Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 29
kürsülü evinin geniş  həyətində böyük bir tehranı qol-budaq 
atmışdır. Qocaman ağac yayda sərinlənmək üçün əvəzsiz idi və 
onun çətirinin kölgəsində azı 20-30 nəfər rahat dincələ bilirdi. 
Tut ağacından aralı yerləşən çarhovuzun dörd tərəfi gül-çiçəyə 
bürünmüşdü. Əsrarəngiz çiçəklərin ətri lap gendən həyətə ayaq 
basanları məst edər, ayrı bir sehirli dünyaya alıb aparardı». 
Mahmud Ağa 5-6 yaşı olanda, babası Cavad Ağa 60-70 
yaşında ağsaqqal, sinədəftər və müdrik bir insan idi. Bu illərdə 
Əhməd Sultan Mustafa xanın övladları ilə oturub-dururdu. 
Özünə yaxşıca  şərait də qura bilmişdi. O, həm də  Şamaxının 
ziyalıları - şair, xanəndə  və  aşıqları ilə yaxınlığından zövq 
alardı. Bəzən onları qurduğu məclislərə  dəvət edirdi. Bu 
məclislər getdikcə böyüyər, püxtələşər və kamilliyi ilə bütün 
şəhərə  səs salardı. 15-16 yaşlı Mahmud Ağanın musiqiyə, 
poeziyaya rəğbəti get-gedə artır, tara meyil salır. Pəstən oxumağa, 
muğam və təsnifləri ifa etməyə başlayır. Atasının qurduğu musiqi 
məclisinə  dəvət etdiyi, vaxtilə Mustafa xanın sarayında 
məşhurlaşan sazəndələrlə tanış olur, onlarla ünsiyyətdən 
faydalanaraq, muğamların sirlərinə dərindən yiyələnir. 
Bax beləcə, aylar ötdü, illər dolandı.  Əhməd Sultan 
qızlarını  ərə verdi. Artıq kamilləşən Mahmud Ağa atası ilə 
Şamaxıda mükəmməl ədəbi-musiqi məclisi qura bildi. Nəhayət, 
o, musiqi və klassik poeziyaya bilicisi kimi, ərəb-fars dillərini 
kamil bilən, eyni zamanda rus dilinə  aşina olan mükəmməl 
ziyalı kimi yetişərək  Şərq və  Qərb mədəniyyətlərinin 
incəliklərinə sahib oldu. Ata-ana belə  qərara gəlirlər ki, ilk 
əvvəl bircə  oğulları üçün gözəl bir saray tikdirsinlər. Saray-
mülkün yerini İmamlı  məhəlləsinin  Pirani-Şirvan  məhəlləsi 
səmtindəki bağlarında müəyyənləşdirirlər.  
Bu illərdə qonşuları, böyük memar, dostu Qasım bəy 
(1711-1874)  Şamaxıda  çox saraylara layihələr hazırlamışdı. 
Əhməd Sultan fikrini Qasım bəyə açır, o  da xüsusi bir layihə 
hazırlayır; üçmərtəbəli füsunkar bir saray layihəsi. Əhməd bəy 
Şamaxının məşhur ustalarını bir araya gətirir, Sündü kənd daş 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
30
karxanalarına da adamlarını göndərir. Daşların gətirilməsi üçün 
20-30 kəl arabası  təşkil edirlər. Sündü kəndindən 20 nəfər tağ 
yonan usta tapırlar. Bu işləri qonşusu,  İmamlıda, Sarıtorpaqda 
tikilən imarətlərin baş ustası olmuş  Kərbəlayi Mürşüdə  (o, 
Azərbaycanda ilk ali təhsilli memar Zivər bəy  Əmədbəyov 
Gəray bəy oğlunun (1873-1925) dayısı) həvalə edilir

Sultan 
Əhməd imarətin hazırlanmasında alış-veriş  işlərinə  nəzarəti 
qızı Səlminin ömür-gün yoldaşı Səlim bəyə həvalə edir. 
Baş usta Kərbəlayi Mürşüd saray-mülkün layihəsini 
sonuncu dəfə Qasım bəylə müzakirə edib,  Əhməd Sultana 
təqdim edir. Əhməd Sultan oğlu Mahmud Ağa ilə layihəni xeyli 
müzakirə edir, məsləhətlərini baş ustaya bildirdilər. Üçmər-
təbəli sarayda qonaqlar üçün geniş salonlar, ədəbi və musiqi 
məclisləri, musiqi alətləri, kitabxana və qonaqların qəbulu və. s. 
üçün zallar və otaqlar nəzərdə tutulur. 
Ata və  oğul böyük  zalları genişləndirmək, külafirəngini 
artırmaq, girişdə çarhovuzun yaradılması şərti ilə inşaat işlərinə 
başlanmasına qərar verirlər.  
 
 
 
Mahmud Ağa sarayında musiqi  məclisi 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 31


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
32
Sarayın həyətində istirahət guşəsi - gül bağçaları  və s. yaradılır. 
Təəssüf ki, Azərbaycan memarlığının əsrarəngiz nümunələrindən 
biri olan bu saray 1859-cu il zəlzələsində yerlə-yeksan olur. Mah-
mud Ağa da sarayı ikinci dəfə bərpa etdirir. Qəzavü-qədərin tərs-
liyindən 1902-ci il zəlzələsi də divarlarına Azərbaycanın qüdrətli 
sənətkarlarının səsi, avazı hopan, ən gözəl və unudulmaz musiqi 
məclislərinə qollarını açan və  bənzərsiz səhnələrə  şahidlik edən 
sarayı minlərlə  hədiyyə,  əlyazma, musiqi alətləri və  şəkilləri ilə 
birlikdə təkrarən yerlə-yeksan edir.  
Haşiyə: O zaman artıq nə Əhməd Sultan, nə də ki Mahmud 
Ağa sağ idilər. Ata və  oğulun ucaltdığı saray dağılsa da, onlar 
özləri ilə axirət dünyasına gördükləri saysız-hesabsız nəcib işlərin, 
xeyirxah əməllərin və yaxşılıqların uzun siyahısı ilə qovuşdular. 
 
 
 
 
Şamaxı. Mahmud  Ağanın 1902-ci il zəlzələsi vaxtı 
dağılmış sarayının görünüşü 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 33
*** 
 
Vaxtilə fransız yazıçısı A.Düma Şamaxıya gələndə Ağa-
nın qonağı olur. Sarayı görəndə  təəccübünü gizlədə bilmir və 
sonralar heyrət içində 
yazır: «Mahmud bəyin evi 
Dərbənddən Tiflisə  qədər 
gördüyüm evlərin  ən gö-
zəli idi. O, Şərq memarlıq 
üslubunda tikilimiş qiy-
mətli bir imarət idi. Biz 
adamı valeh edən, gö-
zəlliyini sözlə ifadə etmək, 
qələmlə 
təsvir etmək 
mümkün olmayan, çox 
zəngin,  şərqsayağı  bə-
zədilmiş bir salona daxil 
olduq. Qonaqlar qızılı 
haşiyəli döşəkçələrin üs-
tündə oturmuş, al-əlvan, 
qumaş mütəkkələrə dir-
səklənmişdir. Salonun o 
başında incə naxışlarla 
bəzədilmiş, şəbəkəli böyük və hündür pəncərələrin yanında 
üç rəqqasə və beş çalğıçı vardı» (2; 86-87). 
 
*** 
 
Aylar ötdü, illər dolandı. Əhməd Sultan ömür-gün yoldaşı 
Gövhər bəyimlə yeğanə  oğlu Mahmud Ağa üçün toy etməyi 
qərarlaşdı. Valideynlər gəlinlərini də tez zamanda seçdilər. Ya-
xın qohumu, dostu, məclisin  ən fəal iştirakçısı, muğam aşiqi 
S.Ə.Şirvaninin yaxını, Sultan bəyin qızı Qəmər xanımı. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə