Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48

_______________Milli Kitabxana______________ 
 
5
müxtəlif hissələri arasındakı əlaqələr sarsılmış vəziyyətdə olur. 
Buna misal olaraq Rusiyada yaşayan başqırdları, tatarları, 
azərbaycanlıları, karelləri, buryatları  və b. göstərə bilərik. 
Lakin elmə bir hal da məlumdur ki, xalq öz ərazi birliyinin 
pozulmasına baxmayaraq, vahid bir birlik kimi öz inkişafını 
davam etdirir. 
MƏİŞƏT VƏ  MƏDƏNİYYƏT ÜMUMİLİYİ: Oxşar 
təbii şəraitdə, bir-biri ilə ünsiyyətdə yaşayan insanlar bir qayda 
olaraq maddi və  mənəvi mədəniyyət sahəsində oxşar ünsürlər 
yaradırlar. 
MƏNŞƏ  BİRLİYİ:  Bu cəhət yalnız nadir hallarda bir 
xalqı başqalarından ayırmaq üçün fərqləndirici  əlamət sayıla 
bilər. 
Etnoqrafiyada  etnik öz-özünü anlama xüsusiyyəti də 
əsas amillərdən biridir. 
ETNOQRAFİYANIN MƏNBƏLƏRİ, TƏDQİQAT 
ÜSULLARI VƏ  VƏZİFƏLƏRİ:  Etnoqrafiya elminin əsas 
mənbələrini tədqiqatçının çöl müşahidələri təşkil edir. 
Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır: 1) 
Bilavasitə müşahidə; 2) Etnoqrafın yerli əhalinin işində  fəal 
iştirakı; 3) İnformatorlarla müsahibə. Bir qayda olaraq çöl 
işlərinin aparılmasının 2 başlıca metodu vardır: 1) Ekspedisiya 
üsulu; 2) Stasionar üsul. I üsul etnoqrafın müəyyən qrup 
köməkçiləri ilə obyektdə apardığı müşahidələrdir. Ekspedisiya 
10 gündən 3 aya qədər nəzərdə tutulur. II üsul isə etnoqrafın 
uzun müddət (10-15 il) araşdırdığı obyektin insanları ilə 
birlikdə yaşayaraq tədqiqat aparmasıdır. Təbii – tаriхi, cоğrаfi, 
sоsiоlоji, muzеy və  təsviri mаtеriilаrа, hаbеlə  аntrоpоlоgiyа, 
linqivistikа,  аrхеоlоgiyа, fоlqlаr və digər  еlm sаhələrinə 
əsаslаnаn və bunlаrdаn bir mənbə kimi istifаdə  еdən 
еtnoqrafiya elminin xüsusi tədqiqat metodları vardır. Məsələn, 
tarixi müqayisə metodu, kompleks yanaşma metodu, 
kartoqrafiya metodu, anketləşdirmə metodu, formal tipoloji 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 
6
təhlil metodu, struktur-sistem metodu və s. metodları 
göstərmək olar.  
Etnoqrafiya bir elm kimi digər humanitar və  təbiət 
elmləri ilə  sıx surətdə  əlaqədardır. Elmin müstəqil sahə kimi 
Etnoqrafiya XIX əsrin ortalarında Qərbi Avropa və Amerika 
ölkələrində təşəkkül tapmağa başlamışdır. 
Hazırda müasir Etnoqrafiyanın qarşısında çox 
mühümvəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa 
ayırmaq olar: 
1) Ayrı-ayrı ölkələrin, həmçinin, bütün dünya əhalisinin 
etnik tərkibinin öyrənilməsi; 
2) Xalqların etnik tarixi və etnogenezi problemi; 
3) Nəsli qəbilə quruluşunun, yəni sinifsiz cəmiyyətin 
öyrənilməsi; 
4)Tarixən formalaşan milli-mədəni 
ənənələrin 
öyrənilməsi; 
5) Müasir məişətin öyrənilməsi; 
6) Müasir etnik proseslərin öyrənilməsi. 
 
Etnoqrafiya elminin əsas anlayışları 
Etnoqrafiyaya dair vəsaitlərdə küllü miqdarda ixtisas 
terminlərinə rast gəlinir ki, bunlar da çox vaxt geniş oxucu 
kütləsinə aydın olmur. Elmlərin diferensiasiyası  və 
inteqrasiyası baş verdiyi bir əsrdə terminologiya problemi çox 
ciddi  əhəmiyyət kəsb edir. Belə ki, başqa bir elm sahəsində 
istifadə olunan eyni bir termin orada əvvəlkindən fərqli məna 
kəsb edə bilir.  
 Etnoqrafik  terminlər başlıca olaraq ictimai quruluşu, 
ailə-nikah münasibətlərini, maddi və  mənəvi mədəniyyəti hər 
tərəfli  əhatə edir. Bəzi terminlər isə ümumi, elmi əhəmiyyət 
kəsb edir.  
ÜMUMİ TERMİNLƏR   Etnoqraf tədqiqatçılar bir çox 
elm sahələrindən- tarix, fəlsəfə, coğrafiya, linqvistika, 
antropologiya, arxeologiya və s. ixtisas sahələrindən çoxlu 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 
7
terminlər mənimsəyib istifadə edirlər.  Ən çox istifadə olunan 
belə terminlərə misal olaraq aşağıdakıları göstərmək olar: 
1.  İrq – antropoloji termin olmaqla, mənşə etibarilə 
qohum olan insanların müəyyən bir qrupunu ifadə edir. Tarixən 
konkret bir ərazidə  qərarlaşan, nəsildən-nəslə keçən fiziki 
əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan 
qruplarına  irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki 
əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf 
fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması 
prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması yuxarı 
paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin 
ətraf mühitə uyğunlaşması  nəticəsində elə xarici fiziki 
əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya 
xalqalrına  əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə  və üç əsas 
irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. 
Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial 
irqindən avstraloid irqinin ayrılması tövsiyyə olunur. İrqləşmə, 
yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin 
dəyişməsi müasir dövrdə  də davam edir. Lakin burada 
adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər 
həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan 
qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi 
əlaqələri nəticəsində 
dəyişikliyə 
məruz qalmış 
və 
yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını 
antropoloji tip adlandırırlar. 
2.  Mədəniyyət-Etnoqrafiyada geniş istifadə olunan 
anlayışlardan biri də  mədəniyyət terminidir. Bu anlayış öz 
tətbiq sahəsindən asılı olaraq müxtəlif mənalarda işlədilir. 
Fəlsəfi mənada mədəniyyət dedikdə  təbiət tərəfindən deyil
yalnız insan tərəfindən yaradılan bütün şeylər başa düşülür. 
Latın dilindən götürülən “kultura” anlayışı “hazırlanmış”, 
“emal edilmiş”, “becərilmiş” sözlərinə uyğun gəlir. Zaman 
keçdikcə “mədəniyyət” anlayışı altında texniki nailiyyətlərin 
əsas inkişaf səviyyəsini, yazılı  ədəbiyyatın və incəsənətin 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə