməsi ilə  əsasən  Əbülhəsən 
özü məşğul olmuşdur... Həsən Çəpdən  əlavə,  Əhməd Sultanın 
musiqi-muğam bilən dostlarından biri də Hacı Nəcəf bəy idi. O 
da uzun illər Mustafa xanın sarayında çalışmışdır. Hacı Nəcəf 
bəy həm  şair, həm də  pəsdən füsunkar səsə malik ustad 
sənətkar  idi və həm muğamları, həm də onun nəzəriyyəsini bir 
alim kimi dərindən bilirdi. 
Mahmud Ağaya musiqi nəzəriyyəsini öyrədən də ustadı 
Hacı  Nəcəf olmuşdur. Ona görə  də  məclislərdə Mahmud Ağa 
ona həmişə ustad - deyə müraciət edərdi. 
Sonralar o, Mirzə Məhəmməd Həsənə də bu çətin sənətin 
bütün sirlərini öyrətmişdir. Daha doğrusu, «Mirzə  Məhəmməd 
Həsənin musiqiyə  bələd olması üçün ona bir risalə  də yazıb 
hazırlamışdır» (6-15). 
Mahmud Ağa 20-25 yaşında bir tarzən, muğam bilicisi, 
xeyriyyəçi, qonaqpərvər olduğu qədər də  Şamaxıda məşhur 
olan sənətkarlarla dost olmuş, qüdrətli  şairlər – S.Ə.Şirvani, 
Sağəri, Molla Əlabbas, Bixud, Qafil və başqalarından  əruzun 
sirlərini və qəzəlin qayda-qanunlarını öyrənmişdir. Beləliklə, o, 
atasının musiqi yığıncağında püxtələşərək muğam, poeziya 
sərrafı kimi ustad məqamına yüksələ bilmişdir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
28
Haşiyə:  Atası  oğlunun istəyini nəzərə alıb yeni bir 
üçmərtəbəli saray inşa etdirir. Onun ikinci mərtəbəsində 
yerləşən  ən böyük- «Qızılı salon» u ona  muğam-musiqi məc-
lislərinin təşkili üçün ayrıldı. Sonralar həmin sarayda xüşusi 
müsabiqə, yarışların keçirilməsinə başlandı. Bu yarış, müsabi-
qənin proqramları Mahmud Ağa tərəfindən tərtib olunurdu. 
Mahmud Ağa məclisinin sorağı tez bir zamanda Azərbay-
canın musiqi-muğam təşnələrinin çox olduğu bölgələrə - Qara-
bağ, Bakı, Gəncə, Tbilisi, Naxçıvana,  hətta  İrana   Orta 
Asiyaya da gedib çatdı. Artıq Şamaxıda musiqi-muğam və rəqs 
məclisinin daimi üzvlərinin sayı çoxaldı - S.Ə.Şirvani, Bahar, 
Didə, Raqib, Molla Əlabbas, Hacı  Nəcəf, Süleyman bəy, 
Məşədi Zeynalabdın (Sabirin atası), Sadıq bəy,  Əşrəf bəy, 
bir  sözlə,  Şamaxının tacirləri, ziyalıları, dərvişləri, aşıqları  və 
şairləri. 
Şamaxı o dövrdə ticarət mərkəzi olduğu üçün Mahmud 
Ağa məclisinin adı, sorağı Avropa, Rusiya, İran, Yaxın  Şərq 
səyyahlarının da çoxuna bəlli idi. Odur ki, Mahmud Ağa həm 
də  şəhərə  gələn qonaqları, səyyahları  qəbul edər və qayğısına 
qalardı. Onun səxavəti və  nəcibliyi, qonaq və  səyyahlara 
göstərdiyi təmənnasız köməyi artıq Mahmud Ağanı dövlət 
adamlarının da hörmət bəslədiyi ləyaqətli bir insana, böyük 
nüfuz sahibinə,  şəxsiyyətə  çevirdi. Odur ki, Şamaxıya dəvət 
olunan qonaqlar, səfirlər Mahmud Ağa sarayında, məclisində 
əylənməyi şərəf sayardılar. 
Şamaxıya qədəm qoyan möhtərəm insanlar bu möhtəşəm 
sarayda muğam dinləməmiş, rəqqasələrə tamaşa etməmiş, 
bənzərsiz təam dadmamış getməzdilər... 
 
*** 
Əhməd Sultanın şəhərin İmamlı məhəlləsində atası Cavad 
Ağadan qalma birmərtəbəli, kürsülü evi vardı. Bu evi atası 
Cavad Ağa öz imkanı  və zövqünə uyğun inşa etmişdir.  Xalq 
artisti A.Gəraybəyli deyirdi ki, «atam söyləyərdi, onun 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə